Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə5/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   2   3   4   5   6   7   8   9   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



11

tələffüzü ilə müəyyənləşir. Fonetik prinsipin əsasında nitqin səs təhlili durur; yazan şəxsdən yalnız 

eşitmək, yazacağı sözləri, səsləri fərqləndirə bilmək və onları uyğun hərflərlə yazmağı bacarmaq 

tələb olunur. Qətnamədə xüsusi olaraq səsləndirilir ki, bu və ya digər ölçülər, yəni prinsiplər 

etimoloji və morfoloji prinsiplə uyğunlaşmalıdır. 

2) Etimoloji prinsipin (hərçənd ki bu prinsip türk dillərinin təbiətini tam əhatə etmir) həyata 

keçirilməsi ədəbi ənənədən asılı olmalıdır. Bu prinsipdən dil vahidlərinin mənşəyini təyin etmək 

zamanı kara gəlir. Ayrı-ayrı səs birləşmələrinin yazılışında, xüsusən də yerdəyişmə hadisəsi 

müşahidə edilən sözlərdə işlənir. Düzgün yazmaq üçün təkcə etimologiyadan istifadə etmək olar.  

Etimoloji prinsip tarixi prinsiplə qarışıq salınmamalıdır. Mədəni dillərin bir çoxunun 

orfoqrafiyasının çətinlik və mürəkkəbliyi məhz etimoloji yazının çoxluğu ilə əlaqədardır.  

3) Türk dilini yaşadan xalqlar fonetik prinsipdən istifadə edərkən şərq və qərb 

qaynaqlarından alınan sözlər xalq tərəfindən mənimsənilməlidir. 

4) Tələffüzə əsaslanan fonetik prinsipdə saf və qovuşuq heca tipləri aydınlaşmalıdır. 

5) Mükəmməl, normativ orfoqrafiya yaratmaq üçün daha əlverişli şəraiti ayrı-ayrı 

vasitələrdə qəbul olunacaq yeni latın əlifbası əhəmiyyət kəsb edəcək. 

6) Ədəbi  dilin vahid, stabilləşmiş milli orfoqrafiya qaydaları qorunmalıdır.  Milli 

orfoqrafiya hər bir dilin qrammatik və digər fərqləndirici əlamətlərini öz prinsipləri daxilində əks 

etdirmək gücünə malik olmalıdır. Həmçinin də hər bir ədəbi dilin yazı qaydaları – orfoqrafiya 

normaları canlı dilin əlamətlərini minimum əks etdirməlidir. Öz sadəliyi, münasibliyi, asan və 

aydınlığı cəhətdən türk xalqlarının orfoqrafiyası bir sıra üstünlükləri ilə fərqlənir. 

Bu gün  90 illik bir zaman bizi I Türkoloji Qurultaydan ayırır. İndinin özündə də böyük  

inam və qətiyyətlə söyləyə bilərik ki, bu qurultay öz dövrünün mədəni-elmi, ictimai-siyasi, tarixi 

əhəmiyyəti ilə yadda qalmışdır. Heç də təsadüfi deyil ki, qurultayda toxunulan məsələlərdən ən 

öndə duranı dil problemi olmuşdur. Mərhum akademik Tofiq Haciyevin bu vacib məsələ haqqında 

çox dəyərli mülahizələrinin xatırlatmaq ədalətli olardı: ”Türk xalqlarının tarixi, mədəniyyəti, 

maarifi ilə bağlı zəngin problemlər proqramı olan bizi I Türkoloji Qurultay, adətən, ən çox dil 

məsələləri ilə xatırlanır. Əlbəttə, bu, təsadüfi deyil, – dil məsələsi bütün nəzəri çıxışları ilə, 

səviyyəsi ilə yanaşı təcrübi səciyyə daşıyırdı. Gözlə görünən, praktik  kütləvi rezonans olan 

məsələlər idi: türk dillərinin imla, termin, əlifba məsələləri, türk ədəbi dili və ana dilinin tədrisi 

mövzuları. Məsələnin başqa tətəfi də var. Bütün elmi-mədəni mahiyyəti ilə yanaşı, qurultayın 

gündəliyi ovaxtkı  sovet dövlətinin birinci növbədə siyasi məzmun maraqlandırdı. Çoxmillətli 

SSRİ-də bu qurultayın gücü  milli rezonans olmalı idi”.  

Görkəmli alimin bu fikirlərindən də aydın olur ki, I Türkoloji Qurultayın nəzəri və praktiki 

əhəmiyyəti ölçüyəgəlməz olmuşdur. Türk xalqlarının bu ali məclisindən 90 il keçsə də, onun 

gündəliyinin  ana xəttinin  təşkil edən bir çox dil məsələləri: əlifba, orfoqrafiya, imla məsələləri bu 

günümüzdə müstəqillik illərində də aktual və müsir səslənir, onun ideyaları, qərar və qətnamələri  

həyata kecirilir, qurultayda dinlənilən məruzələrin mətnləri öyrənilir. 

 

ƏDƏBIYYAT 



1.

  Hacıyev Tofiq. Birinci Türkoloji Qurultayda ədəbi dil məsələləri, Birinci Türkoloji 

Qurultayın 80 illik yubileyinə həsr edilmiş elmi konfransın tezisləri. 

2.

  Vəliyev Sevindik. Birinci Türkoloji Qurultayda türk dillərinin orfoqrafiyası haqqında, 



səh.60-61. 

3.

  Xəlilov Buludxan. Türkologiyanın tarixi: XX əsrin 20-30-cu illəri, Bakı, 2016. 



 

 

First Turkological Congress: Vocabulary and Orthographic Issues in Azerbaijani 



 

SUMMARY 


 

First Turkological Congress, its procedure  and importance are described in the presented 

article. Introduced scientific issues, subject matters and their items are emphasized by the author. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



12

Vocabulary and orthographic issues from the first congress till nowadays are mentioned and 

development in those aspects during these 90 years are brought to the attention of the leaders. 

Key words:vocabulary, First Turkological Congress, scientific issues, orthography. 

 

Mehman Musayev, fil.ü.e.d., prof. 



 

 

 



    Qazi 

Universiteti 

ədəbiyyat fakültəsi, çağdaş türk ləhcələri və 

ədəbiyyatları bölümü, müəllim 

mehman.musaoglu@gmail.com 

 

DƏDƏ QORQUD DASTANLARININ QAVRAMLAR DÜNYASI, ÖZƏL MƏTNQURUCU 



İŞARƏLƏRİ, SEMİOTİK KODLARI VƏ KONSEPTUAL-SİNTAKTİK QURULUŞU 

 

Giriş 



 

 Şüurun koqnitiv modelləri; indi sosial elmşünaslıqda dünyanın mifoloji-konseptual dil 

xəritəsinin və ədəbi-bədii mətnlərin germenevtik, semiotik, kulturoloji, epistemoloji vəfiloloji-

linqvistik yöntəmlərlə açıqlanması prinsiplərinə görə öyrənilir. Mətnin həm ümumi-ənənəvi, həm də 

semiotik özəllikləri monoqrafik tədqiqatlara bir bütün olaraq cəlb olunur. Ədəbi-bədii mətnin 

qurulmasında özünü göstərən “özəl mətnqurucu işarələr” (Musayev 2012: 286-290) Umberto 

Ekonun təbiriylə “semiotik kodlar”(Усманова 2001:364-365)olaraq müəyyənləşdirilir. Dünyanın 

dil xəritəsində yer alan qavramların(konseptlərin) türkcə mətndəözəl mətnqurucu işarələrlə 

açıqlanmasının öyrənilməsi isə, türkologiyada bir elmi yenilik olaraq özünü göstərir(Musaoğlu: 

2013:1-28; 2014:111-161). Məruzədədə yaradılan və yazılanDədə Qorqud dastanlarının qavramlar 

dünyası, özəl mətnqurucu işarələri, semiotik kodları və bunlara bağlı olaraq konseptual-sintaktik 

quruluşundan bəhs olunur. 

 

1. Yaradılan Dədə Qorqud 



Qorqudşünaslıqda çox vaxt dastanların yarandığı deyil, yazıya alındığı dönəmlərlə olan 

bağlantıları işıqlandırılır. Halbuki “yaradılan Dastanla yazılan Dastan bir-birinin eyni deyil” 

(Abdulla 2009:17). Buna baxmayarq, dastanlardakı arxetipik obrazlar, dəyişməyən süjet və 

fabulaları təşkil edən ana variantlar və mifdən yazıya və ya təbiətdən mədəniyyətə keçid prosesi 

sanki unudulur vəçox vaxt sadəcə eposun yazıya alındığı dövr, onun coğrafiyası, əlyazmasının 

tənqidi nüsxələrinin hazırlanması və s. tədqiqata cəlb edilir. 

Dədə Qorqud mətnində açıqlanan qavramların böyük bir qismi dastanın yarandığı yazısız 

mifoloji dönəmdən yazılı mədəniyyət epoxasına keçid dövrünə aiddir. Bu dövrün dil xəritəsində yer 

alan qavramlar daha çox etnoqonik və kosmoqonik mifoloji görüşlərlə, yaradılışla, ilkin inanç və 

etiqadlarla bağlıdır. Bir sözlə, qədim dövr insanlarının dünyanı tədricən hiss edərək onu nəzmlə, 

atalar sözləri və məsəllərlə,nəğmələrlə ritmik-qafiyəli alqış və qarğışlarla, ağıtlarla və s. 

özününküləşdirməsi prosesi təhkiyə yolu ilə əvvəlcə nəsrlə əsatir vəəfsanələrdə (Сагояков 2010:9-

28), sonra isə nağıl, rəvayət və dastanlarda öz əksini tapır. Sözügedən folklorik ədəbi növlərdə və 

yaranan Dədə Qorqud dastanlarında da ən çox aşağıdakı qavramlar açıqlanmışdır:  

-Xaos, kosmos, təbiət, mədəniyyət, din, inanç, yer, göy, Tanrı; 

-Ata, ana, övlad, oğul, qız,bakirlik, bakirəlik; 

-Mərdlik, namərdlik, igidlik, xəyanət, həyat, eşq, qardaşlıq; 

-Mif, yazı, yasaq, güc və s. 

 

2. Yazılan Dədə Qorqud 



Dastanın yazıya alındığı dövrdə  türk-isalm dünyasının dil xəritəsində yuxarıdakılardan bir 

az daha fərqli qavramların sıralanmasına təsadüf edilir. Burada“Allahın birliyi, islam, 

peyğəmbərlik, namaz, dua;Fani, günah, ölüm, alın yazısı, axirət;Namus, şərəf, qorxaqlıq, asilik və s. 

qavramlar özəl mətnquqrucu işarələrlə açıqlanır.Sözügedən qavramlara görə işlənilən və hər hansı 

ədəbi-bədii mətni ayrıca bir fenomen kimi təşkil edən, konseptual və kateqorial əlamətləri ilə 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə