14
təsirindən ehtiyat edən kamalçılar 1920-ci ilin sonu, 1921-ci ilin əvvələrində
kommunistlərə qarşı mübarizəni gücləndirdilər. 1921-ci ilin yanvarında M.Sübhi
15 həmkarı ilə birlikdə Bakıdan qayıdarkən Trabzon yaxınlığında öldürüldü (8).
Bu hadisədən sonra Kommunist Partiyası və ona yaxın təşkilatlar qanundan kənar
elan edildilər. Atatürk başqalarından daha tez kommunist ideyasının Türkiyə üçün
məhvedici olduğunu başa düşdü və tezliklə kommunistpərəst qüvvələrin
fəaliyyətini qadağan etdi. Ölkənin avropalaşdırılması onun siyasətinin üstün
istiqamətinə çevrilməyə başladı.
Lakin qeyd edilən ayrı-ayrı epizodlara baxmayaraq, tərəflər bir-birinə
münasibətdə təmkinli davranmaq, bir-birinin maraqlarını gözləmək siyasətini 30-
cu illərin ortalarına qədər qoruyub saxlaya bildilər. 30-cu illərdə beynəlxalq
vəziyyətin gərginləşməsi, müharibə təhlükəsinin artması Türkiyəni daha ehtiyatlı
xarici siyasət yeritməyə məcbur edirdi. Türkiyənin Brian-Kelloq paktına
qoşulması, bu paktla bağlı Moskva protokolunu imzalaması, təcavüzkarın
müəyyən edilməsi barədə London konvensiyasına qoşulması, Balkan Antantası
paktını və Saadabad müqaviləsini bağlaması, Boğazlar məsələsi barədə Montrö
sazişinin aparicı dövlətinə çevrilməsi onun Qərblə münasibətlərini xeyli dərəcədə
yaxşılaşdırdı. Bütövlükdə bu siyasət Türkiyəni Britaniya maraqları cazibəsinə cəlb
etdi. Sovet İttifaqı ilə dostluğa böyük əhəmiyyət verən Türkiyə Respublikasının
birinci prezidenti Mustafa Kamal Atatürk eyni ilə Rusiyanın güclənməsinə də çox
ehtiyatla yanaşırdı. Hələ 1932-ci ildə Almaniyada faşizmin hakimiyyətə can atdığı
dövrdə Atatürk dünyada gedən prosesləri təhlil edərək demişdi ki, Avropanı işğal
etmək iqtidarında olan güclü alman ordusu yaradıldıqdan sonra 1940-1946-cı
illərdə alovlanacaq müharibədə nə İngiltərə, nə Fransa, nə də Almaniya deyil,
məhz bolşevizm qalib olacaqdır. Bolşeviklər təkcə Avropanı deyil, Asiyanı da
təhdid edən başlıca qüvvə olacaqdır (9).
Montrö konfransı və bu konfransın yekunu kimi imzalanmış saziş Sovet-
Türkiyə münasibətlərində xüsusi bir mərhələdir. XVIII yüzildən başlayaraq
Rusiyanın Qara dənizə çıxmaq, Bosfor və Dardanell boğazlarına sahib olmaq
arzuları onun xarici siyasətinin üstün istiqaməti kimi diqqəti cəlb edir. Birinci
Dünya müharibəsində Osmanlı imperatorluğunun məğlub olması Boğazlar
məsələsində Rusiyanın arzularının gerçəkləşməsi üçün əlverişli şərait yaratmışdısa
da, Rusiya qalib Antantanın məğlub üzvü olduğundan bu şəraitdən istifadə edə
bilməmişdi.
Birinci Dünya müharibəsindən sonra Boğazlar məsələsi hüququ cəhətdən
Lozanna konfransında tənzim edildi. Lozanna konfransında ruslar belə hesab
edirdilər ki, Boğazlar Türkiyə istisna olmaqla bütün ölkələrin hərbi gəmilərinin
üzünə bağlı olmalıdır. Onların təqdim etdiyi layihəyə görə yalnız müstəsna
hallarda Türkiyə hökuməti xüsusi dekretlə,
15
ayrılıqda götürülmüş halda yüngül hərbi gəmilərin boğazlardan hər iki tərəfə
keçməsinə icazə verə bilərdi, bu şərtlə ki, həmin səfərlər hərbi məqsədlər
daşımasın. Müharibə zamanı isə boğazlar Türkiyə istisna olmaqla bütün ölkələrin
gəmilərinin üzünə bağlı olmalı idi. Ən nəhayət, Türkiyə boğazları
möhkəmləndirmək və oranı hərbirləşdirmək hüququ əldə etməli idi ki,
Konvensiyanın qaydalarının yerinə yetirilməsinə nəzarət edə bilsin və bu barədə
Konvensiya iştirakçıları qarşısında öhdəlik götürmüş olsun. Bu prinsiplərin
Lozannada müdafiə olunması Sovetlərin Türkiyənin maraqlarını qorumaqdan daha
çox öz təhlükəsizliyini təmin etmək zərurətindən irəli gəlirdi. Əgər bu təkliflərlə
Rusiya Qara dənizdən digər dənizlərə keçmək imkanlarını itirirdisə, digər tərəfdən
Sovetlərə düşmən olan ölkələrin hərbi donanmalarının Qara dənizə keçmək
cəhdlərinin də qarşısını almış olurdu (10). Hətta Sovet Rusiyası Ankaraya təzyiq
göstərmək yolu ilə Lozannada müttəfiq kimi çıxış etməyə onu razı salmaq fikrində
idi. Rusiyanın xarici işlər koraissarı G.Çiçerin Lozannadan Moskvaya L.Karaxana
yazırdı: "Ankaraya göstərmək lazımdır ki, əgər türk hökuməti bizim əleyhimizə
olsa, biz özümüz müdafiənin digər vasitəsini tapacağıq" (11). Lakin bütün bu
təzyiqlərin elə bir nəticəsi olmadı. Türklər Lozannada ingilislərə güzəştə getdilər
və ingilis layihəsi əsas kimi qəbul olundu. Bu layihənin mahiyyəti isə iki
prinsipdən ibarət idi: "Boğazlar azadlığı" və "Boğazlar zonasının
demilitarizasiyası".
Boğazlar məsələsində Türkiyənin Lozannada Sovet təkliflərini müdafiə
etməməsi bir tərəfdən onunla bağlı idi ki, Türkiyə həmin dövrdə boğazlar
üzərində təkbaşına nəzarət etmək iqtidarına malik deyildi. Digər tərəfdən Sevr
müqaviləsindən imtina etmiş Türkiyə öz müstəqilliyinin beynəlxalq tanınmasına
cəhd edirdi və buna uyğun olaraq milli mücadilə nəticəsində bərpa olunmuş milli
hüdudlar Lozannada təsdiq olundu. Lozanna müqaviləsi xarici dövlətlərin
Türkiyənin daxili işlərinə müdaxilərinə son qoydu. Ona görə də Lozanna
müqaviləsi boğazlar məsələsində müəyyən güzəştlərə baxmayaraq, türk
diplomatiyasının qələbəsi kimi qiymətləndirilə bilər. Heç şübhəsiz ki, Sovetlərlə
eyni mövqedən çıxış edib beynəlxalq cəhətdən təcrid olunmuş vəziyyətdə qalmaq
Türkiyə üçün ağır nəticələr verə bilərdi.
Lakin Türkiyənin beynəlxalq vəziyyəti möhkəmləndikdən, ölkə daxilində
Atatürk islahatları öz uğurlu nəticələrini verdikdən sonra Türkiyə yenidən
boğazlar məsələsinə qayıtdı. 1933-cü ildən başlayaraq Türkiyə hökuməti dəfələrlə
Lozanna sazişinin boğazların silahsızlaşdırılması ilə bağlı hissəsinə baxılmasının
zəruriliyi barəsində öz fikrini bildirmişdi. Lakin İngiltərə hər dəfə bunun əleyhinə
olmuşdu. Lakin 30-cu illərin ortalarında cərəyan edən hadisələr İngiltərənin öz
etirazını geri götürməsi ilə nəticələndi. 1936-cı ilin 11 aprelində Türkiyə hökuməti
Lozanna