20
dirməyə kömək edən «İskəndərnamə» poemasında bu barədə məlu-
mata rast gəlirik.
Qeyd etmək lazımdır ki, Nizami poemanı yazarkən, eramız-
dan əvvəl IV əsrdə yaşamış Makedoniyalı İsgəndərin Azərbaycan-
dakı sərgüzəşti ilə əlaqədar olaraq o zamankı tarixi faktları və bu
barədə XII əsrə qədər gəlib çatmış Pəhləvi, yəhudi, ərəb dillərində
olan ən qədim sənədlər və xronikalarda olan məlumatları diqqətlə
öyrənmiş, dönə-dönə yoxlayıb müqayisə etmiş, məhz dəqiqiliyinə
inandığı zaman onlardan istifadə etmişdir. Nizami bu haqda belə yazır:
Ən qədim tarixi əsərlərdən mən,
Yəhudi, nəsrani, pəhləvilərdən.
Ən incə sözləri əlimə saldım,
Qabığın ataraq məğzini aldım.
Müxtəlif dillərdən yığdığım sözlər,
Bunlardan düzüldü yığdığım əsər.
Poemada eramızdan əvvəl IV əsrdə Azərbaycanda gedən ha-
disələr haqqında verdiyi məlumata oxucularının şübhə ilə yanaşa bi-
ləcəyindən ehtiyatlanan şair əsərin yazılması üçün seçdiyi tədqiqat
metodunu dönə-dönə qeyd edir:
Hər gecə biliyə qapı açmadan,
Yastığa qoymadım başımı arxayın...
Beləliklə, Avesta Azərbaycanındakı ictimai həyatı, orada baş
verən bir sıra hadisələri və faktları təsvir edən «İskəndərnamə» poe-
ması mötəbər tarixi mənbə kimi qədim mədəniyyət və maarifin bəzi
izlərini üzə çıxartmağa kömək edir. Belə ki, İsgəndərin Azərbaycan
atəşgədələrini dağıtmasından danışarkən Nizami yazır: «Keçmişdə
adət belə idi ki, atəşgədədə müəllim olardı».
Qədimdə müəllimlik peşəsi ilə alimlər də məşğul olmuşlar.
Onlar öz şagirdlərinə ibtidai və ali təhsil verirdilər. Məhz buna görə
bəzi hallarda Nizami sadəcə müəllim mənasını verən «amuzqar» sö-
21
zü əvəzinə «oustad» (professor) sözünü işlətmişdir. Nizami Aristo-
telin atası Nikomaksini «Oustad-e dana » (yəni professor) ifadəsi ilə
qeyd etmişdir.
Beləliklə, qədim Azərbaycan atəşgədələrindən danışarkən
orada müəllimlərin toplanmasını xəbər verən Nizaminin yuxarıdakı
sözlərindən məlum olur ki, Azərbaycanda olan atəşgədələr təkcə dini
mərasimləri icra etmək yeri deyil, onların bir çoxu həm də mədəniy-
yət mərkəzləri olaraq elm adamlarının fəaliyyət və tədris mərkəzləri
olmuşdur. Yəqin ki, Avestada da «Xane-ye danayan» («alimlər evi»)
deyəndə Avesta müəllifləri məhz atəşgədələri nəzərdə tutmuşlar.
Atəşgədələr arasında «Azərqoşnəsb» Azərbaycandakı ən mü-
hüm tədris və elm ocaqlarından biri olmuşdur. 939-cu ildə Azərbay-
canda olmuş ərəb alimi Əbudolf Mesər ibn Mohəlhəlin şəxsi müşa-
hidələrindən, eləcə də digər ərəb və İran tarixçilərinin müvafiq mə-
lumatlarından məlum olur ki, Nizaminin Azərbaycanda «Xodi suz»
adı ilə təsvir etdiyi çox zəngin və əzəmətli atəşgədə məhz bütün atəş-
pərəstlərin baş məbədi olan həmin «Azərqoşnəsb» atəşgədəsidir.
Zoroastrizm aləmində mövcud olan Avestanın iki nüsxəsin-
dən biri Şiz atəşgədəsində saxlanılırdı. Sasanilər dövründə Zərdüş-
tün müqəddəs kitabı “Avesta”nın Şiz nüsxəsi əsasında tərtib edil-
mişdir. Bu da Şiz atəşgədəsinin mədəniyyət mərkəzi kimi vaxtı ilə
mühüm bir kitabxanaya malik olmasına dəlalət edir.
Azərqoşnəsb atəşgədəsinin Şiz şəhərində yerləşməsindən bu
nəticəyə gəlmək olur ki, qədim Azərbaycanın paytaxtı olan bu şəhər
Avesta Azərbaycanında böyük elm və maarif mərkəzi olmuşdur. IV
əsrin ortalarında ərəb tarixçisi Məsudi belə yazırdı: «Zəmanəmizdə
bu şəhərdə (Şiz şəhərində) heyrət doğuran binaların qalıqları, eləcə
də səma kürəsini, ulduzları, dünyanı, quru və dənizləri, yaşayış yer-
lərini, onların bitki və canlılarını və sair qəribə şeyləri özündə əks
etdirən rəngarəng və çox gözəl rəssamlıq lövhələri görünür».
Məsudinin sözlərinə görə, kainatın maddi təsvirini verən
«Azərqoşnəsb» məbədinin rəssamlıq əsərləri bu atəşgədənın həm də
elmi mərkəz olmasına bir daha şəhadət verir.
22
Bir çox faktlardan, xüsusilə Hindistanda və Yunanıstanda ya-
yılmış Avestanın tibb, nücum, coğrafiya və fəlsəfə sahələrinə aid
olan hissələrinin toplanması haqqında Sasani şahı Şapurun (242 –
272) xüsusi fərman verməsindən belə bir qənaətə gəlmək olur ki,
həmin elmlər vaxtı ilə ictimaiyyətin nəzər-diqqətini cəlb edən əsas
sahələr olmuşdur.
Sasanilər dövründə rəsmi dövlət dini kimi qəbul edilmiş zoro-
astrizm digər ideoloji cərəyanların qüvvətlənməsi ilə öz nüfuzunu
müəyyən dərəcədə itirməkdə idi. Belə ki, bir tərəfdən, zoroastrizmə
qarşı yönəlmiş Mani (216 – 277) əqidəsi İranda, xüsusilə Azərbay-
canda
geniş təbliğ edilirdi. Digər tərəfdən, xristianlıq Yaxın Şərqdə,
o cümlədən İranda yayılır və bu, Sasani dövləti üçün siyasi təhlükə
əmələ gətirirdi. Çünki Bizans imperatorluğu İran əleyhinə apardığı
işğalçılıq siyasəti üçün xristianlıqdan ideoloji dayaq kimi istifadə et-
mək niyyətində idi. Tarixi faktlardan məlum olur ki, bu vəziyyət IV
əsrin axırları və V əsrin birinci yarısında Azərbaycanda zoroastriz-
min əsas mübəlliğlərinin, moğların böyük fəaliyyətinə və zoroast-
rizm təlimatının daha da qüvvətləndirilməsinə səbəb olmuşdur. Hə-
min məsələ ilə əlaqədar olaraq Zərdüşt təlim ocaqları bu dövrdə İra-
nın digər yerlərinə nisbətən, Azərbaycanda, xüsusilə Şiz şəhərində
genişlənmişdir. Çünki muğların əsas mərkəzi Azərbaycan idi. Yeri
gəlmişkən, qeyd etmək lazımdır ki, hələ lap ilk dövrlərdə, o zaman-
kı İranın bütün ərazisindən gələn moğlar məhz Şiz şəhərinin Siroş
adlı nahiyəsində toplanır, burada Zərdüştlük dini üzrə təlimat alırdı-
lar. Moğların ilk məktəbi də həmin məhəllədə olmuşdur.
VI əsrdən etibarən məzdəkilər hərəkatı
1
məğlub olduqdan
sonra (528) zərdüştpərəstliyin əsas mərkəzi kimi Şiz şəhərinin möv-
qeyi həmişəkindən daha çox möhkəmlənmiş, buna görə də o, özü-
1
Məzdəkilər hərəkatı –
Məzdəkin
rəhbərliyi ilə
496
–
531
-ci illərdə
Sasani
zül-
münə və feodallara qarşı baş vermiş hərəkat, erkən orta əsrlərin ən mühüm icti-
mai və tarixi hadisələrindən biri.
Maniçiliyin
təsiri altında yaranmış Məzdəkilər
hərəkatı özünəməxsus spesifik xüsusiyyətlərə malik olmuşdur. Məzdəkilər hərə-
katı ərəfəsində quraqlıqlar və təbii fəlakətlər nəticəsində ardı-arası kəsilmədən ac-
lıqlar baş vermişdi. Beləliklə hərəkatın başlanması üçün iqtisadi və ictimai amil-
lər meydana gəlmişdi.
Dostları ilə paylaş: |