Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə3/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   2   3   4   5   6   7   8   9   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
6
təkamül pilləsi qismində flektivlik nəzərdən keçirilirdi) 
inkişafda olması fikrinin yeni tipoloji təlimin əsasını təşkil 
etməsi heç də  təəccüblü deyildi.
1
 A.Şleyxerin adı ilə bağlı 
olan bu «naturalistik tipologiya»  təliminin sonralar 
N.Y.Marrın və ardıcıllarının təklif etdikləri yeni tipoloji 
təkamül konsepsiyasına
2
 
əsasən «sosial relslərə 
oturdulması», müəyyən mənada, həmin dövrə, yəni XX 
əsrin  əvvəllərinə xas olan inqilabi – sosialistik  ideya 
platformuna müvafiq yanaşma hesab edilə bilər.  
Yuxarıda qeyd olunan tipoloji nəzəriyyənin və eləcə  də 
təqdim edilən monoqrafiya çərçivəsində araşdırmaya cəlb 
olunan bir qisim digər tipoloji konsepsiya və araşdırmaların 
ideya-nəzəri köklərinin onların (həmin konsepsiyaların və 
bu konsepsiyaların daşıyıcısı olan əsərlərin) meydana 
gəldiyi dövrün sosial-siyasi konteksti fonununda təhlili 
linqvistik tipologiyanın bəzi hallarda (belə demək 
mümkünsə) siyasi konyuktur maraqlardan çıxış etdiyi və ya 
ən azından, dövrün ideya – fəlsəfi tendensiyalarının ciddi 
təsirinə qaldığı  təəssüratını oyadır. 
Dil tiplərinin sərbəst birgəmövcudluğu mülahizəsini 
ortaya atan və əslində, nümayəndələrinin bir çox təhlillərin-
də «dil tipi» bölgüsünü və bu bölgüyə müvafiq qarşılaş-
dırmanı  məqbul hesab etməyən «funksionalist tipolo-
giya»nın
3
   təxminən XX əsrin ortalarından aparıcı ideya – 
                                                 
1
Ахундов  А.А.  Цмуми  дилчилик.  Дилчилийин  тарихи,  нязяриййяси  вя  метод-
лары. Б,, 1979; с. 26.  
2
  бах:  Вопросы  языка  в  освещении  яфетической  теории  (Избранные 
отрывки  из  работ  акад.  Н.Я.Марра)  Л., 1933; Марр  Н.Я.  Яфетическая 
теория.  Программа  общего  курса  учения    о  языке.  Б., 1927; Мещанинов 
И.И.  Новое  учение  о  языке.  Стадиальная  типология.  Л.,1936,  Мещанинов 
И.И. Новое учение о языке на современном этапе развития. Л., 1948. вя с.  
3
 
бах:  Скаличка  В.  О  современном  состоянии  типологии.  /  Новое  в 
лингвистике. Выпуск  III. М., 1963; Скаличка В. К вопросу о типологии 
// Вопросы языкознания, 1966, №4;   Даниленко В.М. Лингвистическая 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
7
fəlsəfi platformlardan birinə çevrilmiş liberalizmindən 
təsirləndiyinə şübhə doğumur. İrəlidə daha təfsilatlı şəkildə 
izləyəcəyimiz kimi, istər sözügedən həmin cərəyan 
nümayəndələrinin, istərsə  də digər tipoloji nəzəriyyə 
müəlliflərinin  təkamül ideyalarını prinsip etibarı ilə ziyan-
lanmasının səbəb və  şəraiti ilə,  ən  əsası isə, arqumenta-
siyası ilə tanışlıq bu yanaşmanın  siyasi korrektliyə (bəzən 
ifrata varan həddə olan) meyllilikdən başqa bir şey 
olmadığını ortaya qoyur. 
Göründüyü kimi, «dil tipi» anlayışına və (dil sistemində 
tipoloji modifikasiyaların rüşeym formasında kod-
laşdırılmasını təmin edən)  struktur təkamül ideyasına belə 
fərqli münasibətin hökm sürdüyü şəraitdə birmənalı 
yekdilliyi ilə seçilə bilən təhlil həllərinin təklif edilməsini 
gözləmək sadəlöhvlük olardı. Bununla belə, onu da 
xüsusilə qeyd etmək vacibdir ki, həmin ideya plürializmi 
son nəticədə linqvistik tipologiya təliminin müasir 
səviyyəyə yüksəlməsində, və    ən  əsası, tədqiqatımızın 
obyekti baxımından önəm kəsb edən politipologizm 
şəraitinin meydana gətirən altyapı  və (müxtəlifcinsli: 
dildaxili və dilxarici) faktorların  araşdırılması  işində 
müstəsna əhəmiyyət kəsb edən fikir və mülahizələrin ortaya 
çıxmasına səbəb olmuşdur.  
Linqvistik tipologiya nəzəriyyələrindəki problemlərin 
alt qatını  təşkil edən və  həmin problemlərin ortaya çıxma-
                                                                                                         
характерология  в  концепции  В.Матезиуса  // Вопросы  языкознания, 
1986, № 4, стр. 120-128; Реформатский А.А. Теория языка. Типологичес-
кая  (морфологическая)  классификация  языков. http://genhis.philol.msu. 
ru/printer_133.shtml ; Милевский Т. Предпосылки типологического язы-
кознания / Исследования по структурной типологии М., 1963; Milewski 
T. Introduction to the study of language, The Hague, Paris: Warzawa PWN 
polish Scientific Publishers, 1973;      Характерология. http://www.cultinfo. 
ru/fulltext/1/001/008/118/449.htm   вя с. 
  


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
8
sını, demək olar ki, şərtləndirən bir çox suallar «düyün»ü 
mövcuddur. Həmin sualları (spektr yaxınlığına)  əsasən 
təxminən aşağıdakı istiqamətlər üzrə  qruplaşdırmaq 
mümkündür. 
 1) «Linqvistik tipologiya» təlimi nəyi ehtiva edir və 
onun tədqiqat sahəsinin  əhatə dairəsi və limiti nədir? Belə 
ki, (irəlidə daha təfsilatlı  şəkildə izləyəcəyimiz kimi) 
linqvistik tipologiyanın, sadəcə, morfoloji klassifikasiyanı 
və ya (təsnifatlandırma mexanizmini ehtiva edən) xüsusi 
tədqiqat metodunu əhatə etdiyini önə sürən araşdırmalarla 
yanaşı, onun (linqvistik tipologiyanın) daha geniş spektrli 
məsələlərin çözümünü təklif edən təlim olduğunu önə sürən 
dəyərləndirmələr də mövcuddur.
1
  
Digər tərəfdən dil sisteminin tipoloji kimliyinin təsbiti 
zamanı onun (sistemin) yalnız «bu gün»ündən çıxış etməyi 
məqbul hesab edən araşdırmalarla
2
 yanaşı, sistemin müasir 
tipoloji xarakteristikanın 
şəkillənməsində onun 
«dünən»inin də önəmli rol oynaması fikrində israrlı olan 
tədqiqatlar da yox deyildi.
3
 Bu antinomik yanaşmalarda 
                                                 
1
  бах:  Рождественский  Ю.В.  Тезисы  о  природе  понятии  лингвисти-
ческой  типологии    /  Лингвистическая  типология  и  восточные  языки. 
Материалы  совещания.  М., 1965; Колшанский  Г.В.Универсальная  и 
частная типология языка / Лингвистическая типология. М., 1985; Рона-
Таш  А.О  комплесивности  типологических  методов / Лингвистическая 
типология  и  восточные  языки.  Материалы  совещания.  М., 1965; Меч-
ковская Н.Б. Общее языкознание. Структурная и социальная типология 
языков. М., 2003;  Городецкий Б.Ю. Основы концептуального аппарата 
лингвистической типологии. /  Лингвистическая типология. М., 1985  вя с. 
2
 мяс: Вардуль И.Ф. О предмете и задачах типологии / Лингвистическая 
типология. М., 1985  вя с. 
3
 мяс:
 
Гухман М.М. Историческая типология и проблема диахроничес-
ких  констант.  М., 1981; Гухман  М.М.  О  содержании  и  задачах 
типологических  исследований    /  Лингвистическая  типология  и  восточ-
ные  языки.  Материалы  совещания.  М., 1965; Гухман  М.М  О  предмете 
исторической  типологии / Лингвистическая  типология.  М., 1985; 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə