Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə15/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   11   12   13   14   15   16   17   18   ...   161

İslamda müasirləşmə düşüncəsinin tarixi aspekti və Fəzlur Rəhman 

39

Tədriciliyin üç formada meydana gəldiyi qəbul edilir. Bunlardan birincisi zaman 



içində tədricilikdir. Bundan məqsəd hökmlərin bir anda gəlməyib uzun bir müddətə 

yayılmasıdır. Beləliklə  cəmiyyət  şəri ehkamı rahatlıqla həzm edə bilir. Tədriciliyin 

ikinci növü isə ehkamın əhəmiyyət sırasına uyğun olaraq gəlməsidir. Burada əvvəlcə 

əsl hökmlər qoyulur daha sonra isə bu hökmlərin tamamlayıcı ünsürləri əlavə olunur. 

Tədriciliyin üçüncü növünə  gəlincə bu, hökmlər arasında tədricilikdir. Təşri 

prosesində  məsələ haqqında son hökm qoyulmadan əvvəl cəmiyyəti bu qəti qərara 

hazırlayan ilkin hökmlər verilmişdir. Spirtli içkilərin qadağan olunmasını buna misal 

göstərmək olar: əvvəlcə spirtli içkinin fayda və  zərərlərindən danışılır, sonrakı 

mərhələdə  sərxoş halda namaza yaxınlaşma qadağası  gətirilir və  nəhayət spirtli 

içkinin şeytan əməli olub qəti haram olduğu bildirilir

6



İslam təşriində  həzrət Peyğəmbər dövründən sonra xarakteristik xüsusiyyətə 



sahib olan ikinci mərhələ  səhabə dövrüdür. Xüsusilə müctəhid səhabələr həzrət 

Peyğəmbər dövründən etibarən qarşılarına çıxan fiqhi bir məsələnin həlli üçün 

əvvəlcə Quran və Sünnəyə müraciət edəcəklərini bilirdilər. Bu iki əsas mənbədə 

mövcud olmayan məsələlərin həlli üçün isə  rəy ictihadına müraciət ediləcəyini də 

həzrət Peyğəmbər məşhur Muaz hədisində açıq olaraq bildirmişdi. Burada mövzudan 

kənara çıxmamaq üçün həzrət Ömərin xəlifəliyi dövrünə  qısa toxunmaqla 

kifayətlənəcəyik. Həzrət Ömərin xəlifəlik etdiyi dövr həzrət Peyğəmbər və  həzrət 

Əbu Bəkir dövründən siyasi və ictimai cəhətdən fərqlənir. Xüsusilə  həzrət 

Peyğəmbər dövründə  İslam cəmiyyəti  şəhər dövləti xüsusiyyətində olub Mədinə 

xaricinə çox yayılmamışdı.  Əbu Bəkirin xəlifəliyi dövründə ölkənin sərhədləri 

genişlənməyə başlamış  və  həzrət Ömər dövründə bu yayılma daha da genişlənərək 

fərqli mədəniyyətlərə sahib olan millətlər İslam cəmiyyətinə daxil olmuşdur. Bu isə 

əhalinin bir neçə  dəfə artması, yeni ictimai və siyasi qurumların yaranması  və 

beləliklə  cəmiyyətin homogen quruluşdan heterogen quruluşa keçməsinə  gətirib 

çıxarmışdır. Fəth olunan torpaqların mülkiyyəti ilə bağlı yeni tənzimləmələri buna 

misal göstərmək olar. Həzrət Ömərin xəlifəliyindən əvvəl fəth olunan torpaqlar ordu 

mənsubları arasında qənimət kimi bölünürdü. Həzrət Ömər dövründə daha geniş 

ərazilərin fəth olunması ilə bu ərazilərin mülkiyyətinin kimə aid olacağı iki cəhətdən 

problem yaradırdı. Qənimətlər  əsgərlər arasında bölünsəydi böyük torpaq 

mülkiyyətləri müəyyən adamların  əlində toplanardı. Bu torpaqların  əsl  əvvəlki 

                                                 

6

 Karaman H. İslam Hukuk Tarihi. İstanbul:  İz yayıncılık, 2004, s. 55; Erdoğan M. İslam 



Hukukunda Ahkamın Değişmesi. İstanbul: İFAV, 1994, s. 140. 


 

Mübariz Məhəmmədəli oğlu Camalov 

40

sahibləri olan zimmilər isə torpaqsız və beləliklə  də  işsiz qalacaqlardı. Bu isə  gəlir 



bölgüsünün  ədalətsizliyinə  gətirib çıxarardı. Başqa bir məsələ  də  əhali və  ərazi 

baxımından qat-qat böyüyən dövlətin gəlirlərinin yetərsiz qalması idi. Buna görə də 

həzrət Ömər fəth edilən torpaqları əsgərlər arasında bölüşdürməmiş, bunun əvəzində 

torpaqları daha əvvəl mövcud olmayan xərac vergisi qarşılığında  əvvəlki sahibləri 

olan zimmilərə vermiş, mülkiyyətini dövlətə, buradan gələn gəlirlərin bir qismini 

yenə dovlətə, bir qismini də maaş olaraq əsgərlərə  təyin etmişdir

7

. Bundan başqa 



müəlləfei-quluba verilən ödənişlərin dayandırılması, təravih namazının camaatla 

qılınması,  əhli-kitab olan qadınlarla evliliyin qadağan edilməsi, dövlət idarəsində 

yeni qurumların və icra orqanlarının yaradılması kimi misalları çoxaltmaq 

mümkündür

8



İslam fiqh tarixinin inkişaf mərhələlərindən biri də fiqh məzhəblərinin meydana 



gəldiyi hicri I və II əsrlərdir. Bu dövrdə  İslam dünyasının müxtəlif bölgələrində 

meydana çıxan fiqh məzhəbləri həmin bölgələrin adət-ənənə  və  şərtlərinə uyğun 

olaraq formalaşmışdır. Belə ki, nübüvvət dövründə Sünnənin üzərinə düşən dəyişən 

şərtlərə yeni və şərtlərə uyğun hökmlər gətirmə vəzifəsi bu dövrdə fiqhi məzhəblərin 

öhdəsinə düşmüşdür. Fiqh külliyatlarının təşəkkülündə bütün bunların böyük təsiri 

olmuşdur.  Şübhəsiz müxtəlif millətlərə  və dinlərə aid olan bu adətlərdən bir qismi 

qəbul, bir qismi rədd edilmiş  və bir qismi də islami dəyərlərlə uyğunlaşdırılaraq 

İslam mədəniyyətinə daxil edilmişdir

9

.  


İslam hüquq tarixinin erkən dövrlərindən etibarən müəyyən mövzulara həsr 

olunmuş kitablar qələmə alınsa da, günümüzdə anlaşılan formada bir qanunlaşdırma 

fəaliyyəti Abbasilər dövlətinin əsl qurucusu hesab olunan xəlifə Əbu Cəfər əl-Mənsur 

dövrünə rastlayır.  Əməvilərdən sonra hakimiyyətə  gələn Abbasilərin  İslam 

cəmiyyətində yenidən ədaləti bərqərar etmə iddiası, xüsusilə, hüquq sahəsində özünü 

göstərmişdir. Xəlifə Mənsurun xilafətin mərkəzini İraqa çəkməsi və dövlətin yenidən 

formalaşması zərurəti hüquq sahəsində yeniliklərə təkan vermişdir. Bu əsnada Sasani 

                                                 

7

 Erten H. Hz. Ömer Döneminde Toplumsal Değişim // Necmeddin Erbakan Üniversitesi 



İlahiyat Fakültesi Dergisi. 1996, №6, s. 301-302; Aydın M. İlk Dönem İslam Toplumunun 

Şekillenişi. İstanbul: Pınar Yayınları 1991, s. 141-143. 

8

 Karaman H. İslam Hukuk Tarihi. İstanbul:  İz yayıncılık, 2004, s. 55; Erdoğan M. İslam 



Hukukunda Ahkamın Değişmesi. İstanbul: İFAV, 1994, s. 108; al-Qudsy Sh., Rahman A. 

Effective Governance in the Era of Caliphate `Umar Ibn Al-Khattab (634-644) // European 

Journal of Social Sciences. 2011, Volume 18, Number 4, p.612-624. 

9

 Karaman H. İslam Hukuk Tarihi. İstanbul: İz yayıncılık, 2004, s. 158. Bardakoğlu A. Tebliğ 



Müzakeresi // İslam Gelenek ve Yenileşme Sempozyumu. İstanbul: 1996, s. 42-43. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə