Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə12/101
tarix31.10.2018
ölçüsü2,75 Mb.
#77212
1   ...   8   9   10   11   12   13   14   15   ...   101

 
 
41
CAHANGİR-MƏLƏKSUMA 
 
Misir  şəhərinin  padşahı  Ədil  şahın  övladı  olmurdu.  Əmbə 
onun bir yaxşı tədbirçi vəziri varıydı. Bir gün Ədil şah dedi: 
–  Vəzir,  mən  artıx  qocalıram,  mənim  var-dövlətimə,  taxtı-
tacıma, bu cahcalallı səltənətimə sahib olajax bir öyladım yoxdu. 
Vəzir dedi: 
–  Qibleyialəm,  mən  o  iş  üçün  nə  tədbir  eliyə  bilərəm?  Bir 
az da gözdə, bəlkə də Allahdan sənə bir öylad kəramət ola.  
Ancax deyillər padşahın  bir  bərbəri  var  idi. Padşah  həmişə 
üz-başını  ona  təraş  etdirərdi.  Bir  gün  padşah  üz-başını  təraş 
eləməkdən  ötrü  bərbərin  qarşısında  əyləşdi.  Öz  əksini  aynada 
çox  pərişan  görüf  dərinnən  bir  ah  çəkdi.  Baxdı  gördü  ey 
diliqafil, üzü-başı tamam ağarıf. Fikirrəşdi ki, hə... qojalıx məni 
yaman yerdə haxladı. Bərbər padşahın bu halını duydu. Dedi: 
–  Qibleyi-aləm,  bu  yer  üzündə  böyüklük  sizdə,  ad-san 
sizdə,  taxt-tac,  dövlət-var,  səltənət  sizdə,  axı  nə  dərdiniz  ola 
bilər ki, belə ürəkdən ah çəkdiniz? 
Padşah dedi: 
– Bərbər, mane olma, işinnən məşğul ol. 
Bərbər dedi: 
– Padşahım, dərdini deməsən öldürsən də üzünü təraş eləmijəm. 
Şah nə elədisə mümkün olmadı. Nəhayət Padşah cana gəldi, 
dərdini bərbərə söylədi. Bərbər dedi: 
– Şah sağ olsun, siz şahsınız, əmbə kəramətsiz şahsınız.  
İndi  mən sizə  bir söz deyim, göstəriş  verim,  siz  mən dedi-
yimə  əməl  eliyin.  Mənim  məsləhətimnən  sonra  sənin  öyladın 
olmasa onda başımı vurdurarsan. 
Padşah nalac qalıf bərbəri dinləməyə məcbur oldu. 
Bərbər dedi: 
– Ey şahım, döylətiyin üçdə iki hissəsini öznə əylə, bir his-
səsini fağıra-fuğaraya, yetimə-yesirə, əlsizə-əyaxsıza payla. On-
da sənə haxdan kəramət olar.  


 
 
42
Bərbərxanadan qayıdannan sonra padşah bərbər dediyi kimi 
də  hərəkət  elədi.  Xəznədarı  yanına  çağırıf  xəznənin  üçdən  bir 
hissəsini fağır-fuğaraya, yetimə-yesirə paylatmağı tapşırdı.  
Deyillər aşıx dili yüyrək olar. Aradan düz bir müddət keşdi. 
Doqquz  ay,  doqquz  gün,  doqquz  gejədən  sonra  Ədil  şahın  bir 
oğlu dünyaya gəldi. Camahat gözaydınlığına axışdı, böyük şən-
nik-şadyanalıx quruldu, uşağın adını Cahangir qoydular.  
Padşahlarda qayda beləydi; uşax dünyaya gələndə ona dayələr 
tutardılar.  Dayə  də  hökmən  qadın  olardı,  o,  həm  uşağı  böyüdər, 
həm də öz südüynən qidalandırardı. Uşax süddən kəsilənnən sonra 
ona dünya görmüş  bir qoja tutardılar,  bunun da adına Lələ deyər-
dilər. Lələ körpənin təlim-tərbiyəsiynən məşğul olardı. 
Cahangir 6-7 yaşına çatanda ona bir qoja kişiyi Lələ tutdu-
lar. Həmən  vaxtdan Cahangir 18  yaşına çatana kimi  bu Lələnin 
tərbiyəsində böyüdü. 
Deyillər  bir  gejə  oğlan  yuxusunda  Hindistan  padşahının, 
yanı  İzzət  bəyin  bacısı  Mələksuma  xanıma  aşiq  oldu.  Həmən 
səhəri Cahangir yuxudan çox gec oyandı. Əyanlar adam göndə-
rif  oğlanı  yoxluyanda  gördülər  əhvalı  ayrı  cürdü.  Odu  ki,  belə 
işlərdən baş tapanı axtarıf tafdılar. Müxtəsər, bir qarı çağırdılar. 
Həmən qarı yaxşı xəsyət qarılardan idi. Oğlana baxan kimi dedi: 
– Qorxulu bir şey yoxdu, ayılanda öz dərdini deyər. 
Odu ki, çox keçmədi, Cahangir yuxudan ayıldı. Dərdini de-
mək  üçün  bir  saz  istədi.  Məxləs,  bir  saz  tapıb  gətirdilər.  Oğlan 
sazın  bəmini-bəm,  zilini  zil  eliyif  aldı  sinəsi  üstünə  müstəkəm 
elədi, götürdü görək nə dedi, sizdərə cansağlığı: 
İbtida xəlq elədi, ol Adəm insanı Ərəb, 
Qüdrətinnən xoş nişanı o verdi lisanı
1
 Ərəb. 
Axşam-sabah duva qıllam onun gül camalına, 
Bəxş elədi bəndəsinə dini, həm imanı Ərəb. 
 
                                                             
1
 Lisan – dil 


 
 
43
Cismi insan o mövladır, hökm edir qafdan-qafa, 
Xəstə düşdüm təbib gəldi, dərdimə verdi şəfa. 
O gün ki, müşkülə yetdi, münkirə verdi cəfa, 
Çox şükürlər xaliqimə buldum inamı Ərəb. 
 
Cahangir də eşq oduna yar haqqında yanandı, 
Bu gecə bir röya gördüm könlüm şəhri talandı. 
Uzax eldən sorax etdim özü cavan tərlandı 
Həm abınnan nuş eylədim, həm yedim nanı Ərəb. 
Söz tamama yetdi. Cahangirin anası irəli yeriyif oğluna üz tut-
du, ay oğul, dedi, başına nə müsübət gəlif ki, sən belə dağdan-də-
rədən oxuyursan. Mən ananam, oğul, bəlkə dərdini mana deyəsən. 
Cahangir  üzünü  anasına  tutuf  görək  onu  işdən  nejə  halı 
elədi?  
Aldı Cahangir: 
Ana, dur get şah babamdan izin al, 
Gedirəm yola sal, ay ana, məni. 
Misir eli indi olar qeyli-qal, 
Salmaynan dillərə bəyana məni. 
 
Ana: 
Oğul, nə deyirsən divana kimi, 
Eşidən nə deyər qoyana səni. 
Gözəl sevsən bizim eldən sev barı, 
Qoymaram gedəsən o yana səni. 
 
Cahangir: 
İndi özüm yar elinə yetirrəm, 
Qəhramantək cəngi liba götürrəm. 
Ya can verrəm, ya sevgimi gətirrəm, 
Canım qurban ola qoy, ana, məni. 
 
Ana: 
Oğul, uzun çəkər bu qeylü-qalın, 
Qürbət el gəzməyə varmıdır halın? 


 
 
44
Fərasətin olsun, əqlin, kamalın, 
Qoymaram gedəsən o yana səni. 
 
Cahangir: 
Cahangir sözünü yazan olarmı? 
Dərdini dəftərə düzən olarmı? 
Allah sövdasını pozan olarmı? 
Canım qurban ola qoy, ana, məni. 
 
Ana: 
Nələr gəldi bu Zeynəbin dilinə, 
Həsrət qalma ulusuna, elinə. 
Əlin çatsa gözəl yarın əlinə 
Qorxuram qoymaya bu yana səni. 
Söz  tamama  yetişəndə  hamı  başa  düşdü  ki,  oğlan  eşq 
soydasına tüşüf. Cahangir saznan dediklərini söznən də dedi: 
– Əziz ata-anam, qohum-əqrəbam. Bu gejə mana bir ağ əbalı 
nurani  qoja  Hindistan  padşahının  bajısı  Mələksuma  xanımı  buta 
verif, yolunu da göstərif. Gərək söygülümün dalıncan gedəm. Bu 
işdə tavaqqı eliyirəm heç kim qarşımı kəsməsin. Onu da deyək ki, 
Cahangir  bu  söydasını  əvvəlcə  Lələsinə  danışmışdı.  Demişdi, 
Lələ, mən sana örgəşmiş adamam, bu səfərə də sənnən çıxajam. 
Bəli, Lələ əhvalatı  nejə  var, eləjə də Cahangirin  valideyin-
lərinə, qohum-əqrəbasına danışdı. 
Əziz şah çox fikirləşif vəzirə üz tutdu: 
–  Vəzir,  amandı  bu  işə  bir  tədbir  gör,  mən  burdan  Yəmən 
şəhərinə oğlumu tək-tənha buraxa bilmərəm. 
Vəzir dedi: 
– Qibleyi aləm sağ olsun, əgər mənə qalsa mənim tədbirim 
buduku  xeyli  zərrin  mətahlar,  bir  qəflə  qatırnan  ver  mana  mən 
oğlunu da götürüm bir  bəzirgan kimi həmən Hindistan şəhərinə 
gedim. Qoşun-ləşkər töküf camahatı qırğına  verməkdənsə  icazə 
ver  gedək,  Cahangirnən  bir  yerdə  orda  tükan  açax,  alverimizi 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə