Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə22/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   18   19   20   21   22   23   24   25   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



45

şəxs, tək hal.  

          Yakut  dilində  başqa  feili  bağlamalardan  fərqli  olaraq,  -aat şəkilçili feili bağlama şəxs 

şəkilçiləri qəbul etmir. Lakin, qeyd edək ki, bu feili bağlama forması - kıtta və kıtarı - birgə, 

bərabər , ... kimi  qoşmaları ilə uyğunlaşaraq təsirlik hal şəkilçisini qəbul edir və şəxs bildirir, 

məsələn,  min baraаppın kıtta (кıtarı)- mən gələn kimi  – 1-ci şəxs., tək hal.; en baraakkın kıtta 

(kıtarı) – sən gələn kimi -  2-ci şəxs, tək hal. 

         Müasir yakut dilində yalnız iki feili bağlama (bıtınan və bıçça) formaları dəyişilməzdir. Yakut 

dilinin tədqiqatçıları S.V. Yastremski, O. Bötlinqk, E. K. Pekarski və L.N. Xaritonovun –bıçça 

şəkilçili feili bağlama formalarına zərf kimi baxmaları diqqət çəkir. Yalnız Y. İ. Ubryatova – bıçça 

formasını feili bağlama kimi təhlil etmişdir. Bu feili bağlama forması yakut dilinin başqa feili 

bağlama forma-larından onunla fərqlənir ki, o qeyd-şərtsiz dəyişməyən formadır, yəni nə şəxs, nə 

hal şəkilçiləri qəbul edir, həmçinin inkar forması yoxdur.  

         -Imına və -bakka tərkibli feili bağlamalar yakut dilində ayrı-ayrı hallarda şəxs şəkilçiləri ilə 

birləşərək sadə cümlədə tabe olmayan xəbər funksiyasında işlədilirlər. 

         Şəxs və hal şəkilçilərinin qəbulu başqa müasir türk dillərinə də sirayət edir.  

          Belə ki, özbək dilində də feili bağlamaların şəxs şəkilçilərini təkrar qəbul etmələri halları var. 

–Qunça şəkilçili feili bağlama formasında iştirak edən şəxs, mənsubiyyət şəkilçisinə uyğun ifadə 

olunur. Həmin şəkilçi –qunça şəkilçisinin birinci ele-metinə birləşir. Misal gətirək: Biz ukiqinimizça 

– biz oxuyana qədər; Uzim borq-ma-qunimça kampirninq kungli tulmaydi – Mən getməyənədək 

qocanın (ağbirçəyin) ürəyi sakitləşməyəcək [8, s.244].  

         - Qanşa, - qenşe; - kanşa, - kenşe şəkilçili feili bağlama qaraqalpaq dilində  for-ması da şəxs 

şəkilçiləri qəbul edir. Məsələn, Üyqe kelip cetkenimşe otırqanımda  ara-dan  taqı da eki saat yötti –

mən evə gələnədək, evdə oturdum, iki saat vaxt keçdi [ 2, s.472].  

          Tuva  dilində  də  belə  hallara  rast  gəlmək  olur.  Məsələn,  kelqijemçe – mən gələnə kimi; 

kelqijençe – necə ki, mən gəlməmişəm [6, s.405]. 

          Müasir  türk  dilinin  bəzi  dialektlərində bir sıra feili bağlamaların şəxs və hal şəkilçilərini 

qəbul etmələrini göstərməmək maraqlı olmazdı. Belə ki, türk dilində -arak/-erek şəkilçili feili 

bağlamalar Vidin, Ərzincan, Kütahya və Ərzurum dialektlərində –dan/-dən çıxışlıq halın 

şəkilçilərini qəbul edir: duşunerekten, gezınerekten (Vidin); acıyanahdan, dayanarahdan, 

sogerekden (Ərzincan), deerekten, harlayarakdan, gurleyelekden (Kütahya), alarahdan (Ərzurum).  

          -Alı/-eli şəkilçili feili bağlama formaları türk dilinin Karaman dialektində beri  sözü ilə 

çıxışlıq halın şəkilçisini qəbul edir: “Cunki helaset Mesias geleliden beri bunlardan hokum ve 

kahinlik (papazlık) kalkdı” (İM 19: 21-22).  

          Eski anadolu türkçəsində də analoji fonetik variant müşahidə olunur. Bununla yanaşı burada 

həmçinin  -dan beru fonetik variant da mövcuddur. Lakin bu formaya nadir hallarda rast gəlinir. 

Misallara baxaq: :“Fakat karadenizde bulunurumuş. Rab-binoslar kendileri sahilendiriorlar ki 

Rabbinin Yerusalimdebulunan hanesi veran olalıdan beru bu gune gelene kadar garyu denizdede 

bulunmaz oldu, bu balık deyi sahihlendiriorlar” (İM 182: 9-14).  

            Müasir  türk  dili  dialekt  və  şivələrində  -dık/- dığından şəkilçili feili bağlama forması şəxs 

şəkilçisi qəbul edir.  

          Misal:    Musinin yehudileri Mısırdan cıkardığında kelplerin havlamadığı gibi, Hristozunda 

canları cehimden cıkardığında, şeytanlar karşı koymaya kadir olmadılar (İM 14: 26). 

          Bu feili bağlama şəkilçisinə türk dilinin Urfa və Ərzurum dialektlərində rast gəlinir. Həmin 

feili bağlamanın Urfa dialektində zaman zərfi olduğunu, Ərzurum dialektində isə eyni zamanı 

bildirməsini qeyd etmək mühümdür. Bunu misallarla izah edirik: kırdığında, vardığında (Urfa 

dialekti); Tah aldığımda atdım “ta aldığım zaman, gorduğunde elini opdi  və s.  

- Dıqda, - dikdə, - duqda, - dükdə şəkilçili feili bağlama formasının qədim Azərbaycan dilində tez-

tez mənsubiyyət şəkilçisini qəbul etdiyini qeyd etmək maraqlıdır. Bu şəkilçilər –dıq və da 

elementlərinin aralarına qoyulur. Misallara baxaq: açdığımda – mən açanda, gəldiyində - o gələndə 

və s.  

          Qeyd edək ki, “Dədə Qorqud Kitabıda” həmin feili bağlama forması tez-tez “ləyin” sözü ilə 



işlədilir. Qeyd edək ki, bu feili bağlamanın “leyin” sözü ilə işlənməsi hərəkətin tez həyata 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



46

keçməsini bildirir. Misal gətirək: Qazılıq Qoca onu gördügündələyin yel kimi yetdi – Qazılıq qoca 

onu görüb küləək kimi qaçaraq gəldi ; Qazılıq Qoca qələyə yetdigindələyin cəngə başladı- Qazılıq 

qoca qalaya çatan kimi döyüşməyə başladı [Kitabi Dədə Qorqud, Bakı, 1962, c.106-107].  

-Dıqda şəkilçili feili bağlama forması müasir Azərbaycan dilində mənsubiyyət şəkilçisi qəbul etmir 

və “ləyin” sözü ilə işlənmir. Azərbaycan dilinin yazılı abidələrində -dıqca şəkilçili feili bağlamanın 

həmçinin mənsubiyyət şəkilçisi ilə işlədilməsinə tez-tez rast gəlinir. Həmin feili bağlama forması 

mənsubiyyət şəkilçisi ilə uyğunlaşaraq aşağıdakı formaları mənimsəyir: - dığımca, - diğimcə, - 

duqumca, - düqümcə, - dıqınca, - diqincə, - duqunca, - düqüncə. Misallara baxaq: Baxduqunca hər 

nəzərdə qeyri-zat Allahı gör (Nəsimi, 14 əsr); Rəqibindən cəfalar çəkdigimcə qılırmən bəd dualar 

dürlü - dürlü(Xətai, 15 əsr) [10, s.18]. -Dıqca şəkilçili feili bağlama forması müasir Azərbaycan 

dilində mənsubiyyət şəkilçisi qəbul etmir.  

           Qeyd  edək  ki,  türk  dillərində  ikincili    feili  bağlamalar  şəxs  şəkilçilərindən  başqa  hal 

şəkilçiləri qəbul edirlər. 

          Bildiyimiz  kimi,  qoşmalar  hallana  bilən söz kateqoriyaları ilə işlədilir. Belə ki, feili 

bağlamalar hallanmır, qoşmalar onlarla nadir hallarda uyğunlaşırlar.  

          Feili bağlamalar bəzi müasir türk dillərində isə yalnız o zaman hal şəkilçiləri qəbul edir ki, 

onlardan sonra qoşmalar gəlsin. Məsələn, qumuq ədəbi dilində qınça, - qinçe, - qunça, - qünçe 

şəkilçili feili bağlama forması berli- ilə,- danbaşlayaraq qoşması ilə uyğunlaşaraq –çıxışlıq halın 

şəkilçisini qəbul edir. Məsələn, Sen aytqınçadan  berli de  anqlaqan edim men o xabarnı – Mən bu 

xəbəri sən mənə danışandan xeyli əvvəl eşitmişdim [3, s.39].  

          Çıxışlıq  halın  şəkilçisi  başqırd  dilində  bəzən  –qas şəkilçili feili bağlama forması alır. 

Məsələn: kaytkastan - qayıdaraq, uylağastan – fikirləşib və i.a. [4, s.186].  

          Bəzi feili bağlamalar Tuva dilində hal, şəxs və kəmiyyət şəkilçilərini qəbul edə bilər. Belə ki, 

tuva dilində - kaş şəkilçili feili bağlama forması aşağıdakı hal və kəmiyyət formalarına malikdir.  

Məsələn: adlıq hal – kelqeş  – gələrək tək hal, kelqeşter – gələrək- cəm hal; yiyəlik hal – kelqeştin- 

gələrək – tək hal, kelqeşternin – gələrək cəm hal; yerlik hal – kelqeşte –gələrək  tək hal, kelqeşterde 

–  gələrək   cəm hal; çıxışlıq hal – kelqeşten-gələrək  tək hal, kelqeşterden – gələrək cəm hal [3, 

s.335]. Tuva dilində belə hallar əsasən folklor dilində müşahidə olunur.     

-Pışaan şəkilçili feili bağlama forması Tuva dilində yalnız kəmiyyət və hallar üzrə dəyişmir, 

həmçinin şəxs şəkilçisi qəbul edir. Bu feili bağlamanın tuva dilində iki müxtəlif təhlili var: 1) həmin 

forma feili bağlama kimi təhlil edilir; 2) bu feili bağlama bəzi feili bağlama əlamətləri ilə 

əsaslandırılmış feili sifət hesab olunur.  

          Feili bağlama formaları bəzi müasir türk dillərində yerlik və çıxışlıq hallarının şəkilçilərinin 

vasitəsilə əmələ gəlir. Məsələn, Azərbaycan dilində  -  anda, - əndə - danışanda, gələndə; - dıqda/ - 

dikdə - aldıqda,  gördükdə. Bu cür feili bağlamalar qoşmalarla birləşə bilərlər, misal üçün: 

Azərbaycan dilində - oxuyandan sonra, gəldikdən sonra, yedikdən sonra və i.a.  

         Türk xalq danışıq dilində feili bağlamaların çıxışlıq halın şəkilçisi ilə işlənməsi həmçinin qeyd 

olunur. Bu növ feili bağlamalara – (y)arak/erek ikincili feili bağlamalar aiddir. Həmin feili 

bağlamalar çıxışlıq hal şəkilçiləri ilə işlədilərək aşağıdakı formanı alır: - (y) araktan/ - (y) erekten. 

Misallara baxaq:  

  “Tek tek basaraktan, bade süzerekten 

   İnce dizerekten, gel yarim, gel aman” [15, s.431]. 

  basaraktan, süzerekten, dizerekten. 

–Arak/-erek şəkilçili feili bağlamaların həm çıxışlıq, həm də yerlik hallarının şəkilçiləri ilə 

işlənməsi hallarına türk dilinin Rize dialektində (Rize ilçəsi) təsadüf edilir. Misallar: “ gelu, diyor, 

şindi nerdeyse, diyerekten buni nasi duydisa miktat diyanamadi... [16, s.267]; Bindi, bi şey yapti, bi 

marifet yapti, kuş-lar bağladi attina ustine et kodi falan diyerekte...[16, s.267]. Göründüyü kimi, -

(y)arak/-(y)erek  şəkilçili feili bağlama forması birinci misalda çıxışlıq halında, ikinci misalda isə 

yerlik halında işlədilir - diyerekten (çıx.h.), diyerekte (yer.h).  

          Müasir  türk  dilində  -(y)alı/-(y)eli şəkilçili feili bağlama forması beri qoşması ilə birləşərək 

çıxışlıq halda işlənə bilər. Məsələn: Ben mektubunuzu alalı(dan) beri iki hafta oldu [7, s.481].  

          Qədim  osman  mətnlərində,  A.N.Kononovun  qeyd  etdiyi  kimi,  -(y)alı/-(y)eli şəkilçili feili 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə