Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
491
olunur.
YAŞAMA YERİ – növün fərdlərini yerləşib nəsil verə bildiyi yer.
İnsan üçün Y.y. müxtəlif yaşayış məskənlərində (kənd, qəsəbə, şəhər və
s.) mənzil-məişət nəzərdə tutulur.
YAŞAMA YERİNİN QORUNMASI – canlı orqanizmin yaşadığı
yeri olduğu kimi saxlamaq üzrə görülən xüsusi tədbirlər.
YAŞAYIŞ (HƏYAT) UĞRUNDA MÜBARİZƏ – Darvin Y.u.m.-
ni 3 tipə ayırır: 1) növdaxili mübirzə: 2) növarası mübarizə: 3) canlılarla
cansız təbiət amilləri arasındakı mübarizə: Növdaxili mübarizə eyni
növə mənsub fərdlərin bir-biri ilə qida, yer və s. amillər uğrunda
apardıqları mübarizədir. Təbii nemətlərdən daha fəallıqla istifadə edən,
özünü düşməndən daha yaxşı qoruyan fərdlərin qalıb yaşaması və
nəsilvermə ehtimalı da artıq olur. Fərdlər arasında gedən bu rəqabətdə
nisbətən zəiflik göstərən fərdlər ac qalır, get-gedə sıxışdırılır və lazımi
dərəcədə nəsil vermə imkanı qazana bilmir. Növarası mübarizə müxtəlif
növlərə aid fərdlər arasında gedən mübarizədir. Otyeyən heyvanlar
bitkilərlə, yırtıcı heyvanlar otyeyən heyvanlarla, xırda yırtıcılarla, yırtıcı
quşlar dənyeyən quşlarla və s. ilə qidalanır. Növarası mübarizədə bir
növ həyat tərzi ona yaxın olan digər növü sıxışdıra bilir.
Canlılarla cansız təbiət amilləri arasındakı mübarizə abiotik amillərin
orqanizmə təciri ilə əlaqədar meydana çıxır. Məs. səhraya düşmüş
toxum quraqlığa davam gətirirsə yaşayır, davam gətirmirsə məhv olur.
H.u.m-nin bütün formaları bir tərəfdən bəzi növlərin sıradan çıxmasına,
digər tərəfdən isə növlərin saflaşmasına, zəiflərdən, xəstələrdən
təmizlənməsinə və canlı təbiətdə ümumi ahəngdarlıq yaranmasına səbəb
olur.
YAŞIL GÜBRƏ – kaliumla zəngin
olan bitki kütləsinin xüsusi
olaraq yetişdirilməsi və torpağa basdırılması. Bu məqsədlə əsasən
havadakı azotu kimyəvi birləşmələrə çevirmək qabiliyyətinə malik olan
paxlalı bitkilərdən istifadə olunur.
YAŞIL PATRUL (KEŞİKÇİ) – məktəbli, tələbə, fəhlə gənclərin
ictimai təbiəti mühafizə işində iştirakı. Məktəbdə, gənc texnik
stansiyalarında, məktəb meşəçiliklərində, ali məktəblərdə və digər tədris
məktəblərində, təbiəti mühafizə cəmiyyətinin ilk təşkilatlarında təşkil
olunur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
492
YAŞIL SİYAHI – populyasiyanın sayı optimum səviyyəyə qədər
bərpa olunduğu üçün Qırmızı kitabdan çıxarılan bitki və heyvan
növlərinin siyahısı.
YAŞIL ZONA – Şəhər və yaşayış məntəqələri ətrafında olan təbii və
süni meşələr, meşə-parklar. Yaşayış məntəqələri ətrafında havanı
sağlamlaşdırır, küləkdən, tozdan, tüstüdən, qazdan mühafizə edir, bəzi
əlverişsiz təbii iqlim amillərini mülayimləşdirir və əhalinin istirahət yeri
hesab olunur. Azərbaycan Nazirlər Sovetinin qərarı ilə (28 yanvar 1983-
cü il, 4 №-li qərar) respublikamızın dağlıq rayonlarında şəhərlərin, digər
yaşayış məntəqələrinin və sənaye müəssisələrinin ətrafında 38,6 min
hektar (o cümlədən meşə-park hissəsi 8,3 min ha, meşə-təsərrüfatı
hissəsi 30,3 min ha), düzən rayonlarda isə 8,5 min ha hektar (o
cümlədən meşə-park hissəsi 6,9 min ha, meşə-təssərüfatı hissəsi 1,6 min
ha) təbii və süni meşələr, meşə-parklar yaşıl zona kimi ayrılmışdır.
«YAŞILLAR» – siyasi partiya və ictimai hərəkat olub məqsədi
planetdə ekoloji situasiyanı yaxşılaşdırmaqdır. Qərbi Avropa (Avstriya,
Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, İspaniya, Portuqaliya
və s. ölkələr), ABŞ, Yaponiyada mövcuddur. Müxtəlif ölkələrin «Y»-in
birləşdirən Beynəlxalq təşkilat – «QRİNPİS» (1971-ci ildə təşkil
olunub) daha böyük nüfuza malikdir. «Y»-ın platforması ətraf mühitin
çirklənməsini azaltmaq tələbi, təkrar resurslardan və enerjinin qeyri
ənənəvi mənbələrindən geniş istifadə etməkdir. «Y» istehlak
yanaşmasının əleyhinə çıxış edir, ekoloji təhsil problemlərilə məşğul
olur.
YAŞILLAŞDIRMA, YAŞAYIŞ YERLƏRİNİN
YAŞILLAŞDIRILMASI – 1) yaşayış məntəqələrində yaşıllıqların
salınması və ondan istifadə edilməsi üçün görülən kompleks işlər; 2)
yaşayış məntəqələrinin yaşıl əkin sistemi. Yaşıl əkinlər küləyin sürətini
aşağı salmaq, havadakı toz və b. zərərli qarışıqları təmizləmək,səs-küyü
azaltmaqla mikroiqlimi, sanitar-gigiyena şəraitini və yaşayış
məntəqələrinin təbii mənzərəsini yaxşılaşdırır. Azərbaycan
Respublikasının iri şəhərlərində, sənaye mərkəzlərində, kurort
zonalarında park, bulvar, xiyaban, bağ və geniş yaşıl massivləri
salınmışdır. 1920-ci ildə Bakıda cəmi 20 ha (adambaşına 0,2 ha yaşıllıq
sahəsi olduğu halda, 1979-cu il yanvarın 1-ə olan məlumata görə 8000
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
493
ha-dan (adambaşına 19,3 m
2
) çoxdur. Abşeronda (Bakı ilə birlikdə)
ümumi sahəsi 10000 ha-dan çox olan 36 meşə-park zonası, zoopark, 68
bağ, 14 bulvar, 167 bağça var (noyabr. 1980).
Müxtəlif dövrlərdə Bakı şəhərinin
yaşıllaşdırılması:
İllər
Keçən dövr
Salınmış yaşıl
sahələr (ha)
Adam başına
(il)
illər üzrə orta
hesabla
1 ildə
düşən (m
2
)
1880-1920 40
20,2 0,5
0,6
1921-1940 20 241,0 12,5
3,43
1941-1945 5
0,0 0,0
3,07
1946-1970 24
2719 113,0
6,5
1971-1975 4,5
2520 560,0
17,2
1976-1980 5,0
4100 820,0
20,0
YAŞILLAŞDIRMA QURUCULUĞU – şəhər, qəsəbə, sənaye
obyektlərində yaşıllıqların salınması, qorunması üzrə planlı tədbirlər
sistemi. Müasir Y.q. biologiya, aqronomiya, meşəçilik, ekologiya, tibb
və arxitekturanın nailiyyətlərinə əsaslanaraq xalq təsərrüfatının mühüm
sahəsi hesab olunur.
YAY YUXUSU – orqanizmin yayda qızmar istidən qorunması üçün
olan uyğunlaşmalarından biri kimi passiv həyata keçməsi.
YAYLA – Dəniz səthindən 500 m-dən hündürdə yerləşən, səthi
hamar və ya azacıq parçalanmış düzənliklər. Bəzən Y-da ayrı-ayrı
dağlar və dağ silsilələri yerləşir ki, belə Y. dağlıq Y. adlanır. Məs: Tibet.
YAYLAQLAR – mal-qaranın yay zamanı otarıldığı ərazi, yer.
Maldarlıq meydana gəldikdən sonra Y-dan geniş istifadə olunur.
Azərbaycanda Y-ın əksəriyyəti dəniz səviyyəsindən 3000 m-ə qədər
yüksəklikdədir. Böyük və Kiçik Qafqaz dağlarındakı alp və subalp
çəmənlikləri qoyunçuluğun qədim Y-ı sayılır. Azərbaycanda təqribən 6
minlik tarixi olan Y-dan indi də geniş istifadə olunur.
YAZLIQ BİTKİLƏR – yazda səpilmiş və payız bitkilərindən fərqli