Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə14/101
tarix31.10.2018
ölçüsü2,75 Mb.
#77212
1   ...   10   11   12   13   14   15   16   17   ...   101

 
 
49
Yüz əzmi-möhnət cəfaynan, 
Sanki Nuh tufanı gördüm. 
 
Gümüş kəmər var belində, 
Qızıl qotaz var telində. 
Həmən Hindistan elində, 
Sevdiyim cananı gördüm. 
 
Cahangirə etdi nazı, 
Şirin dili, xoş avazı, 
Hindistan şahının qızı, 
Ol Mələksumanı gördüm. 
Mələksuma adını eşidəndə vəzir dedi: 
–  Oğul,  səni  görüm  qanına  bələnəsən.  Sən  hər  yerdə  belə 
açıq-aşkar  Mələksumanın  adını  çəksən,  biz  sağ  başı  gora  apara 
bilmərik. 
Nəsə... Vəzir Cahangirə genə də öyüt-nəsiyyət verməyində 
olsun,  sizə  kimnən  danışım  Yəmən  şəhərində  Heydər  xannan. 
Heydər  xan  eşitmişdi  ki,  İzzət  şahın  elə  bir  bajısı  var  ki,  hələ 
ruzikarın gözü belə gözəl görmüyüf. Qızın bu tərifini eşidənnən 
sora  Heydər  xan  yaman  işdahlanmışdı.  Öz-özünə  söz  verdi  ki, 
nə olur-olsun  həmən gözəli  yerin deşiyində də olsa gətirməlidi. 
Oydu  ki,  qoşun  sərkərdəsi  Baxtiyar  adında  qəvi  bir  pəhlivanı 
varıydı. Onu yanına çağırıf dedi: 
– Bəxtiyar, doğrudu sən mənim qoşunumun başçısısan, özü 
də  güjdü  pəhlivansan.  Əmbə  mən  səni  hələ  düz  əməlli  sınama-
mışam.  Onda  sana  əsil  pəhlivan  deyərəm  ki,  gedif  Hindistan 
padşahı  Heydər  şahın  bajısı  Mələksuma  xanımı  mana  gətirsən. 
Onda  bilərəm  nejə  pəhlivan  olduğunu.  Get  qoşunnan  ürəyin 
istiyən  iyitdəri  də  götür,  özgə  nəyə  ehtiyacın  var  söylə,  əmbə 
tezliknən o qızı mana yetirməlisən. İnan bir allaha ki, bu işi başa 
varsan səni dünya malınnan sirab eliyəjəm. 


 
 
50
Belə deyən kimi  Baxtiyar pəhlivan əlini  gözünün üstünə  qoyuf 
xanın  dediklərinə  əməl  eləyəcəyinə  möhkəm  söz  verdi.  Odu  ku, 
böyük ehtiyat görüldü, güjdü qoşunnan Hindistana yol başdadılar.  
Əlqərəz,  gəlif  mənzil  başına  çatdılar.  Pəhlivan  meydanına 
doluşdular.  İzzət  bəyə  xəvər  göndərdilər  ki,  öz  xoşunnan  bajın 
Mələksumanın  başını  bəzətdir, aparırıx  Heydər xana. İşdi sözü-
müzü yerə salsan, onda zora əl atmalı olajıyıx.  
İşi  belə  görən  İzzət  şah  vəzir-vəkilini  başına  cəm  elədi, 
dünya  görmüş  adamlardan  çağırdı  bir  qədər  məşvərət  elədi. 
Ağıl-ağıldan üstün olar deyillər, hərənin ağzınnan bir fikir çıxdı. 
Əmbə axırda hamı bir sözə gəldi ki, zora-zor işdətmək lazımdı. 
Xoşduxnan Mələksumuyu bulara versək onda gərək hamı başına 
papax əvəzinə ləçək örtsün. Məsləhət verənnərdən biri dedi: 
- Şah sağ olsun, onnar vuranda qan çıxer, biz vuranda sumu 
çıxajax. Qana-qan olmalıdı-vəssalam! 
Nəsə qərara gəldilər ki,  savaxdan qoşunun  say-seçmələrin-
nən bu çağırılmamış qonaxların qarşısına çıxartmax lazımdı... 
Sabah açıldı, üstünüzə xeyirli savaxlar açılsın, İzzət şah bir 
dəstə döyüşçü göndərdi Bəxtiyar pəhlivanın üstünə. Axşamatan 
vuruşdular,  axşam  həmən  dəstədən  bir  nəfər  də  olsun  salamat 
qayıtmadı,  Bəxtiyar  hamısını qılıncdan keçirtdi. Beləjə  bu dava 
bir neçə gün uzanası oldu. Şəhərə haray düşdü,  hamı  işdən  halı 
oldu. Xavar gəlif vəzirə çatmışdı, əmbə Cahangirə deməmişdi. 
Nəhayət, İzzət şahın qoşun sərkərdələri qırılıf tükəndi. Şah 
naələş qalıf camahatı səfərbərriyə çağırdı. 
Sizə  kimnən  deyim,  Cahangirdən.  Cahangir  bu  şəhərə 
gələnnən  bir  nəfər  cavan  oğlannan  möhkəm  dostaşmışdı.  Bir 
axşam həmən oğlan gəlif Cahangirə dedi: 
-  Qardaş,  məyər  xəbərin  yoxdu,  Yəmən  padşahının  pəhli-
vanı  neçə  gündü  kü  gəlif  İzzət  şahın  bajısını  zornan  aparmax 
istiyir.  Neçə  gündü  meydanda  qırğındı.  Bəxtiyar  pəhlivan  hər 
gün  İzzət  şahın  qoşununu  qırıf-tökür.  Daha  sərkərdə,  pəhlivan 


 
 
51
qalmadı.  Savah  bir  tədbir  görülməsə  şahın  işi  şuluxdu.  Kişinin 
başını aşağı eliyif Məlksuma xanımı zornan aparajaxlar. 
Bu  sözdəri  eşidən  Cahangir  doluxsunmuş  halda  vəzirin 
yanına  gəlif  əhvalatı  biz  bildiyimiz  kimi  ona  danışdı.  Əlavə 
elədi ki, ey  mənim  əziz  himayadarım,  biz  mənim atamın  zərrin 
mətahını  gətirif  heç-puç  eliyirik,  özümüzü  qürbətliyə  salmışıx. 
Məgər bu işdən halı döyülmüsən. Mana deməlisən. Vəzir gördü 
yox,  desəm  ki,  bilirdim,  onda  yaxşı  olmuyajax.  Axırı  Cahan-
girdən  danıf  dedi,  oğul,  sən  dedin,  mən  də  eşitdim,  mənim  bu 
işdən heç xəvərım olmuyuf. 
Cahangir dedi: 
- Vəzir, bağlamalarımızın arasında mənim pəhlivan libasım 
var, onnarı çıxart. Özün də get İzzət bəyin hüzuruna de ki, savax 
meydan  mənimdi.  Mana  bir  yəhərri-yüyənni  at,  bir  də  döyüş 
əməsilahı
1
 hazırratsın. 
Vəzir  üz  qoydu  İzzət  bəyin  hüzuruna  gəldi.  Əhvalatı  ona 
danışdı.  İzzət  bəy  Cahangirə  bir  döyüş  atı,  bir  də  döyüş  əmə-
salahı göndərdi. 
Bəxtiyara  xavar  göndərdilər  ki,  savax  sənin  meydanına 
Misirdən gəlmiş bir bəzirganın balaca bir oğlu çıxajax. 
Bəxtiyar  fikirrəşdi  ki,  o  ki,  qaldı  uşax-muşağa  daha  bizim 
işimiz düzələn təhərdi. 
Gejəni yatdılar, səhərrəriniz xeyirriknən açılsın hamılıxnan. 
Elə  ki,  səhər  açıldı,  Cahangir  döyüş  livasını  geyinif  ata  suvar 
oldu, üz qoydu döyüş meydanına. 
Bu  işdən  xavar  tutan  qoja-cavan,  böyük-kiçik,  arvad-uşax  bir 
söznən “məmə”-deyənnən “pəpə” deyənə kimi hamı meydana axışdı. 
Bəxtiyar  pəhlivan  çadırdan  baxıf  gördü  bir  cavan  oğlandı. 
Onun  qarşısına  çıxmağı,  öz-özünə  ar  elədi.  Əmbə  bir  qədər 
zəndnən fikir verənnən sora baxıf gördü ki, nə qədər döyüşdərdə 
oluf, belə gözəl at oynadıf, qılınc qaldıran görmüyüf. Dedi, yox, 
                                                             
1
 Əməsalah – silah-sursat, alət 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə