Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   13   14   15   16   17   18   19   20   ...   66

______________________Milli Kitabxana_______________________ 
103 
 
İki aləmdəsən sultani-mütləq, 
Fətəhna şə’ninə gəldi mühəqqəq. 
 
Camalın vəzzüha, vəlleyl zülfün, 
Sənin vəsfindürür ayati-müğləq. 
 
Sənin zikrin oxurlar hər səhərgah 
Təzərvü bülbülü qumru mütəbbəq. 
 
Sana taha vü yasin oldu münzəl, 
Qəmər oldu camalından müşəqqəq. 
 
Sənin eşqin məni məndən alıbdır, 
Salıbdır bəhrinə manəndi-zövrəq. 
 
Bəqa oldum, fənadan fani oldum, 
Bəqadan içmişəm cami-mürəvvəq. 
 
Əzəldən içmişəm cami-səqahüm, 
Anınçün söylərəm hər dəm ənəlhəq. 
 
Olur hər gündə hey hər kim olubdur 
Sənin vəsfindürür ayati müğləq. 
 
Nəsimiyə əzəldən cür’ə sundun, 
Anınçün zülhəyat oldu mühəqqəq. 


______________________Milli Kitabxana_______________________ 
104 
 
Bahar oldu vü açıldı üzündən pərdə gülzarın, 
İrişdi qönçənin dövrü, zamanı qalmadı xarın. 
 
Gülüstan Turi-qüds oldu baharın nurü narından, 
Gəl, ey Musa, gör asarın çəməndə nur ilə narın. 
 
Çiçəklər müxtəlif əlvan, nə mə’nidir, anı bil ki, 
Boyası bir imiş çün kim, bu ənvarın, bu əzharın. 
 
Əbirindən çəmən, gör kim, nə teyb afaqa göndərmiş 
Kim, olmuş buyü ətrindən məşamı tazə əttarın. 
 
Nə ənbərdir tütən, yarəb, şəqayiq məcmərindən kim, 
Ki, buyundan anın qədri sınıqmış mişki-tatarın. 
 
Gəl, ey siminbədən saqi, mənə sun cami-səhbayı 
Ki, gəldi rövnəqi-güldən meyi-gülrəngi xummarın. 
 
Əgərçi sünbülü nərgis bəyani-kuntə kənz eylər, 
Qaçan bəlhüməzəl bilsin işaratın bu əsrarın. 
 
Bu gün gər aləmil-qeybin vücudun görmək istərsən, 
Rəyahin uş bəyan eylər zühurun çərxi-səyyarın. 
 
Bu musiqidən, ey same’, sana gər nəsnə kəşf oldu, 
Məqamatın bəyan eylə, üsulun göstər ədvarın. 
 
Əgər susənləyin əbkəm deyilsə nitqə gəl, söylə 
Ki, hərfü nöqtə tərkibi nə yerdəndir bu göftarın. 
 
Bu gün gər aləmül-qeybin nişanın görmək istərsən, 
Rəyahin uş bəyan eylər zühuri çərxi-səyyarın. 


______________________Milli Kitabxana_______________________ 
105 
 
Cahan cənnati-ədn olmuş, çəmən səhnində hurilər, 
Bəzənmiş hüllədən bustan, açılmış gözü əşcarın. 
 
Bu gün bazar edər gülşən səməndən laləvü güldən, 
Qənimət gör ki, beş gündür tamaşası bu bazarın 
 
Nəsiminin sözü gərçi dəmi-Isadır, ey münkir, 
Sənə kar eyləməz niçün ki, yoxdur həqqə iqrarın. 


______________________Milli Kitabxana_______________________ 
106 
 
İtirdin cami-Cəmşidi, oyan uyxudan, ey qafil, 
Nə buldun uyxudan göstər, nə qıldın uyxudan hasil? 
 
Məgər həqdən ziyan gördün ki, batil qövlə yapışdın, 
Çevirdin üzünü həqdən, saqın kim, həq degil batil. 
 
Əzazilin sözün dutma, anın vəsfasına uyma 
Ki, iblisə uyan olmaz könül məqsuduna vasil. 
 
Vəfasız dünyanın mehrin gedir könlündən, aldanma 
Ki, dünya əhlinə hərgiz müti’ olmaz dedim uş bil. 
 
Bu taqü təmtəraqı qo ki, dövranı bu dünyanın 
Keçər hər növ ilə dutsan, gərək asan, gərək müşkil. 
 
Yalançı nəfsə uymuşsan, qucarsan dünyayı neyçün? 
Məgər həqqi unutmuşsan ki, oldun dünyaya mail? 
 
Məsihi-zat ikən, billah, nədən div olmaq istərsən? 
Məgər cinnidürür əslin, deyilsən rəhmətə qabil? 
 
Sədəf xas olmaz incusuz, bu rəmzi anla, fəhm eylə, 
Bu sirri bilməyən bil kim, nə xaric oldu, nə daxil. 
 
Bu göftarın işaratı dərindir, əql ana irməz, 
Nə bilsin olmayan Məcnun ki, Leyli kimdir, ey aqil? 
 
Neçə məf’ulü-faildən, neçə məs’ulü saildən, 
Əgər danasan, anı bil ki, sənsən mütləqa fail. 
 
Əgər gözlüsən, ey gizlü, vücudun şəhrinə gir gör 
Nə mə’dənsən, nə gövhərsən, nə dəryasan, nə xoş sahil! 


______________________Milli Kitabxana_______________________ 
107 
 
Vücudun şirkini məhv et, vücudi-vahidə fərd ol 
Ki, zati-fərd vahiddən bu məsəl oldu, ol sail. 
 
Nə axır sənsən ol gövhər kim, adın gizli gənc oldu, 
Nədir halın kim, olmazsan özündən vaqif, ey zail!? 
 
Hava camından əsrüksən, həvəs ardına düşmüşsən, 
Bu ağulu şərabı qo kim, oldur şərbəti-qatil. 
 
Nəsimi sirri-ma övha kəmahün gərçi şərh eylər, 
Qaçan idrak edər anı özünü bilməyən cahil!? 


______________________Milli Kitabxana_______________________ 
108 
 
Töhfəyəm, pakizə cövhər, laməkanın xasıyam, 
Aləmül-qeybəm, vücudam, həm anın dəryasıyam. 
 
Həm kəlamam, ayətəm, həm müshəfəm, səb’ülməsan, 
Həm mənəm tövhidi-bürhan, pirimin mövlasıyam. 
 
Cəbrəiləm, həm Mikail, Israfiləm, Əzrail, 
Nazirəm, hər yerdə hazir, mən həqin kimyasiyəm. 
 
Dəcləyəm, Niləm, Fəratam, həm mənəm abi-həyat, 
Kövsərəm, mai-təhuram, səlsəbilin tasıyam. 
 
Dəngizəm, bəhrəm, mühitəm, qətrəyəm, dəryayi-eşq, 
Laməkan bünyadıyam, həm bəhrinin qəvvasıyam. 
 
Musiyəm, Turam, əsayam, həm münacati-ilah, 
Həm mənəm ruzi-həqiqət, Musinin beyzasıyam. 
 
Tərsayam, həm qeyri millət əhliyəm, nəsraniyəm, 
Həm mənəm zünnarü xaçü həm səlib cübrasıyam. 
 
Davudam, xətmi-Süleyman, məndədir məcmui-zat, 
Həm mənəm mehri-xudavənd, divlərin ustasıyam. 
 
Həm Həməl, həm Qövsü Cövza, həm Əsəd Mərrix ilə, 
Həm Sərətan, Sünbülə, həm Dəlvinin həmpasıyam. 
 
Həm mənəm mizan, həşrin suruyam sər ta qədəm, 
Həm siratül-müstəqimin şiveyi-əşyasıyam. 
 
Məscidəm, həm mədrəsə, bütxanəvü meyxanəyəm, 
Həm bu beytin əhliyəm, həm şəhrinin əsasıyam. 
 
Qəmərəm, şəm’i-münəvvər, atəşəm, həm badü gil, 
Həm havayam, dörd təbiət, atamın babasıyam. 
 
Mən Nəsimiyəm ki, həqqin dinivü imanıyam, 
Həm imami-məzhəbəm, həm dininin yəğmasıyam. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə