Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə40/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

109 
 
Sonra Əbu Bəkr üzünü ənsarlara tutub dedi:  
__  Ey  Mədinə  camaatı!  Peyğəmbər(s)-ə  qovuşmağa  layiq  olduğunuza  baxmayaraq,  ağılsızlıq 
edirsiniz. Çünki Peyğəmbər(s) sizin aranıza gəldi. Siz ona öz aranızda yer verib kömək etdiniz. 
Bilin! Mən dilimi və əlimi bu məqamı bizimki bilməyənlərə sarı uzatmaram.  
Sonra o, minbərdən aşağı düşdü. Fatimə(s.ə) də evə qayıtdı».  
İbn Əbil Hədid yazır: «Mən Əbu Bəkrin söylədiklərini ustadım Yəhya ibn Əbi Zeyd Bəsri üçün 
oxuyub soruşdum:  
__ Əbu Bəkr bu söhbətində kimə işarə edir? Nəzərində tutduğu şəxs kimdir?  
Dedi:  
__ O ki açıq-aşkar söyləyir.  
Soruşdum:  
__ Əgər açıq-aşkar söyləsəydi, səndən soruşmazdım.  
Ustadım gülüb dedi:  
__ Nəzərində tutduğu şəxs Əli ibn Əbu Talibdir.  
Mən:  
__ Bütün bu sözlər Əli(ə.s)-nin barəsindədirmi?   
Ustadım:  
 __Bəli, ey oğul! Bu padşahlıq da gəldi-gedərdir, yaxın-uzaq tanımır. 
__ Mədinəlilər bu barədə nə dedilər? 
O dedi:  
__  Əli(ə.s)-ni  xatırladılar  (Əlini  haqq  bildilər),  Əbu  Bəkr  onların  bu  sözündən  dəhşətə  gəlib 
mədinəliləri belə sözlər danışmaqdan çəkindirdi. 
Ümmü Sələmənin Fatimə(s.ə)-ni müdafiə etməsi. 
Şamlı  fəqih  Cəmaləddin  Yusif  ibn  Hatəmin  yazdığı  «Durrun-  nəzim»  adlı  kitabda  belə  qeyd 
olunur: 
 «Ümmü  Sələmə  (Peyğəmbər(s)-in  zövcələrindən  biri)  Əbu  Bəkrin  Fatimə(s.ə)-yə  dediyi 
sözlərdən  xəbər  tutduqda  demişdi:  «Heç  rəvadırmı,  Fatimə(s.ə)  kimi  bir  xanıma  belə  sözlər 
deyilsin?!  Allaha  and  olsun,  Fatimə(s.ə)  Ünsiyyeyi-Hövra  və  Allahın  Elçisi(s)-nin  qızıdır. 
Mələklər  onu  qucaqlarına  almışlar.  Zəhra  pak  qadınların  qucağında  böyümüş,  gözəl  və 
mükəmməl tərbiyə altında boya-başa çatmışdır. Siz belə güman edirsiz ki, həzrəti-Mühəmməd (s) 


110 
 
onu öz irsindən məhrum edib və ona bu barədə heç bir şey deməmişdir? Halbuki Allah-təala öz 
Peyğəmbərinə belə buyurur:  
«Və ən yaxın qohumlarını qorxut!» 
Rəsuli-əkrəm(s)  Fatimə(s.ə)-nin  məsum  olmasını  inakrmı  edib?  Halbuki  Fatimə(s.ə)  dünya 
qadınlarının  ən  yaxşısı,  cənnət  gənclərinin  Ağasının  anası  və  İmran  qızı  Məryəmlə  bir 
səviyyədədir.  Allahın  risaləti  onun  Atasının  vasitəsilə  xətm  olundu.  Allaha  and  olsun, 
Peyğəmbər(s) Fatimə(s.ə)-ni həmişə isti-soyuqdan qoruyardı, sağ əlini onun başı altına mütəkkə 
kimi  qoyub  sol  əli  ilə  üstünü  örtərdi.  Ey  müsəlmanlar!  Sakit  olun.  Siz  Peyğəmbərin  gözü 
qarşısındasınız.  O,  sizə  baxır.  Siz  böyük    Allahın  hüzuruna  daxil  olacaqsınız.  Vay  olsun  sizə, 
tezliklə öz əməllərinizin bəhrəsini görəcəksiniz».  
Söyləyirlər ki, həmin  il Ümmü Sələmənin aylıq hüququ bu etiraza görə kəsildi. 
Əbu Bəkrlə Fatimə(s.ə)-nin söhbəti. 
İbn Əbil Hədid həmçinin «Əssətfeyi-Cövhəri» kitabında yazır: «Fatimə(s.ə) Əbu Bəkrə buyurdu:  
__ Ümmü  Əymən  (İslamın  əvvəllərindən  hidayət  olmuş  hörmətli  xanımlardan)  şəhadət  verir  ki, 
Allahın Rəsulu(s) Fədəyi mənə bağışlamışdır.  
Əbu Bəkr:  
__  Ey  Allah  Rəsulunun  qızı!  Allaha  and  olsun,  onun  yaratdıqları  içində  mənim  üçün 
Mühəmməddən sevimlisi yoxdur. Mən istəyirdim ki, o Həzrətin vəfatı  günü yerlə göy birləşsin, 
dünya dağılsın. Allaha and olsun, Ayişənin kasıb olmağı mənim yanımda sənin kasıb olmağından 
daha  yaxşıdır.  Sən  mənim  barəmdə  belə  düşünürsən  ki,  mən  hamının  haqqını  ödəyirəm,  lakin 
haqqını ödəməkdə sənə zülm edirəm? Hərçənd ki, sən Peyğəmbər(s)-in qızısan, lakin bil və agah 
ol ki, bu mülk (Fədək) hzrəti-Mühəmməd(s)-in şəxsi mülkü deyildi, əksinə, bütün müsəlmanların 
idi. Peyğəmbər(s) bunun gəliri ilə  müsəlmanları cihada göndərir və yaxud Allah yolunda, ümumi 
mənfəətə görə ondan paylayırdı. Peyğəmbər(s)-dən sonra rəhbəriyyət mənim əlimə keçmişdir. Bu 
mülkün də sahibi mənəm. 
Fatimə(s.ə):  
__ Allaha and olsun, bundan sonra səninlə heç vaxt danışmayacağam. 
Əbu Bəkr :  
__ Vallah! Mən səndən heç vaxt uzaqlaşmaram. 
Fatimə(s.ə):  
__ Allaha and içirəm ki, sənə nifrin (qarğış) edəcəyəm. 
Fatimə(s.ə) ölüm yatağında olanda  vəsiyyət  etdi ki, Əbu Bəkr onun  cənazəsinə namaz qılmasın. 
Buna  görə  də  onu  gecə  ikən  dəfn  etdilər.  Fatimə(s.ə)  Peyğəmbər(s)-in  vəfatından  72  gün  sonra 
dünyadan köçdü. Abbas (Peyğəmbər(s)-in əmisi) onun cənazəsinə namaz qıldı.  


111 
 
Əbu Osman Cahiz Bəsrinin irs barədə yazdıqları. 
Əbu Osman Cahiz Bəsri görkəmli ustad və mütəfəkkirlərindən biri (vəfatı 768-775 h. q.) Seyyid 
Mürtəza  Ələmülhüdaya  əsaslanaraq  belə  yazır:  «Müsəlmanlar    elə  başa  düşür  ki,  həmin  iki 
nəfərin,  yəni  Əbu  Bəkrlə  Ömərin  söylədikləri  rəvayətin  doğruluğuna  dəlil  Peyğəmbər(s):  «Biz 
özümüzdən sonra irs qoymuruq» buyuruğudur. Odur ki, onlar bu rəvayəti həzrəti-Mühəmməd(s)-
dən nəql edəndə səhabələr bunu ağlabatan bilib qəbul etdilər. 
Belə  düşünən  şəxslərə  deyirik:  həqiqət  insanların  onu  qəbul  edib-etməməsi  ilə  ölçülə  bilməz. 
Şəxsiyyət həqiqətin deyil, həqiqət şəxsiyyətin meyarıdır. Əbu Bəkrin təsirinə düşən də, həzrəti-
Fatimə(ə.s)-nin  sağlam  məntiqə  söykənən,  alovlu  nitqinin  qarşısında  susub  onu  qəbul  edən  də 
həmin camaat idi 
 Fatimə(s.ə)  vəsiyyət  etmişdi  ki,  vəfatından  sonra  Əbu  Bəkr  onun  cənazəsinə  belə  namaz 
qılmasın. Fatimə(s.ə) Əbu Bəkrin yanına gəlib öz haqqını tələb etmək üçün sübut gətirəndə Əbu 
Bəkrə belə buyurmuşdu:  
__ Əgər sən ölsən, səndən kim irs aparacaq?  
Əbu Bəkr cavab verdi:  
__ Ailəm və övladlarım.  
Fatimə(s.ə) soruşdu:  
__Necə olur ki, biz Peyğəmbər(s)-dən irs aparmırıq, lakin sənin övladların səndən irs aparırlar?! 
Mən səndən Allaha şikayət edəcəyəm. Bundan sonra heç vaxt səninlə danışmayacağam.  
Əbu Bəkr:  
__ Mən də səndən heç vaxt  uzaqlaşmayacağam. 
Onu da unutmamalıyıq ki, səhabələr də Əbu Bəkrə etiraz edib, onun bu hərəkətinə mane olmaq 
istəyirdilər.  Bu  özü  də  xanım  Fatimə(s.ə)-nin  haqlı  olmasına  bir  sübutdur.  Maraqlı  burasıdır  ki, 
Əbu  Bəkr  və  Ömərdən  başqa  heç  kəs  o  Xanımın  öz  ata  mülkü  Fədəyi  geri  qaytarmaq  cəhdinə 
qarşı  çıxmrdı.  Əgər  həzrəti-Fatimə(s.ə)  öz  tələbi  ilə  haqsızlıq  etmiş  olsa  idi,  onda  hamı  buna 
etiraz edib həqiqəti ona anladardı».    
Cahiz (kitabın müəllifi) sözünün davamında belə yazır: «Biz Fatimə(s.ə) ilə Əbu Bəkrin yuxarıda 
qeyd etdiyimiz mükaliməsinə nəzər salanda ilk növbədə belə bir məqam diqqətimizm cəlb edir:  
Həzrəti-Fatimə(s.ə)  Əbu  Bəkr  ilə  həmişə  qəzəblə  rəftar  edir,  Əbu  Bəkr  isə  bunun  müqabilində 
onunla mülayim davranırdı. Məsələn, həzrəti-Zəhra(s.ə): «Sənə həmişə nifrin edəcəyəm, heç vaxt 
səninlə  danışmayacağam!»  __  dedikdə,  Əbu  Bəkr  isə  əksinə:  «Mən  isə  sənin  üçün  dua  edib, 
səndən  heç  zaman  uzaqlaşmayacağam»,  __  deyə  mehriban  və  mülayim  davranırdı.  Əbu  Bəkr 
xanım Zəhra(s.ə)-ya: «Mənim üçün səndən əzəmətli və hörmətli bir şəxs yoxdur, lakin nə etmək 
olar! Mən Peyğəmbər(s)-dən belə eşitmişəm ki, biz peyğəmbərlər irs qoymarıq. Bizdən qalan nə 
varsa,  ancaq  sədəqədir»,  __  deməklə  ilk  baxışdan  xeyirxah  və  ədalətli  rəhbər  təsiri  bağışlayır. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə