Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə12/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
46 
 
Min cür çarə etdi hərə bir yandan, 
Ancaq o gözələ olmadı dərman. 
Yanırdı almatək qızın yanağı, 
Şahın açılmırdı qaşı, qabağı. 
Ona vermiş idi şah öz könlümü, 
Qəmlə keçirirdi bütün gününü. 
Qüssə gətirmişdi o şahı cana, 
Təxtindən enərək çıxdı eyvana, 
Eyvanda dayanıb qəmgin, mükəddər, 
Ordan çölə, dağa salırdı nəzər. 
Padişah çölləri seyr edən zaman 
Göründü gözünə onun bir çoban. 
Müdrik bir qocaydı, nurlu, zəkalı, 
Kafurtək ağ idi saçı, saqqalı. 
Sürü yayıldıqca çəmənə, çölə 
Ürəyi fərəhdən gəlirdi dilə. 
Şah bir az sevindi onu görərkən, 
Çünki nur yağırdı gülər üzündən. 
Tez adam göndərdi onun yanına. 
Çağırtdı çobanı öz eyvanına. 
Qulamlar baş əyib hökmünə yenə. 
Piri gətirdilər şahın qəsrinə. 
Çoban daxil olub uca saraya
Bir qəsr gördü ki, ucalmış Aya. 
Bilirdi, belə sədd İskəndərin var, 
Xoşbəxtdir bu qəsrə daxil olanlar. 
Ədəblə yer öpdü, çünki bir müddət 
Başqa şahlara da etmişdi xidmət. 
Şah onu yanına dəvət elədi, 
Onunla söhbətə başlayıb dedi: 
"Ay kişi, gəl, mənə dağdan, dərədən 
Gözəl bir sərgüzəşt danış görüm sən. 
Ürəyim kədərdən çəkilib dara, 
Bəlkə söhbətinlə edəsən çara..." 
Çoban söylədi ki: "Ey tacidar, sən 
Özünsən aləmi abad eyləyən. 
Taxtın işıq salsın ölkəyə hər an


               _______________  
Milli Kitabxana
  ________________ 
47 
 
Pis göz uzaq olsun təxtü tacından. 
Əvvəl söylə görüm, sən, ey hökmüdar, 
Nə üçün tutmuşdur könlünü qubar? 
Söylə ki, müsahib o yolla getsin, 
Sözləri dərdinə bir çarə etsin." 
Çobanın sözünü şah çox bəyəndi, 
Gördü ki, söz bilən və iş biləndi. 
Ağıllı danışır dinpərvər kimi, 
Mənasız söz demir çöllülər kimi. 
Şah onu dərdindən etdi xəbərdar... 
Bu sirri biləndə çoban da təkrar 
Torpağı öpərək yenə də şaha 
Sidqlə, ürəkdən elədi dua. 
Dedi: "Gəncliyimin xoş zamanında 
Mən xidmət etmişəm şahlar yanında. 
O xidmət etdiyim şahlar içində 
Biri var, yadımdan çıxmaz bu gün də: 
O bir şahzadəydi, Mərvdə yaşardı. 
Uca qəd-qaməti, gül üzü vardı. 
Boyuna sərvlər min həsrət çəkər, 
Üzünün rəngindən sərxoşdu güllər. 
Vardı bir gəlini - gözəl, mehriban, 
Saray nur alardı ay kimi ondan. 
Göz dəydi o qıza, üz verdi əzab
Qızdırma əlindən oldu o, bitab. 
Canını yandıran bu bəd azara, 
Nə qədər etdilər, olmadı çara. 
Uca sərv incəlib söyüdtək əsdi, 
Hamı o gözəldən ümidi kəsdi. 
Şahzadə ölümlə pəncə-pəncəyə 
Görəndə gözəli: - Sağalmaz, - deyə. 
Hələ o dilbəri almamış əcəl, 
Biçarə gözəldən tamam üzdü əl. 
Naümid olaraq, o birdən-birə 
Dünyadan əl çəkib düşdü çöllərə. 
Vardı həmin yerdə ucsuz-bucaqsız, 


               _______________  
Milli Kitabxana
  ________________ 
48 
 
Qupquru bir səhra - meşəsiz, dağsız, 
Hər tərəf xaraba mağaralardı, 
İçində pələnglər, şirlər yatardı. 
Nə bir ot, nə yarpaq - hər tərəf ölü, 
Xalq ona deyirdi: Ölümlər çölü". 
Hər kəs əl çəksəydi dünyada candan, 
O möhnət çölündə olardı nihan. 
Heç görən, eşidən yoxdu: bir nəfər 
Ordan sağ qayıdıb gətirə xəbər. 
Şahzadə dözülməz qəmdən, qüssədən 
O çölü etmişdi özünə məskən. 
Bir dostu vardı ki, o şahzadənin 
Yolunda canından keçərdi yəqin. 
Bildi ki, bu çöldə cavan şahzadə 
Ömrünü verəcək boş yerə badə. 
Quldurtək niqablı, əlində yaraq, 
Getdi arxasınca, ona çataraq 
Tanınmaz bir səslə qopardı nərə, 
Tutub şahzadəni o sərdi yerə. 
Şahzadə sərvtək yerə yıxılcaq, 
Tez onun gözünü bağladı qoçaq. 
Tərk etdi durmadan o qorxunc yeri, 
Onu gözübağlı qaytardı geri. 
Cavanın vardı bir gizlin otağı, 
Aparıb oturtdu orda qonağı. 
Yanında qoydu bir keşikçi - məhrəm
Sirri şahzadədən saxladı möhkəm. 
Çörəyə, suya da edib qənaət, 
Başqa şey verməyə vermədi rüxsət. 
O dustaq şahzadə, sinəsi dağlı, 
Qəlbi, könlü tutqun, gözləri bağlı, 
Özü öz işinə qalmışdı heyran: 
Bu bəla hardandır, nədir bu zindan? 
Dostusa, durmayıb cəhd edir yenə, 
Çarə axtarırdı onun dərdinə. 
Çalışıb gəlini sağaltdı əvvəl. 
Yüz cürə şərbətlə dəf oldu əcəl. 


               _______________  
Milli Kitabxana
  ________________ 
49 
 
Dərdbilən bir təbib elədi dəvət
Saxladı yanında onu bir müddət. 
Qurtardı gözəli verdiyi dərman, 
Tərtəmiz sağaldı o, qızdırmadan. 
Əvvəlki gözəllik gəldi yerinə, 
Başladı şənliyə, çəmən seyrinə. 
Dərmandan tapınca o gözəl şəfa. 
Durdu axtarmağa könlünə dəva. 
Cavansa, gözəli görəndə belə, 
Duydu ki, ürəyi vurur eşq ilə. 
Evində şahanə bir məclis açdı, 
Udun xoş ətrini hər yana saçdı, 
Düzdü hər tərəfə gülü, sünbülü, 
Oturtdu bir yanda o qızıl gülü. 
Sonra da gətirib gəldi içəri 
Əjdaha ağzından çıxan qəməri. 
Üzündən pərdəni açıb, nəhayət, 
Elədi min cürə nəvaziş, hörmət. 
Şahzadə nə gördü? Məclis düzəlib, 
Sevgili yarı da məclisə gəlib... 
Qorxunc cəhənnəmdən, dardan qurtuldu. 
Həm cənnət, həm huri sahibi oldu. 
Nə deyim, nə qədər sevindi o şah! 
Daha nə şərh edim, artıqdır izah..." 
İskəndər dinlədi dedikcə çoban, 
Elə bil ayıldı pis bir yuxudan. 
Dincəldi, yox oldu çəkdiyi əzab, 
O yetkin qocadan aldı xam şərab. 
Şah burda çobanla söhbət edərkən: 
"Sağaldı!...Sağaldı!.." - Eşitdi birdən. 
Padşah da sevindi, oldu bəxtiyar. 
Bircə asqırmaqla sağalmışdı yar... 
Çobanı görərək belə xeyirxah, 
Onunla şahanə rəftar etdi şah. 
Hər kəsin zatı pak olarsa əgər, 
Ondan çox yazılar belə əsərlər. 
Ay daim nur saçar, Müştəri parlar


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə