7
girişi yoxdursa, bu ölkələr kommersiya əməliyyatının həcmini
azaltmalı və valyuta nəzarəti kimi tədbirləri həyata keçirmək
məcburiyyətində qalırlar. Ancaq bu isə öz növbəsində ölkədəki in-
vestisiyaların riskini artırır.
Digər cəhətdən bir ölkənin xarici iqtisadi münasibətlərindəki
proseslərin təqib edilməsi, ölkə pulun xarici dəyərindəki
dəyişikliklərin təxmin edilməsi zəruridir. Üzən kurs sistemlərində
valyuta kursları təklif və tələbin şərtlərinə görə formalaşır. Ancaq
ölkənin ümumi valyuta gəlir və məsrəfləri ilə bunların hər birini
meydana gətirən mənbələrin incələnməsi üçün yenə də xarici
iqtisadi əlaqələrə aid məlumatlar əldə edilməlidir. Valyuta kursun-
dakı dalğalanmalar isə valyuta ticarəti ilə məşğul olan maliyyə
qurumları ilə yanaşı, ixracatçı, idxalatçı, daxili və xarici investorları
və ya xarici kapitaldan istifadə edən geniş bir biznesmen dairəsini
yaxından maraqlandırmaqdadır.
Bundan başqa istər xarici bazarlara açılan böyük fond
sahibləri, istərsə də yalnız daxili bazar istiqamətində fəaliyyət
göstərən kiçik yığım sahibləri olsunlar, valyutadan həm bir
investisiya, həm də inflyasiyaya qarşı qoruma vasitəsi kimi istifadə
etmək meylindədirlər. Valyuta bazarının geniş olması, istənilən
miqdarda alınıb-satıla bilməsi, xüsusilə xırda yığım sahibləri üçün
valyutanı həm bir spekulyativ qazanc əldə etmə, həm də
inflyasiyaya qarşı qoruma cəhətdən bir vasitə vəziyyətinə gətirib.
Ümumiyyətlə, Beynəlxalq valyuta-kredit və finans müna-
sibətləri mövzuları çox geniş bir kütləni yaxından maraqlandırır.
Finans bazarlarının bütünləşməkdə olduğu bir dünyada əma-
nətlərini xarici maliyyə - kredit təşkilatlarında dəyərləndirmək is-
təyənlər və ya xarici bazarlardan maliyyə mənbəyinə ehtiyacı olan-
lar bu mövzuları çox yaxından izləyirlər. Bunlar kimi mal, xidmət
və valyuta ixracı ilə əməliyyat aparan banklar və ya maliyyə qu-
rumları, valyuta spekulyatorları və arbitrajçılarda «Beynəlxalq
valyuta-kredit münasibətləri» mövzularında daha geniş biliyə və
məlumata sahib olmaq istəyindədirlər.
8
Kitab Azərbaycan iqtisadi ədəbiyyatında ilk dəfə hazırlanmış
və çoxsaylı təhsil müəssisələrində müəllim, elmi işçi, aspirant,
magistr, tələbə və xüsusi ilə də beynəlxalq valyuta və bankçılq,
kredit sahəsində istəyənlər üçün çox əhəmiyyətli dərslik vəsaitidir.
Beləliklə, «Beynəlxalq valyuta – kredit münasibətləri və
xarici ölkələrin pul- kredit sistemi» fənninin öyrənilməsində əsas
məqsədi aşağıdakı mövzularda tələbələrə bilik və məlumat
formalaşdırmaqdır:
1.
Valyuta münasibətlərinin nəzəri əsasını öyrənmək;
2.
Müasir beynəlxalq valyuta sisteminin struktural
prinsiplərini öyrənmək;
3.
Tədiyə balansının strukturunu təhlil etmə qabiliyyəti;
4.
Valyuta məzənnəsinin iqtisadi inkişafın və valyuta
siyasətinin reallaşmasında rolu;
5.
Beynəlxalq investisiya və ticarətin inkişafında beynəlxalq
kreditin rolu;
6.
Beynəlxalq pul və kapital bazarının fəaliyyəti haqqında
məlumat;
7.
Beynəlxalq portfel investisiyasının diversifikasiya
siyasətini yerinə yetirmə qaydası;
8.
Beynəlxalq maliyyə institutlarının fəaliyyəti və məqsədləri
haqqında məlumat;
9.
Qlobal bank – valyuta böhranları səbəb və nəticələri
haqqında məlumat.
Kitab geniş oxucu beynəlxalq valyuta-kredit və bankçılq
sahəsində işləyənlər üçün çox əhəmiyyətli bir tədris və məlumat
nəşridir.
10
FƏ
S L I. BEYNƏ
LXALQ VALYUTA S STEM
1.1.VALYUTA S STEMLƏ
R N N TAR X NK Ş
AFI
nsanlar tarixin ən qədim dövrlərindən bəri alış və satışları
həyata keçirmək üçün müxtəlif əşyalardan və vasitələrdən istifadə
etmişdir. Amma nizamlı şəkildə tətbiq edilən ilk sistem qızıl
standartıdır.
Qızıl standart 1870-1914-cü illər ərzində, yəni I dünya
müharibəsinə qədər öz «qızıl dövrünü» yaşadı. Bu sistemdə qızıl
standartlarının əsas xüsusiyyəti hər ölkənin pulunun dəyərinin
müəyyən çəkidə saf qızılla müəyyən edilməsi, yəni qızılın alış və
satışı, ixrac və idxalı sərbəstdir. Burada qızıl sikkələr qədər
banknotlar da istifadə edilirdi, lakin bununla yanaşı banknotlar
istənilən zaman hökumətlər tərəfindən qəbul edilir və müəyyən
edilmiş qaydada qızılla təmin edilir.
Ümumiyyətlə, bu sistemdə hökumət müəyyən etdiyi sabit
qiymətlə hər kəsə qızıl sata və özünə təklif edilən qızılları ala
bilərdi. Qızıl standartı ümumbəşəri bir sistemdir. Hər ölkə pulun
dəyərini qızılla tənzimlədiyinə görə bütün ölkələrin pulları qızıl
miqdarına nəzərən avtomatik şəkildə bir-birindən asılı idi. Bunun
üçün ayrıca müasir dövrdəki valyuta bazarlarına bənzər bazarlara
ehtiyac qalmırdı.
1929-cu ildə dünya iqtisadi böhranının baş verməsiylə qızıl
standartının davam etməsinə imkan qalmadı. 1933-cü ildə qızıl
standartı tamamilə ləğv olundu.
Beynəlxalq valyuta sistemində çətinlikləri aradan qaldırmaq
məqsədi ilə, özəlliklə inkişaf etmiş ölkələrin rəhbərləri ABŞ –ın
Bretton-Vuds qəsəbəsində məsələnin mühakirəsinə qatıldılar.
Bretton-Vuds sistemi Amerika dollarına və onun vasitəsi ilə
dolayı yolla qızıla tabe valyuta sistemidir. Konfransda bir-birinin
«əkiz qardaşı» kimi qəbul edilən iki yeni maliyyə təşkilatının
qurulmasına qərar verildi: Beynəlxalq Pul Fondu (BPF) və Dünya
Bankı (DB). BPF-nin vəzifəsi beynəlxalq maliyyə münasibətlərini