C.T.Ağayev, S.F.Cabbarov
A.A.Hüseynova, N.K.Ağayeva
FİTOPATOGEN GÖBƏLƏKLƏRİN
EKSPERİMENTAL ÖYRƏNİLMƏSİ
ÜSULLARI
(Metodik göstəriş)
“Müəllim” nəşriyyatı
Bakı – 2017
2
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə
və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının 05 may
2017-ci il tarixli qərarı ilə çapa tövsiyə edilmişdir (protokol № 8).
Ağayev C.T., Cabbarov S.F., Hüseynova A.A., Ağayeva N.K.
FİTOPATOGEN GÖBƏLƏKLƏRİN EKSPERİMENTAL
ÖYRƏNİLMƏSİ ÜSULLARI (Metodik göstəriş). Bakı:
“Müəllim” nəşriyyatı, 2017. 44 s.
Metodik göstəriş mikologiya üzrə laboratoriya tədqiqatları ilə məşğul
olan tədqiqatçılar, tələbələr və mütəxəsislər üçün nəzərdə tutulmuşdur.
A
435
9952
2017
440106
© C.T.Ağayev, 2017
3
GİRİŞ
Bitkilərdəki göbələk xəstəlikləri çoxsaylı və müxtəlifdir.
Sistematik mikraskopiya,
rütubətli kameradan istifadə, patogenin
təmiz mühitə çıxarılması, bəzən sahib bitkinin peyvənd edilməsi
xəstəliyə düzgün diaqnoz qoyulmasının (patogeni düzgün
müəyyən etmək üçün) ümumi qəbul edilən üsullardandır. Müvafiq
proflaktik və ya rekanstruktiv tədbirlərin düzgün seçilməsi dəqiq
diaqnozdan asılıdır. Xəstəliyə dəqiq və düzgün diaqnoz qoyulması,
onunla mübarizə tədbirlərinin hazırlanması və həyata keçirilməsi
yolunda ilk addımdır.
Yoluxucu xəstəliklərin biologiyasının öyrənilməsi, onunla
mübarizənin inkişafı üçün vacibdir. Parazit göbələyin inkişaf döv-
rünün, onun generasiyasının inkişaf mərhələlərinin, qışlama yolla-
rının, onların səbəb olduğu xəstəliklərin yaz yenilənməsinin müəy-
yən edilməsi dəqiq təcrübələrlə təsdiq olunmalıdı. Əsas məsələlər
sırasına, həmin parazitlə yoluxmuş sahib bitkilər və ya kənd
təsərrüfatı bitkilərinin növ və cinslərinin yoluxması və ya parazitin
ixtisaslaşmasının öyrənilməsi də aiddir. Kənd təsərrüfatı bitkilə-
rində patogenlərin bitki üzərində ixtisaslaşmasının öyrənilməsi,
aralıq sahiblərin müəyyən edilməsi, (alaq otları ilə mübarizə) müx-
təlif rassa və fizioloji formaların ortaya çıxardılmasına, ixtisas-
laşmış forma və növlərinin müəyyən edilməsinə, bitkinin parazitə
qarşı müqavimət və həssaslıq dərəcəsinin öyrənilməsinə imkan
verir.
Yalnız eksperimental metodlardan istifadə etməklə göbələk
orqanizminin daha dəqiq öyrənmək olar. Göbələk orqanizmi haq-
qında toplanmış faktlar, onların forma və növ əmələgətirmə yolla-
rını göstərir. Göbələk dəyişkənliyindəki qanunauyğunluqların
öyrənilməsi tədqiqatçıya ona lazım olan göbələk formaları almağa
imkan verir.
Göbələklərlə aparılan laboratoriya təcrübələrində onun təmiz
mühitinin öyrənilməsi əsas yer tutur. Eksperimental texnika bir
məqsədə deyil, bir sıra məqsədlərə nail olmaq üçün vasitədir.
“Təmiz formada” olan göbələk mühitinin öyrənilməsi, bu və ya
4
digər göbələk növünün müxtəlif təcridləri (coğrafi, substrat və
digər) arasında müqayisə aparmağa, spor əmələgətirmənin (və ya
inkişaf mərhələlərini) başqa növlərini ortaya çıxartmağa imkan
verir. Həmçinin də, onların temperatura, rütubətə, işığa, substratın
pH – na, onun komponentlərinə, funqisidlərə münasibətini və
başqa xassələrini öyrənməyə imkan yaradır.
Göbələklərin süni qida mühitində becərilməsi, çox vaxt
onların çoxaldılması, xassələrinin öyrənilməsi, süni sirayətlənmədə
torpağa yeridilən yoluxdurucu kütlə, bitkiləri peyvənd etmək üçün
spor suspenziyası kimi və başqa istifadə məqsədi daşıyır.
Torpaq mikromitsellərinin öyrənilməsi, yalnız onların təmiz
mühitə çıxarılması ya da, “böyümə plitələri”, torpaq mikroka-
meraları və digər texnikalarla mümkündür. Fitopatogen göbələk-
lərin mühitinin öyrənilməsi, onların parazitlik dərəcəsini, digər
oxşar göbələklərlə qohumluq əlaqəsini və taksanomik statusunu
aydınlaşdırılmaq üçün qiymətli materiallar verir.
Bütün bu eksperimental texnikaların yerinə yetirilməsi üçün
tədqiqtçıda müvafiq cihazlar olmalıdır. Bir qayda olaraq, bunun
üçün oranjeriyalar, istixanalar, vegetativ evciklər, lizimetrlər,
müxtəlif növ təcridlər, laborator qablar dəsti, avadanlıqlar və alət-
lər dəsti lazımdır (Şəkil 1). Bir çox yeni başlayan mikoloq və fito-
patoloqları göbələklərlə eksperimental işlərin çətinliyi qorxudur
Şəkil 1. Oranjeriya və istixanalar
5
(avadanlıq müxtəlifliyi, diqqətli tədqiqat və çox vaxt tələbi). Bəzi
hallarda xüsusi avadanlıq olmadanda keçinmək olar. Məsələn,
bitkiləri spor suspenziyası ilə peyvənd etmək üçün pulverizatorla
çiləmə üsulundan istifadə etmək daha yaxşıdır. Lakin, spor suspen-
ziyası bitkilərə steril fırca və yaxud neştər vasitəsi ilə də tətbiq
edilə bilər. Təmiz mühitləri sınaq borucuqlarında və ya Petr
nimçələrində həyata keçirmək olar, lakin onlar kolbalarda və digər
şüşə qablarda yaxşı bitir (Şəkil 2). Kox qaynadıcısı və qurutma
kabineti olmadan da, qidalı mühitlərin sterilizasiyasını axan
buxarlı qazanda həyata keçirmək olar. Qabların sterilizasiyasını isə
sobada həyata keçirmək mümkündür.
Şəkil 2. Petr nimçəsi, kolba və digər qablar
Təmiz mühit olmadanda, peyvənd əldə etmək mümkündür.
Bitkilərin süni yoluxdurulması üçün peyvəndi birbaşa təbiətdən,
təbii halda yoluxmuş bitkilərdən almaq daha məqsədəuyğundur.
Həm də, belə peyvənd yüksək zərərvericilik qabiliyyətinə malik-
dir. Onun istifadəsi təcrid və çoxalma üçün artıq vaxt və material
sərfiyyatından azad edir.
Akademik M.S.Varonin göbələklər üzərindəki bütün klassik
tədqiqatları ev laboratoriyası şəraitində aparmışdır. Pas göbələk-
Dostları ilə paylaş: |