24
«Fərziyyə müəlliflərini çaşdıran «qara» sözü
olmuşdur. Toponimçi tədqiqatçıların əksəriyyəti «qara»nı
rəng kimi başa düşdüklərindən, Qarabağı «qara üzümlü»,
«qara yarpaqlı» bağ kimi izah etməyə səy göstərmişlər.
Respublikamızın toponimiyasında qara ilə gələn coğrafi
adların tədqiqi qaranın vaxtilə «rəng», «ağır», «qərb»,
«böyük», «qoçaq», «sıx», «qalın», «çoxluq» mənalarında
işlədildiyi müəyyən edilmişdir. (9, s.14)
Qarabağ toponimiyası haqqında Azərbaycan toponimçi
alimlərinin əldə etdikləri elmi nəticələrə müraciət etmək daha
faydalı olardı.
Tədqiqatçı toponimçi alim Ş.Sədiyev «QARABAĞIN»
mənasından bəhs edərkən yazır:
«Qarabağ» sözünün dilimizə daxil olduğu əsri dəqiq
söyləmək çətindir. Lakin Azərbaycan tarixinə aid
mənbələrdə onun VII əsrdən bu və ya digər fonetik
dəyişmələrdə işləndiyini deyə bilərik. Bu söz qədim tarixi
kitablarda müxtəlif şəkillərdə yazılır. Çox güman ki, belə
kitabların müəllifləri Qarabağ sözünü bəzən dəyişərək öz
milli tələffüzlərinə uyğunlaşdırmış, bəzən də başqa xalqların
Qarabağa verdikləri adlarla əvəz etmişlər.
… Qarabağ, Azərbaycanın müəyyən coğrafi hissəsinə
verilmiş tarixi –ənənəvi addır. O, Azərbaycan dilinə məxsus
qara və bağ sözlərindən ibarətdir. Mənaları asan anlaşılan
qara sifəti və bağ ismi birləşərək tərkibcə mürəkkəb bir söz -
Qarabağ sözünü əmələ gətirmişdir.
V.Liokqobitov «Qafqaz arxasındakı rüs mülklərinin
icmalı» əsərində göstərir ki, meşələrinə görə zəngin olan bu
ölkə… Azərbaycan dilində qara bağ mənasını verən
«Qarabağ» adını almışdır. Q.Qan adlı başqa müəllif yazır ki,
Qarabağ – qara və bağ sözlərindəndir. Qara yarpaqlı
(həmyaşıl) bağlar deməkdir. M.Bodnarski «Coğrafi adlar
lüğəti»ndə qeyd edir ki, Qarabağ –qara yarpaqlı bağlar
ölkəsi deməkdir. Müasir elmi ədəbiyyat həmin fikirləri
qəbul etmişdir. (10, s.15)
25
Onu da demək lazımdır ki, Ş.Sədiyev «Qarabağ»
sözünün mənasını və bu coğrafi adın yaranma tarixi haqqında
elmi məlumatı Şuşa kənd təsərrüfatı texnikumunun tələbəsinin
xahişi ilə açıqlamışdır.
Coğrafiyaşünas toponimçi Rəmzi Yüzbaşov da
«QARABAĞ» toponimi haqqında maraqlı və dəyərli fikirlər
söyləyir. R.Sədiyev Dağlıq Qarabağ ərazisində 228 yaşayış
məntəqə adını, 28 su obyekti adını, 33 oronim (oronim-
düzəltmə quruluşlu coğrafi yer adı mənasını verir), cəmisi
239 toponim əsas götürərək onları təhlil etmiş və əməli elmi
nəticələr əldə etmişdir.
R.Yüzbaşov Qarabağ adının söz kimi VII əsrdən, əyalət
kimi X
III əsrdən işlədilməsindən bəhs edərək yazır:
«Aparılan elmi araşdırmlar göstərir ki, bu adların
«ANASI» vaxtilə Araz çayının sahilində yerləşən Qarabağ
şəhəri mövcud olmuşdur. Bu şəhərin XVII əsrin birinci
yarısına qədər mövcud olması haqqında dəqiq kartoqrafik
məlumat əldə edilmişdir. XVII əsrin I yarısında alman
səyyahı Adam Olearinin tərtib etdiyi «İran səltənəti» adlı
xəritədə Qarabağ yaşayış məntəqəsi 39
0
şimal en dairəsi ilə
89
0
20
/
şərq uzunluq dairəsinin kəsişdiyi nöqtədə göstrilir.
Xəritədə Cənubi Azərbaycandan keçən və Qarasu çayının
yatağı yaxınlığı ilə uzanaraq, Kiçik Qafqaza daxil olan
mühüm bir ticarət yolunun Qarabağ şəhərindən keçdiyi
göstərilir… Həmin şəhər XVII-XVIII əsrlərdə baş verən
müharibələr nəticəsində dağılıb məhv olmuşdur. Şəhər
adının böyük bir əraziyə verilməsi onun mühüm ticarət
mərkəzi və nəqliyyat qovşağı olduğunu göstərir. Şəhər nə
qədər yaşamışdır? Əlbəttə bu suala arxeoloqlarımız
gələcəkdə daha dəqiq cavab verəcəklər. Biz isə Qarabağ
sözünün VII əsrdən mövcud olduğunu nəzərə alıb, onun
1000 ildən artıq ömür sürdüyünü söyləyə bilərik».
Qarabağ sözünün mənası haqqında. Bu sözün
mənasını şərh edənlər «qara»nın mənasını həmişə rəng adı
kimi düşündüklərindən, adın düzgün mənasını izah edə
26
bilməmişlər. Bağa nə üçün qara deyilsin? Bu suala məntiqi
cavab verən olmamışdır. Son zamanlarda Azərbaycan
toponimikası sahəsində aparılmış işlər nəticəsində «qara»nın
bir neçə mənası müəyyən edilmişdir; onlardan biri də
«qalın», «sıx» deməkdir. Buna əsasən demək olar ki, Araz
çayının sahilindəki Qarabağ şəhəri son dərəcədə bağlı-
bağatlı olduğundan belə adlandırılmışdır.
Öyrənilən ərazidə müəyyən edilən şəffaf adların 67
faizi (113 vahidi) Azərbaycanca, 18 faizi (31 vahidi)
ermənicə, 3 faizi (5 vahidi) rusca, 12 faizi (21 vahidi)
hibritdir» (11, s. 86, 92).
Göründüyü kimi Qarabağda Alban, Azərbaycan, erməni
və rus toponimik layları mövcuddur. Bunların ən güclüsü
Azərbaycan laylarıdır. Ermənicə olan toponimlərin yaranmasına
səbəb, onların Qarabağa köçürülüb gətirilmələri və türkdilli
tayfaların əhatəsində yaşamaları olmuşdur.
Dağlıq Qarabağın, Muğan, Şirvan, Naxçıvan, Gəncə,
Qarabağ əyalətləri ilə əhatə olunduğunu nəzərə alsaq
yuxarıda qeyd etdiyimiz vəziyyətin yaranmasındakı coğrafi
və tarixi şərati dərk etmiş olarıq» (11, s.92)
Daha bir misa
l. «Qarabağ» termini «xalq və bağ»,
«böyük bağ», «şəfalı bağ» və s. mənasını kəsb edir. Bu adın
Azərbaycanın Kür və Araz çayları arasındakı mənzərəli
ərazilərə şamil olunması monqol - türk qəbilələrinin ölkəyə
gəlmələri ilə bağlıdır… Həmin ərazi Qafqaz Albaniyasının
tarixi ərazisi olub, əsasən Arsax, Sünik, Uti, Sakasena və
Paytakaran vilayətlərini əhatə edirdi və bu adla da
tanınırdı» (12, s. 98-99).
Əlbətə Qarabağ sözünün mənası haqqında daha çox
misallar gətirmək olar. Qarabağ Azərbaycan Respublikasının
qədim ərazisidir. O, qədim tarixə malikdir və bu söz birmənalı
olaraq Azərbaycan xalqına məxsusdur.
XX əsrin əvvəllərinə kimi Qarabağ coğrafi məkan kimi
tam halda, Qarabağ adlandırılırdı. Hər bir ölkənin düzənlik,
dağlıq, dərə, təpə, çəmənlik, meşə və digər coğrafi əraziləri
Dostları ilə paylaş: |