Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə10/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   6   7   8   9   10   11   12   13   ...   113

 32 
nəviyyata və irfana qayıdış olduğu halda şərq regionlarında yerli din-
lərin və təəssübkeşliklərin güclənməsi meydana çıxdı. Dinin və xal-
qın milli mentalitetini qorumaq üçün təəssübkeşlik faktorunun böyük 
rol oynamasına baxmayaraq, qeyd etmək lazımdır ki, bizim yaşadı-
ğımız zaman qarşılıqlı  əlaqələr  əsridir və inteqrasiya hamımızın hə-
yatında başlıca rol oynayır.  
Elə bu səbəbdən də, dünyanın bütün nöqtələrində dinin yayıl-
ması və genişləndirilməsi məsələləri gözə çarpır, müxtəlif dinlər sülh 
və  əminamanlıq iddialarını irəli sürməklə digər dinləri geridə qoy-
mağa çalışırlar. Dinlər və  məzhəblər barəsində aparılan tədqiqat və 
araşdırma işləri geniş vüsət almış, insanların bir əksəriyyəti də dinlər 
arasında mövcud olan bağlılıqları  və oxşar cəhətləri axtarmağa 
başlamışlar.  
 
10. Hər şey və heçnə 
“Bizim dinimizdə olan hər bir şey başqa dinlərdə  də vardır və 
digər dinlərdə bizim dinimizdə olan şeylərdən əlavə bir şey yoxdur!” 
Bu paradoksal tərifin mənası budur ki, bütün dinlərin irəli sürdükləri 
məsələlər eynidir və onların aralarında olan ixtilaflar və fikir ayrılıq-
ları olduqca cüzidir.  
 
Mənbə 
1.  İlliyada, Mirça, “Əfsanə, yuxu və sirr”, tərcüməçi: Röya Münəccim 
Tehran 2006 
2.  İlliyada, Mirça, “Dinlər tarixi barəsindəki tezis”, Tərcüməçi: Cəlal 
Səttari, Tehran 2003 
3.  İlliyada, Mirça, “Din və  mədəniyyət”, tərcüməçilər heyəti, Tehran 
2005 
4.  Hikmət, Əli Əsğər, Dinlər tarixi, Tehran 1966 
5.  Zərrinkub, Əbdülhüseyn, “Vixdan barəsində”, Tehran 1978 


 
33
6.  Krişnan, Rada, “Şərq dinləri və  qərb təfəkkürü”, Tərcüməçi:  Şəfəq 
Rzazadə, Tehran 1965 
7.  Krişnan, Rada, “Şərqdə və qərbdə məzhəb anlayışı, Tərcüməçi: Fridun 
Qorqani, Tehran 1965 
8.  Qir, Cozef, “Dinlərin fəlsəfəsi”, Tərcüməçi: Muhəmməd Hicazi, Teh-
ran 1958 
9.  Qir, Cozef, “Böyük dinlərin tarixi”, Tərcüməçi: İrəc Pezeşkniya, Teh-
ran 1971 
10.  Mustəfəvi, Əli Əsğər, “Qurbanlıq əfsanəsi”, Tehran 1990 
11.  Nas, Con. B, “Dinlərin ümumi tarixi”, Tərcüməçi: Əli Əsğər Hikmət, 
Tehran 1991 
12.   Sharma, Arvind (ed), “Our Religions”, New York: 1993 
 


 34 
2. İbtidai dinlər 
 
1. İbtidai insanların dini 
Humanitar elmlər sahəsində araşdırma işləri aparan tədqiqatçı-
ların nəzərincə din barəsində mövcud olan ilk nümunələr təbiətə sita-
yiş əqidəsinə qayıdır. Dünyanın ən ucqar yerlərində və ən uzaq böl-
gələrində ibtidai formada yaşayan insanlar arasında bu əqidəyə olan 
bağlılıqlar hələ də mövcuddur. Təbiətə sitayiş əqidəsində təbətin gü-
cünü ram etməkdən ötrü ilk olaraq həmin qüvvəyə ibadət etmək və 
onlardan ehsan etmələrini istəmək lazımdır. Hal-hazırda mövcud olan 
və ibtidai formada yaşayan insanlar arasında müxtəlif dini mərasim-
lər mövcuddur. Belə  mərasimlərdə  qəribə geyimlər geyilir, üzlərə 
maskalar taxılır və ritmik hərəkətlər nümayiş etdirilməyə başlanılır. 
Eləcə  də, həmin mərasimlərdə  təbiət qüvvələrindən kömək istənilir. 
Buludlardan yağış yağması, çaylardan tüğyan etmədən və tufan qo-
parmadan onların susuzluqlarını yatırtması, torpaqdan yaşıllıq yarat-
ması, tarla və ağaclardan daha yaxşı və daha çox məhsul vermələri və 
sair şeylər istənilir.
1
 
                                                 
1
 Son zamanlar insanlardan və sivilizasiyadan uzaq olan bəzi adaların yerli xalqları 
mal daşıyan bəzi iri həcimli böyük yük gəmilərini və onlardan suya düşən bəzi 
məhsulları gördükdə digər qövmlərin  əcdadlarının onlar üçün göndərdiyi nemətlər 
kimi qəbul edirlər. Bu səhnəni görən insanlar bir gün onlar üçün də belə nemətlərin 


 
35
1-1. Tanrı və Tanrılar 
Tarix Tanrıya  şərik qoşmağın çox qədim zamanlara qayıtdığını 
və  bəşəriyyətin daim Tanrıya  şərik qoşmaq çirkabına bulandığını 
göstərir. Hal-hazırda da təxminən dünya əhalisinin yarısı Hiduizm, 
Caynizm, Buddizm, Sintoizm və qeyri dinlərdə bütlərə sitayiş edilir.
1
 
Sosioloqlar Tanrıya şərik qoşan dinlərin tarixinin təkallahlıq dinlərin-
dən daha keçmişə qayıtdığını bildirirlər, amma təkallahlığa sitayiş edən 
müxtəlif dinlərin davamçıları bu fərziyyələrlə tam zidd mövqedən çıxış 
edirlər və Tanrıya şərik qoşmaq idelogiyasının, bu ideologiyadan yara-
nan dinlərin təkallahlıq dinlərindən mənşə aldıqlarını bildirirlər.  
Bəzi dinlərin nəzərindən Tanrılar tarixin müxtəlif dönəmlərində 
özlərini insanlara göstərmişlər və bütlər də onların bir nümunəsidir. 
Belə dinlərin davamçıları İlahi elçilərə, yəni Peyğəmbərlərə inanmırlar.  
 
1-2. Əcdadlara sitayiş 
Ölümdən qorxu ibtidai icma quruluşunda yaşayan insanların 
müxtəlif xürafati düşüncələr yaratması ilə nəticələndi. Elə bu səbəbdən 
də, həmin xalqlar ölülərlə dirilər arasındakı  əlaqələr sahəsində xüsusi 
əqidəyə malik idilər. Qədim zamanlarda yaşayan xalqların böyük 
əksəriyyəti  əcdadlarının geri qayıtmalarında qorxurdular və elə buna 
görə də, ölüləri kəndirlə bağlayırdılar və qəbirləri möhkəmləşdirirdilər 
ki, bu yolla onların geri qayıtmalarına əngəl törədə bilsinlər. Ölülərdən 
olan qorxu sonralar ölülərə qarşı hörmət və ehtirama çevrildi və sonda 
əcdadlara sitayiş ideologiyasının yaranması ilə başa çatdı. Bu növ 
sitayiş forması tarix boyu dünyanın bir çox yerlərində mövcud 
olmuşdur və hal-hazırda da Yaponiyada bunun nümunələrinə rast 
                                                                                                        
göndəriləcəyi ümidi və məsələni daha da tezləşdirmək məqsədilə “yük mərasimlər” 
(cargo Cults) adlı dini mərasimlər keçirirlər. Onların bəziləri bu nemətləri əldə etmək 
məqsədilə  hətta anbarlar belə hazırlamış  və  bəzi vaxtlar da öz mal-qaralarını bu 
yolda qurban vermişlər.  
1
 Qeyd  etmək lzaımdır ki, “Büt” sözü fars dilinə  Ərəb dilində mövcud olan “Bud” 
sözündən gəlmişdir və  həmin “Bud” sözü “Budda” sözündən götürülmüşdür. Bir 
məsələni də diqqətinizə çatdırmalıyıq ki, ərəb dilində Buddaya “Buzza” deyilir. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə