Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   2   3   4   5   6   7   8   9   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          10 

 

craiyyə  Şurası 24 icraçı və bir bölüşdürücü direktordan ibarətdir.  Fondun  cari 



ə

məliyyatlarına rəhbərlik edir, lakin onun səsvermə hüququ yoxdur (istisna hallarda 

mövcuddur).  craiyyə Şurasının 5 üzvü (ABŞ, Almaniya, Yaponiya, Fransa,  ngiltərə) 

ə

n çox kvotaya malik olduqları üçün təyin edilirlər, qalan 19 üzv isə 2 ildən bir digər 



dövlətlərdən  seçilirlər.  Bir  qayda  olaraq  Şura  üzvləri  arasında  konsensus  mövcud 

olduğu üçün təyin məsələlər demək olar ki, səsverməyə çıxarılmır.  craçı direktorlar 

müxtəlif təyinatlı komitə və komissiyalar yaratmaq hüququna malikdirlər. 

BVF-nin Statistika Komitəsi  EÖ və  EOÖ-in nümayəndələrindən təşkil olunur 

və ödəniş balansları ilə bağlı statistika Fondun inkişaf istiqamətləri ilə əlaqələndirir.  

BVF-nin əsas məqsədləri :

1

 

  Beynəlxalq valyuta sistemi əməkdaşlığına köməklik göstərilməsi ; 



  Beynəlxalq  ticarətin  genişlənməsinə  və  balanslaşdırılmış  artımına  köməklik     

göstərmək ; 

  Üzv ölkələrin valyuta siyasətlərini əlaqələndirmək və razılaşdırmaq. Bununla 

da  beynəlxalq valyuta sisteminin fəaliyyətii təmin etmək və milli valyutaların 

valyuta məzənnəsinə və valyuta dönərliyinə yardım göstərmək; 

  Valyutaların bərabərliyinin və valyuta məzənəsinin müəyyən edilməsi yolu ilə   

hər hansı bir valyutanın rəqabət üstünlüyünə yol verməmək; 

  Üzv  ölkələr  arasında  çoxtərəfli  ödəniş  sisteminin  təmin  edilməsinə  köməklik      

göstərmək və valyuta məhdudiyyətini aradan qaldırmaq; 

  Üzv  ölkələrdə  tədiyyə  balanslarının  tənzimlənməsi  və  valyuta  məzənnəsinin 

sabitləşdirilməsi üçün onlara xarici valyuta şəklində borc və kredit verilməsini 

təmin etmək; 

  Üzv ölkələrdə maliyyə və valyuta məsələlərində məsləhət yardımı edilməsi və 

s. 


  Bütün bunları yekunlaşdıraraq, qısa şəkildə BVF-nin əsas məqsədini aşağıdakı 

kimi  ifadə  etmək  olar:  BVF-nin  əsas  məqsədi  beynəlxalq  valyuta  əməkdaşlığının 

stimullaşdırılması,  beynəlxalq  ticarətin  tarazdırılmış  inkişafına  köməklik  edilməsi, 

                                                 

1

 M.Məmmədov, E. badov “Beynəlxalq  qtisadi Təşkilatlar”, Bakı 2008, səh. 58-59 




 

                                                                                                                                                                       

                                                                                                                                                          11 

 

üzv  ölkələrin  tədiyyə  balanslarında  kəsrin  aradan  qaldılmasında  və  valyuta 



kurslarının sabitliyinə nail olunmasına yardım göstərilməsidir. 

   BVF-nin  başlıca  vəzifəsi  beynəlxalq  pul-kredit  və  maliyyə  sisteminin 

sabitliyinin  təmin  olunmasıdır  ki,  bunsuz  da  beynəlxalq  ticarətin  mövcud  olması 

mümkün deyil. Adətən bunlar ya ölkələrin maliyyə nazirləri və ya mərkəzi bankların 

rəhbərləri olurlar. 

          BVF-nin əsas funksiyaları: 

  Davranış kodeksinə əməl olunması ; 

  Valyuta sabitliyinin qorunması və maliyyə yardımlarının göstərilməsi; 

  Məsləhətləşmə və əməkdaşlıq; 

  

BVF-in  fəaliyyət  istiqamətləri:  maliyyələşdirmə,  nəzarət  və  EOÖ-ə  texniki 

yardım göstərilməsidir. 

  Nəzarət  -  hər  şeydən  əvvəl  dialoq  rejimində  iqtisadi  siyasət  məsələləri  üzrə 

müntəzəm  məsləhətləşmələr vasitəsilə tətbiq olunur. Orta hesabla ildə bir dəfə fond 

üzv  ölkələrdə  iqtisadi  vəziyyətin  hərtərəfli  qiymətləndirilməsini  həyata  keçirir. 

Bununla əlaqədar ölkənin rəhbərləri ilə məsləhətləşmələr aparılır və onun gedişində 

milli valyutanın kursunun sabitləşməsi və iqtisadi artıma səbəb ola biləcək müxtəlif 

iqtisadi proqramların tətbiqi məsələləri müzakirə olunur.  

   Nəzərə  almaq  lazımdır  ki,  beynəlxalq  pul-kredit  və  maliyyə  sisteminin  , 

beynəlxalq  hesablaşmalar  sisteminin  və  valyutaların  dəyişmə  kurslarının  sabitliyi 

təmin olunmadan beynəlxalq ticarət mövcud ola bilməz. 

   Texniki  yardım  -  ölkələrin  səmərəli  maliyyə-kredit  siyasətini  işləmələri  və 

həyata keçirmələri imkanlarının genişləndirilməsi məqsədilə BVF tərəfindən əvəzsiz 

olaraq həyata keçirir. O, bir neçə istiqamətdə o cümlədən vergi və pul-kredit siyasəti, 

valyuta siyasəti, bank və maliyyə sistemində tənzimləmə və nəzarət , eləcə də milli 

statistika  indikatorlarının  beynəlxalq  standartlara  yaxınlaşdırılması  məqsədilə  milli 

statistika sahələrində də həyata keçirilir. 

   BVF  üzv  ölkələrin  tədiyyə  balansının  maliyyələşdirilməsində  çətinliklə 

qarşılaşdıqda      vəziyyətin  düzəldilməsi  üçün  ölkələrə güzəştli  şərtlərlə  kredit  ayırır. 




 

                                                                                                                                                                       

                                                                                                                                                          12 

 

Bu  maliyyə  köməyi  ölkələrə  tədiyyə  balansının  problemlərini  həll  etməyə  imkan 



yaradır.  BVF  tərəfindən  maliyyələşdirilən  müvafiq  proqramlar  milli  hökumətlər 

tərəfindən fondla sıx əlaqəli şəkildə işlənilir. Fond tərəfindən bu proqramların yerinə 

yeririlməsinə maliyyə yardımı göstərilməsi məsələsi isə , ölkənin işlənilmiş proqramı 

hansı dərəcədə səmərəli tətbiq etməsindən asılı olaraq müəyyənləşdirilir. 

BVF  ümumi  məqsədi  və  kreditləşmə  şəraitindən  asılı  olaraq  müxtəlif 

kreditləşmə  mexanizmlərindən  istifadə  edir.  Aydındır  ki,  bütün  hallarda  müəyyən 

limit  və  məbləğin  həddi  müəyyənləşdirilir.  Bütün bu  mexanizmləri  4  qrupa bölmək 

olar: adi mexanizm, xüsusi qarşılıqlı ödənişə əaslanan mexanizm, fövqaladə yardım, 

aşağı gəlirə malik ölkələrə yardım mexanizmi. 

Bütün bu mexanizmlər kreditin hansı sahəyə, nə məqsədə, hansı müddətə, neçə 

faizlə,  kreditin  həcmi  və  digər  prinsipləri  özündə  əks  etdirir.  Hər  halda  kredit 

verilməsində aşağıdakı siyasi-iqtisadi şərtlər əsas götürülür: 

-  Fondun  verdiyi  vəsaitin  vaxtında  qaytarılması.  BVF-in  vəsaiti  onun  bütün 

üzvlərinin əmlakıdır. Odur ki, onların hamısı kredit götürmək hüququna malikdirlər; 

-  BVF  kredit  verməzdən  əvvəl  öz  qurumları  vasitəsilə  vəaitin  qaytarılma 

imkanlarını  müəyyənləşdirir.Bu  məqsədlə  borc  alan  ölkə  ilə  razılaşma  sənədi 

hazırlanır və icraedici şuraya təqdim edilir; 

-    Borc  alan  ölkə  müəyyən  edilmiş  vaxtdan  faiz  də  daxil  olmaqla  krediti 

ödəməyə başlayır. Faiz norması bazar normalarından aşağıdır. 

Dönərli  olmayan  valyutaya  malik  ölkələr  BVF-dən  kredit  almaq  üçün  kredit 

məbləğində öz valyutasını “girov” qoyur. Kreditin müddəti bitdikdən sonra borc alan 

ölkə  öz  milli  valyutaını  almalı,  bunun  müqabilində  BVF-nin  SDR  və  ya  hər  hansı 

dönərli valyutada borcunu qaytarmalıdır. Kreditin qaytarılma müddəti ərzində borclu 

ölkənin  maliyyə  vəziyyəti  yaxşılaşdıqca.  Bvf-nin  sərəncamında  olan  öz  milli 

valyutasını vaxtından əvvəl tədricən almağa borcludur. 

 BVF üzv ölkələrini üç yolla maliyyə vasitəsilə təmin edir və bunların hamısının 

ortaq məqsədi üzv ölkələrə ehtiyat valyutaların ötürülməsidir. Həm standard, həm də 

güzəştli kreditlərin verilməsi zamanı maliyyələşmə əsasən BVF-in təşkilatı vasitəsilə 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə