Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

73 
 
xarici  istiqrazlara  bölünür.  Dövlət  istiqrazlarına  ilk  növbədə  mərkəzi  hökumətin  və 
bələdiyyələrin öhdəlikləri aid edilir. Dövlət istiqrazlarının adlı və təqdimedənə, faizli və 
faizsiz, sərbəst dövr edən və dövriyyəsi məhdud olan növləri olur. Borc öhdəlikli dövlət 
qiymətli  kağızları  dövlət  büdcəsi  kəsirinin  maliyyələşdirilməsi  və  xəzinənin  normal 
kassa  icrasının  təmin  edilməsi,  makroiqtisadi  tənzimləmənin  həyata  keçirilməsi, 
müxtəlif  istiqamətdə  prioritet  dövlət  proqramının  maliyyələşdirilməsində  mühüm 
ə
həmiyyət  kəsb  edir.  stənilən  halda  hökumət  tərəfindən  buraxılan  istiqrazların  xeyli 
hissəsi  üzrə  siyasi  və  iqtisadi  amillər  səbəblərindən  yüksək  faiz  dərəcəsi  tətbiq  edilir. 
Dövlət  istiqrazları  adətən    ən  təhlükəsiz  kapital  kimi  nəzərdən  keçirilir  və  nəticədə 
ş
irkətlər qiymətli kağızlar bazarında dövlətlə rəqabətdə çətinlik çəkirlər. Azərbaycanda 
dövlət  qiymətli  kağızlar  bazarında  ən  çox  istifadə  olunan  qiymətli  kağızlar  dövlət 
qısamüddətli istiqrazları və Milli Bankın qısamüddətli notlarıdır. 
1996-cı  ildən  başlayaraq  Azərbaycan  Respublikasında  dövlət  büdcəsi  kəsirinin 
örtülməsi  məqsədilə  dövlət  daxili  borc  öhdəliklərinin  buraxılışına  başlanmışdır.17 
sentyabr  1996-cı  ildə  dövlət  qisamüddətli  öhdəliklərin  buraxılması  haqqında 
Azərbaycan  Respublikası  Nazirlər  kabinetinin  qərarı  qəbul  edildi.  Bu  sənədə  əsasən 
dövlət qısamüddətli öhdəliklərinin emitenti kimi Azərbaycan Respublikasının Maliyyə 
Nazirliyi  müəyyən  edilmişdir.  2000-ci  ilə  qədər  dövlət  qısamüddətli  öhdəliklərinin 
yerləşdirilməsi BBVB-də keçirilirdi. Bu tarixdən sonra isə hərraclar BFB keçirilir. 
Dövlət  qiymətli  kağızları  içərisində  Milli  Bankın  qısamüddətli  notları  xüsusilə 
qeyd etmək istərdim. Bu qiymətli kağız ən çox yayılmış qiymətli kağızlardandır. Milli 
Bankın qısamüddətli notları Milli Bank tərəfindən bir ilədək müddətinə buraxılan adlı 
sənədsiz dövlət güzəştli qiymətli kağızlarıdır. Qısamüddətli notlar dövriyyədə olan pul 
kütləsinin  tənzimlənməsi  üçün  nəzərdə  tutulmuş  pul-kredit  siyasəti  vasitəsidir. 
Qısamüddətli  notların  sahibləri  yalnız  Milli  Bankın  lisenziyası  əsasında  fəaliyyət 
göstərən  banklar  ola  bilər.  Azərbaycanda  Milli  Bankın  qısamüddətli  notların  ilk 
buraxılışı 14 sentyabr 2004-cü il tarixində keçirilmişdir. Banklar tərəfindən bu qiymətli 
kağızlara marağın böyük olması sayəsində dövriyyədə olan qısamüddətli notların həcmi 
artmışdır. Sonda qeyd etmək istərdim ki, Azərbaycanda özəl qiymətli kağızların dövlət 


74 
 
qiymətli  kağızlara  nisbətən  zəif  inkişafı  dovlət  qiymətli  kağızlarının  əhəmiyyətini 
artırır.  Bu  gün  dövlət  qiymətli  kağızlarının  buraxılması  əsasasən  iki  məqsədə  xidmət 
edir: 
1) 
Dölət büdcəsinin kəsirinin maliyələşdirilməsi;  
2) 
Bazarda dövriyyənin təmin edilməsi;  
    
Azərbaycanda  qiymətli  kağızlar  bazarının  yaranması  20-ci  əsrin  əvvəllərinə 
təsadüf edir. Ölkəmizdə ilk səhmlər 1913-cü ildə Bakı Tacir Bankının nizamnaməsinin 
təsdiq  edilməsi  ilə  buraxılmışdır.  Bu  bankın  əsas  səhmdarları  Azərbaycanın  tanınmış 
sahibkarları-şuranın  sədri  H.Z.Tağıyev,  üzvləri  M.Ş.Əsədullayev,  M.Nağıyev, 
M.Muxtarov  və  başqaları  olmuşlar.  20-ci  əsrin  ilk  iki  onilliyində  Bakıda  bir  sıra 
səhmdar cəmiyyətləri fəaliyyət göstərmişdir. Bu cəmiyyətlərin əksəriyyəti neft istehsalı, 
emalı  və  ticarəti  ilə  məşğul  olurdu.  Onlardan  "Neft  məhsulları  səhmdar  cəmiyyəti", 
"Bül-Bülə  neft və  ticarət  səhmdar  cəmiyyəti",  "Balaxanı-Zabrat  neft istehsalı  səhmdar 
cəmiyyəti" və digərlərini qeyd etmək olar. Yeni-Bakı neft emalı zavodunun, Bakı Tacir 
Bankının və başqa iri şirkətlərin səhmləri Moskvanın, Sankt-Peterburqun və Rusiyanın 
digər iri şəhərlərinin fond birjalarında satışa çıxarılırdı. 19-20-ci əslərdə Azərbaycanda 
iri  Russiya  banklarının  Bakı  filiaları  fəaliyyət  göstərirdi.  Bu  sırada  Sankt-Peterburq 
Dövlət Bankının (1874-1920), Sankt-Peterburq Beynəlxalq Komersiya Bankının (1868-
1920),  "Voljsk-Kams"  Komersiya  Bankının  (1870-1920),  Russiya  Xarici  Ticarət 
Komersiya Bankının (1871-1919),   "Russiya   Sənaye   ticarət"   Komersiya   Bankının   
(1890-1920),      "Şimal"  Kommersiya  Bankının        (1901-1910),  "Russiya  Asiya"  
Komersiya Bankının (1910-3920), "Azov-Don" Komersiya Bankının   (1877-1920) və d. 
filiallarını  göstərmək  olar.  Hələ  1900-cu  ilin  "Kaspi"  qəzetinin  səhifələrində  veksel 
islahatı  haqqındakı  məqalələrdə  bu  qiymətli  kağızın  o  zaman  geniş  istifadəsi  və 
labüdlüyünü  təsdiq  edən  maraqlı  məlumatlar  dərc  olunurdu.  Həmin  dövrdə  Bakı  Tacir 
Bankı və Bakıda fəaliyyət göstərən digər banklar tərəfindən veksellər və faiz kağızları 
buraxılmışdır. 
Veksellərdən 
ödəniş 
prosesində 
və 
borc 
münasibətlərinin 
formalaşmasında  geniş  istifadə  olunmuşdur.  Veksel  bazarı  Azərbaycan  Demokratik 
Respublikası  dövründə  də  inkişaf  etmiş,  lakin  Sovet  hakimiyyəti  dövründə 


75 
 
məhdudlaşdırılmışdır.  Sovet  Azərbaycanında  bütün  MDB  məkanında  olduğu  kimi 
dövriyyəda 
olan 
ə
sas 
qiymətli 
kağız 
uduşlu 
dovlət 
istiqrazları 
olmuşdur.Müstəqilliyimizin  ilk  dövrlərində,  1991-ci  ildə  təşkil  olunan  Bakı  Qiymətli 
Kağızlar Birjası Azərbaycan Respublikasının yeni yaranan  qiymətli  kağızlar bazarında 
ilk birja oldu.Qapalı  tipli  səhmdar, cəmiyyəti olan Bakı Banklararası Valyuta Birjası 
21  iyun  1993-cü  ildə  Azərbaycan  Respublikasının  5    ən  iri  bankı  tərəfindən  təsis 
edilmişdir.  Bu  banklar  Azərbaycan  Respublikası  Milli  Bankı,  Sənaye  investisiya 
Səhmdar  Kommersiya  Bankı,      Aqrar-Sənaye      Səhmdar-Kommersiya    Bankı,   
Azərbaycan   Respublikası Beynəlxalq   Bankı   və   Səhmdar-Kommersiya   Əmanət   
Banklarıdır.        "Dövlət  qısamüddətli        istiqrazların      buraxılması      haqqında"    
Azərbaycan      Respublikası  Nazirlər  Kabinetinin  qərarı  tətbiq  edildikdən  sonra  dövlət 
qiymətli kağızlar bazarı fəaliyyətə   başlamışdır.   Bildirmək   lazımdır   ki,   ölkəmizdə   
qiymətli   kağızlar bazarının mühüm hissəsini təşkil edən Qısamüddətli Dövlət  stiqraz 
Vərəqləri  (QD V)  bazarı  1996-cı  ilin  sentyabırından  fəaliyyətə  başlayıb  1997-98-ci 
illərdə QD V-in yerləşdirilməsi üzrə 13 hərrac keçirilib. Rəsmi məlumatlara görə, 1997-
ci  ildə    dövlət  qiymətli    kağızlar  bazarının    liberallaşması    tamamilə    başa    çatmış, 
hökümət  QD V-in  dövriyyəsi  haqqında  əsasnaməyə  dəyişiklik  etmişdir.  Həmin 
dəyişikliyə  görə  QD V  bazarında  qeyri-rezident təşkilatların  iştirakına icazə verilib. 
Eyni zamanda qiymətli kağızlar bazarının qanunvericilik bazası kimi çıxış edə biləcək 
"Qiymətli  kağızlar  haqqında"  və  "Səhmdar  cəmiyyətləri  haqqında"  qanunlar  qəbul 
olumuşdur.  Müstəqil  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  bazarının 
yaranması yeni iqtisadi tariximizdə ən önəmli hadisələr sırasındadır,çünki   bu    bazarın    
mövcudluğu    hər   ölkənin    iqtisadi   tərəqqi   amillərindən,Azərbaycanı      dünya      
iqtisadi            sisteminə            yaxınlaşdıran      vacib  maliyyə  infrastrukturlarından    biridir.  
Dünya təcrübəsindən  bəllidir ki, qiymətli kağızlar bazarı  bazar  iqtisadiyyatının  əsas 
təməlidir,  məhz  buna  görə də  ümummilli liderimiz   möhtərəm   Heydər   Əliyevin   
1998-ci      il      dekabrın      30-da      Azərbaycan  Respublikasının    Prezidenti  yanında  
Qiymətli    Kağızlar  üzrə    Dövlət  Komitəsinin  yaranması  haqqında  verdiyi    58  saylı 
Fərmanı dünya maliyyə təşkilatları, xarici sərmayədarlar və şirkətlər tərəfindən yüksək 
dəyərləndirilmişdir.  26  iyul  1999-cu  il  tarixində  «Azərbaycan  Respublikasının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə