20
7) nvestorların itkilərdən mühafizə edilməsi məqsədi ilə, iştirakçıların
dövlət, özəl və qarışıq sığortalanmasının təmin edilməsini təşkil edir;
8) Əmtəə birjası və bazarın digər iştirakçılarının qeydiyyatdan keçmiş qayda
və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mübahisələrdə arbitrajı həyata keçirir;
9) Dövlət tənzimlənməsinin digər istiqamətləri ilə uzlaşmanı təmin edir;
10) Birbaşa və dolayı tənzimlənmənin əsas üsullarından biri kimi
vergiqoymadan istifadə edir.
Dünya iqtisadi ədəbiyyatlarında birjaların, o cümlədən əmtəə birjalarının
fəaliyyətlərinin tənzimlənməsində müxtəlif modellər bir-birindən fərqləndirilir.
Məsələn, ABŞ modeli, Britaniya modeli, Almaniya modeli, Fransa modeli və s. Bu
modellər əsasən dövlətin ümumi tənzimləmədə payının nisbətindən və iştirak
payından, dövlət və özəl təşkilatların idarəetmə fəaliyyətlərinin nisbətindən asılı
olaraq, bir-birindən fərqlənir.
Dövlət orqanlarının əsas söz sahibi olduğu modellərdə birjaların
fəaliyyətində üzərində dövlətin sıx nəzarəti və hətta bir sıra hallarda, onların
idarəedilməsinin dövlət tərəfindən həyata keçirilməsi müşahidə olunur. Nəzarət,
yoxlama qaydalarının müəyyən edilməsi üzrə səlahiyyətlərin kiçik qismini dövlət
qiymətli kağızlar bazarının peşəkar iştirakçıları birliklərinə həvalə edir.
Digər qisim modellərdə isə, dövlətin fəaliyyət dairəsi məhdudlaşdırılmış,
ə
vəzində özünü idarəetmə təşkilatlarının səlahiyyətləri genişləndirilmişdir. Nəzarətin
təşkili və həyata keçirilməsində əsas məsələ sərt göstərişlər deyil, razılaşma və
danışıqlara əsaslanır.
XX əsrin ortalarına doğru bir sıra ölkələrdə birjaların idarə edilməsi məqsədi
ilə xüsusi qurumlar və komissiyalar təşkil olunmağa başlandı. Məsələn, Fransada fond
birjalarına Maliyyə Nazirliyi cavabdehlik daşıdığı halda, Almaniya, Belçika, Avstriya
kimi ölkələrdə bu funksiyanı Mərkəzi Bank yerinə yetirir. Bununla yanaşı qeyd
olunmalıdır ki, birjaların idarəetmə mexanizmi və tənzimlənmə yolları həmin ölkədə
tətbiq olunan modelə və dövlətin iqtisadi idarəetmə strukturuna uyğunlaşdırılır.
21
Azərbaycanda birjaların idarə edilməsi və fəaliyyətlərinin tənzimlənməsi
modelində dövlət və dövlət qurumlarının xüsusi çəkisi hiss olunur. Bu baxımdan istər
ayrı-ayrı rəsmi ixtisaslaşmış qurumlar (məsələn QKDK kimi), istərsə də dövlət
orqanları ( qtisadi nkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank kimi) əsas rol
sahibidirlər. Bir sıra yerli iqtisadçıların fikrincə beləliklə, Azərbaycanda tətbiq olunan
model həm ABŞ, həm də Britaniya modelindən fərqlənir. Onların fikrincə ölkəmizdə
daha çox alman modelinə oxşar sistem icra edilir. Bununla yanaşı qeyd olunmalıdır
ki, ölkəmizdə birjaların fəaliyyətinin tənzimlənməsində bazarın peşəkar iştirakçıları
tərəfindən də bir sıra funksiyalar yerinə yetirilir. Deməli, bütövlükdə idarəetmə dövlət
və xüsusi iştirakçıların birgə səyi ilə həyata keçirilir.
Dövlətin birjaların fəaliyyətinə təsirinə nəzər yetirdik və bu prosesin əhatə
dairəsinin ölkələrə görə müxtəliflik göstərdiyini qeyd etdik. Lakin, bir mühüm məqam
var ki, birjaların dövlət tərəfindən tənzimləndiyi bir çox ölkələrdə belə, onlar həm də
öz üzvləri tərəfindən idarə edilən korporasiyalar şəklində təşkil olunurlar. nkişaf
etmiş ölkələrdə bir sıra birjalar mənfəətsiz təşkilat kimi fəaliyyət götərirlər. Xeyriyyə,
humanitar və dini təşkilatlar kimi bu birjalar da qeyri-kommersiya statusuna malik
olub, vergi güzəştlərindən istifadə edirlər.
Birjanın formalaşması üçün bütün zəruri hallardan istifadə edilir. Onların
adından ticarət əməliyyatları həyata keçirilmir. Etibarlı fond birjaları digər birjalara
məxsus olan qiymətli kağızları alıb-sata bilər. Aparıcı birjaların qeyri-kommersiya
statusu təkcə verilən məlumatlarla xarakterizə edilmir. nkişaf etmiş ölkələrin
praktikasında birja ticarəti müntəzəm olaraq formalaşır, təkmilləşir və dəyişir.
Kommersiya təşkilatı kimi birjanın fəaliyyətində investisiyaların iştirakı
nəzərdə tutulur. Qoyulmuş kapitala görə gəlirlərin əldə edilməsi əsas götürülür.
Gəlirlərin artması müxtəlif növ ödəmələrdən və müştərilər üçün birja ticarətinin
formalaşmasından asılıdır. Birja əməliyyatlarının müəyyən mərhələlərində gəlirlərin
qarşısı alınır. Birja üzvlərinin ticarət fəaliyyətindən mənfəət əldə etmək imkanları
məhdudlaşır. Bu ilk növbədə komissiyon tipli müştərilərin fəlaiyyəti ilə əlaqədardır.
22
Birja üzvlərinin əsas vəzifəsi birjanın mənfəətli müəssisə kimi fəaliyyət göstərmələri
ə
sasında təmin edilir.
Bu məqamda qarşımıza maraqlı bir nüans çıxır. Bir sıra iqtisadi
ə
dəbiyyatlarda birjalar qeyri-kommersiya təşkilatı və mənfəət əldə etmək
məqsədi olmayan qurum kimi təqdim olunmaqla bərabər, xüsusən son illərdə
dünya birjalarında gedən proseslər bunun əksini sübut edir. Çünki müasir
dövrdə iri birjalar əksinə, sırf mənfəət xarakterli təşkilatlara çevrilmişlər, hətta
birjanın öz səhmləri həmin birjalarda satışa çıxarılır, alınır və satılır. Qərb
iqtisadçıları bu ziddiyyətli məqamı belə açıqlayırlar: “Birjalar ilkin olaraq,
mənfəət güdməyən kooperativlər şəklində və ya bəzi ölkələrdə müşahidə
olunuduğu kimi, qapalı səhmdar cəmiyyətlər formasında təşkil edilə bilər.
Lakin, sonrakı mərhələlərdə bazar infrastrukturunun inkişafı və dünya ticarət
dövriyyəsinin kəskin artımı fonunda və kəskinləşən rəqabət mühitində birjalar
yeni maddi qaynaqlara ehtiyac duya bilərlər. Həmin ehtiyacları təmin etmək
məqsədilə isə, birjalarda onların şirkətləşməsi və getdikcə kommersiya
xarakterli təşkilatlara çevrilməsi prosesi müşahidə olunur. ” Bu barədə sonrakı
fəsillərdə daha geniş məlumat veriləcəkdir.
Birjaların təşkil olunma məqsədləri və fəaliyyət göstərəcəyi profil dəqiq
müəyyən ounduqdan sonra, lazımi təşkilati fəaliyyətin icrasına başlanır. Bunun üçün
ilkin olaraq, təşkilati-maliyyə şərtləri təmin olunmalıdır. Birjaların mülkiyyətinə
aşağıdakılar aiddir:
-
əmlak və əmanətlər. Nizamnamə kapitalı miqdarında birja üzvləri
tərəfindən verilir;
-
birjaların fəaliyyət müddətində birja üzvləri tərəfindən yaradılan
məhsul və xidmətlər;
-
birja üzvlərinin üzvlük haqqları, əməliyyatdan toplanan gəlirlər,
xidmətlərin göstərilməsinə görə haqlar, qaydaların pozulmasına görə cərimələr;
-
öz hesabına əldə edilmiş sair əmlak.
Dostları ilə paylaş: |