Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

 
50
xəstəliklərin  əmələ  gəlməsi  üçün  əsas  verir.  Çayxanalar 
yeniyetmələr  və  gənclərin  siqaret  çəkmək  kimi  zərərli 
vərdişlərini  təşviq  edir.  Müvafiq  obyektlər  yeniyetmələr  və 
gənclərin  fiziki  hərəkətlərini  məhdudlaşdırır  ki,  bu  da  onlar 
arasında 
tənbəlliyin, 
ə
məksevməzliyin 
yaranmasını 
sürətləndirir.  Yeniyetmə  və  gəncləri  təhsildən,  məktəblərdən 
uzaqlaşdıran  vasitələrə  çevrilir.  Gənclər  içərisində  elmsizliyin, 
savadsızlığın yaranmasını sürətləndirir, onların cəmiyyətin fəal 
üzvləri kimi rol oynamalarından mexaniki olaraq imtina etdirir. 
Çayxanalar gənclər və yeniyetmələr arasında avaraçılıq (tüfeyli 
həyat)  həyatının  təşviqinə  qeyri-iradi,  yəni  mexaniki  olaraq 
şə
rait 
yaradır, 
onları 
yaradıcılıqdan, 
maariflənmədən 
kənarlaşdırır, 
dünyagörüşünün 
artmasını 
məhdudlaşdırır. 
Çayxanalarda  yalnız  oğlanların,  kişilərin  toplaşması  həm  də 
cəmiyyətdə  cinsi  ayrıseçkiliyi  yaradır  ki,  bu  da  qız  və  qadın 
hüquqlarını  məhdudlaşdırır,  oğlanların  birtərəfli  iştirakları  isə 
onların 
qızlar 
üzərində 
hökmranlığını 
təşviq 
edir 
(mühafizəkarlığın  ifrat  dərəcəsi  və  radikal  Şərq  adətlərini 
atmağa  mane  olur).  Çayxanalar gəncləri,  yeniyetmələri öz ailə 
və  ictimai  həyatlarından  ayırır.  Bununla  yanaşı,  qeyd  etmək 
olar  ki,  yeniyetmələr  və  gənclər  peşə  öyrənmək  istəklərindən 
ayrılırlar  ki,  bu  da  gənclərin  istehsalat  üçün  baza  rolunu 
oynamaq funksiyasını azaldır. Pis nəticələri ilə isə həm onların 
özləri,  həm  ailələri,  həm  də  ümumilikdə  cəmiyyət  və  dövlət 
rastlaşır.  
 
Çayxanaların ləğv olunmasının əsasları: 
 
-çayxanaların 
yeniyetmələr 
və 
gənclərin 
qeyri-
sağlamlıqlarına  xidmət  etməsi.  Həddən  artıq  çayın  (mayenin) 
qəbulu, təmiz hava çatışmazlığı; 
-saatlarla oturaq həyat keçirmək və mənasız söz-söhbətlərə 
yer vermək; 
-psixi-əsəbi gərginliklərin artması; 


 
51
-məkanların,  obyektlərin  səs-küylü  olması,  əlavə  sinir 
pozulmaları səbəbi; 
-gənclərin  mənasız  həyatla  məşğul  olmaqlarına  səbəb 
olması,  səmərəli  fəaliyyətlə  məşğul  olmaq  vaxtlarını  əlindən 
alması; 
-yeniyetmə və gənclərin peşə vərdişlərinə yiyələnmələrinin 
qarşısını alması; 
-gənclər  içərisində  işləməmək  vərdişlərini  yaratması, 
onların enerjilərini əlindən alması və s. 
  
Çayxanaların əvəz olunması istiqamətləri: 
 
-yeniyetmələrin  və  gənclərin  kütləvi  şəkildə  idmana  cəlb 
edilməsi,  iş  adamları  tərəfindən  idman,  elm  və  əyləncə  bazalı 
qazanc  yerlərinin  təşkili, bu  baxımdan,  onların tennis, bilyard, 
ş
ahmat və digər bu kimi idman obyektlərinə cəlb edilməsi
-yeniyetmə  və  gənclərin  kütləvi  olaraq  üzgüçülük,  qaçış, 
tennis,  yüngül  atletikanın  digər  növləri,  futbol,  voleybol, 
basketbol və s. kimi idmana cəlb edilməsi
-yeniyetmə  və  gənclərin  əlavə  məşğuliyyət  kimi  rəqslərə 
cəlb edilmələri və bu əsaslı məşğuliyyət sahələrinin təşkili; 
-yeniyetmə və gənclərin asudə vaxtalarını şən və əyləncəli 
keçirmək, onlar arasında mehribançılığın yaradılması üçün rəqs 
ballarının təşkili, rəqs meydançalarının yaradılması; 
-yeniyetmə  və  gənclər  üçün  qaçış  marafonlarının  təşkili 
(müəyyən zamanlarda); 
-gənclərin  və  yeniyetmələrin  idman  yarışlarını  izləməyə 
cəlb  edilmələri,  onların  asudə  vaxtlarını  həmin  yerlərdə 
keçirməyə cəlb edilmələri; 
-yeniyetmə və gənclərin fiqurlu konkisürmə kimi idman və 
ə
ylənclərə cəlb olunmaları; 
 -yeniyetmə  və  gənclərin  kitabxanalarda  kitab  oxumaqla 
asudə  vaxtlarını  təmin  etmələrinə  yardım.  Kitaboxuma 
istirahətinin  təmin  edilməsi.  Burada  iş  adamları  oxu  zalları  və 
ictimai-iaşə  xidmətlərini  birləşdirməklə,  elmi  və  bədii 


 
52
məşğuliyyətləri  təmin  edə  bilərlər  və  bundan  da  qazanc  əldə 
edə bilərlər;  
-yeniyetmə və gənclərin ictimai dərnəklərinin yaradılması-
müəyyən  ictimai  dərnəkləri  özündə  əks  etdirən  biznes  və 
ə
yləncə parklarının yaradılması; 
-onlar üçün müxtəlif klubların təşkil edilməsi
-yeniyetmə  və  gənclərin  teatr  və  kinoteatrlara  kütləvi 
axınlarının təbliğ və təşviq edilməsi və s.  
 
 
Ə
həmiyyəti: 
 
-yeni  gəncliyin,  yeni  gənclik  fəlsəfəsinin,  düşüncəsinin, 
baxışlarının formalaşması; 
-insani, humanist dəyərlərə xidmət edən gəncliyin meydana 
gəlməsi; 
-gənclərin 
köhnə 
stereotiplərdən 
(eyniliklərdən, 
ş
ablonlardan) uzaqlaşması; 
-Yeni Azərbaycanlı imicinin yaradılması; 
-gənclərin mədəni səviyyəsinin yüksəldilməsi; 
-gənclərin sağlam həyatının təşkili; 
-Azərbaycanda yeni gənclik həyatının dəbə minməsi
-gənclərin, məna baxımından, məşğuliyyət zənginlikləri ilə 
onların  daxili  aləmləri  arasında  sıx  bağlılıq  yaradaraq, 
təzahürdə yeni gənclik mahiyyətinin üzə çıxarılması;  
-gənclərin  dünyanın  ayrı-ayrı  mədəniyyətləri  ilə  tanış 
olmaları; 
-onların maariflənmələri; 
-yeniyetmə  və  gənclərin  həyata  baxışlarının  müsbət 
istiqamətdə dəyişməsi; 
-onların  inzibati  xətalardan  və  cinayət  əməllərindən 
uzaqlaşdırılması və s.  
 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə