Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

26 

 

Komitəyə konfliktdə olan tərəflərin barəsində qanunsuz qərarların verilməsinə hüquq 



verilməmişdir. Tərəfləri qane etməyən qərarlar verilərsə, iş məhkəmə instansiyalarına 

göndərilir.  

         şgüzar  etika  komitəsi  birjadaxili  intizam  məsələləri  ilə  bağlı  münsiflər 

heyəti  funksiyasını  yerinə  yetirir.  Əgər  birja  üzvləri  tərəfindən  daxili  intizam 

qaydaları  pozularsa,  onda  bu  məsələyə  həmin  komitədə  baxılmalıdır.  Daxili  intizam 

qaydalarının pozulması ilə əlaqədar edilən müraciətlər komitə tərəfindən əsaslandırılır 

və  bu  barədə  qərarlar  qəbul  edilir.  Əgər  komitə  hesab  edirsə  ki,  müraciət  yerində 

edilmir, əsassızdır, onda birja personalının nümayəndəsinə göstəriş  verilir ki, şikayəti 

birja  üzvlərinə  təqdim  etsinlər.  Etika  komitəsi  qərarı      qəbul  etmək  üçün    müşahidə 

komitəsi  qarşısında  məsələ  qaldırır.  Qəbul  edilən  qərar  fyuçers  birjasının 

xidmətçilərinin    nəzərinə    çatdırılır.  Sonra  bu  məsələ    etika  komitəsində  müzakirə 

edilir.   

       Müşahidə  komitəsi  mübahisələri  nəzərdən  keçirir  və  bütünlüklə  intizam 

məsələləri  ilə  qərarlar    qəbul  edir.  Müşahidə  komitəsinin  qəbul  etdiyi  qərarların 

obyekti  olan  məsələlər    işgüzar  etika  komissiyasi  tərəfindən    göndərilir.  Müşahidə 

komitəsi  birja  personalının  göstərişlərini    və  zərərçəkənin    iddiasını    dinləyir,  əgər 

qayda pozuntusu müşahidə olunarsa, onda cəza tətbiq edilir. 

       Nəzarət  komitəsi    birjanın  işgüzar  fəaliyyətinə  nəzarəti  həyata  keçirir. 

Nəzarət komitəsi məhsulun daşınması müddətində kontraktların icra edilməsinə, birja 

kontraktı  üzrə  real  məhsulun  daşınmasının  gedişinə,  birja    kontraktlarının  bir-birilə 

uyğunlaşmasına  nəzarəti  həyata  keçirir.  Nəzarət  komitəsinin  fəaliyyətində  başlıca 

məqsəd  birja anbarında süni defisit yaradılmasının qarşısını almaqdan ibarətdir. Əgər 

daşınma  müddətinin    başlanmasına  qədər  ləğv  olunmamış  çox  saylı    kontrakt 

qalmışdırsa, nəzarət komitəsi tədqiqatlar aparır və birja kontraktlarının məcburi ləğv 

edilməsi ilə bağlı rekomendasiya verir. Bu isə, o halda həyata keçirilir ki, məhsulun 

süni şəkildə çatışmamazlığı ilə bağlı təhlükə yaranmış olsun. 




27 

 

        Yeni  məhsullar  üzrə  komitə  birjalarda  yeni  məhsullar  üzrə  ticarətin 



potensial  imkanlarını  öyrənir.  Burada  fəaliyyət  göstərən  personal  yeni  məhsulların 

ticarətə  buraxılması  imkanlarını,  bunun  üstün  və  çatışmayan  cəhətlərini 

müəyyənləşdirir və nəticələr əsasında yekun qərar qəbul edilir.  

       Rinq  və  kontrakt  komitələri  birjanın  ixtisaslaşmış  seksiyalarında  ticarətin 

gedişinə nəzarət edir və pozuntulara görə iştirakçıların məsuliyyətə cəlbini təmin edir. 

Məsələn, brokerlər birja qaydalarına uyğun olmayan kontraktı almaq və satmaq üçün 

cəhd  göstərsə,  komitə  müvafiq  iştirakçıları  cərimələmək  hüququna  malikdir. 

Cərimələrin  məbləği  müxtəlif  birjalarda  müxtəlif  miqdarlarda  ola  bilər  (Məsələn, 

Nyu-York Komeks birjasında 1000 dollar təşkil edir).  

  Adlarını  sadaladığımız  komitələrlə  yanaşı,  bir  sıra  mühüm  funksiyaları  yerinə 

yetirən  müxtəlif  təyinatlı  qurumlar  da  mövcuddur.      Məsələn,  ekspert  qrupu  birjada 

satışa  çıxarılan  predmeti  ekspertizadan  keçirir  və  onun  standartlara  cavab  verib-

verməməsini  müəyyənləşdirir.  nformasiya  təminatına  cavabdeh  olan  qurumlar  (bir 

sıra birjalarda onlar müstəqil qurumlar kimi də fəaliyyət göstərirlər) iştirakçıların və 

digər  hüquqi  və  fiziki  şəxslərin  zəruri  məlumatlarla  təmin  edilməsinə  cavabdehlik 

daşıyır.  

  Beləliklə,  bütün  bu  qurumlar  birlikdə  birjanın  daxili  idarəetməsini  və 

tənzimlənməsini təşkil edir və onlar bir-birinə qarşılıqlı təsir göstərən və bir-birindən 

asılı  olan  ayrı-ayrı  elementlərin  təşkil  etdiyi  dinamik  sistem  şəklində  fəaliyyət 

göstərirlər.  Bu  baxımdan    birjaların  daxili  tənzimlənməsi  ilə  bağlı  idarəedici 

subyektlərin  qəbul  etdikləri  qərarlar  hərtərəfli  dəqiqliklə  hesablanmış  və  mövcud 

situasiya nəzərə alınmaqla  qəbul edilən qərarlar olmalıdır. Bütün bu prosesləri əhatə 

edən  və  nəzarətdə  saxlamağa  yönəlmiş  tənzimlənmə  fəaliyyətinin  icrası  isə,  onların 

qarşısında duran əsas məsələlərdəndir.     

 

 



28 

 

1.3.  Azərbaycanda  əmtəə  birjalarının  formalaşması,  təşkilati  strukturu 



vəfunksiyaları 

 

     Birja  öz  fəaliyyətini  birja  ticarəti  iştirakçılarının  hüquq  bərabərliyinin  təmin 

edilməsi,  sərbəst  (bazar)  qiymətlərinin  tətbiqi,  birja  ticarətinin  aşkarlığı  prinsipləri 

ə

sasında həyata keçirilir. Birja dedikdə sözün tam mənasında təşkilati cəhətdən xüsusi 



qaydada formalaşmış, müəyyən əmtəələrlə sövdələşmələr aparan bazar başa düşülür. 

Ə

mtəə  birjası-  müəyyən  edilmiş  birja  qaydaları  əsasında  əvvəlcədən  təyin  olunmuş 



yerdə və vaxtda aşkar, kütləvi sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət 

bazarının  təşkil  olunması  məqsədilə  hüquqi  və  ya  fiziki  şəxslərin    könüllü  birliyi 

ə

sasında  yaradılan  hüquqi  şəxs  statuslu  təşkilatdır.  Əmtəə  birjasının  əsas  prinsipləri 



aşağıdakılardır: 

•  Birja ticarəti iştirakçılarının hüquq bərabərliyinin təmin olunması; 

•  Sərbəst (bazar) qiymətlərin tətbiqi; 

•  Birja ticarətinin aşkarlığı 

Beynəlxalq əmtəə birjası – topdansatış bazarda daimi fəaliyyət göstərən, spesifik 

xüsusiyyətli  əmtəələrlə  alqı-satqı  sazişlərini  yerinə  yetirən,  bir  neçə  dövlətin 

subyektlərini  əhatə  edən  səhmdar  cəmiyyətidir.  Beynəlxalq  birjalar  konkret  dünya 

ə

mtəə  bazarlarına  xidmət  edir.  Həmçinin  müxtəlif  ölkələrin  nümayəndələrinin  birja 



ticarətində  iştirakına  şərait  yaradılır.  Ümumiyyətlə  beynəlxalq  birjalar  ticarətin 

inkişafının qanunauyğun nəticəsi kimi formalaşmışdır.  

Beynəlxalq əmtəə birjalarının xarakterik cəhətləri aşağıdakılardır: 

-

 



Azad şəkildə formalaşmış birja sazişlərinin qəbuluna təminat vermək; 

-

 



Spekuliyativ sazişlərin (bu saziş yeni əmələ gəlmiş katirovka qiymətləri 

arasında fərqi müəyyənləşdirir) nəticəsi; 

Dünyanın  ən  iri    əmtəə    birjalarından    biri    Amerikanın  Çikaqo  birjasıdır. 

Dünyanın əmtəə birjalarının içərisində ikinci yeri Çikaqo əmtəə birjası tutur.  




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə