Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

31 
 
 
 
hüquqi  və  fiziki  şəxslərin  qiymətli  kağızlar  bazarında  iştirakı  Qaydaları 
(09.02.2000),  Azərbaycan  Respublikasının  Dövlət  və  bələdiyyə  qiymətli 
kağızlarının  buraxılması,  yerləşdirilməsi  və  tədavülü  haqqında  Qaydalar 
(09.02.2000),  Azərbaycan  Respublikasının  qiymətli  kağızlar  bazarında  reklam 
haqqında  Qaydaları  (10.05.  2000),  Xarici  emitentlərin  qiymətli  kağızlarının 
Azərbaycan  Respublikasında  tədavülə  buraxılması  Qaydaları  (06.09.2000), 
Azərbaycan  Respublikasının  qiymətli  kağızlar  bazarında  qanun  pozuntularının 
aradan  qaldırılması  və  investorların  hüquqlarının  müdafiəsi  üzrə  nəzarətin  həyata 
keçirilməsi  Qaydaları  (22.11.2000),  Azərbaycan  Respublikasında  fyuçerslərin 
tədavülü  Qaydaları  (08.01.    2000),Qiymətli  kağızlarla  alqı-satqı  əqdlərinin 
bağlanma qaydaları haqqınd Əsasnamə  (26.07.2002),Qiymətli kağızlar bazarında 
diler  fəaliyyətinin  həyata  keçirilməsi  Qaydaları  (12.08.2003),Qiymətli  kağızlar 
bazarında  broker  və  diler  tərəfindən  daxili  uçotun  aparılması  Qaydaları 
(25.05.2004),Qiymətli kağızlar bazarında xidməti məlumatın saxlanması,istifadəsi 
və  təqdim  edilməsi  Qaydaları  (05.10.2004),Qiymətli  kağızlar  bazarında 
qiymətlərlə 
manipulyasiyaların 
qarşısının 
alınması 
Qaydaları 
(08.12.2004),Qiymətli  kağızlar  bazarında  qiymətli  kağızların  idarə  olunması  üzrə 
peşəkar  fəaliyyətinin  həyata  keçirilməsi  Qaydaları(25.03.2005)  misal  göstərmək 
olar. 
     
Mülki  Məcəlləyə  görə  qiymətli  kağızlar  bazarının  dövlət  tənzimlənməsi 
aşağıdakılardan (Maddə 1078-40) ibarətdir:     
 
qiymətli  kağızlar  bazarının  tənzimlənməsi  üzrə  normativ  hüquqi  aktların 
qəbul edilməsi və onlara riayət olunmasına nəzarətin həyata keçirilməsi, bazarının 
iştirakçılarına  tələblərin  və  onların  fəaliyyəti  qaydalarının  müəyyən  edilməsi, 
qiymətli kağızlar buraxılışlarının dövlət qeydiyyatının aparılması, qiymətli kağızlar 
bazarında  peşəkar  fəaliyyətin  həyata  keçirilməsi  üçün  xüsusi  razılığın 
(lisenziyanın) verilməsindən; 


32 
 
 
 
 
qiymətli  kağızlar  bazarında  investorların  və  qiymətli  kağızlar  sahiblərinin 
hüquqlarının müdafiəsi, qiymətli kağızlar bazarı iştirakçılarının fəaliyyətinə dövlət 
nəzarətinin  həyata  keçirilməsi,  bazarda  qanunvericiliyi  pozan  şəxslərin 
məsuliyyətə cəlb edilməsi üzrə müvafiq tədbirlərin görülməsindən; 
 
qiymətli kağızlar bazarının iştirakçılarının peşə səviyyəsinin artırılması üzrə 
müvafiq tədbirlərin görülməsi, bazarın inkişafı istiqamətlərinin müəyyən edilməsi, 
qiymətli kağızlar bazarında sağlam rəqabət mühitinin yaradılmasından; 
 
qiymətli kağızlarla əqdlərin bağlanmasına dair tələblərin müəyyən edilməsi,  
hüquqi və fiziki şəxslərin borc öhdəliklərinin qiymətli kağızlarla rəsmiləşdirilməsi 
və 
ödənilməsi 
qaydalarının 
müəyyənləşdirilməsi, 
qiymətli 
kağızlarla 
rəsmiləşdirilmiş 
borc 
öhdəlikləri 
bazarının 
tənzimlənməsinin 
həyata 
keçirilməsindən; 
 
Azərbaycan  Respublikasının  qiymətli  kağızlar  bazarının  dünya  maliyyə 
bazarına  inteqrasiyası  üzrə  tədbirlərin  hazırlanmasında  və  müvafiq  icra 
hakimiyyəti  orqanına  təsdiq  edilmək  üçün  təqdim  edilməsi,  müvafiq  tədbirlərin 
həyata  keçirilməsi,  aktivlərin  öhdəliklərlə  yüklənməsi  və  onlarla  rəsmiləşdirilən 
daşınmaz əmlakın ipotekasının qeydiyyatının və uçotunun aparılmasından; 
 
qiymətli  kağızlarla  bağlı  müvafiq  dövlət  reyestrlərinin  (qiymətli  kağızların 
buraxılışının dövlət reyestri, veksel və çeklərin dövlət reyestri, qiymətli kağızlarla 
girovun  rəsmi  reyestri,  qiymətli  kağızlarla  rəsmiləşdirilən  əmlakın  ipotekasının 
dövlət  reyestri  və  s.)    aparılması,    bazarda  sığortalanmalı  olan  risklərin  sığorta 
standartlarının  müəyyən  edilməsi,  qiymətli  kağızlar  bazarında  məlumatların 
açıqlanması üzrə qaydaların müəyyən edilməsi və sisteminin təşkilindən; 
 
qiymətli  kağızların  (sertifikatların)  blanklarının  çap  edilməsi  və  onların 
ölkəyə  gətirilməsi  və  aparılması  üzrə  fəaliyyətin  tənzimlənməsi,  bazarın 
iştirakçılarına  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  icrası  məcburi  olan 
göstərişlərin  verilməsi,  bazarın    inkişafı  məqsədi  ilə  istifadə  edilən  fondların 
qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılması və tənzimlənməsindən; 


33 
 
 
 
 
 bazarda  qiymətlərlə  manipulyalara  yol  verilməməsi  üzrə  tədbirlərin 
görülməsindən. 
    
Ə
sas  olaraq  onun  göstərmək  olar  ki,dünya  təcrübəsində  qiymətli  kağızlar 
bazarının dövlət tənzimlənməsi müxtəlif modellərdən asılı olaraq müxtəlif orqanlar 
tərəfindən  həyata  keçirilir.  Məsələn, 
ngilis  modelində  bazarın  dövlət 
tənzimlənməsi  Mərkəzi  Bank  vasitəsilə  yalnız  dövlət  qiymətli  kağızlar  bazarının 
tənzimindən  ibarətdir.  Alman  modelində  isə  fond  bazarının  dövlət 
tənzimlənməsində  mühüm  rol  Mərkəzi  Banka  (Bundsebank),  Qiymətli  Kağızlar 
üzrə  Federal  Komissiyaya  və  ayrı-ayrıtorpaqların  xüsusi  orqanlarına  məxsusdur. 
ABŞ-da dövlət tənzimlənməsi Qiymətli Kağızlar üzrə Komissiya tərəfindən həyata 
keçirilir.     
    Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  bazarının  dövlət təmzimlənməsi 
üzrə əsas orqanlar QKDK, Milli Bank və Maliyyə Nazrliyi hesab olunurlar. Milli 
Bank kommersiya banklarına qiymətli kağızlar bazarında fəaliyyət hüququ verir və 
bu  fəaliyyətə  nəzarət  edir,  həmçinin  dövlət  qiymətli  kağızlarının  yerləşdirilməsi 
üzrə  baş  agent  kimi  çıxış  edir.Lakin  onların  buraxılışına  və  vaxtında  geri 
alınmasına görə məsuliyyət Maliyyə Nazirliyinin üzərinə düşür. 
    Dövlət  tənzimlənməsini  həyata  keçirən  əsas  orqan  QKDK-dır.  Bu  orqan 
respublika  prezidentinin  26  iyul  1999  il  tarixli  fərmanı  əsasında  yaradılmışdır. 
Fərmanda  deyildiyi  kimi,  QKDK  qiymətli  kağızlarla  fəaliyyət  sahəsində,  o 
cümlədən  fond  bazarında,  digər  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanları  ilə 
münasibətdə üstün səlahiyyətlərə malikdir və bu sahədə onların fəaliyyəti üzərində 
nəzarəti həyata keçirir. QKDK haqqında əsasnamədə deyilir ki, komitə Azərbaycan 
Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanları,  Azərbaycan  Respublikasının 
Milli  Bankı  və  digər  kredit  təşkilatları,  yerli  özünüidarəetmə  orqanları,  qiymətli 
kağızlar  bazarında  fəaliyyət  göstərən  hüquqi  və  fiziki  şəxslərlə  qarşılıqlı  əlaqədə 
fəaliyyət  göstərir.  Komitə  hüquqi  şəxsdir,  müstəqil  balansa,  xərclər  smetasına, 
operativ  idarəçilik  hüququ  ilə  dövlət  mülkiyyətinə,  bank  idarələrində  hesablaşma 
hesablarına,  Azərbaycan  Respublikasının  Dövlət  gerbinin  təsviri  və  öz  adı  həkk 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə