Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

______________________Milli Kitabxana_______________________ 
145 
 
Zey günəş kim, zərrəsindən mahi-taban göstərər, 
Zey dəniz kim, qətrəsindən bəhri-ümman göstərər. 
 
On səkiz min aləmə ayinə oldu surətin, 
Çar ənasir surətində şəkli-insan göstərər. 
 
Canü dil Beytülhəramı vəslin oldu, ey nigar, 
K’əlləzi əsrayı hər dəm anda sultan göstərər. 
 
Cameyi-cümlə xəlayiq nüsxeyi-ümmül-kitab 
Olduğiçün, bu bəşər şəklində Qur’an göstərər. 
 
Tövhidin bəhrinə fərdi-vahid olub qalmayan, 
Yoxdurur tövhidi anın, küfrə iman göstərər. 
 
Eylədi çün bu Nəsimi faş ənəlhəq sirrini, 
Dönmədi, eşqin yolunda əhdü peyman göstərər. 


______________________Milli Kitabxana_______________________ 
146 
 
Vəhdətin şəmsi üzündür, laməkanı göstərir, 
Zi kəmali-nəqşi-qüdrət bu nişanı göstərir. 
 
Sureyi-səb’ülməsanidir, camalın, ey günəş
Surəta mə’ni mənə səb’ülməsani göstərir. 
 
Zilli-sanidir saçın, inna ileyhür-raciun, 
Qül kəfanın afitabı xoş məani göstərir. 
 
Hüsnünə heyran olubdur mahü xurşidi-səma, 
Mahü xurşidin camalı bu bəyanı göstərir. 
 
Mə’dəni-lö’lö dişindir, cövhəri bilməz anı, 
Cövhəri cövhər nə bilsin kim, dəhanı göstərir. 
 
Vəl-qələmdən kafü nunun katibi şəqq eylədi, 
Cə’bədən şəqqül-qəmər gör kim filanı göstərir. 
 
Laməkanidir vücudun, qül təbarək, ya həbib, 
Gəl məkanı gör, məkansız kün-fəkanı göstərir. 
 
Eşq meydanında gəl, də’vi nədir, ey pirhünər, 
Də’viyə mə’ni gərəkdir, tərcümanı göstərir. 
 
Cənnətin mülkünə düşmüşdür Nəsimi la-yəzəl, 
Dari-üqbada məgər ruhi-rəvanı göstərir. 


______________________Milli Kitabxana_______________________ 
147 
 
Gerçək ərisən uşbu dəm ta biləsən nəzər nədir? 
Bir nəzər eylə dopdolu gör ki, cahan, bəşər nədir? 
 
Gənci-nihanı aşikar etdi bu dəmdə ləm-yəzəl, 
Gəldi gələn fəna üçün, geri ona səfər nədir? 
 
Gənci-əzəl bilinməyə, hicdə həzar aləmə, 
Gəldi bəzəndi cümləsi, gör ki, bunu görər nədir? 
 
Lövhə qələm çalınmadan elmi-lüdəndə var idi, 
Elmini zahir etməyə zir ilə bu zəbər nədir? 
 
Mən-ərəfə bu nəfs üçün gəldi xitab surətə, 
Sirr ilə seyr etməyə ortada bu xəbər nədir? 
 
Cana dilək verən kişi, ərş üzə ol şikar edər, 
Anda şikar edən quşa qüvvəti-balü pər nədir? 
 
Qeyrətə gəlsə adəmi, elmini hasil eyləsə, 
Cəhli mürəkkəb olmasa, bilsə bu dəm hünər nədir? 
 
Nəfsini bilməyən bu dəm qorxu nədir nə bilsin ol, 
Kəndözünü bilənlərə sud nədir, xətər nədir? 
 
Elmi-lüdən tələb qılan təşnə Xızırsifət gərək, 
Cami-əzəldə əsriyən abi-həyat əmər nədir? 
 
Vəqti-səadət istəyən tacü kəmər tələb qılır, 
Fürsətə bir nəzər baxan bilə yəqin kəmər nədir? 
 
Xalisü müxlis olmağa tərki-iradət eyləgil, 
Tərki-iradət eyləyən bildi ki, şiri-nər nədir? 


______________________Milli Kitabxana_______________________ 
148 
 
Vüslətə çinə çin olub, razını aşikar edən, 
Gəl kərəm eylə zahir et, bu dediyin xəbər nədir? 
 
Şəm’ini gör necə yanar, sirrinə irməz adəmi, 
Bir ana sor, gör necə daima tərki-sər nədir? 
 
Eşqi-həqiqət anlayan can ilə başa qalmadı, 
Qəmzələrinə dilbərin canü könül sipər nədir? 
 
Şö’leyi-həq doğurmağa, cübbə, qəba gərək müdam
Zülmət içində görünən şəms ilə bu qəmər nədir? 
 
Mə’rifətin gülün dərən, tutiyə şəkkər istəyən, 
Gör bu Nəsimi sözləri bülbüli-tazətər nədir. 
 
Uş bu mənim sualımın həll edə gör cavabını, 
Gerçək ərisən uşbu dəm, ta biləsən nəzər nədir? 


______________________Milli Kitabxana_______________________ 
149 
 
Ey qılan də’vi ki, sufiyəm, fütüvvatın nədir? 
Gər səfa əhlindən oldun, həqqə mir’atın nədir? 
 
Arifi-nəfs olmayınca kimsə bulmaz həqqə yol, 
Də’viyi-irfan edərsən, göstər isbatın nədir? 
 
Olmayan fani, özündən mürtəfe olmaz hicab
Faniyəm dersən, əcəb, bu zərqü tamatın nədir? 
 
Nuri-həqdən urma laf, ey kəndisindən bixəbər, 
Bilmədin çün səndə ol müsbahü müşkatın nədir? 
 
Buriyavü teyləsanü xirqədən yox hasilin, 
Keç bu surətdən, özünü tanı kim, zatın nədir? 
 
Eyləmişsən surəti-sufiliyi dükkani-kəsb, 
Bundan özgə var isə göstər kəramatın nədir? 
 
Çünki sən məhkumi-nəfsi-şumsan, ey bülhəvəs, 
Kimsəyə kafir demə, qoynundakı latın nədir? 
 
Də’vi eylərsən ki, mən seyri-məqamat eylərəm
Bilməzəm, ey xər, bu yolda mindiyin atın nədir? 
 
Çün bulunmaz biriya aləmdə bir sahibkamal, 
Ey Nəsimi, fariğ ol, bunca məqalatın nədir? 


______________________Milli Kitabxana_______________________ 
150 
 
Ey bilən həqqin süfatın, ismi-əsması nədir? 
Ya bu əsmadan murad olan müsəmması nədir? 
 
Nə səbəbdəndir qəmər gah bədr olur, gahi hilal, 
Sirri-xurşidin əcəb, başında sövdası nədir? 
 
Niçün olmuş mərkəzi-xaki, əcəb biçün misal, 
Ya bu taqi-sərnigunun səqfi-minası nədir? 
 
Hər sənubərüzlünün üzündə xəndandır bu hal, 
Hər bir ahugözlünün zülfi-mütərrası nədir? 
 
Çün ibadət həqqədir, mə’bud bir həqdir yəqin, 
Mö’minin bəs məscidi, gəbrin kəlisası nədir? 
 
Zahirü batində çün mövcüd həqdən özgə yox, 
Ya bu mövcudatın ara yerdə qovğası nədir? 
 
Çünki həqqin zatın isbat eyləməz ərbabi-əql, 
Aşiqi-həqbin ilə hər dəmdə də’vası nədir? 
 
Ey Nəsimi, çün sənə həqdən liqadır arizu, 
Nari-duzəxdən nə qəm, firdövsi-ə’lası nədir? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə