Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə11/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   7   8   9   10   11   12   13   14   ...   113

 36 
gəlmək mümkündür. Onların nəzərincə bütlər  əcdadlarının hey-
kəllərində yerləşmişlər.  
 
1-3. Cadu 
İbtidai dinlərdə mövcud olan cadu anlamı ilə bizim təsəvvür 
etdiyimiz cadu anlamı arasında fərq çoxdur. Həmin dinlərdə cadu 
təbii qüvvələrdən kömək və yardım üçün həyata keçirilən xüsusi mə-
rasim mənasını daşıyırdı. Belə  mərasimlərin həyata keçirilməsində 
cadugərlər fəaliyyət göstərir və  mərasimin keçirilməsini öz üzərinə 
götürürdülər. İbtidai icmalarda elm və savad məsələsinin məna kəsb 
etməməsi üçün bu şəxslərin də digərlərindən heç bir fərqi yox idi və 
yalnız bu şəxslərdə olan qeyri-adi qüvvəyə hamının inanması onları 
digər insanlardan fərqləndirirdi.  
Cadugərlər xəstələri müalicə etmək üçün də öz qüvvələrindən is-
tifadə edirdilər. Belə cadugərləri çox vaxt şaman adlandırırdılar. 
Cadugərlər özlərini çətin və dözülməz şəraitlərdə saxlamaqla özlərinə 
əzab verirdilər, çox vaxt bədənlərində xüsusi nişanələr  əmələ 
gətirirdilər və bəzən də, özlərini axtalayırdılar.  
 
1-4. Qurban kəsmək. 
Dünyanın hər bir yerində yaşayan xalqlar arasında Tanrı  və 
yaxdu Tanrıların qəzəbini söndürmək üçün “Qurban etmək” mərasi-
mi mövcuddur. Həmin qurbanlar meyvə, tərəvəz və məhsul hədiyyə 
etməkdən, heyvanların, uşaqların və böyüklərin başlarının kəsilmə-
sindən, uşaqların oda atılmasından və bunlara bənzər digər işlərdən 
ibarətdir. Onlar çox vaxtlar öz ölkələrinin  əhalisinin azalmamasına 
görə digər ölkələrə hücum edirdilər. Bəzi xalqlar arasında bütlərə 
hörmət əlaməti olaraq öz namus və iffətini qurban vermək (Hieroduo-
leia) kimi mərasimlər də mövcud idi. Hətta hal-hazırda da Hindistan 
qadınları Vişnu məbədində saçlarını tam kəsdirməklə öz gözəlliklə-
rini həmin bütə qurban verirlər.  


 
37
Torpağa şərab tökmək (Libation) həmişə şərab içənlərin adətlə-
rindən biri olmuşdur və Tövratdada (Xuruc 29:41 və....) bu məsələyə 
işarə edilmişdir.  
Sonralar insanların qurban edilməsi adəti aradan götürüldü və 
yalnız heyvanların qurban kimi kəsilməsi adəti qaldı. Amma, yaxın 
zamanlara qədər bəzi yerlərdə insanların qurban edilməsi adəti hələ 
də qalmışdı. Artıq heç bir ölkənin qanunları belə vəhşiliklərin həyata 
keçirilməsinə icazə vermir. Bəzən kütləvi informasiya vasitələrində 
Hindistanın bəzi kəndlərində və digər yerlərdə bir bütpərəstin polisin 
gözündən yayınaraq öz övladını büt üçün qurban kəsməsi, yaxud kəs-
mək istərkən başqalarının bu işə əngəl törətməsi xəbərləri gözə çar-
pır. Qeyd etmək lazımdır ki, hal-hazırda belə cinayət törədən şəxslər 
ağır cəzalandırılırlar. 
Ola bilsin İbrahim Xəlilullah (ə) Allah tərəfindən övladını qur-
ban etmək üçün sınaq xarakteri daşıyan bu əmri insanların öz Tanrı-
larına olan eşq və məhəbbətlərini nümayiş etdirmək üçün olmuşdur. 
Dinlər haqqında elmi nöqteyi nəzərindən övladların qurban ve-
rilməsini iki şey əvəz etmişdir: Birincisi uşaqların sünnət edilməsi və 
ikincisi isə heyvanların qurban kəsilməsi. Başlanğıcı İbrahimdən (ə) 
başlayan dinlərdə olan bu iki adət birbaşa olaraq Həzrət İbrahimə (ə) 
aid edilir.  
 
1-5. Totemlər 
İbtidai dinlərdə hər bir qəbilənin Totemi həmin qəbiləni qoruyan 
nişan və yaxud əlamət mənasını daşıyırdı. Bu əlamət heyvan, bitgi və 
daş növü də ola bilər. Bir çox xalqların arasında böyük hörmət və eh-
tirama layiq heyvan növləri mövcuddur və bir çox hallarda həmin hey-
vanların təsvirləri ölkələrin bayraqları üzərində öz əksini tapmışdır.  
Müxtəlif xalqların tarixinə müraciət etdikcə Afrikada şirə, Hin-
distanda pələngə, Şimali Amerikada qartal, ayı və itə, Yunanıstanda 
və Misirdə öküzə, Hindistan, Afrika və Skandinaviya yarımadasında 
yerləşən ölkələrdə inəyə, Hindistanın cənub bölgələrində camışa, 
Avstraliyada kenquruya sitayiş edildiyini müşahidə edə bilərik və hə-


 38 
min heyvanların adları çəkilən xalqların Totemi olmasını anlaya bilə-
rik. Hələ  də bir çox xalqlar göyərçini və ilanı müqəddəs sanırlar. 
Qeyd etmək lazımdır ki, “Totem” sözü Amerikanın yerli əhalisi olan 
qırmızıdərililərin dilindən götürülmüşdür.  
 
1-6. Tabu 
Tabu hər bir qəbilənin evlilik və qidalanma sahələrində qoyduğu 
qadağalardır. Hər hansı bir qəbilənin yalnız qəbilədaxili evliliyə icazə 
verməsi və digər qəbilələrlə qohumluq əlaqələrinin yaranmasının ha-
ram bilinməsi və yaxud iddanın tam tərsinəsi mümkündür. İkinci hal-
da qəbilə üzvləri həyat yoldaşı tapmaq üçün başqa qəbilələrə müra-
ciət etmək məcburiyyətində qalır. Qidalanma sahəsindəki Tabu belə 
məna daşıyır ki, hər bir kəs öz yeməyini özü əldə etməli və onu tək-
likdə yeməli idi. Tabu sözü Polineziya adalarında yaşayan ibtidai 
xalqların dilindən götürülmüşdür.  
 
1-7. Mana 
İbtidai dinlərdə müxtəlif xalqların bəzi  əşyaların xüsusi gücə 
malik olması inancı mövcud idi və bu səbəbdən də, həmin  əşyaya 
qarşı xüsusi ehtiram olurdu. Hər hansı bir daşın, çubuğun, ağacın və 
yaxud heyvanın xüsusi gücə malik olması  qəbul edilirdi və ondan 
təbərrük kimi istifadə olunurdu, insanlar ona tapınırdı. Bu əşyalar 
Mana adlandırılırdılar. Belə  təsəvvürlərin və  əqidələrin qalıqlarına 
inkişaf etmiş dinlərdə də rast gəlmək olar. Mana sözü də Polineziya 
adalarında yaşayan ibtidai xalqların dillərindən götürülmüşdür.  
 
2. Animizm 
Bir çox xalqların antik din və  məzhəbləri Animizm olmuşdur. 
Bu əqidəyə əsasən təbiətdə olan bütün şeylərdə ruh və güc vardır. Bu 
ruh və gücdən yararlanmaq üçün onlara sitayiş etmək lazımdır. Tor-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə