50
Analitik-informasiya mərkəzinin direktoru .Barniçin fikrincə, “Rusiya və
ABŞ arasında Cənubi Qafqaz regionunda nüfuz uğrunda mübarizə təkcə
Azərbaycanın strateji əhəmiyyətli neft yataqlarına yaxınlıqla müəyyənləşmir”.
Ə
sas səbəb- Qafqazın Rusiya, Türkiyə və Şərq ölkələrinin maraqlarının kəsişdiyi
strateji düyün hesab edilməsidir. “Wall street journal” öz növbəsində bildirirdi ki,
Qərbin qarşısında dayanan əsas vəzifə A və NATO-nun birbaşa həmsərhəd
olmadığı ölkələri bu və ya digər formada öz orbitinə daxil etməklə
genişlənməsindən ibarətdir. Amerikan nəşrində qeyd edilirdi ki, bu ölkələr
Ukrayna, Belarus, Moldova, Gürcüstan və Azərbaycandır ki, Qərb bu ölkələr
vasitəsilə Xəzər nefti və qazına çıxış imkanını təmin edə bilər [ 4, s. 176-177].
NATO-nun 2004-cü il iyun ayında stanbulda keçirilən sammitində
təşkilatın Mərkəzi Asiya və Qafqaz ölkələrinin “təhlükəsizliyinin təminatçısı”
olmaq barədə planları rəsmi şəkildə müəyyənləşdirilmiş, həmçinin bütövlükdə
Xəzər regionu alyans üçün strateji əhəmiyyətli bölgə elan edilmişdir.
Xəzər regionu ABŞ üçün o qədər böyük əhəmiyyət daşımağa başlamışdı
ki, bu regionun problemlərinə ölkə administrasiyasının xarici siyasətində ayrıca bir
istiqamət ayrılmışdır: region üzər xüsusi şöbə, prezident yanında təhlükəsizlik
ş
urasının tərkibində xüsusi işçi qrupu yaradılmış, prezident və dövlət katibinin
Xəzər regionun enerji məsələləri üzrə xüsusi müşaviri vəzifəsi təsis edilmişdir.
Mərkəzi Asiya və Xəzər regioununda neft resursları ilə bağlı amerikan
maraqları daha çox ABŞ-ın öz müttəfiqləri, xüsuslilə də Qərbi Avropa və
Yaponiya üzərində təsirini saxlamaq cəhdləri ilə xarakterizə olunur. ABŞ Mərkəzi
Asiya dövlətlərini Rusiya təsir dairəsindən uzaqlaşdırmaqla bu ölkənin nə vaxtsa
ABŞ-ın geosiyasi planlarına mane olmaq imkanlarını zəiflətməkdə maraqlıdır.
ABŞ-ın Mərkəzi Asiyada nüfuzunun 11 sentyabr 2001-ci il hadisələrindən sonra
Ə
fqanıstanda hərbi əməliyyatlara başlamasından sonra daha da artması onun nəinki
Rusiya, o cümlədən Çin, ran, cənub-qərbi Asiya, cənubi Asiya ölkələrinə
münasibətdə geosiyasi üstünlük qazandırmış oldu. Bundan əlavə, Amerikanın
Avrasiya strategiyasında rəsmi Vaşinqtonun “islam fundamentalizmi və
ekstremizmi” faktorundan istifadə etməklə Mərkəzi Asiya regionunu Türkiyə,
51
Səudiyyə Ərəbistanı və Pakistanın daxil olduğu “coğrafi kəmərə” birləşdirmək
cəhdləri öz əksini tapmışdır. Lakin, Xəzər regionunu, hər şeydən əvvəl
Azərbaycan, Qazaxıstan və Türkmənistanı bu prosesə cəlb etmədən adıçəkilən
geostrateji vəzifənin həlli sual altında qala bilər [ 4, s 177-178].
11 sentyabr 2001-ci il terror hadisələrindən sonra ABŞ-ın Orta Şərq, o
cümlədən, Azərbaycan və Mərkəzi Asiya ilə sıx münasibətləri fonunda formalaşan
yeni siyasi durum müşahidə olunmaqdadır. Region ölkələrinin GUAM bloku
çərçivəsində əməkdaşlığı da ABŞ-ın prinsiplərinə və maraqlarına uyğun qurularaq,
müasir şəraitdə aktuallığını daha da artırmaqdadır.
Bundan əlavə, 2001-ci il 11 sentyabr hadisələrindən sonra terrorizmlə
mübarizə çərçivəsində Vaşinqton ənənəvi olaraq Rusiyanın nüfuz dairəsində olmuş
regionda qoşun saxlamaq və hərbi bazalar yerləşdirmək haqqında bəzi dövlətlərlə
hərbi paktlar bağladı. Lakin, regionda onun hərbi qüvvəsi Rusiya ilə müqayisədə o
qədər də güclü deyil. ABŞ-ın Xəzər regionunda əsas məqsədləri aşağıdakılardır:
-
Çin, ran və Rusiyanı çəkindirmək və izolyasiya etmək.
-
Enerji resursları və onların beynəlxalq bazarlara çatdırılması yollarına
nəzarət etmək.
-
Azərbaycan və Türkiyə kimi müttəfiqlərlə əməkdaşlıq etmək.
-
Rusiya ərazisindən yan keçən Xəzər enerji ixrac kəmərlərinin Bakı-Tbilisi-
Cehyan (BTC- Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə doğru uzanan
multimilyardlıq neft boru kəməri) və Nabukko (regiondan Avropayadoğru
uzanan qaz kəməri) kimi kəmərlər vasitəsilə diversifikasiyası. (Hal-hazırda
isə TANAP və TAP layihələri - N.M.)
-
Liberal islahatları və rejim dəyişikliklərini dəstəkləmək.
-
Hərbi və təhlükəsizlik sahəsində mövcudluğunu gücləndirmək. [ 23, s. 69-
70].
Bundan başqa, ABŞ-ın regionla bağlı siyasətinə amerikan şirkətlərinin
həyata keçirdiyi investisiyaların təhlükəsizliyini təmin etmək, sabitliyi,
demokratiyaya keçidi sürətləndirmək, bazar iqtisadiyyatının səmərəli fəaliyyət
göstərməyini təmin etmək, kommersiya fəaliyyətini gücləndirmək, kütləvi qırğın
52
silahları ilə bağlı yarana biləcək problemləri aradan qaldırmaq və insan haqları
standartlarını yüksəltmək də daxildir.
ABŞ-ın Mərkəzi Asiya ilə bağlı əsas qayğılarından biri Qazaxıstanda
toplanmış kütləvi qırğın silahlarının daşınması və regionda nüvə silahının
yaradılması ilə bağlı fəlaiyyətə nəzarət edilməsidir. Qazaxıstan ərazisində SSR
dövründən qalmış nüvə silahlarına sahib olmaq və ölkənin nüvə gücü olan bir
dövlət kimi qalmağını arzulayan qruplar var. 1995-ci ilin aprel ayınadək 1040 ədəd
SS-18 nüvə başlığı Rusiyaya verilmişdir. Silahların Rusiyaya təhlükəsiz şəkildə
ötürülməsinin qarşılığında ABŞ Qazaxıstana göstərdiyi dəstəyi artırdı. ABŞ nüvə
silahlarının radikal xarakterli üçüncü dünya ölkələrinə və ya terrorist qruplara
satılması təhlükəsindən ehtiyat edir [ 14, s. 20].
Eyni zamanda Qazaxıstan Rusiya ilə uzun sərhədlərinin olması və
ə
razisindəki rus əhalisinin sayına görə də ABŞ-ın yaxından izlədiyi bir ölkədir.
Bölgə ölkələri arasında ən çox iqtisadi yardımın Qazaxıstanın payına düşməsi bu
diqqətin göstəricisidir. Amerika Qazaxıstandakı investisiyaların təhlükəsizliyini
təmin etmək, enerji kəmərlərinin rus monopoliyasına keçməsinin qarşısını almaq
üçün qazax neftinin BTC boru kəməri vasitəsilə daşınması layihələrini dəstəkləyir.
Qazaxıstanın Rusiyadan yan keçən alternativ boru xətləri vasitəsilə dünya bazarına
çıxması üzərindəki rus təsirindən də ciddi mənada azad olması deməkdir. Lakin
Nazarbayev hökuməti Amerika ilə iqtisadi, Rusiya ilə siyasi və strateji sahədə
siyasət yürüdərək iki güc arasında balanslaşdırılmış siyasət həyata keçirir [ 30, s.
18].
ABŞ-ın digər təhlükəsizlik qayğısı isə radikal islamçı hərəkatların Mərkəzi
Asiyaya yayılması təhlükəsidir. ran slam Respublikası isə nüvə silahlarının və
radikal slamçılığın yayılması təhlükəsinin kəsişdiyi nöqtədə yerləşir. Amerikanın
ə
n mühüm təhlükəsizlik məqsədlərindən biri də ranı çevrələmək və onun rejimini
bölgəyə ixrac etməyinə mane olmaqdır [ 14, s. 20].
Beləliklə, XX əsrin sonlarında baş vermiş siyasi hadisələr nəticəsində
karbohidrogen ehtiyatları ilə zəngin Xəzər regionu ABŞ-ın diqqətini yenidən cəlb
etməyə başladı. Regionu öz həyati maraqlar zonasına daxil etməsi Xəzər regionuna
Dostları ilə paylaş: |