11
tənzimləmək, DB-nin vəzifəsi isə müharibə nəticəsində dağılan
Avropa ölkələrinin iqtisadiyyatını dirçəltmək, habelə inkişaf
etməkdə olan ölkələrin itisadi inkişafını təmin etmək məqsədi ilə
onlara göstərilən maliyyə yardımını gücləndirmək idi.
Bretton-Vuds sisteminin qəbul etdiyi valyuta kursuna
«tənzimlənən sabit kurs sistemi» deyilməkdədir. 1946-cı ildə
tətbiq edilən bu sistem 1973-cü ildə dağıldı.
Sistemin xüsusiyətləri aşağıdakı kimidir: Müqaviləni imzala-
yaraq BPF-yə üzv olan ölkə, milli pulunun dəyərini sabit bir kursla
Amerika dollarına bağlayır. Milli pulun bu sabit dollar kursuna
«dollar pariteti» deyilmişdir. ABŞ isə dolların dəyərini başqa bir
ölkənin valyutası ilə deyil, 1 unsiya saf qızıl=35 dollar kimi sabit
qiymətlə ölçmüşdü. Digər cəhətdən ABŞ, xarici ölkələrin mərkəzi
banklarına qızılın dollara konversiyasına icazə verirdi. Yəni
Amerika Federal Ehtiyat Bankı xarici ölkələrin mərkəzi banklarına
təklif etdikləri dollar qarşılığında yuxarıda müəyyən edilən sabit
qiymətlə qızıl satma məsuliyyətini üzərinə götürmüşdü. Bu qayda
ilə hər ölkə milli valyutasını dollarla ölçmüş və dollara da qızıl
konversiyasını qəbul etdiyi üçün milli pullar dolayı yolla qızıla ta-
be olurdu (milli pulun qızıl dəyərinə «qızıl pariteti» deyilirdi).
Sistemə görə hər ölkə milli pulun valyuta bazarındakı dollar
qiyməti ətrafında ən çox 1%-lik alt və üst sərhədlər içərisində
üzməsinə icazə verə bilərdi. Daha yüksək dəyişikliklərə qarşı isə,
mərkəzi bank bazara dollar vasitəsi ilə (bazarda dollar alqı-satqısı)
müdaxilə etməli idi. Buna baxmayaraq, tədiyə balansında əsaslı bir
tarazsızlıq olardısa, BPF-nun razılığı ilə üzv ölkələrə milli valyu-
talarını dollara görə devalvasiya etmə səlahiyyəti verilmişdi.
Bretton-Vuds sistemi ABŞ-ı dünyanın bir növ «Mərkəzi
Bankı» mövqeyinə gətirdi. Bu vəziyyətin o vaxtkı şərtlər içində
səbəbi ABŞ iqtisadiyyatının dünya iqtisadiyyatındakı tutduğu
rəqibsiz üstünlüyü ilə əlaqədar idi. Amerika iqtisadiyyatı II dünya
müharibəsindən sonra daha da gücləndi. Bu ölkənin qızıl
ehtiyatlarının heç tükənməyəcəyi güman edilirdi. Çünki Avropa
ölkələrinin iqtisadiyyatı müharibədə dağılmış və Yaponiya da hələ
12
ki, iqtisadi inkişafını başa çatdırmadığına görə ABŞ-ın dünyadakı
mövqeyi möhkəm idi.
Burada bir şeyi qeyd etmək lazımdır ki, xarici ehtiyatların
dollarla tutulması sistemin ən zəif cəhətlərindən biri idi. ABŞ-ın
tək öhdəliyi, özünə təklif edilən bu dolları qızıla dəyişdirməkdən
ibarət idi. Amma Amerikadakı tədiyə balansı kəsirlərinin aşırı bir
şə
kildə böyüməsi, başqa bir ifadə ilə desək, xarici ölkələrin mər-
kəzi banklarında toplanan dolların ABŞ-ın ümumi qızıl
ehtiyatlarından çox olması, bir gün bu dolların konvertasiyasına
son qoya bilərdi. Belə ki, praktiki olaraq vəziyyət belə də oldu.
Beləliklə, 1946-cı ildə başlayan Sabit kurslu Bretton-Vuds
Sistemi tarixi bir xatirə olaraq yaddaşlarda qaldı. 1973-cü ilin mart
ayında sənayeləşmiş ölkələr pullarının Amerika dollarını qarşısın-
da sərbəst üzməsinə icazə verdikdən sonra Bretton-Vuds sistemi
dağıldı. Belə vəziyyətdə sərbəst dalğalanmağa keçmək, əsas
sənayeləşmiş ölkələrin, demək olar ki, tək alternativi idi. Amma
bununla yanaşı üzən kurs sisteminin qısa müddətli olması
düşünülmüşdü. Gələcəkdə keçmişdəki kimi əhatəli yeni bir
beynəlxalq valyuta sisteminin qurulacağına inam vardı. Lakin tarix
ölkələrin bu praktikadan çox şikayət etmədiklərini göstərdi. Bəlkə
də məhz buna görə də yeni bir sistemin qurulması əhəmiyyətli
ölçüdə aktuallığını itirdi.
Bu gün dünyada bütün ölkələr tərəfindən mənimsənilən,
konvensiyalarla qurulmuş, eyni kurs sisteminə görə vahid bir
beynəlxalq valyuta sistemi yoxdur. Bunun əvəzində sabit kurs
sistemindən üzən kurs sisteminə qədər dəyişə bilən və ölkələrin
özləri tərəfindən seçilən fərqli sistemlər vardır. Bu gün də, BPF
beynəlxalq maliyyə münasibətlərini tənzimləmək vəzifəsini davam
etdirir. Yalnız Bretton-Vuds sisteminin dağılmasından sonra üzv
olan ölkələrin fərqli praktikalarına hüquqi baza formalaşdırmaq
üçün, BPF-nin quruluş qanununda (BPF qanununda ikinci
dəyişilik) dəyişiklik edildi. Bu dəyişikliyə görə müəyyən edilmiş
prinsiplərə əməl etmək şərti ilə istənilən ölkə istədiyi kurs
sistemini qəbul edə bilər.
13
1973-cü ildə sabit məzənnəli Bretton-Vuds sisteminin
ləğvindən bəri məzənnələrdə aşırı bir dəyişkənlik nəzərə çarpır.
Daha əvvəllər də açıqlandığı kimi məzənnələrdə müşahidə edilən
bu cür oynaqlıq isə beynəlxalq ticarət və kapital hərəkətlərinə
ə
həmiyyətli ölçüdə təsir edir. Bundan başqa bügünkü idarəetməli
dalğalanma sistemli aspektində, valyuta məzənnələrində balans
dəyərlərindən dəyişikliklər meydana gəlməkdə və bu tarazsızlıqlar
bir neçə il davam etməkdədir. Məsələn, Türkiyədə 1990-cı illərin
ə
vvəllərində Mərkəzi Bank müdaxilələri nəticəsində qısamüddətli
xarici fondları ölkəyə çəkə bilmək üçün valyuta kurslarını aşağı
tutmuşdur. O dönəmdə, yəni 1980-1985-ci illər arasında ABŞ-ın
tətbiq etdiyi təklif yönümlü iqtisadi siyasət çərçivəsində ticarət
balansındakı böyük artımlar da digər bir nümunədir. Böyük ticarət
kəsirlərinə baxmayaraq, dolların dəyərinin artması paradoksal bir
vəziyyətdir. Bunun səbəbi, tətbiq edilən yüksək faiz siyasətindən
dolayı ölkəyə girən böyük həcmli qısamüddətli xarici kapitaldır.
Başqa bir sözlə, bu tarixlərdə dollar açıq şəkildə aşırı
dəyərləndirilmiş bir pul idi. Məzənnə oynaqlığı və məzənnə
tarazsızlığı problemləri, beynəlxalq pul sisteminin hansı ölçüdə
elastik olmasını və hansı ölçüdə iqtisadi siyasətə uyğunlaşması ki-
mi mövzuları aktuallaşdırıb. Beləliklə, aşağıda qyed etdiyimiz
mövcud praktikaların düzəldilməsi üçün məzənnələr mövzusunda
«hədəf dəyişmə» sahəsi kimi layihələr təklif edilir. Başqa bir sözlə,
ə
vvəllər üzən və sabit məzənnə sistemlərinin müsbət cəhətlərini
toplayan layihələr yerinə optimal məzənnə elastikliyi və iqtisadi
siyasətə uyğunlaşdırılması kimi mövzular mübahisə obyekti olub.
1973-cü ilin əvvəllərində əsas sənayeləşmiş ölkələrdə
Bretton-Vuds sisteminin əsasını meydana gətirən, pulların sabit
kurslardan Amerika dollarıyla ölçmə tətbiqlərinə qərar verildi.
Beləliklə, bu ölkələrin pulları ilə Amerika dolları bir-birlərinə qarşı
dalğalanmağa buraxıldı.
Bretton-Vuds sisteminin «qıfıl pulu» olan dolların
dalğalanmağa buraxılması bir çox cəhətdən böyük əhəmiyyət kəsb
edirdi. Çünki dollar beynəlxalq «dəyər standartı» idi. Beynəlxalq
Dostları ilə paylaş: |