Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   83   84   85   86   87   88   89   90   ...   94

 264
hətta bu bayram xalqın gözündə islamla bağlı bir bayrama 
çevrilmişdir. Hazırda bu bayramı türk xalqları ilə bərabər digər 
Şərq xalqları (farslar, əfqanlar və s.) qeyd edirlər. Novruz 
bayramı xeyli dərəcədə tədqiq olunmuş sahələrdəndir. Artıq bu 
bayramın xüsusi ensiklopediyası (3.2) da tərtib edilmişdir.  
Türk xalqlarında tarixən həm  köçəri,  həm də  oturaq 
həyat  ənənələri olmuş  və onlar biri-birini tamamlamışdır. 
Türklərdə köçərilik  əsasən mövsimi xarakterli (yayı 
yaylaqlarda, qışı qışlaqlarda keçirməklə) olmuşdur. Belə həyat 
tərzinə  elat  və ya tərəkəmə  mədəniyyəti deyilir. Elat 
mədəniyyəti müəyyən qədər araşdırılmış  və araşdırılmaqda 
olan sahələrdəndir.  
Xalqımızın  əxlaqi dəyərlərindən biri də tarixən 
formalaşmış el köməyi adətləridir. Bu adətlər ilk dəfə 
Q.Cavadov tərəfindən ayrıca tədqiqat sahəsinə çevrilmişdir 
(3.20) O, tarixi və etnoqrafik materiallar əsasında xalqımızın 
xeyriyyəçilik və iməcilik  ənənələrini, həmçinin  əkinçilik və 
maldarlıqda, toy və yas mərasimlərində mövcud olan el köməyi 
adətlərini geniş araşdırmışdır. El köməyi adətlərimiz müəyyən 
qədər bu gün də yaşadılır və bu adətlərin insanların həyatında 
və cəmiyyətin inkişafında müsbət rolu böyükdür.  
Türk millətinin dövlətçilik   döyüş  ənənələri türkoloq-
ların daim xüsusi diqqət mərkəzində olmuşdur. Dövlətin kiçik 
modeli sayılan ailə quruluşu türk cəmiyyətində möhkəm 
təməllərə malik olduğu kimi, türklərdə tarixən dövlətçilik 
ənənələri də güclü olmuşdur. Məlumdur ki, türklər ən qədim və 
çoxsaylı dövlətlər qurmuş millətlərdəndir. Aydındır ki, güclü 
orduya və döyüş qabiliyyətinə malik olmadan böyük və güclü 
dövlətlər qurmaq mümkün deyil. Ona görə də döyüş türklərin 
həyatında xüsusi əhəmiyyət kəsb etmiş, hətta döyüşmək bir 
milli  ənənə xarakterində olmuşdur. Tədqiqatçılara görə  qədim 
türk dövlətlərində nizami ordu olmamış, yetkinlik yaşına 
çatmış  hər bir oğlan  əsgər hesab edilmiş, lazım gələn an 
vətənin müdafiəsinə  səfərbər olunmuşdur. Ona görə  də, uşaq 
yaşlarından oğlanların və  hətta qızların da ox atmaq, qılınc 


 265
oynatmaq, güləşmək və s. döyüş  vərdişlərinə yiyələnməsi, bir 
döyüşçü kimi yetişməsi türklərdə bir milli ənənəyə 
çevrilmişdir. Bu günün özündə  də  hələ dil açmamış körpə 
uşaqlara başqalarını vurmaq (“ak eləmək”) vərdişini öyrətmək 
adəti məhz qədim milli ənənəmizin qalığı hesab olunur.  
Tədqiqatçılara görə türklərdə nizami ordu sisteminə keçid 
ilk dəfə  Qəznəlilər (969-1187), daha sonra Səlcuqlar (1038-
1157), Osmanlılar (1299-1922) və  Səfəvilər (I Şah Abbasın 
hakimiyyəti dövründə (1587-1629)) dövlətlərində baş 
vermişdir. Lakin hazırda türk dövlətçiliyi tarixinin yeni 
konsepsiyası meydana çıxdığından bu məsələlərin də yenidən 
və daha dərindən tədqiqinə ehtiyac var.  
Türk milləti dünyada ən çox imperatorluq qurmuş millət 
olsa da bu imperatorluqlarda digər xalqlara qarşı  şovinist 
münasibət, o cümlədən assimilyasiya siyasəti olmamışdır. Türk 
imperatorluqlarının tərkibində yaşamış xalqların öz dillərini və 
mədəniyyətlərini saxlaması buna əyani sübutdur. Türk 
imperatorluqlarında digər xalqların nümayəndələrinə  hətta 
dövlət idarəçiliyində də geniş yer verilmişdir. Bütün bu faktlar 
türklərin dünyanın  ən  tolerant xalqlarından biri, bəlkə  də 
birincisi olduğunu deməyə əsas verir. Tolerantlıq – xoşgörü bu 
gün də xalqımızın əsas əxlaqi keyfiyyətlərindən biridir. Bəzən 
isə tarixi düşmənlərimizə qarşı da tolerant münasibətimiz 
unutqanlıqla nəticələnmiş  və bundan istifadə edən 
düşmənlərimizdən başımıza bir çox məlum bəlalar da 
gəlmişdir.  
 
 
Digər folklor ünsürləri 
 
Yuxarıda nəzərdən keçirdiyimiz folklor nümunələrindən 
(xalq  ədəbiyyatı, xalq musiqisi və xalq adət-ənənələri)  əlavə 
milli geyimlər, milli rəqslər, meyxana sənəti, milli mətbəx, 
xalq təsviri və dekorativ-tətbiqi sənəti, xalq təbabəti, xalq 
oyunları və s. kimi yaradıcılıq nümunələri də vardır ki, bunlar 


 266
da xalq yaradıcılığının məhsuludur və milli varlığın 
müəyyənləşməsində və yüksəldilməsində mühüm rol oynayır.   
Milli geyimlərimiz xeyli dərəcədə toplanmış  və araş-
dırılmış sahələrdəndir. Milli geyim formaları  hər bir millətin 
siması kimi çıxış edən mühüm göstəricilərdəndir. Milli 
geyimlərimizin  əhali tərəfindən geyilməsi 1920-30-cu illərdən 
başlayaraq tədricən tamamı ilə sıradan çıxmışdır. Hazırda milli 
geyim formalarımızdan yalnız xüsusi mərasimlərdə (toy, 
bayram, konsert, teatr və s.) istifadə olunur. Lakin müasir 
dövrdə bir çox ölkələrdə (Hindistan, Çin, Yaponiya, Ərəb 
ölkələri, bir çox Afrika ölkələri və s.) əhali müasir geyimlərlə 
yanaşı öz milli geyim formalarını da saxlayır. Bu gün 
əhalimizin milli geyim formalarına tamamı ilə qayıtması 
mümkün olmasa da, onun müəyyən elementlərini müasir 
geyimlərdə yaşatmaq mümkündür. Bu sahədə modelyerlərimiz 
tərəfindən xüsusi işin aparılmasına ehtiyac var. Son dövrlər bu 
mövzuda müəyyən söhbətlər getsə də, hələ ki, real işin şahidi 
deyilik. 
Xalqımızın tarixi ailə  dəyərlərinə  və ondan gələn adət-
ənənələrimizə  və mentalitetimizə (milli düşüncə  tərzimizə) 
görə açıq-saçıq geyimlər yaxşı  qəbul olunmur. Lakin son 
dövrlər cəmiyyətimizdə yenə də Avropadan qaynaqlanan yanlış 
bir “müasirlik” düşüncəsi formalaşmışdır. Bu düşüncəyə görə 
açıq-saçıq geyim müasirlik əlaməti kimi qəbul olunur. Bu 
üzdəniraq “müasirlik” düşüncəsi mentalitetimizə bir mənəvi 
xəstəlik kimi daxil olmuşdur.
 
İş o yerə gəlib ki, bu “müasirlik 
xəstəliyi”nə yoluxmuş  gənc qızlar və qadınlar açıq-saçıq 
geyinməyə utanmaq əvəzinə, örtülü geyinməyə utanırlar.
 
Onlar 
əslində açıq-saçıq geyimin qadın ləyaqətini alçaltdığını hiss 
etmirlər. Geyim formal element olsa da, müəyyən məzmunu – 
insanın mənəvi keyfiyyətlərini, həyat tərzini,  əxlaqını, 
xarakterini əks etdirir. İlk baxışdan insana geyimə görə qiymət 
verilir və qadının açıq-saçıq geyimi onun cinsi əxlaqı haqqında 
müəyyən mənfi təsəvvür yaradır. Yəni, məsələn, həddən artıq 
açıq-saçıq geyim ismətli, ləyaqətli qadına yaraşmayan bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə