12
G.N.İsmayılova XIX-XX əsrin əvvəllərində Şuşa şəhəri-
nin tarixinə həsr etdiyi dissertasiya işində (98) «Qarabağna-
mələr»dən istifadə etsə də, bütövlükdə həmin tədqiqatda başlıca
yeri məhz xanlığın paytaxtı olmuş bu şəhər-qalanın tarixi tutur.
S.Kərimova və V.Umudovun 90-cı illərdə müdafiə etdik-
ləri namizədlik dissertasiyalarında bizi maraqlandıran məsələlə-
rə də qismən toxunulmuşdur (40;73). Y.Ağamalının 2002-ci ildə
müdafiə etdiyi dissertasiya işinin (5) tədqiqat obyekti yerli mən-
bələr əsasında Qarabağ xanlığının tarixini araşdırmaq olmadı-
ğından müəllif daha çox xanlığın xarici siyasətini, qonşu xanlıq-
lar və dövlətlərlə münasibətlərini diqqət mərkəzinə çəkmişdir.
Z.Ə.Hacıyeva bu yaxınlarda müdafiə etdiyi namizədlik
dissertasiyasında (25) Qarabağ xanlığının tarixini bütövlükdə
araşdırmamış, xanlığın sosial iqtisadi münasibətlərini və dövlət
quruluşu təhlil etməklə kifayətlənmişdir.
Görkəmli şərqşünas və tarixçi alim İ.P.Petruşevski Qara-
bağ xanlığının tarixinə aid ayrıca bir tədqiqat həsr etməsə də,
onun bir sıra araşdırmalarında (123; 124) Azərbaycanın XVIII-
XIX əsrlər tarixinin
çox mühüm sosial-iqtisadi, və siyasi pro-
blemlərinə ətraflı şəkildə toxunulmuşdur.
H.Ə.Dəlili tariximiz üçün çox qiymətli olan əsərində
(15) Azərbaycanın cənub xanlıqlarının tədqiqi ilə kifayətləndi-
yin
dən burada Qarabağ xanlığının tarixinə diqqət
yet
irilməmişdir.
Azərbaycanın sovet tarixçilərindən E.A.Paxomovun və
Ə.S.Ubaydulinin əsərlərində xanlıqların sosial-iqtisadi
strukturu,
sosial-
silki quruluşu və xüsusilə torpaq sahibliyi formaları
haqqında çox qiymətli məlumatlar vardır (125).
V.N.Leviatovun
Azərbaycanın XVIII əsr tarixinə həsr
etdiyi monoqrafiyasında (109) Qarabağ xanlığı haqqında müəy-
yən məlumatlarla qarşılaşırıq. H.B.Abdullayevin əsərlərində
(82; 83) Azərbaycanın xanlıqlar dövrünün sosial-iqtisadi və
hərbi-siyasi xarakterli problemlərinə toxunulsa da, Qarabağ
xanlığı ayrıca tədqiq olunmamışdır. Müəllif daha çox Şimal –
şərqi Azərbaycan torpaqlarına, Quba xanlığına daha çox diqqət