Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   2   3   4   5   6   7   8   9   ...   53

8
 
Azərbaycanın xarici iqtisadi  siyasət strategiyasının  formalaşmasına təsiri,  ölkəmizin 
dünya  təsərrüfatına  inteqrasiyasının  tendensiyaları  və  zidiyyətləri  təhlil  edilmiş  və 
konkret təkliflər irəli sürülmüşdür; 
-
  Azərbaycanda  xarici  iqtisadi  siyasət  strategiyasının  formalaşdırılması 
mexanizmlərinin  hüquqi  təminatı  sahəsində  kompleks  təhlil  əsasında  onların 
təkmilləşdirilməsi  istiqamətləri  müəyyən  edilmiş  və  səmərəliliyinin  yüksəldilməsi 
yolları göstərilmişdir. 
Tədqiqatın  praktiki  əhəmiyyəti:  Azərbaycan  Respublikasının  xarici  iqtisadi 
siyasət  strategiyasının  formalaşdırılması  mexanizminin  hüquqi  təminat  sisteminin 
elmi  tədqiqindən  və  bu  tədqiqat  əsasında  xarici  iqtisadi  əlaqələrin  hüquqi 
tənzimlənməsi  mexanizmlərinin  təkmilləşdirilməsi  üçün  irəli  sürülən  təkliflərdən 
ibarətdir. 
Tədqiqatın  nəticələrinin  aprobasiyası:  Tədqiqat  işinin  nəticələri  Sumqayıt 
Dövlət  Universitetində  təşkil  olunan  “Magistrantların  XIV  Respublika  Elmi 
Konfranslarında” məruzə edilmişdir. Sumqayıt Dövlət Universitetinin və Azərbaycan 
Dövlət Prezident Yanında  darəçilik Akademiyasının nəşrlərində dərc edilmişdir. 
Tədqiqat işinin nəticələri üzrə 3 tezis dərc edilmişdir. 
 
şin həcmi və strukturu.
 Qarşıya qoyulan məqsəd və vəzifələrə uyğun olaraq 
formalaşdırılmışdır.  Dissertasiya  işi  156  kompyuter  səhifəsində  cəmlənmişdir  və 
giriş,  3  fəsil,  9  paraqraf,  nəticə  və  təkliflər,  150-yə  yaxın  mənbəyə  istinad  edən 
ə
dəbiyyat  siyahısından  ibarətdir  və  o  cümlədən,  cədvəllər  və  sxemlər  verilmişdir. 
Dissertasiya işinin strukturu aşağıdakı kimidir: 
Girişdə  seçilmiş  mövzunun  aktuallığı  əsaslandırılır,  problemin  öyrənilmə 
vəziyyəti,  tədqiqatın  məqsəd  və  vəzifələri  açıqlanır,  elmi  yeniliyi  şərh  edilir,  nəzəri 
və praktiki əhəmiyyəti göstərilir.  
Dissertasiyanın “Dövlətin xarici iqtisadi siyasətinin mahiyyəti və xarici iqtisadi 
siyasət  strategiyasının  formalaşdırılmasının  konseptual  əsasları”  adlanan  birinci 
fəslinin  birinci  paraqrafında,  dövlətin  xarici  iqtisadi  siyasətinin  mahiyyəti  və  onu 
formalaşdıran  amillər  tədqiq  edilmişdir.  Birinci  fəslin  ikinci  paraqrafında,  dövlətin 
xarici  iqtisadi  strategiyasının  mahiyyəti  və  formalaşması  istiqamətləri  açıqlanmış. 


9
 
Xarici  iqtisadi strategiya  formaları göstərilmiş  və  onların  reallaşdırılması prinsipləri 
tədqiq  edilmişdir.  Birnci  fəslin  üçüncü  paraqrafında,  dövlətin  xarici  iqtisadi 
strategiyası  ilə  bağlı  bir  çox  nəzəri  yanaşmalara  açıqlıq  gətirilmişdir.  A.  Smit,  D. 
Rikardo,  John  Maynard  Keyns,  Nicholas  Kaldor,  Eli  Filip  Heckscher,  Bertil  Ohlin, 
Leontyev  Vasili  Vasilyeviç,  Michael  Everett  Perter,  Rybczynski,  Paul  Anthony 
Samuelson, Volfgang Stopler və başqa iqtisadçı alimlərin  nəzəri yanaşmalarına geniş 
yer verilmişdir.  
Dissertasiyanın  “Azərbaycan  Respublikasının  xarici  iqtisadi  siyasət 
strategiyasının  formalaşmasına  təsir  göstərən  faktorlar  və  dünya  təsərrüfatına 
inteqrasiyanın  tendensiyaları”  adlanan  ikinci  fəslinin  birinci  paraqrafında, 
Azərbaycanın  xarici  iqtisadi  siyasət  strategiyasının  formalaşmasında  mövcud  xarici 
iqtisadi  əlaqələrin  rolundan  bəhs  olunur.  Azərbaycanın  hal-hazırda  mövcud  olan  və 
perspektivdə qurulması planlaşdırılan xarici iqtisadi əlaqələrinin vəziyyəti geniş şərh 
edilir.  kinci fəslin ikinci paraqrafında, Azərbaycanın yerləşdiyi məkanda inteqrasiya 
proseslərinin  müasir  vəziyyəti  və  Azərbaycanın  xarici  iqtisadi  siyasətinin 
formalaşmasına  təsir  göstərən  faktorlar  tədqiq  edilmişdir.  Azərbaycanın  inteqrasiya 
etdiyi  beynəlxalq  iqtisadi  təşkilatlarla  əlaqələrindən,  hərtərəfli  iqtisadi  və  sosial 
inkişafın  təmin  olunması  üçün beynəlxalq  maliyyə  institutları,  iqtisadi təşkilatlar və 
regional  birliklərlə  əməkdaşlıqların  genişləndirilməsi  istiqamətlərindən  bəhs  olunur. 
qtisadi  inteqrasiya  strategiyası  müəyyənləşdirilərkən  dünyada  gedən  iqtisadi 
proseslərin  inkişaf  təmayüllərinin  müasir  xüsusiyyətləri  diqqətlə  öyrənilib  nəzərdən 
keçirilmişdir.  kinci  fəslin  üçüncü  paraqrafında,  Azərbaycanın  dünya  təsərrüfatına 
inteqrasiyasının  tendensiyaları  və  ziddiyyətləri  tədqiq  edilir.  Müxtəlif  beynəlxalq 
iqtisadi  təşkilatlarla  əməkdaşlıqların  neqativ  aspektlərindən,  ölkə  iqtisadiyyatının 
inkişafını  ləngidən  bir  sıra  tələblərin  qoyulmasından,  Azərbaycanın  yerləşdiyi 
geosiyasi məkanda gedən proseslərdən bəhs edilir. 
Dissertasiyanın  “Azərbaycan  Respublikasının  xarici  iqtisadi  siyasət 
strategiyasının 
formalaşması 
mexanizminin 
hüquqi 
təminatı 
və 
onun 
təkmilləşdirilməsi  istiqamətləri”  adlanan  üçüncü  fəslinin  birinci  paraqrafında, 
Azərbaycan  Respublikasının  dünya  təsərrüfatına  inteqrasiyasının  institusional-


10
 
təşkilati mexanizmlərinin formalaşdırılması tədqiq edilmişdir. Ölkənin xarici iqtisadi 
siyasətini  tənzimləyən  dövlət  və  beynəlxalq  təşkilati-idarəetmə  strukturlarının 
(mərkəzi hakimiyyət orqanları, müvafiq nazirliklər, yerli hakimiyyət orqanları, qeyri-
hökumət  təşkilatları,  xarici  iqtisadi  ticarət  strukturları,  Azərbaycan  Respublikası 
ə
razisindəki  beynəlxalq  təşkilatların  nümayəndəlikləri,  konsorsiumlar,  birgə 
müəssisələr,  marketinq,  sığorta  və  nəqliyyat  şirkətləri,  TMŞ)  fəaliyyəti 
araşdırılmışdır. Üçüncü fəslin ikinci paraqrafında, Azərbaycan Respublikasının xarici 
iqtisadi siyasət strategiyasının formalaşdırılmasının hüquqi təminatından bəhs olunur. 
Xarici  iqtisadi  əlaqələrin  dövlət  tənzimlənməsi  sisteminin  normativ-hüquqi  bazası, 
Azərbacan  Respublikasının  iştirakçısı  olduğu  dövlətlərarası  sazişlər,  beynəlxalq 
müqavilə  və  konvensiyalar  tədqiq  edilir.  Üçüncü  fəslin  üçüncü  paraqrafında, 
Azərbaycan 
Respublikasının 
xarici 
iqtisadi 
siyasət 
strategiyasının 
formalaşdırılmasının hüquqi  təminatının  təkmilləşdirilməsi  istiqamətləri  araşdırılmış 
və bu istiqamətdə müəyyən təkliflər irəli sürülmüşdür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə