Microsoft Word Geo-6 mv az-capa doc


VI SİNİF COĞRAFİYA FƏNN KURİKULUMU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə3/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   47

 
8
VI SİNİF COĞRAFİYA FƏNN KURİKULUMU  
 
Coğrafiya fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını  təmin etmək 
üçün məzmun xətləri aşağıdakı kimi müəyyən edilmişdir: 
  Coğrafi məkan 
  Təbiət 
  Cəmiyyət 
 
Coğrafi məkan 
Coğrafiyanın tədrisində “Coğrafi məkan” məzmun xətti  şagirdlərdə qlobal
regional və lokal miqyasda məkan anlayışını formalaşdırır. Günəş sistemində Yer 
planetinin tutduğu vəziyyətin və bununla bağlı baş verən hadisələrin təhlilini 
aparmağa imkan yaradır. Yer kürəsində coğrafi obyektlərin yerləşməsinə dair əha-
təli və  dəqiq məlumat almağa, ayrı-ayrı  əraziləri təsvir etmək qabiliyyətinə yiyə-
lənməyə kömək edir. Coğrafi məkana dair qazanılan biliklər məhəldə cəhətləri tə-
yin etmək, istənilən məntəqəyə  qədər olan məsafələri ölçmək, onları kartoqrafik 
təsvirlər vasitəsilə  təqdim etmək, tələb olunan ərazilərin səth quruluşunu, coğrafi 
xüsusiyyətlərini müqayisəli təhlil etmək, hər hansı əraziyə dair əlavə məlumat top-
lamaq bacarığını formalaşdırmaqla yanaşı,  şagirdlərdə idrak fəaliyyətinin inkişa-
fına, nəzəri bilikləri praktik olaraq tətbiq etmək vərdişinin yaranmasına səbəb olur. 
 
Təbiət 
Orta məktəblərdə “Təbiət” məzmun xətti şagirdlərdə Yer kürəsini vahid təbii sis-
tem kimi qavramağa, təbii hadisələrin inkişaf qanunauyğunluğunu dərk etməyə 
imkan yaradır, onlar təbii proseslərin səbəblərini təhlil edir, nəticələrini aydınlaş-
dırır, gələcək inkişafının proqnozunu verirlər. Yer təbəqələrinə aid biliklər  şa-
girdlərdə ekstremal, təbii dağıdıcı hadisələr zamanı davranış qaydalarına yiyələn-
məyə kömək edir. Təbii komplekslərin yaranması mexanizminin dərk edilməsinə
müxtəlif coğrafi amillərdən asılı olaraq ayrı-ayrı materik və okeanların daxilində 
coğrafi paylanma qanunauyğunluğunun izah olunmasına  şərait yaradır.  Şagirdlər 
Yer kürəsini təşkil edən iri təbii komplekslərin (materik və okeanların) özünə-
məxsus coğrafi xüsusiyyətlərini mənimsəməklə müasir qloballaşma  şəraitində 
gərginləşən ekoloji problemlərin səbəb və nəticələrini şərh edir, onların həlli yolla-
rına dair təkliflər verir, respublikada, eləcə də onu əhatə edən ətraf mühitdə yaran-
mış ekoloji vəziyyəti qiymətləndirirlər.  
 
Cəmiyyət  
Orta məktəblərdə Yer kürəsində cəmiyyətə dair biliklər şagirdlərə dünya əhalisinin 
irqi, milli, dini, etnik tərkibinin müxtəlifliyini dərk etməyə, digər xalqların həyat 
tərzi və maraq dairəsi ilə tanış olmağa imkan yaradır. Bu biliklər onlarda xalqların 
adət-ənənələrinə, özünəməxsus xüsusiyyətlərinə tolerant yanaşma hissini yaradır və 
onun əsasında milli şüuru formalaşdırır. 
Şagirdlərə əhalinin təbii amillərlə yerləşməsi və sosial-iqtisadi fəaliyyəti arasındakı 
qanunauyğunluqları başa düşməyə, təbii və sosial amillərin iqtisadiyyatın inki-
şafında rolunu təhlil etməyə, elmi nailiyyətlərin tətbiqi nəticəsində insanın təbiət-
dən asılılığının azalma dinamikasını dərk etməyə imkan yaradır. 


 
 
9
Onlar ölkədaxili və beynəlxalq siyasi-iqtisadi münasibətlərin insanların həyat sə-
viyyəsinə  təsirini başa düşür, iqtisadi inkişafın yaratdığı ekoloji problemlərin 
başvermə  səbəblərini müəyyən etməklə yanaşı, təbii tarazlığın saxlanılmasında 
qlobal layihələrin tətbiqini, hər bir fərdin iştirakının vacibliyini, dünyada münaqişə 
zonalarının yaranma səbəblərini və onların həllində beynəlxalq təşkilatların rolunu 
qiymətləndirir. 
Yer kürəsində  cəmiyyətə dair biliklər  şagirdləri gələcəkdə  əməkdaşlıq etmək, 
mədəni və iqtisadi əlaqələr qurmaq bacarığına istiqamətləndirir. 
 
Coğrafiya fənninin tədrisində 8 fəaliyyət xətti əsas götürülür:  
 
Problemin həlli – dünyanın  siyasi xəritəsində mövcud olan “qaynar nöqtələri”, 
onların yaranma səbəblərini və həlli yollarını  təhlil edir, dünyada və respublikada 
antropogen landşaftların yayıldığı ərazilərdə yaranan ekoloji problemlərin həlli yol-
larına dair layihələr hazırlayır, dünyada və respublikada miqrasiya problemlərinin 
həllinə dair apardıqları araşdırmaların nəticələrini təqdim edir. 
 
Mühakimə yürütmə  Azərbaycanın  dünyada və türk dövlətləri arasında mövqe-
yinin üstün cəhətlərini əsaslandırır, qeyri-ənənəvi (iqlim, kosmik, geotermal və s.) 
enerji resurslarının istifadə edilməsinə artan marağın səbəblərini izah edir, ekoloji 
problemlərin qloballaşması təhlükəsinin reallığını əsaslandırır. 
 
Əməkdaşlıq/ictimaiyyətlə əlaqə  dünya miqyasında Azərbaycan Respublikasının 
mövqeyini müəyyənləşdirir, ölkələrlə əməkdaşlığa dair məlumatlar toplayır, onla-
rın  əhəmiyyətini izah edir, yaşadığı  ərazidə ekoloji tarazlığı pozan mənbələri 
müəyyən edir, qruplarda işləyərək ekoloji monitorinq keçirir, hər hansı müəs-
sisənin fəaliyyətinə dair  özünün sərbəst topladığı məlumatı təqdim edir. 
 
Müqayisə  və  təhliletmə    xəritə üzərində  təbii vilayətlərin müqayisəli təhlilini 
verir, statistik məlumatlar əsasında ölkələrin təbii ehtiyatlarla təminatını hesablayır 
və müqayisə edirdünya əhalisini müxtəlif xüsusiyyətlərinə görə (din, dil, irq) təh-
lil edir. 
 
Tətbiqetmə – xəritə üzərində yaşadığı  ərazinin mövqeyini müəyyən edir, onunla 
iri yaşayış  məntəqələri arasındakı  məsafəsini hesablayır, zəlzələ ilə bağlı 
problemlərin həll edilməsi üçün birgə  fəaliyyət proqramı hazırlayır, onu hökumət 
və ya qeyri-hökumət təşkilatlarının işi ilə əlaqələndirir, layihəni  nümayiş etdirir. 
 
Proqnozlaşdırma – respublikanın Avropa və Asiya qitələri arasında yerləşməsi ilə 
əlaqədar olaraq, müxtəlif sahələrə  təsirini təhlil edir, ölkə iqtisadiyyatının inkişaf 
perspektivlərinə dair fikir yürüdür və  təbiətdə vulkan püskürmələrinin, dağların 
əmələ gəlməsi proseslərinin nəticələrini proqnozlaşdırır. 
 
Sistemləşdirmə  və  təsnifetmə    dünyanın müasir siyasi xəritəsindəki dövlətləri 
müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırır, materiklərdə yerləşən dağları və düzən-
likləri mənşəyinə və yaşına  görə qruplaşdırır, müxtəlif mənbələrdən istifadə edə-
rək ən mühüm xammal və məhsulu idxal-ixrac edən ölkələri qruplaşdırır. 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə