Xəlvətiyyə təriqəti
17
dəf kimi alətlərdən istifadə olunur. Yenə bir çox təriqətdə halqa şəklində hərəkət
edərək icra edilən zikir, yəni dövran da xəlvətiyyədə çox böyük əhəmiyyətə
malikdir.
Yuxarıda deyilənlərə əsasən, belə bir nəticəyə gəlmək mümkündür ki, xəlvətilik
sırf Azərbaycanda qurulmuş bir təriqət olmaqla, bütün İslam dünyasına da buradan
yayılmışdır. Məhz təriqətin ikinci piri Seyid Yəhya Şirvaninin ətraf bölgələrə
göndərdiyi xəlifələrin təbliğatı nəticəsində xəlvətilik Azərbaycanla məhdudlaş-
mayaraq Balkan yarımadasından Şimali Afrikaya qədər
29
bütün islam dünyasında
yayılmış və hal-hazırda islam dünyasının ən böyük təriqətlərindən biridir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
Akgündüz, Murat, “Mevlevîlik ve Osmanlı Padişahları”, Uluslararası Mevlâna
ve Mevlevîlik Sempozyumu, Bildiriler II [Mevlânâ Celaleddin Rumi’nin 800. Doğum
Yılı Anısına], 26-28 Ekim 2007, [t.y.], cilt: II
Aşkar, Mustafa, “Bir Türk Tarikatı Olarak Halvetiyye’nin Tarihî Gelişimi ve
Halvetiyye Silsilesinin Tahlili”, Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi,
1999, cilt: XXXIX
Bahadıroğlu, Mustafa, “İbrahim Zahid-i Geylani”, DİA, İstanbul, 2000.
Cövhəri, İsmail ibn Həmmad, Əs-Sihah, Beyrut, tarixsiz, c. 4
Kara, Mustafa, Tasavvuf ve Tarikatlar Tarihi, İstanbul, 1998
Mazzaoui, Michel M., The origins of the safawids: siism, sufizm and the gulat,
Wiesbaden: Franz Steiner Verlag, 1972.
Rıhtım, Mehmet, Seyid Yahya Bakuvi və Xəlvətilık, Qismət nəşriyyatı, Bakı
2005.
---------------------, Seyid Yəhya Bakuvi, Bakı, 2013
---------------------, “Seyid Yahya Şirvani”, DİA, İstanbul, 2013.
Sarıcık, Murad, Osmanlı İmparatorluğu’nda nakibü'l-eşraflık müessesesi,
Ankara, 2003
Spencer, John, The Sufi Orders in Islam, Oxford, 1971.
Tatcı, Mustafa, “Elmalı’nın İrfan Ocakları: Bektâşîlik ve Halvetîlik Üzerine Bir
Değerlendirme”, Elmalı İrfan ve Sevgi Şehri, 2009
29
Bax. Spencer,The Sufi Orders in Islam, s. 75-80.
Akad. Vasim Məmmədəliyev, Aqil Şirinov
18
Tayşi, Mehmet Serhan, “Ömer Halveti”, DİA, İstanbul, 2007
Uludağ, Süleyman, “Halvet”, DİA, İstanbul, 1997
Vicdani, Sadık, Tomar-ı Turuk-ı Aliyyeden: Halvetiyye Silsilenamesi, İstanbul
1338-1341
Yağlıkçızade Ahmed Rifat Efendi, Lügat-i tarihiyye ve coğrafiyye, İstanbul :
Mahmud Bey Matbaası, 1299
ب ،ةيملعلا بتكلا راد ، فوصتلا لھأ بھذم ىلع فرعتلا ،قاحسإ نب دمحم ركب وبأ ،يذابلاكلا
،توري
١٤١٣
ه
–
١٩٩٣
م
ربا لامك دمحم روتكدلا:قيلعت و قيقحت ،ةيفوصلا تاحلاطصا ،قازرلا دبع نيدلا لامك ،يناش
،رفعج ميھا
،باتكلل ةماعلا ةيرصملا ةئيھلا :ةرھاقلا
١٩٨١
.
نانبل ةبتكم ،ةيفوصلا تاحلطصملا مجعم ،مازخ يبأ داؤف رونأ روتكدلا
Xəlvətiyyə təriqəti
19
XÜLASƏ
Xəlvətiyyə təriqəti Azərbaycanda təşəkkül tapmış və daha sonra Şimali
Afrikadan Balkan yarımadasına qədər islam dünyasının müxtəlif bölgələrində
yayılmış ən böyük sufi təriqətlərindən biridir. Şamaxıda doğulub Bakıda vəfat edən
Seyid Yəhya Şirvaninin fəaliyyətləri nəticəsində xəlvətiyyə sistematik bir təriqət
halını almışdır. Ələvi silsiləyə mənsub xəlvətiyyə zöhd və xəlvətə xüsusi əhəmiyyət
verən bir təriqətdir. Bu məqalədə xəlvətiliyin yaranması, inkişaf tarixi və əsas
prinsipləri tədqiq olunur.
RESUME
Khalwatiyya is one of the biggest Sufi orders (tariqa) which was established in
Azerbaijan and later on spread in different places of Islamic world, from the
Northern Africa to the Balkans. As a result of Sayyid Yahya Shirvani`s activites,
who was born in Shamakhi and died in Baku, the Khalwatiyya order became a
systematical Sufi order. Belonging to the 'Alawi silsila
(the chain of
spiritual transmission), the tariqah of Kahlawatiyya gives a special importance to the
notions of zuhd and khalwa. In this article, the formation, development and main
principles of Khalwatiyya has been investigated.
РЕЗЮМЕ
Сформировавшийся в Азербайджане, позже распространившийся в
различные районы исламского мира от Северной Африки до Балканского
полуострова, Орден Халватиййа являлся одним из самых больших суффийских
орденов. В результате активной деятельности, родившегося в Шамаха и
скончавшегося в Баку,
Сейид Яхйя Ширвани
Халватиййа принимает
системную форму ордена. Принадлежавшая к алавийской силсила (цепь
духовной преемственности) Халватиййа является орденом, придающим
определенную значимость зохду и халвату.
В данной статье исследуются появление, историческое развитие и
оснавные принципы Халватиййа.
Son dövr Azərbaycan müfəssirləri
21
SON DÖVR AZƏRBAYCAN MÜFƏSSİRLƏRİ
1
f.f.d. Mirniyaz Mürsəl oğlu Mürsəlov
BDU-nun İlahiyyat fakültəsinin müəllimi
Açar sözlər: Bakuvi, Şəkəvi, Haşimzadə, təfsir, müfəssir.
Key words: Bakuvi, Shakavi, Hashimzada, tafsir, mufassir
Ключевые слова: Бакуви, Шекеви, Гашимзаде, тафсир, муфассир
Məqalədə XIX-XX əsrlərdə yaşamış görkəmli Azərbaycan müfəssirləri Mir
Məhəmməd Kərim Bakuvi, Mövlazadə Şəkəvi və Əhməd Haşımzadənin həyat və
yaradıcılıqlarını araşdırdıq. Yaşadıqları dövrdə İslam aləminin düşdüyü vəziyyətdən
qurtulması üçün çıxış yolunu müsəlmanların maariflənməsində, bu məqsədlə də
təhsil müəssisələrinin yaradılması, dini təfriqələrə düşməmək üçün məzhəb
təəssübkeşliyindən uzaq durmaqda və Qurani-Kərimi insanların idrak səviyyəsinə
görə izah etməkdə görürdülər. Öz düşüncələrini insanlara praktik müstəvidə
çatdırmaq məqsədilə təfsir əsərləri yazmış və Azərbaycan din elminə öz töhfələrini
vermişlər. Məqalədə, həmçinin Mir Məhəmməd Kərim Bakuvinin “Kəşfül-həqaiq an
nükətil-ayati vəd-dəqaiq”, Mövlazadə Şəkəvinin “Kitabul-bəyan fi təfsiril-Quran” və
Əhməd Haşımzadənin “Təfsirul-Quranil-Azim” əsərləri təfsirin rəvayət və dirayət
növünə görə tərəfimizdən təhlil olunmuşdur.
Mirməhəmməd Kərim əl-Bakuvi
Mir Məhəmməd Kərim Mircəfərzadə Bakuvi 1858-cü ildə Bakıda anadan
olmuşdur. İlk təhsilini mədrəsədə almışdır. Övladının yüksək təhsil almasını istəyən
atası Mircəfər 1871-ci ildə onu İraqa göndərmişdir. On il ərzində o, Bağdad
şəhərində ərəb dili, İslam tarixi, fiqh, hədis kimi ilahiyyat elmlərini öyrənmişdir.
İraqdan geri qayıdarkən bir müddət İranda qalmış, Bakıya qayıtdıqdan sonra İçəri
1
Bu məqalə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya
Regional Mərkəzinin dəstəyi ilə İslam Araşdırmaları Mərkəzində həyata keçirdiyimiz post-
doktorluq proqramı üzrə xüsusi tədqiqatın nəticəsində ərsəyə gəlmişdir.
Dostları ilə paylaş: |