Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

______________________Milli Kitabxana_______________________ 
79 
 
Ey dürri-kani-hər şey, kim bilə kim, nə kansan? 
Can səndən oldu çün hey, bilməz səni nə cansan! 
 
Zatına kimsə irməz, vəsfini kimsə bilməz, 
Zatü süfat ilə sən baqiyü cavidansan. 
 
Bimislü bibədəlsən, bişibhü biməsəlsən, 
Ey dürri-bərgüzidə, nə bəhri-bigiransan? 
 
Ey künhü rif’ətindən bibəhrə əqli-mütləq
Vey gənci-binəhayət, simurği-laməkansan. 
 
Çünki cəmi’i-əşya səndən əyan olubdur, 
Ey vahidi-yeganə, bəs nişə sən nihansan? 
 
Ey müddəi, sən anın məhrumsan dəmindən, 
Andandurur ki, hər dəm dərbəndi-inü ansan. 
 
Həqq əzhəri-minəş-şəms rövşəndürür və lakin, 
Sən qayəti-əmadən bihudə dər gümansan. 
 
Dilər səni Nəsimi, aləmdə çaqə hər dəm, 
Ta bilələr bətəhqiq sən qamudan əyansan. 


______________________Milli Kitabxana_______________________ 
80 
 
Ey ruhi-qüdüs, canıma sən canü cahansan, 
Məndən səni qaib deməzəm, üştə əyansan. 
 
Mə’şuqə mana çün sən idin ruzi-əzəldə, 
Ol gün nə idin, ta əbəd, ey fitnə, hamansan. 
 
Zülfün qəmərin dövrünə yüz fitnə buraxdı, 
Ey dövri-qəmər fitnəsi, fəttani-zamansan. 
 
Hüsnün nə bilir qiymətini hər gözügörməz
Sən aşiqə sor canı ki, cismində rəvansan. 
 
Binamü nişan olmayanın səndə vücudu, 
Fikr eyləməzəm anda ki, sən namü nişansan. 
 
Can ilə təni yaxmaq əgər istər isən uş, 
Gəl yandır anı, yanmağına gər nigaransan. 
 
Verməz səni min cənnətü min hura Nəsimi, 
Sən aşiqə həm cənnətü həm huri-cinansan. 


______________________Milli Kitabxana_______________________ 
81 
 
Əvvəl ki, dila, dərd ilə yaran olamazsan, 
Axır bil ani qabili-dərman olamazsan. 
 
Mən xaceyi-dəhrəm deyü fəxr etmə, fəqir ol, 
Dərviş olamazsan, yürü, sultan olamazsan. 
 
Heydər kimi gər Xeybəri-şirki yıxamazsan, 
Bu ərsədə bil, sən Şəhi-mərdan olamazsan. 
 
Çün Turi-vücudunda təcəlli edəməzsən, 
Fir’on ilə sən Musiyi-Imran olamazsan. 
 
Gər quşlara tə’limi-zəban etməz olursan, 
Bu ins ilə cins içrə Süleyman olamazsan. 
 
Yə’qub olub axıtmaz isən xun cigərdən, 
Misrə irişib, Yusifi-Kən’an olamazsan. 
 
Can elmini bu hücrədə təhsil edəməzsən, 
Adəm biki
1
 bil, cisminə sən can olamazsan. 
 
Səcdə etməz isən əhsəni-təqvimə görücək, 
Həq fəzlivü həq surəti-rəhman olamazsan. 
 
Ey sufi, təvaf etmə üzü həccinə yarın, 
Ol eydə Nəsimi kimi qurban olamazsan. 
                                                            
1
 
Kibi
 
 


______________________Milli Kitabxana_______________________ 
82 
 
Tərk eyləməz can eşqini, min gəz gər anı yaxasan, 
Hicrində layiq görmə kim, hər dəm bu canı yaxasan. 
 
Ey istəyən didarını, Musa kimi mə’şuqənin, 
Vacib budur eşqində kim, canı, cahanı yaxasan. 
 
Axırzamanın fitnəsi, bürqə camalından götür, 
Ta eşqə üzərlik kimi pirü cavanı yaxasan. 
 
Ey eşqə münkir müddəi, gir aşiqin tövhidinə
Ta sərbəsər içindəki şirkü gümanı yaxasan. 
 
Anəstünarın sirrini faş etdi şəm’indən üzün, 
Ta nuruna pərvanətək kövnü məkanı yaxasan. 
 
Ey qiyməti eşqin gühər, könlümdür onun mə’dəni, 
Çün kan gərəkdir gövhərə, niçün bu kanı yaxasan? 
 
Namü nişanü şöhrətin afətdir əhli-eşq üçün, 
Var, ey könül, cəhd eylə kim, namü nişanı yaxasan. 
 
Canıma eşqin odu çün kar eylədi, yaxdı tamam, 
Şimdi gərəkdir, qaliba, bağrımda qanı yaxasan. 
 
Ey axıdan dürdanəyi kirpiklərindən dəmbədəm, 
Eşqin odundan qorxuram k’abi-rəvanı
1
 yaxasan. 
 
Ey lata tapan bibəsər, gəl gör bu mahın surətin, 
Ta latü üzza başına deyri-muğanı yaxasan. 
 
Çaxdı Nəsiminin dili Allahi-nurun sirrinə, 
Ey nari-qüdsi, qandasan, ta ol zəbanı yaxasan. 
 
                                                            
1
 
K’abi rəvanı - Ki abi-rəvanı, axar suyu. 
 


______________________Milli Kitabxana_______________________ 
83 
 
 
Üzün müshəfdir, ey huri, yanağın qaf-vəl-Qur’an, 
Budur həqdən gələn taha, budur yasinü ərrəhman! 
 
Gün ilə ayı göglərdən gətirdi səcdəyə hüsnün, 
Zəhi qüvvət, zəhi qüdrət, zəhi mö’cüz, zəhi bürhan! 
 
Dodağın abi-heyvandır, mən anı sormuşam Xızra 
Və lakin abi-heyvanı qaçan idrak edər heyvan? 
 
Yedi gəz həq nə mə’nidən buyurdu səcdə şeytana, 
Sən anı bil nə şeydənsən ki, anı bilmədi şeytan? 
 
Qaşınla kirpigin, yarəb, nə fəttan yayü oxdur kim, 
Fələkdir tirinə tərkəş, mələkdir yayına qurban? 
 
Sən ol pakizə cövhərsən bu gün aləmdə, ey dilbər, 
Dodağın abi-heyvandır, camalın rövzeyi-rizvan. 
 
Səqahüm rəbbihüm xəmri ləbi-lə’lin şərabıdır, 
Bu meydən məst olan bildi ki, həqdir mən əleyha fan. 
 
Utanır arifin əqli, sana insan deməz, neçün 
Ki, insandır deməz kimsə sana, ya xaliqül-insan! 
 
Rüxün inna fətəhnadır, saçın vəlleyl-qəd-əfləh, 
Bu lövhün əbcədin gör kim, qomuş həqq adını fürqan. 
 
Həqə əyri baxan gözdən camalın yaşıran dilbər, 
Götürdü pərdə üzündən gəl, ey zahid, gətir iman! 
 
Təcəllinin çırağıdır camalın şəm’i, uş gör kim, 
Necə nurü ziyasından münəvvər mehrü məh taban. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə