Azərbaycan Milli Kitabxanası
3
G İ R İ Ş
Dil sisteminin yekcins tipololoji mahiyyət kəsb edən
element və mexanizmlər toplusu olmaması fikri müasir
linqvistik tipologiya təliminin banisi hesab edilən V. Hum-
boldtun araşdırmaları dövründən etibarən, demək olar ki,
yekdilliklə qəbul edilmiş və müəyyən mənada, doqma
statusu qazanmış mülahizə hesab edilir
1
. Lakin bu
(politipoloji) sistemi təşkil edən komponentlərin tipoloji
təbiəti, onların (həmin komponentlərin) qarşılıqlı mü-
nasibəti, fərqli (tipoloji) mahiyyətli elementlərin birgə-
mövcudluğunun əldə edilməsi naminə yaranan «konsensus
proqramlar», bu qəbildən fəqliliyə malik komponentlərin
politipolojilik şəraitində sərgilədikləri «davranış»
mexanizmi və onun sistem tərəfindən təyinlənən limiti,
habelə həmin fərqli tipoloji təbiətli element və
mexanizmlərin formalaşdırdığı sistemin struktur özəyin-
dəki tipoloji təmayüllərin «qüvvələr nisbəti» məsələsi
kimi bir çox problemlər linqvistik düşüncə tarixində önəmli
xidmətlərə imza atmış
ən müxtəlif tipologiya
nəzəriyyələrinin, bir növ, (belə demək mümkünsə) «Axilles
dabanı» hesab edilir. Belə ki, linqvistik tipologiyada, hətta,
bu təlimin özəyini, bir növ, meydanagəlmə səbəbini təşkil
edən «dil tipi» anlayışının özünün nələri ehtiva etməsi, nə
kimi kriterilərə əsaslanan bölgüdən çıxış edilərək hansı
kəmiyyət və özəlliklərə malik olması kimi məsələlərin belə
dəqiq həll qazanmamış olması ardı – ardına silsilə
problemlərin ortaya çıxmasına təkan verməyə bilməzdi.
1
бах: Морфологическая типология и проблема классификации языков
(сбор.стат.). М.-Л., 1965; Лингвистическая типология и восточные языки.
Материалы совещания. М., 1965; Понятие агглютинации и агглюти-
нативного типа языков. Тезисы докладов. Л., 1961; Понятие агглютинации
и агглютинативного типа языков. Тезисы докладов. Л., 1961. вя с.
Azərbaycan Milli Kitabxanası
4
Linqvistik tipologiya nəzəriyyələrinin tarixindən bəlli
olduğu kimi, ən mütəlif dövrlərdə morfoloji təsnifat
kriteriləri ilə bağlı sərgilənən və linqvistik konsepsiya
müxtəlifliyindən qaynaqlanan fərdi yaradıcı münasbət dil
tiplərinin bölgüsünün iki
1
, üç
2
, dörd
3
, beş
4
, səkkiz, və
hətta, iyirmi bir
5
(?! – A.H.) tipin fərqləndirilməsinə
çatmasına yol açmışdır. Sössüz ki, belə fikir müxtəlifliyi və
ən əsası, ortaq məxrəcin əldə edilməsi yönündə ümumi
nəzəri platformun hazırlanması cəhdlərinin, demək olar ki,
qeyri – mövcudluğu bu kimi problematik məsələlər
toplusunda konsensusun əldə edilməsinə yardımçı ola
bilməzdi.
Linqvistik tipologiya nəzəriyyələrinin ikiyüzillik inkişaf
tarixinin ən ötəri təhlili belə bu təlimin cəmiyyət həyatında
dilə, onun (dilin) təbiət və mahiyyətinə, habelə, ictimai
spesifikasına və təfəkkürlə yaratdığı təbii vəhdətinə
münasibətin dəyişməsi ilə sıx bağlı olduğuna şübhə yeri
qoymur. Başqa sözlə, ictimai hadisə olan dilə (sözünü
etdiyimiz qəbildən) münasibətin və bir ictimai elm kimi
dilçiliyə maraq səviyyəsinin göstəricilərindəki istənilən
xarakterli dəyişikliklər linqvistik tipologiya
1
Шлеэел гардашларынын илкин тясифат дяйярляндирмясиндя олдуьу кими, бах:
Ахундов А.А. Цмуми дилчилик. Дилчилийин тарихи, нязяриййяси вя методлары.
Б,, 1979.
2
мяс: А.Шлейхер тяснифатында (бах: йеня орда, с.26); Ч. Базелин дяйярлян-
дирмяляриндя (бах: Базелл Ч.Е. Лингвистическая типология / Принцип
типологического анализа языков различного строя. М., 1972, с.15-30) вя
с. тящлиллядя олдуьу кими.
3
фон Гумбольдт Вильгельм. О различии строения человеческих языков
и его влиянии на духовное развитие человечества / Избранные труды по
языкознанию М., 1984.
4
бах: Фортунатов Ф.Ф. Сравнительное языкознание. Общий курс /
Ф.Ф.Фортунатов. Избранные труды. Том 1, М., 1956, Скаличка В. К
вопросу о типологии // Вопросы языкознания, 1966, №4; с. 22 – 30. вя с.
5
Гурбанов А. Цмуми дилчилик. I щисся. Б., 1989, с.430.
Azərbaycan Milli Kitabxanası
5
nəzəriyyələrinin ideya platformunda təsirsiz ötüşə bilməzdi.
Belə ki, romantizm ruhunun ictimai-fəlsəfi görüşlərə hakim
kəsildiyi, pozitivist yanaşmanın aparıcı dünyagörüşü kimi
qəbul edildiyi dönəmlərdə dillərin struktur quruluşunun
təxminən müvafiq prizmadan dəyərləndirilməsi tamamilə
anlaşılan idi. Bu mənada, xalqın dilinin «xalqının ruhu» ilə
özləşdirilməsi,
1
dil tiplərinin isə, öz növbəsində, xalqın
təfəkkür tərzi və dünyagörüşü kontekstində
dəyərləndirilməsi məlum ideya fəlsəfi cərəyanların spesifik
təfsirinin davamı kimi səciyyələndirilə bilər. Sözügedən
fəlsəfi cərəyanların təbiət və həyat hadisələrininin, bir növ,
idealizasiyası meylləri dil tiplərinin təhlili prosesində eyni
standartların tətbiqini qaçınılmaz etmişdir. Belə ki,
romantik – tipoloqların (linqvistik tipologiyanın baniləri
sayılan Fridrix və Avqust – Vilhelm Şlegel qardaşlarının)
flektiv dilləri ideallaşdıraraq ən yüksək təfəkkür tərzinin
inikası olmasını iddia etməsində, habelə, bu dillərdə
onların «ideallığına» xələl gətirən iltisaqi dil elementlərinin
mövcudluğunu gözardı etməsində,
2
bir növ, sözügedən süni
idealizasiya tendensiyasının təsir izlərinin mövcudluğunu
inkar etmək mümkün deyil.
Darvinizm ideyalarının ictimai – fəlsəfi fikrə, demək
olar ki, hakim kəsildiyi bir dövrdə dil tiplərinin təbiət
varlıqlarının iyerarxiyasına uyğun şəkildə (kristallara –
təcridi quruluşlu dillər, bitkilərə – aqlütinativ quruluşlu
dillər, heyvan orqanizminə – flektiv quruluşlu dillər uyğun
tutulurdu) nəhayətli təkamül sxeminə müvafiq (yəni, ən son
1
фон Гумбольдт Вильгельм. О различии строения человеческих языков
и его влиянии на духовное развитие человечества / Избранные труды по
языкознанию М., 1984.
2
Реформатский А.А. Агглютинация и фузия как две тенденции грам-
матического строения слова / Морфологическая типология и проблема
классификации языков. М.- Л., 1965, стр. 84-85.
Dostları ilə paylaş: |