Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə41/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

112 
 
Oxucuya  elə  gəlir  ki,  həzrəti-Zəhra(s.ə)-nın  qəzəb  və  nifrini  müqabilində  belə  Əbu  Bəkr  o 
Xanım(s.ə)-ın yüksək məqam və ehtiramını qoruyub saxlayır. 
Lakin bütün bunlar ilk təəssüratdır. İlk təəssürat isə çox vaxt aldadıcı olur. Əslində isə, bütün bu 
ehtiram və mehribanlıq, mülayim rəftar, alicənablıq nümunəsi olan bu saxta təmkin Əbu Bəkrin 
seçdiyi mövqe, hiylə idi. Müəyyən məqsədlər naminə özünü lütfkar və insaflı göstərmək istəyən 
şəxsi biz heç bir əsasla ədalətli adlandıra bilmərik».  
Osmanın Ayişəyə söylədikləri. 
Tanınmış tarixçilərdən__  Təbəri və Səqəri öz tarix kitablarında belə yazırlar:   
Osmanın xəlifəliyi dövründə Ayişə onun yanına gəlib belə dedi: 
   __ Atam Əbu Bəkrin, ondan sonra Ömərin mənə verdiyi bəxşişi  sən də mənə verməlisən. 
Osman dedi:  
__  Əbu  Bəkr  və  Ömər  ürəkləri  istəyib,  sənə  bəxşiş  veriblər,  ancaq  mən  bu  barədə  «Quran»  və 
sünnətdə bir kəlmə olsun belə, görməmişəm. Mən belə bir iş tuta bilmərəm. 
Ayişə:  
__ Peyğəmbərdən qalan mirası mənə ver. 
Osman:  
__Nə  tez  unutdun?  Məgər  Fatimə  atanın  yanına  gəlib  Peyğəmbərdən  ona  qalan  mirası  tələb 
etdikdə sən Ayişə və Malik ibn Əvs şəhadət vermədinizimi ki, Peyğəmbər(s) irs qoymayıb?!! Sən 
Fatimə(s.ə)-nin  haqqını  batil  hesab  etmədinmi?  İndi  də  məndən  irs  istəyirsən?!  Yox!  Mən  sənə 
heç nə verməyəcəyəm». 
Təbəri  əlavə  edib  yazır  ki,  bu  sözləri  deyən  vaxt  Osman  söykənmişdi,  amma  Ayişənin  sözünü 
eşidən  kimi  dik  oturub  dedi:  «...Məgər  sən  deyildinmi,  öz  nəcasəti  ilə  dəstəmaz  alan  ərəblərlə 
birgə: «Peyğəmbərdən irs qalmaz», __ deyə şəhadət verən?!» 
İslamda ilk batil şəhadət 
Şeyx  Müfidin  «İxtisas»  adlı  kitabında  İmam  Sadiq(ə.s)-in  bu  əhvalatla  bağlı  söylədikləri  belə 
təsvir olunmuşdur: 
 «Peyğəmbər(s) vəfat etdikdən sonra Əbu Bəkr onun canişini olduqda Fatimənin Fədək  bağında 
qalan vəkilinə xəbər göndərib onu bağdan çıxartdı. 
Bu zaman xanım Fatimə (s.ə) Əbu Bəkrin yanına gəlib buyurdu: 
__ Əbu Bəkr! Atam Rəsullullah(s)-ın yerində oturduğun bəs deyil, hələ bir vəkilimi də Fədəkdən 
çıxarmısan.  Sən özün bilirsən ki, Rəsuli-əkrəm(s) bu bağı mənə bağışlayıb, mənim şahidlərim də 
var. 


113 
 
Əbu Bəkr :  
__ Peyğəmbər(s) özündən sonra irs qoymayıbdır. Bu, ola bilməz. 
Əmirəl-möminin  Əli(ə.s)  həzrəti-Fatimə(s.ə)-yə  məsləhət  görmüşdü  ki,  vərəsəlikdən  söhbət 
düşəndə belə desin: «Sən Peyğəmbərin özündən sonra irs qoymasını inkar edirsən, halbuki vaxtilə 
Süleyman peyğəmbər Davud peyğəmbərdən, Yəhya isə Zəkəriyya peyğəmbərdən irs aparmışdı.  
Mən nəyə görə atamdan irs aparmamalıyam?!» 
Fatimə(s.ə) Əbu Bəkrin yanına gəlib bu sözləri ona söylədikdə Ömər dedi:  
__ Bunları sənə öyrədiblər. 
Fatimə(s.ə) buyurdu:  
__ Bu sözləri mənə əmim oğlu,  həyat yoldaşım Əli(ə.s) öyrədib. 
Əbu Bəkr:  
_¬¬_  Ayişə  və  Ömər  şəhadət  verirlər  ki,  həzrəti-Mühəmməd(s)-dən  bu  sözü  öz  qulaqları  ilə 
eşidiblər ki, Peyğəmbər özündən sonra irs qoymaz. 
Fatimə(s.ə) buyurdu:  
__ Bu iki nəfərin verdiyi şəhadət İslamda ilk batil (yalan) şəhadətdir. 
Fədək atamın mənə bağışladığı mülkdür. Mənim iki adil şahidim var. 
Əbu Bəkr:  
__ Get şahidlərini bura gətir. 
Fatimə(s.ə)  qayıdıb  Əli(ə.s)-ni  və  Ümmü  Əyməni  Əbu  Bəkrin  yanına  gətirdi.  Əbu  Bəkr  Ümmü 
Əymənə dedi:  
__ Sən Peyğəmbər(s)-dən Fatimə haqqında bir şey eşitmisən? 
Ümmü Əymən və həzrəti-Əli(ə.s) dedilər: Biz Peyğəmbərdən belə  eşitmişik:  
«Fatimə behişt qadınlarının xanımıdır». 
Sonra Ümmü Əymən sözünə davam edib dedi:  
__ Behişt qadınlarının xanımı olan adam özünün olmadığı bir şeyi yalandan öz malı adlandırmaz. 
Mənim  özüm  də  behişt  qadınlarındanam.  Peyğəmbərdən  eşitmədiyim  sözü  heç  vaxt  dilimə 
gətirmərəm. 
Ömər:  
__ Bu sözləri boşla görüm. Fatimə haqqında nə şəhadət verə bilərsən? 


114 
 
Ümmü Əymən:  
__  Mən  Fatimə(s.ə)-nin  evində  oturmuşdum.  O  vaxt  Peyğəmbər(s)  də  evdə  idi.  Bu  zaman 
Cəbrayıl göylərdən enib o Cənab(s)-a buyurdu: «Ey Mühəmməd! Dur mənimlə gəl. Allah mənə 
Fədəyin  sahəsinin  həddini  öz  qanadlarımla  xətləməyimi  əmr  etmişdir».  Peyğəmbər(s)    ayağa 
qalxıb Cəbrayıl ilə getdi. Bir müddət keçdikdən sonra həzrəti-Mühəmməd(s)  qayıtdıqda xanım 
Fatimə(s.ə) ondan soruşdu: «Atacan, hara getmişdin?» Peyğəmbər(s) buyurdu: «Cəbrayıl Fədəyin 
sahəsini  mənim  üçün  müəyyənləşdirdi».  Fatimə(.s)  dedi:  «Ata,  səndən  sonra  yarana  biləcək 
maddi  ehtiyacların  fikrini  çəkirəm.  Bu  ehtiyaclarımı  ödəməkdən  ötrü  Fədəyi  mənə 
bağışlayarsanmı?» Peyğəmbər(s) buyurdu: «Bu mülkü sənə bağışladım».       
Ümmü Əymən sözünə əlavə edib dedi:  
__Bəli,  Rəsulullah(s)  mənə  və  Əli(ə.s)-yə  buyurdu:  «Şəhadət  verərsiniz.  İndi  də  biz  şəhadət 
veririk. 
       Ömər dedi:  
__  Sən  qadın  olduğuna  görə  sənin  şəhadətini  qəbul  etmirik.  Həmçinin  Fatimənin  həyat  yoldaşı 
olduğuna görə Əlinin də şəhadətini qəbul etmirik. 
Fatimə qəzəbli halda ayağa qalxıb dedi:  
__  İlahi,  bunlar__  Əbu  Bəkr  və  Ömər  sənin  Peyğəmbərin  qızına  zülm  edib,  haqqını  əlindən 
aldılar. Sən özün onların cəzasını ver. 
Həzrəti-Əli(ə.s) və Fatimə(ə.s) 40 gün mədinəlilər və mühacirlərin evlərinə gedib onlardan dəstək 
istədilər. 
Fədək sənədlərinin cırılması. 
Kitabda belə bir fakt da qeyd edilir: 
Əli(ə.s) Fatimə(ə.s)-yə buyurdu: 
__ Əbu Bəkr tək olan zaman onun yanına get, çünki o, başqalarına nisbətən mülayimdir. Ona belə 
deyərsən:  «Sən  atamın  yerində  oturmusan.  Əgər  Fədək  sənin  mülkündürsə  və  mən  bu  mülkü 
səndən istəyirəmsə, gərək bu mülkü mənə qaytarasan!»  
Fatimə(s.ə) Əbu Bəkrin yanına gedib bu sözləri eynilə ona çatdırdı. 
Əbu Bəkr dedi:  
__ Düz deyirsən. 
Beləliklə,  Əbu  Bəkr  Fədəyin  Fatimə(s.ə)-yə  qaytarılması  haqqındakı  sənədi  imzaladıqdan  sonra 
onu Fatimə(s.ə)-yə verdi. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə