425
siqi klassikasının və müasir musiqinin uğurlu əsərləri ilə tanış edil-
məsi idi. Həmin il Niyazi Ümumittifaq müsabiqəsinin laureatı,
Əməkdar kollektiv Üzeyir bəy Hacıbəyov adına Azərbaycan Döv-
lət simfonik orkestri ilə Azərbaycan Dövlət Filarmoniyasında
R.Kerer, A.Sarıca kimi məşhur sovet və xarici ölkə musiqiçiləri ilə
çıxış etmiş, Türkmənistana qastrol səfərinə getmişdi.
Niyazi 1968-ci ilin oktyabr ayında Azərbaycan bəstəkarlarının
III qurultayını Üzeyir bəy Hacıbəylinin (“Koroğlu” operasının uver-
türası), S.Hacıbəyovun (Orkestr üçün konsert), A.Məlikovun (“Me-
tamorfozalar” simfonik poeması), H.Xanməmmədovun (Tar ilə or-
kestr üçün 2 №-li konsert), C.Cahangirovun (“Sabir” oratoriyası)
əsərlərindən ibarət proqramla açmışdı. Burada da dirijorun bəstəkar-
ların üslubunu dərindən başa düşməsi və eyni zamanda müəllifin üs-
lubundan məharətlə kənara çıxılması ilə fərqlənirdi. Niyazinin bu
təfsirini böyük, “ilhamlı improvizasiya” adlandırmışdılar
1
.
1969-cu ildə böyük bədii hadisəyə çevrilmiş Cənubi Qafqaz
respublikalarının simfonik orkestrlərinin festivalında Niyazi rəh-
bərlik etdiyi orkestr ilə çıxış etmişdi. Həmin ildə o, abonement
konsertləri verir, görkəmli ifaçı musiqiçilər ilə – L.Koganla,
R.Kererlə, əslən bakılı olan beynəlxalq müsabiqələrin laureatı
pianoçu Bella Davidoviç ilə və başqaları ilə çıxış etmişdir.
Niyazi və pianoçu Bella Davidoviç
1
Kərimov S. Niyazi. s. 67.
426
1970-ci ildə Niyazi Bratislavada və Karlovı Varıda, sonra isə
Azərbaycan Dövlət simfonik orkestri ilə birlikdə Moskva, Ural,
Krasnoyarsk və Kuzbassda uğurlu konsertlər verdi.
1971-ci ildə Niyazi çoxdankı arzusunu, özünün “Çitra” bale-
tinin partiturasının yeni redaksiyasını həyata keçirdi, əsərin xo-
reoqrafiya və ssenoqrafiya cəhətdən təzələnmiş şəkildə M.F.Axun-
dov adına Azərbaycan Opera və Balet teatrında tamaşaya
qoyulmasına özü rəhbərlik etdi, həmin baletdən süitanı ayrıca
nota aldı. Niyazi digər iri əsərinin, “Rast” simfonik muğamının
da yeni redaksiyası üzərində işi başa çatdırdı. Həmin ildə Niyazi
D.Şostakoviçin “Katerina İzmaylova” operasının konsert ver-
siyasını çalmağa hazırlaşır. O, bu əsəri hələ 1963-cü ildə ifa et-
mək niyyətində idi. D.Şostakoviçin həmin ilin dekabr ayının 30-
da Niyaziyə yazdığı çox əlamətdar bir məktub bunu sübut edir.
Lakin operanın baş partiyalarını ifa edən vokalçıları tapmaqda
çətinlik çəkdiyinə görə Niyazi bu niyyətini həyata keçirə bil-
mədi. Buna baxmayaraq, D.Şostakoviçin partiturası üzərində iş-
ləmək ona ən yüksək bədii zövq vermişdi.
Həmin ildə Niyazi inanılmaz qüvvə ilə bir neçə mürəkkəb,
çox məsuliyyətli konsert proqramlarını hazırlamışdı. Bunlar klas-
sik rus və sovet bəstəkarlarının əsərlərindən ibarət olan silsilə
simfonik konsertləri, Bolqarıstan bəstəkarı T.Popovun və Türk
bəstəkarı N.Aksesin Bakıda müəllif konsertləri, Azərbaycan bəs-
təkarları A.Məlikovun, V.Adıgözəlovun, R.Mustafayevin, O.Zül-
füqarovun, A.Əlizadənin yeni əsərlərinin ifası idi. Həmin ildə Ni-
yazi Azərbaycan bəstəkarlarının əsərlərinin vallara yazdırılması
işini davam etdirərək, “qrammofon yazısında Azərbaycan musiqi-
si antologiyası”nı yaratdı. Antologiyaya Üzeyir bəy Hacıbəylinin
“Koroğlu” operası və “Arşın mal alan” musiqili komediyası,
F.Əmirovun “Sevil” operası, Q.Qarayevin, C.Hacıyevin, F.Əmi-
rovun, Niyazinin, S.Hacıbəyovun ən əhəmiyyətli simfonik əsər-
ləri ilə yanaşı gənc bəstəkarların yeni əsərləri də daxil olunmuşdu.
1971-ci ildə Niyazi Oktyabr İnqilabı ordeni ilə təltif olundu.
1972-ci il Niyazi üçün xüsusilə əlamətdar olmuşdu. Həmin
ildə Bakıda, sonra isə Moskvada onun anadan olmasının 60 illi-
yinə və yaradıcılıq fəaliyyətinin 40 illiyinə həsr olunmuş təntə-
427
nəli yığıncaqlar keçirildi. Bakıda Azərbaycan Bəstəkarlar İttifa-
qının katibi T.Quliyev və Moskvada SSRİ Bəstəkarlar İttifaqı
idarə heyətinin birinci katibi T.Xrennikov Niyazi haqqında danı-
şarkən onun Azərbaycan musiqisinin inkişafında rolunu, musiqi
sənətinə dəyərli xidmətini, beynəlxalq əlaqələrinin genişləndiril-
məsi, möhkəmləndirilməsi sahəsindəki ifaçılıq fəaliyyətinin bö-
yük əhəmiyyətini qeyd etdilər.
1975-ci ildə Azərbaycan ictimaiyyəti Azərbaycan müasir pe-
şəkar musiqisinin banisi və klassiki Üzeyir bəy Hacıbəylinin 90
illiyini təntənə ilə qeyd etdi. Bakıda və Moskvada keçirilən tən-
tənəli yığıncaqlarda Niyazi həm dirijor kimi, həm də Ü.Hacıbəy-
linin yaradıcılığının əhəmiyyətindən ehtirasla danışan musiqiçi
kimi çıxış etdi. Qeyd edək ki, Niyazinin təşəbbüsü ilə hər il
sentyabr ayının 18-də (Üzeyir bəy Hacıbəylinin anadan olduğu
gün) dahi bəstəkarın adını daşıyan Azərbaycan Dövlət Konser-
vatoriyasının qarşısında Ü.Hacıbəylinin ölməz əsərləri ifa olu-
nurdu. Daha sonra, 1995-ci ildə Niyazinin bu təşəbbüsü dövlət
statusu aldı: ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər
il 18 sentyabr “Üzeyir musiqi günü” kimi qeyd olunmağa baş-
landı, həmin günlər musiqi festivalı da keçirilir.
1979-cu ildə Niyazi ölkə bəstəkarlarının Azərbaycan Bəstəkar-
lar İttifaqının qurultayının konsert proqramına daxil edilmiş əsər-
lərinin ifasına hazırlaşaraq bu işi böyük məsuliyyətlə yerinə yetirdi.
Ulu öndərimiz H.Ə.Əliyevin çıxışı bu görüşün mərkəzi hadi-
səsinə çevrildi. O, Azərbaycan musiqisinin tarixi yolunu dərin-
dən təhlil edib, müasir inkişaf mərhələsində bu musiqinin vəziy-
yətini səciyyələndirdi, onun qarşısında duran ən mühüm vəzifə-
ləri nəzərə çatdırdı. Niyazi respublikanın partiya-təsərrüfat fəal-
ları üçün simfonik konsertlərə böyük diqqət yetirir, onların pro-
qramlarına dünya klassikasının və müasir musiqinin ən dəyərli
əsərlərini daxil edirdi. Niyazinin rəhbərlik etdiyi hər bir konsert
orkestrin respublika ictimaiyyəti qarşısında yaradıcılıq hesabatı,
incəsənətin təbliği kimi dəyərləndirilirdi. SSRİ Bəstəkarlar İtti-
faqı idarə heyətinin birinci katibi T.Xrennikovun müəllif konser-
ti də yaddaşlara həkk olundu.
Dostları ilə paylaş: |