Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə105/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   101   102   103   104   105   106   107   108   ...   113

335 
 
Ə l i m u x t a r. Hə, o barədə deyirsən. Eh, mən də deyirəm səhərdən bunlar nə 
üsulidin başlayıblar. Hansı birindən olursan ol da, bu o qədər vacibli adam deyil ki. 
X o s m ə m m ə d. Olmaz axı; qolçomaq tezisdir, yoxsul antitezis. Obrazın 
ictimai sifətini təyin etmək lazımdır. Gülsabah xanım, düz dedim? Dayan, 
dəftərimi çıxardım. 
Ə l i m u x t a r. Allahü əkbər. Tezis, antitezis, ictimai sifət... Bu vaxta qədər ki 
bu adamlar ictimai sifət bilmirdi, oynaya bilmirdi? Axmaq uşağı, çatan gəlib 
mənimçin bir rejissorluq eləyəcək. Sözünü de, deyirəm sənə! 
X o s m ə m m ə d (rolda). Çinar, başuva dönüm, ağa, gəlir... (Qaçır və yolda 
dayanaraq, öz səsi ilə) Hanı bəs, heç kəslə toqquşmadım ki. 
Ə l i m u x t a r. Necə yəni heç kəslə toqquşmadın? 
G ü l s a b a h. O gərək səhnədən qaçırkən Xurşid ilə toqquşaydı. 
Ş ö v q i. Teatrı əldən də, ayaqdan da salmışam. Xurşid yoxdur. Bayaq çəkmə 
almağa getmişdi, qayıtmayıb. 
Ə l i m u x t a r. Yaxşı, orasını buraxın. Sonra kimdir? 
Ş ö v q i. Sonra Mirzə Camal, buyurun! 
M i r z ə C a m a l. Görəsən, harasıdır? 
G ü l s a b a h. Aha, sən, göylərin məlaikəsisən... 
M i r z ə C a m a l. Hə... orasıdır... (Ciblərini axtarır, rolunu tapıb vərəqləyərək) 
Dayan, bu saat tapım... (Araşdırıb tapdıqdan sonra). Aha... sən göylərin məlaikəsi, 
yerlərin gözəl məxluqu, ismət pərdəsində saxlanmış gözəl pəri! Siz ki, eşitmişəm, 
günəş batırkən bağçaya çıxır, günəş doğurkən ismət pərdəsinə  çəkilirsiniz. Neçin 
bu gün gecikmişsiniz? 
G ü l s a b a h. Yoldaş Mirzə Camal, siz oynayırsınız, ya zarafat edirsiniz? 
M i r z ə C a m a l. Necə yəni zarafat edirsiniz? Bu xalq bəyəm oyunbaz-zaddır, 
zarafat eləsin. 
G ü l s a b a h. Neçin bəs qışqırırsınız? 
M i r z ə C a m a l. Bəs nə edim? 
G ü l s a b a h. Siz bu sözləri mənə rişxənd ilə deyirsiniz. Məni incə sözlərlə 
sancmaq istəyirsiniz, sonra da mənim sözüm gəlir ki: “Mən artıq bu acı 
kinayələrdən usandım, öldür məni, öldür”. 
M i r z ə C a m a l. Yaxşı, buyur sən de, görüm nə cür demək lazımdır. Bəlkə 
biz də başa düşdük. 


336 
 
G ü l s a b a h. Siz içəri girib bir saniyə dinməz baxırsınız, sonar gözlərinizdə, 
dodaqlarınızda saxta bir təbəssüm, sakit, ancaq zəhərli bir deyişlə deyirsiniz: “Aha, 
göylərin məlaikəsi, yerlərin pak və gözəl məxluqu”, sonra birdən bağırırsınız: 
“Sözlərimə cavab ver”. 
M i r z ə C a m a l. Mən, atam, elə deyə bilmirəm. Mən bu rolu iyirmi ildir belə 
oynamışam, camaat da həmişə görüb, bəyəniblər. 
G ü l s a b a h. Yoldaş Mirzə Camal, axı rolun özündə ictimai bir sifət, sinfi bir 
maska olmalıdır. 
M i r z ə C a m a l. Mən, atam, dialektikaynan oynaya bilmərəm. Alın, özünüz 
oynayın, mən o cür oynamıram. Mən aktyoram, diplomat deyiləm, yoldaş 
Əlimuxtar! 
Ə l i m u x t a r. Yoldaş Gülsabah, mən köpək oğlu sənə yüz kərəm demişəm ki, 
mənimçin rejissorluq eləmə! Adamda da abır-həya yaxşı  şeydir, axı. Kişi iyirmi 
ildir rol oynayır, sən indi gəlib başlamışsan ki, üsulidin çəndəst. 
G ü l s a b a h. Siz səhnənin yürüş təkərinə ağac taxırsınız, yoldaş rejissor. Biz 
buna yol vermərik. 
Ə l i m u x t a r. Pəh, yenə də ağzımı açır ha... Bu xalq, sənin Azərbaycan qızı 
olmağuva yazığı gəlir. Yoxsa sənin başuva bir oyun gətirərlər ki, iki gündə özün 
cırrıt deyib qaçarsan. 
G ü l s a b a h. Mən qaçmaram, yoldaş  Əlimuxtar. Mən bu vuruş  səhnəsinə 
qaçmaq üçün gəlməmişəm. 
M i r z ə C a m a l. Yaxşı, anam, bacım, dava lazım deyil ki, mən gedib bir 
klubda işlərəm. Aparın bu səhnəni görüm necə aparırsınız. 
S a p a n. Eh, bir gün də işlərsən, iki gün də. 
Z a m a n. Bu gedişlə siz heç bir yana gedə bilməzsiniz. 
Ə l i m u x t a r. Onda, atam, qoy gəlsin Gülsabah rejissorluq eləsin. Mən 
xudahafiz. Gəlin, atam, bəri, mən də meşq eləmirəm. 
M i r z ə C a m a l. Rəhmət atova... Axır, axır bir adam çıxıb, bizə göstərər ki, 
biz kimik. 
G ü l s a b a h (əsəbi bir deyişlə). Siz təyyarənin ayaq dəmirindən tutub göyə 
dırmaşan adamlar kimisiniz, yoldaş Mirzə Camal! Həyat yüksəlir, siz isə yarı yolda 
əllərinizi buraxıb, paltarınızı təmizləyib, parçalanacaqsınız. 
M i r z ə C a m a l. Yaxşı, görərik də! 
 
Bu aralıq Ə m r u l l a tələsik və sevincək bir halda səhnəyə çıxır



337 
 
Ə m r u l l a. Yoldaşlar, yoldaşlar, qulaq asın! Yoldaş Qüdrət Arslan neçə 
vaxtdan bəri bir pyes üstündə  işləyirdi. Pyesi qurtarıbdır, gətirdi təhvil verdi. 
Özünü də göndərmişdi Moskvaya yarış komissiyasına. Sabah müdiriyyət və 
xudpolitsovet pyesə baxacaqdır. Aktyorlardan da istəyənlər gələ bilərlər. 
Moskvadan alınan teleqrama görə pyes yarış komissiyasında birincilik 
qazanmışdır. 
G ü l s a b a h. Başqa bir pyes də vardır. Gənc bir uşaq tərəfindən yazılmışdır. 
Aktyorlar ona da baxmalıdırlar. 
Ə l i m u x t a r. Kül o teatrın başına ki, gicbəsər Ötgünün pyesinə göz 
dikəcəkdir. 
M i r z ə C a m a l. Artistlər qələt elər ölü-dirisiynən, bir də sən olan yerə ayaq 
basar. Hələ sən özün hamının tərəfindən get, kifayətdir. 
G ü l s a b a h. Mən gedəcəyəm, yoldaş Mirzə Camal. Mən bu kimi kinayələrlə 
ağ bayraq qaldıranlardan deyiləm. 
Z a m a n. Yoldaşlar, özəyin təklifinə görə yeni əsərin quruluşu Gülsabah 
xanıma tapşırılmalıdır. 
X u r ş i d. Qeroinyaları da ki, özü oynasın. 
Ə m r u l l a. Rollar hər kəsin adına görə deyil, bacarığına görə veriləcəkdir. 
Quruluş haqqında müdiriyyət də o fikirdədir. 
M i r z ə C a m a l. Siz teatrı oyuncağa çevirmək istəyirsiniz.  İyirmiillik 
aktyorun heç olmasa otuzillik rejissoru olmalıdır. Mənə kim rejissorluq eləyəcək? 
Dünənki uşaq. Yox, yoldaşlar, mən necə ki, demişəm, demişəm. Mən bu işdə 
yoxam. 
Ə m r u l l a. Teatr tək-tək adamlarla yaşamır, yoldaş Mirzə Camal! Kim 
yoxdur, yoxdur! Siz oynamazsınız, gənc kadrlar yetişir, canları  çıxar oynayarlar. 
Yoldaşlar,  əsərin quruluşu gənc kadrlara tapşırılır, qoy çıxsınlar, öz bacarıqlarını 
göstərsinlər. Apara bilərsiniz, yoldaşlar? 
X o s m ə m m ə d. Onlar tezisdir, mən antitezis, mən hazıram! 
H a m ı. Biz hamımız hazırıq. 
 
ALTINCI ŞƏKİL 
 
Teatrda müdirin kabineti

 
Ə m r u l l a. Yoldaşlar, kitabların hər ikisini oxudunuz: biri yoldaş Qüdrətin 
kitabıdır, kənd həyatından, biri də yoldaş Ötgün Zamanbəylinin kitabıdır, səhnə 
həyatından. Qüdrət yoldaşın əsəri Moskvada 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə