Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə84/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   80   81   82   83   84   85   86   87   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
251
tipologiyasında önə sürülən təkamül mülahizələrinin  total 
inkarı, zənnimizcə, düzgün yanaşma sayıla bilməz və 
struktur təkamül ideyasına  bu qəbildən münasibət tipoloji 
araşdırmaların yeni keyfiyyət pilləsinə keçməsində müsbət 
rol oynaya bilməzdir.   
 Tipoloji təmayüllərin həmhüdud zonasında cərəyan 
edən bir sıra proseslərin adekvat tipoloji xarakteristikasının 
verilməsinin çətinliyi və ya hər hansı bir  dil sistemində 
təmsil olunan tipoloji təmayüllərin dominant və 
resessivliyinin təsbitinin yol açdığı problemlər linqvistik 
terminologiya dövriyyəsinə «qarışıq tip» anlayışının daxil 
olmasına  şərait yaratmışdır. Birmənalı  şəkildə tipoloji 
səciyyələndirmə  əldə etməyə müvəffəq olmayan  məhdud 
sayda dilin bu istilah altında tanımlanan struktur 
quruluşuna malik olması faktının mümkünlüyü hələ 
«qarışıq tip» anlayışının uğurlu metodoloji yanaşma olması 
anlamına gələ bilməz. Belə ki, 1) istənilən dil sistemi bir 
neçə tipoloji təmayül elementlərinin bu və ya digər 
nisbətdə  təzahür tapmış birgəmövcudluğu  əsasında 
formalaşdığından, (dominant və resessiv elementlər 
bölgüsündən imtina şəraitində)  ikili tipoloji göstəricili 
(məs: aqlütinativ – flektiv) determinanta anlayışının qəbul 
edilmiş etalon statusuna yüksəldilməsi üçüncü və ya hətta, 
dördüncü tipoloji təmayül elementlərinin mövcudluğuna, 
demək olar ki, şans tanımır və bu vəziyyət  bir çox halda 
real dil materialının təqdim etdiyi struktur komponentlər 
nisbətini adekvat şəkildə  əks etdirmir; 2) (ehtimal olunan 
istisnalar nəzərə alınmasa) istənilən dil sistemində bu və ya 
digər elementlərin mütləq və ya güclə seziləcək 
üstünlüyünün mövcudluğu yeni istilah törəmələrinin (məs: 
aqlütinasiya elementlərinin dominantlığı ilə seçilən 
aqlütinativ – flektiv dillər; flektiv elementlərin yüksək 
çəkisi ilə xarakterizə olunan aqlütinativ – flektiv dillər və 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
252
s.) meydana çıxmasına  şərait yarada bilər ki, bu da, öz 
növbəsində, tipoloji təsnifatın bölgü prinsiplərinin 
səlisləşdirilməsinə  cəhd məramına zidd olaraq, onların 
(bölgü prinsiplərinin) daha da qəlizləşdirilməsi anlamına 
gələcəkdir. Bununla belə, onu da diqqətdən qaçırmaq olmaz 
ki, «qarışıq tip» anlayışı tipoloji təkamül prosesi sırasında 
bir struktur mərhələsindən digərinə keçid cəhdlərini 
təcəssüm etdirən vəziyyəti əks etdirir və bu anlayış tipoloji 
modifikasiyalar anlayışı ilə üzvü şəkildə bağlıdır.   
–  Tədqiqatımız  əsnasında araşdırmaya cəlb olunan bir 
çox fikir və mülahizələr bantu dilinin aqlütinativ – 
flektivliyinin müəyyən fenomen statusunda nəzərdən 
keçirilmə mümkünlüyünü ortaya qoyur. Belə ki, bu dilin   
tipoloji təbiəti ilə bağlı mübahisələrin,  əslində,  ekstra-
linqvistik faktorların dilin struktur quruluşunun  ən dərin 
qatlarına nüfuz etmə potensialını 
əyani 
şəkildə 
təsdiqləməklə yanaşı, «qarışıq tip» vəziyyətinin bir çox 
halda, məhz, struktur «sınma»sı ilə    nəticələnə bilən in-
tensiv dil əlaqələrinin məhsulu olduğuna əminlik yaradır.  
– Monoqrafiya işi üzərində araşdırmalar  əsnasında  əldə 
edilən elmi nəticələr onu söyləməyə əsas verir ki, bu və ya 
digər dil sisteminə kənar sistem müdaxiləsi (hibridləşmə ilə 
nəticələnən dil çarpazlaşması hadisəsi tipoloji 
modifikasiyalara yol açan ekstralinqvistik faktorların təhlili 
kontekstində  dəyərləndirilə bilməz) birincinin həmin 
müdaxilə üçün yaratdığı  şərait çərçivəsində gerçəkləşir. 
Başqa sözlə, dil sisteminin tipoloji xarakteristikasının 
yeniləşməsində qrammatik interferensiya faktları müəyyən 
rol oynaya bilsələr də, təkamülün ümumi axarı dil 
sisteminin özü tərəfindən sanksiyalaşdırılır.  
Ekstralinqvistik faktorların iştirakı ilə  təsbit edilən 
tipoloji sapma hallarının böyük qisminin dil sisteminin 
məlum təkamül sxemindəki ardıcıllığa müvafiq təbiət 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
253
sərgiləməsini də (yəni, iltisaqi dillərdə insirafi elementlə-
rin, analitik – flektivlik zəminində «təkrar aqlütinasiya» 
ünsürlərini təcəssüm etdirməsini), məhz, bununla – daxili 
və xarici inkişaf qanunauyğunluqlarının qarşılıqlı 
şərtləndirilməsi ilə izah etmək olar. Lakin əks istiqamətli 
proseslərin müşahidə edilməsi bəzi hallarda xarici faktor-
ları intensivliyi sayəsində dil sistemində kodlaşdırılmış 
təkamül sxemindən fərqli məcrada cərəyan edən 
dəyişikliklərin istisna edilmədiyini ortaya qoyur. 
–  Tipoloji modifikasiyalara yol açan qrammatik inter-
ferensiya faktlarının mənimsənilməsi prosesində  1) tipoloji 
sapma faktlarını ixrac edən dil ilə resipiyent dilin 
quruluşları arasında fərq; 2) dillərin qarşılıqlı  və ya 
birtərəfli müdaxiləsini mümkün edən sosiokontekstin 
xarakteri və mövcudiyyət müddəti faktorları başlıca rol 
oynayır. 
Ekstralinqvistik faktorlardan qaynaqlanan tipoloji 
modifikasiya prosesləri yekcins mahiyyət kəsb etməyib 
aşağıda  təqdim olunan qəbildən  təxmini təsnifatlandırma-
ya məruz qala bilirlər: 1) yadstrukturlu dil sisteminin təsiri 
ilə baş verən və  həmin təsirə  məruz qalan dilin daxili 
imkanlarının yenidən dəyərləndirilməsi ilə gerçəkləşən 
dəyişikliklər; 2) yadstrukturlu elementlərin (hazır  şəkildə) 
mənimsənilməsi ilə reallaşan qrammatik interferensiya.  
–  Dil sistemininin struktur özəyini təşkil mexanizmlər 
məcmusunun qeyri – yekcinsliyi  intralinqvistik  faktorlarla 
diqtə edilmiş obyektiv qanunauyğunluqlarla izah edilə 
bilər. Belə ki, dil sisteminin struktur inventarları 
retrospeksiyaya imkan tanımadan, yalnız hal – hazırki 
«verilmiş reallıq»dakı durum şəraitində meydana gələn və 
statik vəziyyətdə mövcudluq sürdürməklə bu və ya digər 
xarakterli dəyişikliklərdən sığortalanmış mexanizmlər 
sistemini təcəssüm etdirmir. Əksinə, istənilən dil sistemi 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə