Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

______________________Milli Kitabxana_______________________ 
66 
 
Ey binəzirü vahid, hüsnün camal içində, 
Üzün qiyamət eylər xoş xəttü xal içində. 
 
Sübhi-əzəldə hər kim buldu səninlə vüslət, 
Qaldı səninlə daim eyşi-vüsal içində. 
 
Mən məndə həqqi buldum, həqqəl-yəqin həq oldum, 
Uyxuda qaldı münkir nəqşü xəyal içində. 
 
Ey aləmin həyatı, eşqin nə nar imiş kim, 
Qərq eylədi cahanı abi-zülal içində. 
 
Fərdiyyətin kamalı oldu sənə müsəlləm 
Kim, qayətə irişdi hüsnün kamal içində. 
 
Ağzınla zülfi-mişkin müşkati-nuri-həqdir
Gəl həqqi xəlqə göstər şol mimü dal içində. 
 
Ey istəyən liqayı, yarın günündə həqdən, 
Fərdaya düşmə, qalma fikri-məhal içində. 
 
Üzünlə xəttü xalın şol şəmsi-xavəridir, 
Heç kimsə görməz anı hərgiz zaval içində. 
 
Üzün şəmayilindən, qaşın dəlayilindən 
Qövğayi-fitnə düşdü bədrü hilal içində. 
 
Ruhül-əminə sordum əsrarını dodağın, 
Nitqi dutuldu, qaldı ol bu sual içində. 
 
Eşqin qəmidir, ey can, şadlığı əhli-eşqin, 
Şad olmayan bu qəmdən qalsın məlal içində. 


______________________Milli Kitabxana_______________________ 
67 
 
Ey məkr içində sufi, aldanmaz ala, dilbər, 
Get, ömrünü çürütmə təzvirü al içində. 
 
Şol qəmzə şivəsindən bir hala düşmüşəm ki, 
Baxan bu hala, istər düşmək bu hal içində. 
 
Üzün kimi Nəsimi, ey xubların əmiri, 
Xurşidi-ləmyəzəldir miğü zilal içində. 


______________________Milli Kitabxana_______________________ 
68 
 
Ey mükərrəm hüsni-surət, ey mütəhhər maü tin, 
Rəhməti-lil-aləminsən, rəhməti-lil-aləmin. 
 
Dövri-hüsnün ləmyəzəldir, ey camalın layəzal, 
Bildigim elmül-yəqindir, gördügüm eynəl-yəqin. 
 
Ey yanağın surəsi vəşşəms, üzün ayəti: 
Hazihi-cənnati ədnin fədxəluha xalidin. 
 
Külli-şey’ün halikün vəchindən ayrı şək degil, 
Ey hidayət şəm’i üzün, vey saçın həblülmətin. 
 
Qibləmizdir surətin, əlhəmdülillah, ey nigar, 
Ta əbəd iyyakə nə’buddur camalın nəstəin. 
 
Əsrimiş məstanə eynin sağərindən səlsəbil, 
Susamış cənnətdə lə’lin abına mai-məin! 
 
Nunü eynin, mimü dalın tilkə ayatül-kitab, 
Lövhi-məhfuz oldu üzün, hüvə Qur’anün mübin. 
 
Nəfxeyi-İsa gəlir şirin ləbindən canlara, 
Sabit oldu kim, ləbindir möhbiti-ruhül-əmin. 
 
Huri-eynin surəti ayinə oldu hüsnünə, 
Şol səbəbdən xəlqə mərğub oldu həqdən huri-eyn. 
 
Ey ləbin şə’nində münzəl ayəti-yöhyül-izam, 
Canmıdır, yarəb, ləbin, ya xaliqi-canafərin? 
 
Malikəl-hüsn oldu, ey dilbər, camalın ta əbəd, 
Aşiqin dini budur, buldu Nəsimi yövmi-din. 


______________________Milli Kitabxana_______________________ 
69 
 
Səfa bağışlamış bağa səba İsaləin dəmdən, 
Yaşarmış quru ağaclar netəkim nəxl Məryəmdən, 
 
Şol irmaqlar gülab olmuş, əbiri xoştürab olmuş, 
Nəbata fəthi-bab olmuş, yenə ol kaşifi-qəmdən. 
 
Yenə ol aləmül-qeybin xəbər gəldi çərisindən, 
Ön əvvəl qarın altından gəlir casus çiydəmdən. 
 
Nə dəryadır irişdim uş əcaib ləşkəri-xamuş, 
Kimi al, kimi ətləspuş, kiminini donu göy qəmdən. 
 
Əcəb gəncinə açılmış, çiçəklər yerə saçılmış, 
Bəlirməz yer zümurrüddən, zümürrüd üzüdur həmdəm. 
 
Gəlir susən qılınc ilən, soya donunu nəsrinin, 
Çıxar xətmi sügü ilən, qapar qalxanı Rüstəmdən. 
 
Gülə nərgis gözün süzdü, gül açıldı üzün düzdü, 
Rəyahin sünbülün çözdü, saçar qoxuyu pərçəmdən. 
 
Şəqayiq yasəmən dutar, şamama hülləvü əbhər, 
Səmən simavü siminbər, ucalmış qamu xürrəmdən. 
 
Sararmış ərğəvan bənzi kənari-cuyidən tanıq, 
Sanasan Kə’bə sultanı üzün yur abi-zəmzəmdən. 
 
Çü nilufər nəfərlənmiş məgər dildar lütfündən, 
Bənövşə ikiqat olmuş, yatır çün zülfi-dərhəmdən. 
 
Sənubər qafiyə əbhər sorar kim, nişə lal oldun, 
Cavab ayıtdı, suç etdim dilim çəkdilər ənsəmdən. 


______________________Milli Kitabxana_______________________ 
70 
 
Yerin yağmur həyatıdır, həyat uçmaq nəbatıdır, 
Bahar onun səbatıdır ki, göstərər bu aləmdən. 
 
Havada tutiyü qumru, çəməndə çəngü saz eylər, 
Dutar ahəngini quşlar kimi zilü, kimi bəmdən. 
 
Ağaclar hüllə puşindən, ya qönçə badə nuşindən, 
Çəmən sərxoşi cuşindən, qədəh pürlə’li-şəbnəmdən. 
 
Nə qafil evdə qalmışsan, sən ey qafil, bu mövsümdə, 
Çü bülbül güldən ayrılmaz, ya aşiq yarü həmdəmdən. 
 
Çü bilirsən sərəncamı, keçirmə püxtədən xamı, 
Qənimət gör bu əyyamı, bu gün sən camı çək cəmdən. 
 
Çü gördün güllər açılmış, suçular qeybə içilmiş
Bulara qarşı biz daxi nuş etdik, içdik ol cəmdən. 
 
Ələ gətir nigarını, ye, iç onunla varını, 
Bu gün xoş keç qo yarını, qərəz xoş andır adəmdən. 
 
Əyağa əl uralım uş, bu dəm eyşi sürəlim uş, 
Dəmimiz xoş görəlim uş, neçələr qaldı bu dəmdən. 
 
Gör ol salusü məhrumu, məni zöhd ilə qorxudur, 
Sanasan kəndi dün gəlmiş bərat ilə cəhənnəmdən. 
 
Bu asi qulların cürmü cahana imdimi gəldi, 
Bizə ol dəmdə qalıbdır günah Həvvavü Adəmdən. 
 
Nəsimi, asiyə uydun, vəli bunu dəxi duydun 
Ki, cürmün bilənə rəhmət qılır həq matəqəddümdən. 


______________________Milli Kitabxana_______________________ 
71 
 
Ey qəflətin meyindən məstü xərabü heyran
Gər həqqi tanımışsan, qanı dəlilü bürhan? 
 
Nəfsi-xəbisə uymaq nadanların işidir, 
İşin nədir gör axır, fikr eylə, olma nadan? 
 
Çün hər nə kim, əkərsən, anı biçərsən axır, 
Dünyada əkmə anı kim, adı oldu üsyan. 
 
Tərk eylə səyyiatı, saleh əməl qazan kim, 
K’anın cəzası həqdən həm lütf imiş, həm ehsan. 
 
Əyyamını həyatın badi-həvaya vermə 
Kim, itirən həyatı üqbadadır peşiman. 
 
Müflis ticarət eylər sərmayəsiz və leykin, 
Sə’yi əbəsdir anın, sevdası cümlə xüsran. 
 
Naqis vücuda çün kim, nöqsan gəlir həmişə, 
Cəhd eylə kamil ol kim, gəlməz kamala nöqsan. 
 
Dünyayi-dun qəmindən sayru olub sararma, 
Aləmdə kimsə çün kim, bulmaz bu dərdə dərman. 
 
Hirsü həsəd sifatın tərk eylə, ayrıl andan, 
Neçin kim, ol sifətdən nacidir ayrılan can. 
 
Çün əscədu buyurdu adəm qatında həq, gəl 
Həqqin xitabına uy, qıl səcdə, olma şeytan! 
 
Divin libasını qo, Xızr ilə yoldaş ol kim, 
Zülmətdə zahir olmaz heyvana abi-heyvan. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə