133
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
T
əbiət elmləri seriyası
2012
EKOLOGİYA
UOT 55:502:55
GE
OEKOLOGİYA VƏ EKOLOJİ PROBLEMATİKA
N.R.TAĞIYEVA
Bakı şəhəri Ekologiya və Təbii sərvətlər Departamenti
nezaket@rocketmail.com
T
əbii obyektlərin və geosferlərin ümumi səciyyələndirilməsində onların antropogen
d
əyişmə amilini nəzərə almaq zəruridir. Ona görə ayrı-ayrı geosferlərin geoekoloji qiy-
m
ətləndirilməsi zamanı antropogen təsirlərə böyük əhəmiyyət verilir. İlk növbədə, Yerin
geosferl
əri arasında, müxtəlif ierarxik səviyyələrdə – planetardan lokala kimi, çox mürəkkəb
qarşılıqlı təsirləri öyrənmək zəruridir. Yalnız təkcə geosferlərarası əlaqələr deyil, həm də
onların ayrı-ayrı komponentlərinə müasir insan sivilizasiyasının təsiri nəzərə alınmalıdır.
Ümumil
əşdirilmiş nəticələr yalnız geoekologiya və ekoloji geologiyanın birlikdə səyi
n
əticəsində alına bilər.
Açar sözl
ər: ekologiya, Yer geosferləri, antropogen təsir
Dünya ictimaiyy
əti qarşısında duran ən mühüm problemlərdən biri – ətraf
mühitin mühafiz
əsi və insan sivilizasiyasının dayanıqlı inkişafının qorunub
sax
lanılmasıdır. Yerdə əhalinin sayının fəlakətli surətdə tez artması, onun
maddi v
ə mənəvi tələbatlarının durmadan yüksəlməsi, təbii ehtiyatların is-
tifad
ə sahələrinin genişlənməsi, yeni və ən yeni texnologiyaların tətbiqi,
energetikada, s
ənayedə, kənd təsərrüfatında, tikintidə, nəqliyyatda istehsalın
gücl
ənməsi təbii landşaftların dərin dəyişmələri ilə baş verir. Belə dəyişmələr
yeni,
əvvəllər biosferdə məlum olmayan süni landşaftların yaranmasına gətirib
çıxarır. Müasir elmi-texniki tərəqqi və dövlətlərarası təsərrüfat əlaqələrinin
genişlənməsi ətraf mühitə kəskin surətdə artan təzyiqə səbəb olmuş, mühit və
insan c
əmiyyəti arasında qarşılıqlı təsirdə ziddiyyətləri gücləndirmişdir.
T
əbii ehtiyatların istifadəsinin və əmək proseslərinin inkişafının cə-
miyy
ətdə maddi nemətlərin toplanmasına səbəb olan qlobal miqyas alması
geniş aspektli və çoxvariantlı xarakter daşıyır. Bu miqyası ekoloji mənada,
dörd
əsas istiqamətdə birləşdirmək olar:
-regional v
ə qlobal təbii-texniki ekosistemlərin formalaşması;
-lokal, regional v
ə qlobal ekoloji fəlakətlərin yaranması;
134
-t
əbii xammal ehtiyatlarının kəskin surətdə azalması və tükənməsi;
-t
əbiətə qlobal antropogen təzyiq nəticəsində planetin ekoloji immun
çatışmazlığının yaranması, biosferin özünü təbii nizamlama mexanizmlərinin
tormozlanması və sarsılması [8, 5].
İnsan sivilizasiyasının yaranma anından başlayaraq insanın təbii mühitlə
fasil
əsiz qarşılıqlı təsiri baş verir. Yer əhalisinin sayının artması ilə təbiətə
ekoloji t
əzyiq güclənir. Bu, dəfələrlə artan texniki silahlanma, insanın
yaratdığı istehsalların və bir çox sistemlərin böyük energetik imkanlarının
istifad
əsi, texnoloji amillərin geniş spektri ilə bağlıdır, onlar birlikdə hər
t
ərəfdən yer təbəqələrinə – atmosferə, hidrosferə, litosferə və biosferə təsir
edirl
ər. Sivilizasiyanın müasir inkişafının geosferlərə birbaşa, yaxud vasitəli
sur
ətdə təsir edən və təbii proseslərin baş vermə sürətlərini gücləndirən tipik
xüsusiyy
ətləri təbii mühitin böyük dəyişmələrinə gətirib çıxarır.
Ekoloji problematikanın və insan fəaliyyətinin, təbii proseslərin geniş
spektrin
ə təsirinin yüksək dərəcəsinin mühümlüyünü nəzərə almaqla, ekoloji
m
əsələlərlə – geoloqlar, coğrafiyaşünaslar, fiziklər, kimyaçılardan tutmuş
müh
əndislərə, texnoloqlara, hüquqşünaslara, sosioloqlara, siyasətçilərə və s.
q
ədər bütün peşə ixtisasçıları məşğul olurlar. Ayrı-ayrı geosferlərdən, tədqiqat
obyektl
ərindən və istehsal sahələrindən asılı olaraq ekologiyanın ayrı-ayrı
f
ənlərini ayırır, texniki və humanitar elmlər üzrə ali tədris müəssisələrində dərs
keçirl
ər. Aydın ifadə olunan bioloji istiqamətli məxsusi ekologiyadan başqa
(bura molekulyar, növ v
ə sistem ekologiyası daxildir) ekoloji torpaqşünaslıq,
geoekologiya, ekoloji geologiya, ekoloji geofizika, s
ənaye və mühəndis eko-
logiyası, radiasiya ekologiyası, kosmik ekologiya, xüsusi obyektlər ekolo-
giyası, sosial ekologiya, ekoloji hüquq və s. belələrinə aiddir [4, 3, 6].
Bel
əliklə, ekoloji problematika ilə xüsusən biologiya, torpaqşünaslıq,
coğrafiya və geologiya istiqamətli elm sahələri məşğul olur. Bioekologiya
sferin
ə həyatın bütün məlum təşkilat səviyyələri – gendən biosferədək daxil
edilmişdir. Ekologiya tərkib hissə kimi torpaq haqqında təlimə daxildir. Eko-
loji torpaqşünaslıqda torpaqların ekoloji funksiyaları və ekoloji rolu öyrənilir,
torpa
qşünaslığın tətbiqi məsələləri işlənilir. Ekoloji prinsiplər və metodoloji
yanaşma elmlərin coğrafi dövrəsində (silsiləsində) geniş istifadə olunur.
Geoekologiya h
ər hansı dərəcəli coğrafi obyektlər və ətraf mühit arasında olan
əlaqələrin aşkara çıxarılması və tədqiqi ilə məşğul olur. Ekoloji tematika geo-
logiyada da işlənilir. Xüsusi fənn – ekoloji geologiya mövcuddur, onun tərkib
hiss
əsi ekoloji geofizika, ekoloji geokimya, ekoloji hidrogeologiya, ekoloji
donuşluq (donuşluğu tədqiq edən elm) və s.-dir. Xüsusi geoloji-ekoloji tədqi-
qatlar yerin
ə yetirilir və müxtəlif miqyaslı geoloji-ekoloji xəritələmə aparılır.
«Geoekologiya» termini 1939-cu ild
ən mövcud olmasına baxmayaraq,
coğrafi və geoloji istiqamətli elmlər onu çox müxtəlif mənada istifadə edirlər.
Hazırda geoekologiya mahiyyətcə geosferlərin ekologiyası olmuşdur. Bununla
əlaqədar geoekologiyanı fənlərarası istiqamətli elm termini kimi başa düşmək
t
əklif olunur ki, bu da geoloji, coğrafi və torpaqşünaslıq dövrəli ekoloji elmi
135
istiqam
ətlərdən ibarətdir. Geoloji və coğrafi istiqamətli geoekologiyanın anlaq
v
ə terminoloji bazası ümumekoloji terminlərə əsaslanır. Belələrinə, qismən,
biogeosenoz, ekosistem, biosenoz, fitosenoz, ekoloji oyuq, biosfer v
ə ekosfer
aiddir. Lakin bunlardan
əlavə, geoekologiya – coğrafi örtük, geoloji mühit
kimi xüsusi terminl
ərdən istifadə edilir ki, onlar geoekoloji ierarxiyada aşağı
sistem terminl
əri sayılır. Coğrafi və geoloji istiqamətli geoekologiyanın
öyr
ənilmə obyekti geologiya və coğrafiya üçün məlum olan bütün istiqamətlər
v
ə əşyalardır (yalnız onların ekoloji rolu baxımından) [3, 7-10].
Geosferl
ərin ekoloji funksiyaları dedikdə, onların Yer ekosistemlərinin
qorunub saxlan
ması və təkamülündə əhəmiyyəti başa düşülür [9, 1].
Pedosferin, atmosferin, hidrosferi
n, Dünya okeanının və litosferin ən müxtəlif
ekoloji funk
siyalarını ayırırlar. Bundan başqa, geosferlərdən hər biri, geoloji
prosesl
ərin yaranmasında və fəaliyyətində bu və ya başqa dərəcədə iştirak
etm
əklə müəyyən vəzifə daşıyır. Həm mantiya, həm nüvə, həm də onlarda baş
ver
ən proseslər ekoloji funksiyaya malik olmalıdır, bütün bunlar yer səthinin
v
ə xarici geosferlərin ekoloji şəraitlərində bu və ya başqa dərəcədə əks olu-
nurlar. Bundan başqa yer mantiyası və yer nüvəsi endogen geoloji proseslərin
m
ənbəyidir. Geosferlərin ekoloji vəziyyətinə Yer əhalisinin sayının artması
böyük t
əsir göstərir. Bu təsirin ən mühüm misallarından biri Yer iqliminin
antropogen d
əyişmələri və radiasiya fonunun güclənməsidir.
Geologiya elmin
ə geoloji mühit haqqında anlayış daxildir. Geoloji mühit
dedikd
ə, adətən litosferin insanın mühəndis-təsərrüfat fəaliyyətinin təsiri
altında olan üst hissəsi başa düşülür. Beləliklə, geoloji mühitin qalınlığı süxur
qatına dərin və ən dərin qazma quyularının keçmə dərinliyi ilə müəyyən
olunur. Kontinentl
ərdə o, orta hesabla 5-6 km-dir, ən dərin quyu isə (Kola
yarımadasında) süxurlara 12 km-dən bir qədər artıq daxil olmuşdur. «Qlomar
Çellencer» v
ə «Coydes Rezolüşn» gəmilərindən okeanlarda 800-ə qədər quyu
qazılıb ki, bunlar dəniz dibindən 1-1,5 km dərinliklərə keçmişlər [6].
Bel
əliklə, geoloji mühit – yerüstü və yeraltı qurğulara, aqrotexniki və insan
f
əaliyyətinin başqa şəraitlərinə böyük təsir edən daha fəal tektogenez sahədir.
Bel
ə anlayışa əsasən, geoloji mühitin əhatə etdiyi sahələr, insanın yer təkinin
d
ərinliklərini mənimsədikcə və onlara daxil olduqca, fasiləsiz surətdə artacaqdır.
Ona gör
ə də insanın yer təkinə nüfuz dərinlikləri artdıqca təkcə geoloji obyekt-
l
ərin sayı deyil, həm də geoloji mühitin həcmi fasiləsiz olaraq yüksələcəkdir.
Sırf texnogen anlamından fərqli olaraq geoloji mühit xeyli geniş mənada
başa düşülməlidir: bu, - hər hansı geoloji proseslərin baş verdiyi mühitdir. Ye-
rin müxt
əlif struktur elementlərində mineral əmələgəlmə və süxurların əmə-
l
əgəlmə prosesi müxtəlif sürətlə və istiqamətlənmə ilə gedir. Kontinentlərdə o,
- çökm
ə, qranit-qneys və bazalt laylarıdır, yəni əslində praktiki olaraq bütün
kontinental lito
sferdir, okean hüdudlarında isə – çökmə və bazalt laylarıdır,
y
əni okean litosferidir.
Astenosferd
ə, üst və alt mantiyada, həmçinin yerin nüvəsində baş verən
geoloji-geokimy
əvi proseslərin fəaliyyəti mütləq bu və ya başqa formada li-
136
tosferd
ə hiss olunur: plyumların litosferə nüfuz etməsi, ərgin (əridilmiş) mad-
d
ələrin rast gəlməsi, litosfer plitalarının yerdəyişməsi.
Lakin geoloji mühitin
ən böyük dəyişmələri litosferdə, xüsusən onun ən
üst hiss
əsində baş verir. Burada geoloji mühit müxtəlif dislokasiya formasında
t
əzahür edən müasir tektonik hərəkətlərin təsir zonasında olur. Yüksək dərəcəli
geoekoloji
əhəmiyyəti olan müasir dislokasiyaların ən universal və ən geniş
yayılmış tipi aktiv fəaliyyətli və çatlılığa səbəb olan qırılma pozulmalarıdır.
Bundan başqa böyük geoekoloji rol müxtəlif morfologiyalı fəal qabıq qırıl-
malarına (faylara – qırılıb düşmələrə, sürüşmələrə, qırılıb-qalxmalara, üstəgəl-
m
ələrə, aralanmalara), həmçinin yer qabığı bloklarının iri deformasiyalarına və
yerd
əyişmələrinə (horstlara, qrabenlərə) məxsusdur. Bütün bunlar relyefi
formalaşdırır və insanın mühəndis-təsərrüfat fəaliyyətini çətinləşdirir.
Geoloji mühit, n
əinki adamların təsərrüfat fəaliyyətinə, həm də üzvi
al
əmin sağlamlığına və vəziyyətinə təsir edən anomal geofiziki (maqnit, qra-
vitasiya, elektromaqnit, geotermik v
ə b.) və geokimyəvi sahələr və anomaliyalar
yaradır [9].
Litosferin ekoloji funksiyalarından bəhs etdikdə qeyd etmək lazımdır ki,
geoekoloji probleml
ərə həsr olunmuş nəşr işlərində və direktiv materiallarda
atmosferin, Dünya okeanının çirklənməsi, qurunun səth və yeraltı sularının,
torpaqların vəziyyəti və mühafizəsi, təbii landşaftların transformasiyası məsə-
l
ələrinə, yəni əsasən coğrafi örtüyə böyük fikir verilir. Onların içərisində,
litosfer özlüyünd
ə heç cür ayrılmır, baxmayaraq ki, o, landşaftın geoloji əsası
kimi xidm
ət edir və həm də başqa geosferlərlə maddə və enerji mübadiləsi
mühitidir. Yalnız müəyyən aspektlərdə, litosferin səth hissəsində olan mineral-
xammal ehtiyatlarının tükənməsi və mineral xammalın çıxarılması, zənginləş-
dirilm
əsi və emalı prosesində təbii mühitin çirklənməsi problemlərinə diqqət
yetirilir [9].
Lakin onu da n
əzərə almaq lazımdır ki, litosfer səth və yeraltı suların
toplayıcısı və qoruyucusudur. O, biotanı qeyri-üzvi qida maddələri ilə təmin
edir, insan c
əmiyyətinin mövcudluğu və inkişafı üçün vacib olan mineral və
energetik eh
tiyatları özündə saxlayır.
Litosferin, planetar geosistem kimi, onda baş verən geoloji proseslərlə
birlikd
ə (həm təbii, həm də antropogen), ekoloji funksiyalarını onun belə bir
xidm
əti əsasında müəyyən etmək olar ki, onlar biotanın və başlıca olaraq insan
c
əmiyyətinin, həyat təminatında və təkamülündə böyük rol oynayır.
Müasir texnologiya v
ə texniki səviyyə insana geoloji mühiti xeyli
d
ərəcədə dəyişməyə imkan verir. Geoloji mühitə antropogen təsir özlüyündə
geoloji prosesdir, çünki o, öz ölçül
əri və təzahür miqyaslarına görə ekzogen
geodi
namikanın təbii prosesləri ilə müqayisə edilə bilər. Fərq yalnız prosesin
getm
ə sürətindədir. Əgər geoloji proseslər yavaş gedib və yüz minlər və
milyon ill
ərlə uzanırsa, insanın mühitə təsiri illərə sığır. Antropogen fəaliyyət
üçün bir s
əciyyəvi cəhət də – təsir proseslərinin çox sürətlə getməsidir.
137
Təbii ekzogen proseslər kimi, geoloji mühitə antropogen təsir öz
təzahürünün kompleksliyi ilə səciyyələnir. Onun daxilində ayırırlar: 1) geoloji
mühiti təşkil edən süxur qatının texnogen parçalanması (dezinteqrasiyası).
Təbii şəraitlərdə bu işi aşınma prosesləri, səth və yeraltı sular və külək həyata
keçirir; 2) parçalanmış materialın yerdəyişməsi. Ekzogen geodinamika proses-
lərində bu, - denudasiya və daşınmanın analoqudur; 3) daşınan materialın
toplanması (dambalar, bəndlər, nəqliyyat arteriyaları, yaşayış məntəqələri və
sənaye müəssisələri). Bu, çöküntülərin akkumulyasiyasının, onların dia- və
katagenezinin analoqudur [9].
Bel
əliklə, geoloji mühit, əsas etibarilə, geoloji proseslərin getdiyi mə-
kan
dır. Litosferin ekoloji rolu ehtiyat (resurs), geodinamik və geofiziki – geo-
kimy
əvi funksiyalardan ibarətdir. Ehtiyat funksiyasına yer təkindən çıxarılan
v
ə bəşəriyyət tərəfindən enerji və maddə əldə etmək üçün istifadə olunan fay-
dalı qazıntı kompleksi aiddir. Geodinamik rol orqanizmlərin, o cümlədən, in-
sanın da həyat fəaliyyətinə təsir edən geoloji proseslər şəklində təzahür edir.
On
ların bəziləri fəlakətli xarakter daşıyır (vulkanizm, zəlzələlər, sürüşmələr və
b.). Geofiziki-geokimy
əvi rol müxtəlif intensivlikli və təbiətli geofiziki sahə-
l
ərin və geokimyəvi anomaliyaların orqanizmlərin həyat fəaliyyətinə təsiri ilə
mü
əyyən olunur (filiz yataqları və qeyri-metal faydalı qazıntı toplanmaları,
geoloji strukturlar, qra
vitasiyanın, elektrik, maqnit və istilik axınlarının yayıl-
ması, sənaye və tədqiqat məqsədləri ilə istifadə edilən radioaktiv maddələrin
şüalanmasının və müxtəlif enerji növlərinin və maddənin yayılmasının
n
əticələri). Endogen proseslər fiziki-coğrafi şəraitlərin güclü dəyişməsinə sə-
b
əb olur və çox vaxt neqativ xarakter daşıyır. Geofiziki və geokimyəvi ano-
maliyalar m
ənşə etibarilə təbii və antropogen olmaqla ayrılır. Bütün bunlar
insan sağlamlığına mənfi təsir göstərir. Antropogen fəaliyyət spesifik
landşaftlar və relyef formaları yaradır. Antropogen fəaliyyət prosesində ekzo-
gen geodinamika prosesl
əri fəallaşır.
Ekoloji böhranlar insan sivilizasiyasının yaranma anından başlamış və
dövl
ətlərin yaranması və onların qüdrətinin artması, sənayenin və elmin inki-
şafı ilə güclənmişdir. Hal-hazırda insanın, təbiətin və cəmiyyətin dörd
qarşılıqlı təsir konsepsiya qrupu mövcuddur: təbiəti mühafizə konsepsiyası,
texnokratik optimizm konsepsiyası, ekoloji alarmizm konsepsiyası, təbiət və
c
əmiyyət arasında paritet konsepsiyası. Bütün konsepsiyaların həm müsbət,
h
əm də mənfi tərəfləri vardır. Təbiəti mühafizə siyasətində Roma klubunun
t
ədqiqatları, xüsusən Medouz ər-arvadların məruzələr seriyası böyük rol
oynayıb. Bu tədqiqatçılar tərəfindən təbii mühitin inkişafının üç ssenarisi ve-
rilmişdir ki, onların hər biri böhran vəziyyəti (situasiyası) ilə qurtarır, ardınca
is
ə hadisələrin fəlakətli inkişafı baş verə bilər. Hazırda cəmiyyət və təbiət
arasında paritet konsepsiyası daha çox diqqəti cəlb edir, onu bəzən «sabit
(dayanıqlı və s.) inkişaf» adlandırırlar, hərçənd ki, onu harmonik inkişaf
adlandırmaq daha düzgün olardı.
138
ƏDƏBİYYAT
1. Алексеенко Б.А.
Экологическая геохимия. Учебник, М.: Логос, 2000, 627 с.
2. Богдановский Г.А. Химическая экология. Учебн. пособие. М.: МГУ, 1994, 237 с.
3.
Бабазадя В.М., Исайев С.А., Ялийев М.Т. вя б. Еколоъи эеолоэийа. Али мяктябляр
цчцн дярслик. Бакы: Елм вя тящсил, 2012, 384 с.
4. Голубев Г.Н. Геоэкология. Учеб. для студ. вузов. М.: ГЕОС, 1999, 338 с.
5. Горелов А.А. Экология. Учебник для вузов. М.: Юрайт-М, 2002, 312 с.
6.
Исайев С.А., Мясимов А.Я., Хасайев А.И. Эеоеколоэийа. Али мяктябляр цчцн дярс-
лик. Бакы: Кцр, 2002, 356 с.
7. Ковальский В.В. Геохимическая экология. М.: Наука, 1974, 300 с.
8.
Эюйчайлы Ш.Й., Микайылов Н.К. вя б. Ятраф мцщитин мцщафизяси вя тябии сяр-
вятлярдян сямяряли истифадя. Дярс вясаити. Бакы, 1996, 236 с.
9.
Трофимов В.Т., Зилинг Д.Г. Экологическая геология. Учебник. М.: ЗАО Геинфор-
марк, 1992, 415 с.
10. Ясаманов Н.А. Основы геоэкологии. Учеб. пособие. М.: Академия, 2003, 352 с.
ГЕОЭКОЛОГИЯ И ЭКОЛОГИЧЕСКАЯ ПРОБЛЕМАТИКА
Н.Р.ТАГИЕВА
РЕЗЮМЕ
При общей характеристике природных объектов и геосфер следует учесть фактор
их антропогенного изменения. В связи с этим при геоэкологической оценке отдельных
геосфер большое значение придается антропогенным влияниям. Между геосферами
Земли, в первую очередь, следует изучать очень сложные взаимовлияния в разных ие-
рархических уровнях, от планетарного до локального. Следует принять во внимание
влияние современной цивилизации не только на межгеосферные связи, но и на их от-
дельные компоненты. Обобщенные выводы можно получить только при совместном
усилии таких междисциплинарных научных направлений, как геоэкология и экологиче-
ская геология.
Ключевые слова: геоэкология, геосферы Земли, антропогенное влияние.
GEOECOLOGY AND ENVIRONMENTAL ISSUES
N.R.TAGIYEVA
SUMMARY
When studying the general characteristics of natural objects and geosphere, the factor
in their human-induced changes should be considered. In this regard, the geoecological as-
sessment of different geospheres anthropogenic impacts attaches great importance. When
studying the geospheres of the Earth, first and foremost, the complex interaction of different
hierarchical levels, from local to planetary, should be studied. The impact of modern civiliza-
tion not only to intergeospheric relations, but also to their components should be accounted.
General conclusions can be obtained only by the joint efforts of interdisciplinary scientific
fields, as geoecology and environmental geology.
Key words: geoecology, geospheres of Earth, the anthropogenic influence.
Redaksiyaya daxil oldu: 26.12.2012-ci il
Çapa imzalandı: 14.02.2013-cü il
Document Outline - Cədvəl 1
- Cədvəl 2
- Cədvəl 3
Dostları ilə paylaş: |