Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə107/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   103   104   105   106   107   108   109   110   ...   113

341 
 
marksist tənqidçilərimiz göstərəcəklər. Ancaq siz yox, yoldaş Kamal Fikri, sizin 
kimi tənqidçilərin yazısını  mətbuatda buraxanların  əlini kəsmək lazımdır. Ancaq 
mən inanıram ki, bu, dünən olmuşdu. Sabah isə heç oxumadan yazdığı bir tənqid 
üçün artıq yetişmiş proletar cəmiyyəti sənin gözünü çıxardar. Mən işçiyəm, 
yoldaşlar, bəlkə də kobud danışıram. Ancaq bir əsər ki, hər kəsin ya paxırını açıb 
onu özünə göstərir və yerindən oynadır, o əsər,  əlbəttə, lazımdır. Mənim fikrim 
budur. Yoldaş qüdrətin də  əsəri, demək olar ki, yaman deyildir. Bir az vaxtı 
keçmişdir. Ancaq oynamaq olar. 
M i r z ə C a m a l. Istəyir dünya yığışsın, bu əsər zakaznan yazılıb, vəssalam, 
bir qəpik də qiyməti yoxdur. 
H i k m ə t K a m a l. Əsər metodoloji cəhətcə  və ideoloji cəhətcə bizə 
yabançıdır. 
K a m a l F i k r i . Mən yoldaş Qüdrətin əsərinə qulaq asmış olsaydım, orada 
pantürkizm olduğunu açıq sübut edə bilərdim və 1924-cü ildə bunu mətbuat 
vasitəsilə də sübut etmişəm. 
G ü l s a b a h. Yoldaşlar, mən burada edilən tənqidlərdən bir şey anlamadım. 
Sanki adamlar öz fikirlərini söyləməkdən qorxur, başqalarının fikrini kos kimi 
oynadırlar. Bu, yoldaşlar, fikri iflasdır. Sən öz fikrini söylə, nöqsanlı olarsa, 
düzəldərlər. Yoxsa özgə bir şərait içində deyilmiş fikirləri, düzəlmiş formaları və 
terminləri tutdu, tutmadı, ortaya sürmək – kaverkot paltarlara ləzgi şalından yamaq 
salmaq deməkdir. Mən belə düşünürəm: bu əsərlərin hər ikisi yaraya bilər. Ancaq 
birincisini, yoldaş Qüdrətin  əsərini, düzəltmək lazımdır. Çünki bir qədər vaxtı 
keçmişdir. Indi həyatımızda o cür molla, axund, qolçomaq və sairə yoxdur. Onun 
bu günün süzgəcindən keçirmək lazımdır.  Əsər qüvvətli bir rejissor əlinə 
tapşırılmalı, qadın rolları da çox ağır olduğu üçün teatrdakı aktrisalar üzərində 
ciddi çalışmalıdır. 
Ə l i m u x t a r. Bizdə rejissor yoxdur. Verin hələ Bayramnan Gülsabah 
qoysun. 
X u r ş i d. Qadın rollarını da özü oynasın. 
M i r z ə C a m a l. Kişi rolunda da Zamannan Sapan. 
S a p a n. Mən hazıram. 
X o s m ə m m ə d. Yalançının atasına lənət! Yoldaşlar, siz hamınız burada 
ədəbiyyatçısınız, siz olasınız öz uşaqlarınızın canı, bulvarnan şalvar qafiyədir ya 
yox? Siz özünüz xalis tezissiniz! 


342 
 
Z a m a n. Yoldaşlar, bu nöqsanlar bizdə vardır.  İnkar etməyə  və gizlətməyə 
dəyməz. Ancaq qorxaqlar öz nöqsanlarının üzünə açıq baxmaqdan qorxarlar. Biz 
bu əsərləri oynamalıyıq. 
Ə l a b b a s. Yoldaş Əmrulla, tələsik teleqramdır. Əmrulla teleqramı oxuyur. 
H i k m ə t K a m a l. Bu əsərlərin heç biri bizim proletar cəmiyyəti üçün 
yaramaz. 
M i r z ə C a m a l. Bir qəpik də qiyməti yoxdur. 
X u r ş i d. Özü də bilirik kimin zakazı ilə yazılmışdır. 
Ə m r u l l a. Yoldaşlar, yoldaşlar, qulaq asın. Moskvadan teleqram. Teatrın 
yarış komissiyası... bütün respublikalardan gələn əsərlərə baxıb qurtarmışdır. 
G ü l s a b a h. Nəticəsi yoxdurmu? 
Ə m r u l l a. Vardır... Birinciliyi Azərbaycandan yazılmış bir əsər qazanmışdır. 
G ü l s a b a h. Bu əsərlərin hər ikisi yarış komissiyasına göndərilmişdir. 
M i r z ə C a m a l. Yox, yoldaşlar, iş orasına qalsa, əsərlərin hər ikisi bədii 
cəhətcə çox yaxşıdır. Indi birində aktyorlar haqqında, bəzi şeylər yazılmışdır. O bir 
şey deyil. Axtarsan, çoxusu hələ doğrudur də... Nahaq yerə acığınız gəlir. Deyir 
şüşəni sındırıblar, doğru deyir də... Bəzi idraksız yoldaşlarımız var ki, hələ 
doğrudan da sındırıblar. 
A r i f H i k m ə t. Yoldaş Mirzə Camal, mən əgər şüşəni sındırmışam, sən də 
teatrı dolamışsan barmağına. 
M i r z ə C a m a l. Dahı  mən də  şüşəni sındırıb, rejissorun gözünü 
çıxartmamışam ki. 
A r i f H i k m ə t. Mən də deyirəm  əsər bədii cəhətcə yüksəkdir.  şüşəni 
sındırmışam, yazıbdır, deyir aktrisa söz düzəldir, doğrudur. Siz demirdiniz ki, 
Gülər ölüb, bu gün basdırırlar? 
H i k m ə t K a m a l. Yoldaşlar, madam ki, komissiyada bu əsərlər birinciliyi 
qazanmışdır, onda təbii, bu əsərlər geniş kütlələr arasında müzakirəyə qoyulmalı və 
bütün rayonlarda oynanmalıdır. 
H a m ı s ı. Əlbəttə, əlbəttə... hər ikisi... 
Z a m a n. Yoldaşlar, özəyin təklifinə görə  əsərin quruluşu Gülsabah xanıma 
tapşırılsın. 
M i r z ə C a m a l. Özü də baş rolları yığsın versin sizə. 


343 
 
A r i f H i k m ə t. Nə ki palajitelni rollar var, versin sizə, atritsatelni rolları 
bizə. 
X u r ş i d. Qeroinyaları da özü oynasın. 
Ə m r u l l a. Yoldaşlar, müdiriyyət özü də bu fikirdədir. 
M i r z ə C a m a l. Bunlar hamısı xəyalplovdur. Siz teatrı oyuncağa çevirmək 
istəyirsiniz. İyirmiillik aktyorun heç olmasa otuzillik rejissoru olmalıdır. Mənə kim 
rejissorluq edəcək? Dünənki uşaq. Yox, yoldaşlar, mən necə ki demişəm, demişəm 
mən bu işdə yoxam. 
Ə m r u l l a. Siz teatr deyilsiniz, yoldaş Mirzə Camal. Kim yoxdur, yoxdur 
bunu hər saatda başımıza vurmaq lazım deyildir. Siz olmazsınız, yerinizə adam 
tapılar.  Əsərin rejissorluğu Gülsabah xanıma tapşırılır. Onun da bacarığını 
yoxlamaq lazımdır. Bacarar, bacarar, bacarmaz, deyərik bacarmırsan, otur, yoldaş, 
yerində, istəmirsən, xoş gəldin. 
 
P ə r d ə 
 
YEDDİNCİ ŞƏKİL 
 
Səhnədə G ü l s a b a h boynuna götürdüyü əsərin məşqini aparır

 
Z a m a n. Duman gəldi, dörd tərəfi bürüdü. 
X o s m ə m m ə d. Qarşı dağdan düşmən qopdu, yürüdü. 
Z a m a n. Ey briqada... yürüş var, hazır ol! 
G ü l s a b a h. Gecikdin, Zaman! Sözün vəzni pozuldu. Bir də başdan! Muzıka! 
Gecikmə! 
Z a m a n. Ey briqada, yürüş var, hazır ol! 
S a p a n. Toplar səngərdə, silahlar əllərdə. 
Z a m a n. Pulemyotlar qurulsun. 
X o s m ə m m ə d. Düşmən döndü. 
S a p a n. Təqib edin, yorulsun. 
Z a m a n. Briqada, səngərdən qop! Yürüşə! 
G ü l s a b a h. Dayan, dayan... sağ qrup, sağdan sola! Sol qrup, soldan sağa
aşağı və sola! Komanda ver, Zaman! Muzıka!.. 
Z a m a n. Briqada, səngərdən qop! Yürüşə! 
X o s m ə m m ə d. Arxadan gələn var... 
T u r a c (böyük bir həyəcanla qaçaraq). Gələnlər bizimkilərdir. 
G ü l s a b a h. Çox gözəl, Turac! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə