Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə6/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   2   3   4   5   6   7   8   9   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



13

seçilən semiotikvasitələr isə,‘özəl mətnqurucu işarələr’ terminiylə  adlandırılır. Ədəbi-bədii mətndə 

özəl mətnqurucu işarələrin işlənilməsi dilin quruluş-ifadə fərqliliyi, etnoqrafik, milli və mənəvi 

özəlliklərləbağlı olur. 

3. Ortaq özəl mətnqurucu işarələr 

Dədə Qorqud mətnində dastanın yarandığı və yazıya alındığı dövrlərdəki mövcud qavramlar 

dünyasının açıqlanmasına görə işlənilən özəl mətnqurucu işarələrin sıralanmasında ciddi bir 

iyerarxiya vardır. Bu özəl mətnqurucu işarələrin bu və ya digər şəkildə bütün dövrlərdə yaranması, 

əslində onların ədəbi-bəşəri səciyyəli olduğunu göstərir. Sözügedən özəl mətnqurucu işarələr dünya 

folklorik təhkiyəsi, türk-islam mədəniyyəti və Oğuz-Azərbaycan coğrafiyası “dil-qavram xəritəsi”ni 

təşkil edən fenomenləri ehtiva edir. Onlardan bəziləri aşağıdakılardan ibarətdir: 

-Dərbənd, Qorqud, qopuz, sapand, ok, yay, at, kılınç, çomaq, çadır, su, ağaç, qurd;  

-Üç canavar qalınlığında kaftan, Əski pambıq bez olmaz, Kül təpəcik olmaz; 

-Əzrayıl, alqış, qarğış, buğa, ad qoyma, qanı qaynama,tək göz, qatır, dəvə, körpü; 

-Av avladı, quş quşladı, Boy boyladı, soy soyladı, Ana südü- dağ çiçəyi,Dünya şirin, can 

dadlı; Başıma qaxınc, üzümə toxunc olmasın və s. 

 

4. Semiotik kodlar və subkodlar 



Sözügedən mətnqurucu işarələr; yaradılan və yazılan dastan mətnində kommunikativ-

aksional-, simvolik-, proayretik- (yunan. proairetikoi  ‘seçimi yerinə yetirən, qərara gələn) və 

kulturoloji-semiotik kodlar olaraq müəyyənləşir. Semiotik kod göstərilən istiqamətlərdə 

qaydaların və müxtəlif normaların məcmusu və ya görünüşdə mövcud olmayan quruluş (Eko 

2009) demək olub, ‘dil↔nitq və kod↔mətn’ müstəvisində hər cür mətn quruculuğunun 

konseptual-semiotik əsasını təşkil edir (Хлебникова 2006).Subkod isə dilin mövcudluq forması 

olaraq “kod”a görə daha az həcmli və aşağı funksional səviyyəli kommunikativ alt sistemdir 

(Koжемякина və s. 2006).  

Dədə Qorqud mətninin qavramlar və özəl mətnqurucu işarələr xəritəsindən hərəkətlə 

‘dil↔nitq və kod↔mətn’ müstəvisində dastanların əsas semiotik kodları və subkodlarından bəziləri 

aşağıdakı konseptual-linqvistik parametrləriylə təsnifləndirilir.  

 

4.1. “Oğuz-Qorqud-Ozan” kodu 



Milli-mənəvidəyərlərimizinözəl mətnqurucu işarələrləkodlar-subkodlar olaraq 

müəyyənləşməsi vəonların kommunikativ-, aksional-, simvolik-, proayretik- və kulturoloji-

etnoqrafik leksikon olaraq ifadəsi, özünüOğuz-Qorqud-Ozan kodundatapır. Belə ki,“sapand, ok, 

yay, at, kılınç, ocaq, qopuz, çadır” kimi etnoqrafik səciyyəli leksik vahidlərlə ifadə olunan 

subkodlar,Oğuz-Qorqud-Ozan semiotik kodunu təşkil edir.Sözügedən semiotik kod isə Türklük 

qavramının məzmununu ehtiva edən və onu semiotik işarələr sistemi olaraq göstərən başlıca 

vasitələrdən biridir. 

 

4.2. Atalar sözləri, məsəllər və frazeologizmlərlə ifadə edilən subkodlar 



Atalar sözləri və məsəllər, somatik və qeyri-somatik frazeologizmlər sözügedən dastanların 

mətnindəsemiotik-kulturoloji kodlar olaraq işlənilir. Məsələn,Ailə vəata-anaböyüklüyü qavramı, 

özəl mətnqurucu işarə olaraq işlənilən “Qız anadan görməyincə ögit almaz, oğul atadan görməyincə 

süfrə çəkməz” atalar sözü ilə ifadə edilir. Özəl mətnqurucu işarələr olaraq işlənilən “Ayağına ət 

tuşağın urmaq; düğünü qanlı olmaq” (toy gecəsi bakirə çıxmaq) frazeologizmləriylə isə “bakirlik və 

bakirəlik” qavramı açıqlanır. Bunlar türk-müsəlman əxlaq tərzinin siqnalçısı olanbir semiotik kodun 

ayrı-ayrı subkodlarıdır. 

 

5. Dədə Qorqud dastanlarının konseptual-sintaktik quruluşu 



Dədə Qorqud dastanları, ehtimal ki, başlanğıcda həm nəsrlə, həm dəşeirlə söylənilmişdir. 

Elə nəsr və nəzmlədə yazıya alınmışdır. Buna görə də  şeirvə nəsrlə söylənilən mikromətnlər 

dastanda çox vaxt dialoji-çərçivəli örnəklərdən ibarət olur. Eposda açıqlanan qavramlarla, özəl 

mətnqurucu işarələr və semiotik kodlar arasında dil↔mətn müstəvisində gerçəkləşən konsetual-




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



14

linqvistik və sintaktik paralelliklər mövcuddur. Məsələn, dostluq qavramı epik mətnləşmədə 

komponentləri sintaktik paralellərlə qurulan mikromətn örnəyinin şeirlə söylənilən dialoji-çərçivəli 

sintaktik quruluşu ilə  ifadə olunur:  

i a. -Qazana mən asi olmazam deyib and içdi – söylədi, aydır: 

Mən Qazanın nemətini çox yemişəm, 

Bilməzsəm gözümə dursun! 

Qaraqoçda qazılıq atına çox minmişəm. 

Bilməzsəm mana tabut olsun! 

Yaxşı qaftanların çox geymişəm

Bilməzsəm kəfənim olsun! 

Ala barigah otağına çox girmişəm.  

Bilməsəm mana zindan olsun! 

Mən Qazandan dönməzəm, bəlli bilgil! – dedi (Araslı 1978: 155-156). 

 

Burada 1, 3, 5, 7 və 2, 4, 6, 8-ci misralar həmqafiyədir.  Göstərilən misralar eyni qrammatik 



quruluşda və oxşar bir leksik tərkibdəki sintaktik paralellərdir.  1, 2; 3, 4; 5, 6; 7, 8-ci misralar isə 

koordinativ-şərt və səbəb mənalı mürəkkəb cümlələr olub, şerin beytləri olaraq özünü göstərir.  

Beyrəkin dialoq nitqi şəklindəkisintaktik-çərçivəli cavablandırması ilə dostluq qavramı ifadə 

olunur. Bu qavram ‘asi, nemət, tabut, kəfən, otaq, zindan” sözləri ilə ifadə olunan özəl mətnqurucu 

işarələrlə açıqlanır. Cavablandırma başda “Beyrək söylədi” və sonda “dedi” predikativ 

qütblənməsi ilə çərçivələnir. 

Dədə Qorqud mətnində nəsrlə söylənilən uyğun örnəklərə görə də sintaktik-mətnlinqivistik 

quruluşla uyğun qavramlar arasında koqnitiv-konseptualəlaqələr olur. Məsələn: 

ib. Qonşuların çağırır ki; Qız Züleyxa! Zübeydə! Üreydə! Can qız, can paşa! Ayna Mələk! 

Qutlu Mələk! Ölməyə itməyə getmişdim? Yatacaq yerim yine bu haraba olasıydı. Nolaydı benim 

evimə bir ləhzə baxaydınız. Qonşu haqqı, Tanrı haqqı - deyib söylər (Araslı 1978: 7). 

ic. Beyrək aydır: 

-Necə səht olmayayım? On altı ildir ki, (sənin) babanın dustağıyam. Ataya, anaya, qovuma, 

qardaşa həsrətəm və həm bir qara gözlü yavuğlum vardı. Yalancı oğlu Yalançıq derlər bir kişi 

vardı. Varmış yalan söyləmiş. Bəni öldü demiş. Qız ona varar olmuş –dedi (Araslı 1978: 59). 

ib. və ic. mikromətnləri subordinativ-obyekt mənalı mürəkkəb cümlə modelində 

qurulmuşdur. Rema-komponentsadə və mürəkkəb cümlələrdən ibarət olan sintaktik vahidlərlə ifadə 

olunur və özünə məxsus nəql etmə tərzi ilə gerçəkləşən mətnləşmənin linqvistik-konseptual 

nüvəsini təşkil edir.ib. mətnindəbaşda baş cümlə və sonda təkrar olunan xəbərlə ifadə edilmiş tema 

və baş cümlə ilə təkrar olunan xəbərin arasındakı mətn parçasından ibarət olan rema  arasındakı 

sintaktik-mətnlinqvistik bağlantılar mətndə açıqlanan“qonşuluq əlaqələri” qavramına görə 

qurulur.Qonşuluq əlaqələri qavramınıözəl mətnqurucu işarə olaraq isə “Qonşu haqqı, Tanrı 

haqqı!” deyimi açıqlayır.ic. mikromətnində dətema ilə (başda baş cümlə, sonda xəbərlə) rema (baş 

cümlə ilə xəbərin arsındakı mətn parçası) bir-birini sintaktik-mətnlinqvistik komponentlər olaraq 

tamamlayır. 

 Sözügedən mətndə komponentlərin aktual üzvlənməsi türk-islam mədəniyyətində ailənin 

sağlam əsaslar üzərində qurulmasını təmin edən bakirəlik qavramınagörə gerçəkləşir. Beyrəklə 

Banuçiçəyin eşqi və evlənmə hadisəsi də elə həmin qavramın açıqlanmasına görə işlənilən özəl 

mətnqurucu işarədir. Sözügedən yazılmamış ailə quruluşu qaydası mifoloji və ya yazısız eradan 

qopuz-dastan və ya yazı epoxasına keçid dönəmində “Türklük fenomeni”ni təşkil edən əsas 

semiotik kodlardan biri olaraq özünü göstərir. Həmin etnik-milli özəllik dastanın mətnində konkret 

olaraq sözügedən dialoji-çərçvəli-sintaktik quruluşla ifadə olunur. Buna görə də bu dialoji-çərçivəli-

sintaktik quruluş türk konseptual düşüncəsinin qurucu-koqnitiv elementərini ifadə edən əsl 

ümumtürk mətni örnəklərindən biri olaraq işlənilir.Ailə,bakirlik və bakirəlik qavramını açıqlayan 

özəl mətnqurucu işarələr isəeposun mətnində türk-islam əxlaqının əsas semiotik kodlarındanbirinin 

ayrı-ayrı subkodları olaraq ortaya çıxır. Beləliklə, yardılan və yazılan Dədə Qorqud mətninin 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə