11
etməyə şərait yaratdığına görə müəllif Corc Vaşinqton Universiteti yanında ABŞ
Milli Təhlükəsizlik Arxivinin rəhbərliyinə, habelə materialların toplanınasında ona
yardım göstərmiş bütün arxiv idarələrinin rəhbərliyinə və əməkdaşlarına öz dərin
təşəkkürünü bildirir.
Müəllif bu araşdırmanın öyrənilən problemlə bağlı bütün məsələlərə tam
aydınlıq gətirəcəyi fikrindən uzaqdır. Eyni zamanda problemin ayrı-ayrı tərəfləri
ilə bağlı bütün sənəd və materialların dövriyyəyə gətirildiyi iddiasında deyildir.
Onun fikrincə, bu günə qədər qapalı saxlanılan Türkiyə Respublikasının xarici
siyasət sənədləri, Rusiya Federasiyasının müvafiq arxivlərinin bir sıra fondları
açıldıqca Sovet-Türkiyə münasibətlərinin bəzi məqamlarına, soyuq müharibənin
Yaxın Şərq hadisələrinə, Türkiyə böhranının qaranlıq tərəflərinə yenidən qayıtmaq
lazım gələcəkdir. Bütün bunları nəzərə alaraq, müəllif soyuq müharibənin İran
Azərbaycanı və Türkiyədən başlaması barədə fikir və mülahizələrini müzakirə
üçün açıq hesab edir və bu istiqamətdə dəqiqləşdirmələr, nəzəri ümumiləşdirmələr
aparılmasına, geniş müzakirələr keçirilməsinə ciddi ehtiyac olduğunu bildirir.
12
I FƏSİL
İkinci Dünya müharibəsi ərəfəsində
Sovet-Türkiyə münasibətləri
İki dünya müharibəsi arasındakı dövrdə Sovet-Türkiyə münasibətlərinin
maraqlı tarixi vardır. XX əsrin 20-ci illərində oxşar tarixi talelər yaşayan hər iki
dövlət tədricən beynəlxalq münasibətlər sistemində öz yerlərini tutmuş, ikitərəfli
əlaqələrdən geniş beynəlxalq əməkdaşlıq sisteminə doğru, təcrid olunmadan
beynəlxalq təsdiqlənməyə doğru böyük tarixi yol keçmişdir. 30-cu illərin
ortalarına qədər Sovet-Türk münasibətlərini bütövlükdə dostluq, hətta bəzi
məqamlarda qardaşlıq münasibətləri kimi səciyyələndirmək olar. Belə ki, 15
noyabr 1944-cü ildə SSRİ Xalq xarici işlər komissarının müavini, müharibədən
sonrakı quruculuq və sülh müqavilələrinin hazırlanması üzrə komissiyanın sədri
M.Litvinov Sovet-Britaniya əməkdaşlığının mümkün bazası və perspektivləri
haqqında hazırladığı geniş arayışda Yaxın Şərqdə Britaniya-Rusiya
münasibətlərinin tarixinə geniş yer vermiş və qeyd etmişdi ki, 20-ci illərdə
kamalçı hərəkatı müdafiə etdiyinə, ona hərtərəfli yardım göstərdiyinə görə
Britaniya hökuməti dəfələrlə Sovetlərdən öz narazılığını ifadə etmişdi (1).
Sovet Rusiyası ilə Türkiyə arasında imzalanmış 1921-ci il 16 mart Moskva
müqaviləsi, yenə həmin ildə Türkiyə ilə Azərbaycan, Ermənistan, Gürcüstan Sovet
respublikaları arasında imzalanmış 13 oktyabr Qars müqaviləsi, Türkiyə ilə
Ukrayna SSR arasında imzalanmış 21 yanvar 1922-ci il tarixli dostluq və
qardaşlıq haqqında müqavilələr Sovetlərlə Türkiyə arasında münasibətlərin
möhkəm bünövrəsmi qoymuşdu. Bu müqavilələrin məntiqi davamı kimi tərəflər
arasında 1925-ci ilin 17 dekabrında neytrallıq, hücum etməmək və düşmən
qruplaşmalarda iştirak etməmək barəsində Paris müqaviləsi imzalandı. Bu
müqavilənin 2-ci bəndinə görə, tərəflər öz üzərlərinə öhdəlik götürürdülər ki,
müqavilədə olan digər tərəfə qarşı heç bir dövlətlə və ya hər hansı üçüncü
dövlətlər siyasi xarakterli sazişdə iştirak etməyəcəklər (2). Əgər tərəflərdən hər
hansı biri 6 ay qabaqdan öz münasibətini bildirməzdisə, üç il müddətinə
imzalanmış müqavilənin müddəti avtomatik olaraq daha bir il uzanırdı. 1929-cu
ilin 17 dekabrında müqavilənin müddəti daha iki il, 1931-ci ilin 30 oktyabrında isə
daha beş il müddətinə uzadıldı. Tərəflər arasında münasibətlərin geniş bir dairəsmi
hüquqi cəhətdən tənzimləyən Paris müqaviləsinin vaxtı sonrakı əlavələrlə birlikdə
1935-ci ilin 7 noyabrında on il müddətinə uzadıldı. 1939-cu ilin 5 iyununda
Ankarada SSRİ səfirliyi ilə Türkiyə Xarici İşlər Nazirliyi arasındakı notalar
mübadiləsində göstərilirdi ki, 7 noyabr 1935-ci il protokolu 17 dekabr 1925-ci il
tarixli
13
Paris müqaviləsi və ona əlavə olaraq imzalanmış 17 dekabr 1929-cu il Protokolu
və 7 mart 1931-ci il tarixli Dəniz Protokolu ilə birlikdə daha on il müddətinə (7
noyabr 1945-ci ilə qədər) qüvvədədir.
Yuxarıda göstərilən siyasi müqavilə və sazişlərdən başqa arxiv sənədlərinin
araşdırılmasından aydın olur ki, 1935-ci ilin oktyabrında Xalq Xarici İşlər
Komissarlığı ilə Moskvadakı türk səfiri arasında "Centlmen sazişi" bağlamaq
haqqında şifahi razılıq əldə olunmuşdu. Bu Saziş digər müqavilədə olan tərəfə
qarşı yönəlmiş terroristlərin fəaliyyəti haqqında müntəzəm informasiya
mübadiləsini özündə əks etdirməli idi (3).
Siyasi xarakterli müqavilə və sazişlərdən başqa tərəflər arasında iqtisadi,
ticarət, maliyyə-kredit, sərhəd, nəqliyyat, sahil sularından istifadə, poçt-teleqraf,
hərbi gəmilərin qarşılıqlı səfərləri və s. məsələləri əhatə edən bir sıra müqavilə,
saziş və protokollar imzalanmışdı (4).
Türkiyə ilə Sovet İttifaqı arasında münasibətlərin geniş dairəsmi tənzim edən
bu müqavilə və sazişlərlə yanaşı, Sovet tərəfi Türkiyədə gedən siyasi prosesləri
diqqətlə izləyir və kamalçı hərəkat əleyhinə xüsusi xidmət orqanlarının
məlumatlarını da həvəslə toplayırdı. Xırda istisnalarla bu fikri eyni ilə Türkiyəyə
də şamil etmək olar. Qərbdə sosialist inqilabının qələbə çalacağına ümidini itirən
rus bolşevikləri 20-ci illərdə daha çox Şərq ölkələrində bolşevizmin yayılacağına,
İranda və Türkiyədə antiimperialist hərəkatın sosialist inqilabı ilə nəticələnəcəyinə
ümid bəsləyirdilər. Mustafa Kamal paşanın simasında Türkiyədə "bolşevik lideri"
yaratmaq əlbəttə ki, Sovetlərin planına daxil idi. Lakin Mustafa Kamal paşanı
müdafiə etmək adı altında "onu həmişə öz təsirində saxlamaq" Sovetlərə nəsib
olmadı (5). Hələ 20-ci illərin əvvəllərində kamalçılar belə qənaətə gəldilər ki,
Sovet Rusiyası ilə ittifaq zəruri olsa da, təhlükəlidir. Onlar belə hesab edirdilər ki,
kommunist quruluşuna rəğbət bəsləyən bütün müəssisələri, klubları və
kitabxanaları tezliklə bağlamaq, Antanta ilə danışıqların, hətta Sovet Rusiyası ilə
münasibətləri kəsmək lazım gələrsə belə, uğurla başa çatmasına nail olmaq
lazımdır (6). Xüsusilə Kamal paşanın kommunizmi mikrobları bütün dünyanı
bürüyən keçici xəstəlik adlandırması rusların türk millətçiləri ilə əməkdaşlığın
perspektivinə inamlarını azaltmışdı. Sovet Rusiyasının xarici işlər komissarı
G.Çiçerin Rusiya Koramunist (bolşevik) partiyası Qafqaz Diyar Komitəsinə -
Eliavaya yazırdı: Biz gənc türklər ilə nə müdafiə, nə də hücum haqda ittifaq
bağlamırıq, aydındır ki, bu, İngiltərə ilə saziş məsələsində bizim əl-qolumuzu
bağlayar. Biz türk imperializmini şirnikləndirmək fikrində deyilik (7). Çox
sonralar, 1953-cü ilin yanvarında SSRİ Xarici İşlər Nazirliyində arayış hazırlanan
zaman dostluq və qardaşlıq haqqında Türkiyə ilə Sovet Rusiyası arasında 16 mart
1921-ci il müqaviləsinin imzalandığı dövrün siyasi şəraiti haqqında keçmiş arxiv
sənədlərinə istinadən İ.Lakomski yazırdı ki, Türkiyənin gənc Kommunist
Partiyasının yüksələn