___________________________________________________30
rək, biz vaxtı hədər yerə itirməyəcəyik, əksinə, onu elə bir məzmunla
dolğunlaşdıracağıq ki, bu bizə komissiyamızın işinə yekun vurmağa
və müəyyən məmnunluq duymağa imkan verəcəkdir. Sağ olun.
Heydər Əliyev: Fikirlərimiz və baxışlarımız ümumən üst-üstə
düşür. İndi işi yaxşı təşkil etmək və onu yaxşı həyata keçirmək
lazımdır.
Əlbəttə, bununla əlaqədar komissiyalarımızın
nümayəndələrinin görüşü böyük əhəmiyyətə malikdir. Məsələn, mən
hesab edirəm ki, bu görüşlər daha tez-tez keçirilməlidir. Doğrudur, biz
komissiyanın Rusiya tərəfindən bir neçə həmsədri ilə görüşməli
olmuşuq, çünki orada hökumət dəyişmiş, insan dəyişilmişdir, - biz
onlardan birinə öyrəşməyə başladıqda, o dəyişilmişdir. Bizdə isə hər
şey sabitdir. Mənə elə gəlir ki, Abbasov birgə Azərbaycan-Rusiya
komissiyasının həmsədri olmaqda, necə deyərlər, saç-saqqal
ağartmışlar. Bir sözlə, biz heç kimi dəyişdirmirik və gələcəkdə daha
sıx, daha fəal əməkdaşlıq etmək mövqeyində möhkəm dururuq.
Hesab edirəm ki, mümkün bilməniz əsas məsələlər və ya çətinliklər
barədə sonra mənə məlumat verərsiniz. Ancaq ona qədər mən bəzi
mülahizələrimi söyləmək istərdim.
Sözümün əvvəlində bəyan etdim ki, xarici siyasətimizin strateji
istiqaməti bütün sahələrdə, o cümlədən siyasət sahəsində Rusiya ilə
münasibətlərimizi inkişaf etdirmək və möhkəmlətməkdən ibarətdir.
1997-ci ilin iyulunda mən prezident Boris Yeltsinin dəvəti ilə
Rusiyaya rəsmi səfərə getdim. Yaxşı görüşlərimiz, danışıqlarımız
oldu, dostluq, əməkdaşlıq haqqında çox yaxşı sənədlər imzaladıq. O
vaxta qədər də, sonra da müxtəlif problemlər olmuşdur. Lakin hər
halda bu, bütün sahələrdə münasibətlərimizin inkişafı üçün mühüm
mərhələ oldu.
Biz münasibətlərimizin inkişafı üçün bundan əvvəl də çox işlər
görmüşdük. Məsələn, 1996-cı ildə mən Moskvaya xüsusi olaraq gedib
Bakı-Novorossiysk neft kəmərinin inşası haq-
___________________________________________________31
qında Baş nazir Viktor Stepanoviç Çernomırdinlə saziş imzaladım -
elə bunun özü mühüm addım, iqtisadi və siyasi münasibətlərimizin
inkişafına mühüm töhfə idi. Yeri gəlmişkən, bu sazişin həyata
keçirilməsi Çeçenistanın mövqeyi ilə əlaqədar böyük çətinliklərlə
qarşılaşdı. Lakin biz bunu dəf etdik və bildirmək istəyirəm ki, - öz
xidmətlərimizdən danışmaq üçün demirəm, - mən bu işə qarışmalı
olmuşdum. Moskvada sənədi imzalaya bilmirdilər və belə olduqda
mənə zəng vurdular, buraya gəldilər, bax bu salonda Çeçenistan
nümayəndə heyəti və o vaxt Baş nazirin birinci müavini Nemsovun
başçılıq etdiyi Rusiya nümayəndə heyəti razılaşmalar əldə etməyə və
sənədi imzalamağa müvəffəq oldular.
Biz neft kəmərini çəkdik. 1997-ci ildə neft çıxartdıq və bu kəmərin
açılışını elan etməzdən əvvəl borunu neftlə doldurduq. Yəni bu,
qiymətləndirilməli olan bir addım idi. Biz onu qiymətləndiririk.
Halbuki bu, elə bir dövr idi ki, Çeçenistan hadisələri ilə əlaqədar
Azərbaycan əleyhinə güclü kampaniya aparılırdı. Xatirimdədir, 1996-
cı ilin yanvarı idi, mən Moskvaya gəldim və Boris Nikolayeviç
Yeltsin və Viktor Stepanoviç Çernomırdin ilə görüşdüm, biz Viktor
Stepanoviçlə bu neft kəməri haqqında saziş imzaladıq. Orada mətbuat
konfransı keçirildi. Mətbuatda, televiziya ilə Azərbaycana qarşı yenə
də ittihamlar yağdırılıb bildirilirdi ki, ərəb ölkələrindən,
Əfqanıstandan, İrandan, Türkiyədən və başqa ölkələrdən silah gətirən
təyyarələr guya Azərbaycan ərazisinə enir. O vaxt mən onlara cavab
verdim ki, yalan məlumatla məşğul olmaq lazım deyildir.
Bütün bunlar sonra da davam etdi və mən Rusiya sərhəd
qoşunlarının o vaxtkı rəhbəri Nikolayevi dəvət edib, ondan xahiş
etməli oldum ki, öz komissiyasını buraya göndərsin. Başa
düşürsünüzmü, heç bir fakt aşkara çıxarılmadıqda başladılar ki, guya
hansısa keçidlər var və Çeçenistana da oradan keçib gedirlər. Əvvəla,
Azərbaycan ərazisində belə keçidlər
___________________________________________________32
yoxdur, onlar oraya necə keçib gedə bilərlər? İkincisi isə, Rusiya
sərhəd qoşunlarının komissiyası gəldi, onlar bir həftə bütün sərhədə
baxdılar, amma bir dənə də olsun elə yer tapa bilmədilər ki, oradan
adamlar qanunsuz olaraq keçə bilsinlər. Özü də elə bir halda ki,
Rusiya-Azərbaycan sərhədinin Dağıstan tərəfdən Rusiya sərhədçiləri
də qoruyurlar. Bu, televiziya ilə nümayiş etdirildi, - o, etiraf etdi ki,
heç nə yoxdur.
Sonra Çeçenistanda hadisələr bir qədər səngidi və bu mövzu bir
növ unuduldu, biz də arxayınlaşdıq. Neftin bu boru ilə ixracını davam
etdirdik. İndi orada hadisələr yenidən başlayandan biz neftimizi ixrac
etmək imkanından məhrum olduq. Deyirlər ki, orada sistemlərdən
istifadə edirlər. Amma bu, beş aylıq fasilədən sonra edilir. Bir baxın,
biz nə qədər ziyan çəkmişik. Halbuki biz bu sənədi imzalayarkən
Rusiya hökuməti bizə möhkəm təminat verərək bildirmişdi ki, narahat
olmayın, bütün tədbirlər görüləcəkdir.
Şükürlər olsun ki, biz Bakı-Supsa neft kəmərini çəkdik. Axı
indinin özündə konsorsium 5 milyon ton neft çıxarır. Biz nə edərdik?
Axı bu, daha Azərbaycan nefti deyil, burada işləyən şirkətlərin
neftidir.
Lakin mən bu barədə demək istəmirəm. Azərbaycan əleyhinə bu
təbliğat səngidi. Biz sevindik, çünki bunu istəmirik və Rusiyanın
mətbuatı, ayrı-ayrı dairələri tərəfindən belə dezinformasiya xarakterli
təbliğat müharibəsinə layiq deyilik. Amma bu son bir neçə ayda
Azərbaycan əleyhinə yenə də güclü təbliğat gedir. Televiziya
vasitəsilə, qəzetlər vasitəsilə beyinlərə yeridirlər ki, "Azərbaycan
antirusiya siyasəti aparır". Moskvada partlayışlar baş verdi - dərhal
azərbaycanlıları bazarlardan qovmağa, onları nədəsə təqsirləndirməyə
başladılar və s. Təəssüf ki, siz partlayışları törədənləri indiyədək
tapmamısınız. Eyni zamanda, bazarlarda ticarətlə məşğul olan
azərbaycanlıların bununla heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq,
bazarlarda azərbaycanlılara hücumlar başlandı,
Dostları ilə paylaş: |