Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə11/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   7   8   9   10   11   12   13   14   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
42 
 
"Üluf" ad qoyduğu məşhur əsərdə 
Yazır ki: "İskəndər öldüyü zaman. 
Bu böyük itkidən çox qəmgin olan 
Yunanlar onu çox sevdiklərindən, 
Çəkdilər kağıza şəklini həmən. 
Onun surətini nəqş edən rəssam 
Şəkli layiqiylə eyləyib tamam, 
Çəkibmiş yanında bir cüt də heykəl. 
Sağ yanda bir gözəl, solda bir gözəl. 
Heykəlin başında bir cüt də qəşəng 
Buynuzlar çəkibmiş rəssam rəngbərəng. 
Bunları görərək bir heyətşünas, 
Bir cüt mələk ilə edibmiş qiyas. 
Vücud xəlq edəndə çünki allah da 
Mələklər oturdar iki yanında. 
Ay üzlü İskəndər gözəlmiş əslən, 
Daha gözəlləşmiş bu şəkillərdən. 
Paylanmış bu şəkil bütün ellərə, 
Onun şöhrətini yaymış hər yerə. 
Bu şəkli seyr edən hər el, hər diyar 
Rumlu ustadları alqışlamışlar. 
Ərəblər bu şəkli seyr eləyərkən 
Dəyişik salmışlar onları səhvən. 
İskəndər bilmişlər o gündən bəri 
Buynuzlu çəkilmiş məlakələri. 
Odur ki, şübhəyə düşmüş ərəblər, 
"Zülqərneyn" ləqəbi almış İskəndər"
87

Başqa bir bilici deyir ki, onun 
Qulaqları varmış həddindən uzun. 
Dürdən taca bənzər qınları varmış. 
İki qulağına o qın taxarmış
88

Onları xəzinə kimi güdərək, 
Möhkəm gizlədərmiş bir xəzinətək. 
Başını qırxan bir qulundan qeyri 
Kimsənin bu sirdən yoxmuş xəbəri. 
Ancaq ki, həmin qul öldüyü zaman 
İskəndər tapdı bir özgə başqırxan. 


               _______________  
Milli Kitabxana
  ________________ 
43 
 
Şahın hüzurunda təzim edərək, 
Başladı saçını qırxmağa dəllək. 
Xəlvətdə saçını qırxıb qurtarcaq, 
Şah ona yavaşdan dedi: "Bura bax. 
Bilsəm, qulaqların sirrini əgər 
Eşidib dünyada səndən bir nəfər, 
Bir qulaqburması gələrəm sənə, 
Daha sirr açmazsan bir özgəsinə". 
Bunu qulağında o sırğa etdi, 
Yaxın dostlardan da sirri gizlətdi. 
Bu sözü kimsəyə əsla açmadan
Saxladı küfrtək könlündə pünhan. 
Bu sirrin dərdindən saraldı ancaq, 
Çünki çox çətindir sirri saxlamaq. 
Bir gün bərk darıxdı, çölə üz qoydu, 
Gördü ki, çöldə var dərin bir quyu. 
Dərdini quyuya eylədi izhar: 
"İskəndərin uzun qulaqları var!" 
Qəlbinin o yanar atəşi söndü, 
Ürəyi dincəldi, evinə döndü. 
Yenə də sirrini saxladı möhkəm, 
Ağzının möhrünü açmadı bir dəm. 
Bu işdən keçmədi o qədər zaman, 
Bir qamış göyərdi həmin quyudan. 
Bu qamış böyüdü, xeyli boy atdı, 
Əlini o gizlin sirrə uzatdı. 
Bir gün də bir çoban ordan keçəndə, 
Gördü o qamışı quyu içində. 
Əyilib qamışı kəsərək çoban, 
Doğrayıb bir tütək qayırdı ondan. 
Qəm-qüssə bilmədən onu çalırdı, 
Tütəyi çaldıqca ləzzət alırdı. 
Bir gün o səhraya çıxdı padişah, 
Uzaqda bir çoban göründü nagah, 
Çobanın çaldığı neyi eşitdi, 
Çölləri üstünə qalxmış zənn etdi. 
Çünki neyin səsi deyirdi aşkar: 


               _______________  
Milli Kitabxana
  ________________ 
44 
 
"İskəndərin uzun qulaqları var!.." 
O, neyin səsindən od tutub yandı, 
Muma döndərərdi hirsi poladı. 
Toxtayıb yerində durdu bir qədər. 
Sonra səsə sarı getdi İskəndər. 
Çağırıb çobanı soruşdu ondan, 
Tütəyin sirrini danışdı çoban: 
"Gördüm ki, bitib bu qamış quyuda, 
Şəkər qamışıtək, şirin bir suda. 
Mən kəsib doğradım öz əlim ilə
Kəsilməsəydi o, gəlməzdi dilə. 
Cansızdır, onunla qızır bədənim. 
Dilsizdir, ancaq ki, dilimdir mənim..." 
Şahı çox heyrətə saldı bu dastan, 
Dönüb vətəninə qayıtdı ordan. 
Xəlvətdə oturub o, fərman verdi, 
Dəlləyin dalınca adam göndərdi. 
Söylədi ona ki: "Tez elə bəyan, 
De görüm, bu sirri kimə açıbsan? 
De görüm, nə cürə eləyib hünər 
Bu sirri özgəyə veribsən xəbər? 
Səni bağışlaram düzünü desən, 
Boynunu vurdurram yalan söyləsən!.." 
Şahın sözlərini eşidib dəllək, 
Gördü ki, düzünü söyləsin gərək. 
Əvvəl yeri öpüb səcdə eylədi, 
Sonra padişaha belə söylədi: 
"Doğrudur, şah mənə vermişdi fərman
Saxlayım hamıdan bu sirri pünhan. 
Ancaq davam edə bilmədiyimdən. 
Təkcə bir quyuya açdım sirri mən. 
Başqa heç kimsəyə demədim, ey şah, 
Yalansa, qənimim olsun qoy allah!.." 
Şah gördü ki, dəllək doğru söz dedi. 
O düzlük istədi, bu da düz dedi. 
Qullardan birinə buyurdu bu an, 
Bir qamış gətirtdi həmin quyudan, 


               _______________  
Milli Kitabxana
  ________________ 
45 
 
Təzə tütəyə də dəyəndə nəfəs, 
Şahın qulağına gəldi həmin səs. 
Bildi ki, heç sirri saxlamaz nihan
Hamının sirrini açar bu cahan! 
Allahı xeyr ilə eyləyərək yad 
Dəlləyi qılıncdan elədi azad. 
Üzünü örtməsin qönçə, nahaqdır, 
Gec-tez ləl yanağı açılacaqdır. 
Qara daş içində gizlənən buxar 
Axır ki, olacaq bir gün aşikar. 
 
 
İSKƏNDƏR İLƏ ÇOBAN 
DASTANI 
 
Müğənni, dayanma, sübh açılarkən, 
Püxtə bir mizrab vur o xam rudə sən. 
Könlümə ruh versin gözəl nəğməsi, 
Bu qafil sevdanı oyatsın səsi. 
Həkimlər içində misilsiz olan 
Bir qoca bu sayaq eyləyir bəyan: 
O, rumi kəmərli, o Çin taclı şah 
Təxtdə oturmuşdu yenə bir sabah, 
Qaşını çatmışdı onun qüssə, qəm. 
Gözündə deyildi əsla cami-Cəm. 
Yarının çöhrəsi günəşdi, aydı, 
O qızı qızdırma yandırmadaydı. 
Qəlbində qalmışdı arzusu, kamı, 
Əfsus ki, müşküldü onun əncamı. 
Şahın da köksündə sevdalı ürək 
Qəmli, qüssəliydi həmin xəstətək. 
Əmr etdi, nə qədər Rumda həkim var, 
Hansı bir ölkədə, harda olsalar 
Gəlsinlər, etsinlər çarə birtəhər. 
Şahın ürəyindən silinsin kədər. 
İşdən başı çıxan həkimlər gəldi. 
Sarayda məşvərət - məclis düzəldi. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə