Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə38/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

103 
 
«Çox qəribə və pis iş gördün». («Məryəm», 27) 
Qəsdən  Allahın  kitabını  tərk  edib  səmavi  hökmləri  kənaramı  atırsan?  Halbuki  Allah-təala 
buyurur: 
«Süleyman Davuddan irs apardı». («Nəhl», 16) 
Həzrəti-Yəhya «İbn Zəkəriyyanın dastanı»nda Zəkəriyyanın dilindən buyurur: 
«Sən öz qüdrətinlə mənə bir canişin bəxş et ki, mənim və Ali- Yəqubun varisi olsun». 
Yenə də buyurur: 
«Qohumlar  Allahın  kitabında  (lövhi-məhfuzda  və  ya  «Quran»da  irs,  varislik  baxımından)  bir-
birinə daha yaxındırlar». («Ənfal», 75) 
Həzrəti-Yəhya yenə də belə buyurur: 
 «Allah  övladlarınız  haqqında  sizə  tövsiyə  edərək  buyurur  ki,  oğula  iki  qız  hissəsi  qədər  pay 
düşür». («Nisa», 11) 
Başqa bir ayədə buyurıur: 
«(Sizin  hər  birinizi  ölüm  haqlayan  zaman)  Qoyub  gedəcəyiniz  maldan  valideynlərinizə,  yaxın 
qohumlarınıza  verilməsi  üçün  ədalət  üzrə  (malın  üçdə  birindən  çox  olmamaq  şərtilə)  vəsiyyət 
etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir». («Bəqərə», 180) 
Siz  belə  güman  edirsiniz  ki,  ata  malından  mənim  nəsibim  yoxdur  və  gərək  atamdan  irs 
aparmayam.  Allah  şərif  ayələrdə  bütün  insanları  nəzərdə  tutumuşdur.  Məgər  bu  ayələr  bütün 
təbəqələrə şamil deyillərmi? Atam bu ayələrin əhatəsindən xaricdirmi? Məgər Mən və Atam bir 
dinin  və  ümmətin  fərdlərindən  sayılmırıqmı?  Siz  məgər  «Quran»  ayələrindən  Atam  və  əmim 
Oğlundan daha çox xəbərdarsınız? 
Bu  gün  necə  istəyirsiniz,  elə  də  edin.  Lakin  sabah  qiyamət  günü  böyük  Allah  sizinlə  bizim 
aramızda  hakimlik  edəcək.  O  gün  bizim  rəhbərimiz  Peyğəmbər(s)  olacaqdır.  O  zaman  yolunu 
azmışlar  böyük  zəlalətə  düçar  olacaqdır.  Lakin  sonrakı  peşmançılığın  onların  hallarına  heç  bir 
faydası yoxdur. 
«Hər  bir  xəbərin  («Quran»da  sizə  xəbər  verdiyim  əzabın  Allah  tərəfindən  təqdir  olunmuş) 
müəyyən bir vaxtı vardır». («Ənam», 67) 
«Onda  rüsvayedici  əzabın  kimə  gələcəyini  və  kimin  əbədi  əzaba  düçar  olacağını  biləcəksiniz!» 
(«Hud», 39) 
 
Mədinə müsəlmanlarının tənqidi.  
Sonra Fatimə(s.ə) üzünü ənsarlara__Mədinə müsəlmanlarına çevirib buyurdu: 


104 
 
«Ey  qəhrəmanlar  dəstəsi!  Dinin  dayaqı  və  İslamın  yavərləri.  Mənim  barəmdə  niyə  belə  süstlük 
edib harayıma hay vermirsiniz? Məgər atam Rəsululllah(s) buyurmamışdır ki, övladları haqqında 
ataların hüququna riayət edin? Nə tez dəyişildiniz? İmkanınız ola-ola, haqqı əda etməkdən boyun 
qaçırırsınız.  Sizin  üçün  mənim  hüququmu  müdafiə  etmək  asandır.  Həzrəti-Mühəmməd(s)-in 
vəfatından  çox  keçməmiş  siz  onun  dinini  bu  tezliklə  aradan  götürmək  istəyirsiniz.  Allaha  and 
olsun, onun vəfatı elə böyük müsibətdir ki, təsiri hər yeri bürümüş, elə bir çaxnaşma salmışdır ki, 
bu çaxnaşmanı sakitləşdirəcək bir kəs yoxdur. 
Bilin ki, deyilməli hər nə var idisə, dedim, baxmayaraq ki sizi alçaqlıq və zəlalət bürüdüyü üçün 
onların  faydası  olmadığına  yəqinim  var.  Lakin  nə  edim  ki,  ürəyimin  qəmi  tüğyan  edib  qəlbimi 
sıxdı. Ürəyimdəkiləri höccəti tamam etməkdən ötrü, bəhanələrinizi kəsmək üçün sizə dedim. Bəli, 
siz  istədiyinizi  cənginizə  keçirib  öz  murad  atınıza  minərək  onu  ram  etdiniz.  Amma  haqqı 
tapdadığınıza  görə  ar  və  alçaqlıq  sizin  üçün  əbədi  olaraq  qaldı.  Onun  damğa  və  nişanəsi  sizin 
alnınıza  elə  vuruldu  ki,  dünyanın  axırına  qədər  silinməyəcəkdir.  Həmçinin  axirətdə  də  qəlblərə 
təsir  edib  onları  əridən  cəhənnəm  atəşi  yaxanızdan  yapışacaqdır.  Mənim  üçün  isə  sizin  bu 
zülmünüz ötəri və asandır. Çünki Allah mənim halımı və sizin rəftarınızı yaxşı görür. 
«Zülm  edənlər  isə  (ölümdən  sonra)  hansı  dönüşə  dönəcəklərini  (hara  qayıdacaqlarını, 
aqibətlərinin necə olacağını) mütləq biləcəklər!» («Şura», 227) 
Mən  sizi  Allah  hökmündən  boyun  qaçırmağın  dəhşətli  əzabından  çəkindirən  Peyğəmbər 
qızıyam». 
Şeyx Əzərinin münasibəti. 
Müəllif yazır: 
 Bu barədə Şeyx Kazim Əzəri Bağdadi  gözəl bir şer yazmışdır: 
«Qardaşı  barədə  Peyğəmbər(s)  ilə  bağladıqları  əhdi  pozdular.  Müsibət  qurtumlarını 
Peyğəmbər(s)-in qızına o qədər içirtdilər ki, o Xanmın boğazında sümük tək ilişib qalmışdır. 
Bu gün O,  Ədiyy  və  Təym tayfasının  üzvlərindən olan iki nəfərin__ Əbu Bəkr və Ömər  yanına 
gəldi.  Bərk  qəhərlənərək  uzun-uzadı  ağladı.  Sonra  yaxına  gələrək  Allaha  şikayətləndi. Onun  bu 
dərdli şikayətindən möhkəm qayalar belə lərzəyə gəlib mum oldu. 
Zəhranı  qorxudanda  bilmirəm,  nə  hala  düşdü.  Halbuki  onsuz  da  Rəsuli-əkrəm(s)-in  vəfatından 
çox  kədərlənmişdi.  Bu  iki  tayfa-  Ədiyy  və  Təym  onun  Atası  və  Əri  ilə  yaman  düşmənçilik 
aparırdı. 
Fatimə  (s.ə)  gözəl  moizə  ilə  onlara  nəsihət  verdi.  Onun  xütbəsi  adama  Peyğəmbər(s)-in 
sağlığındakı xütbəsini xatırladır. 
O, xütbədə buyururdu: «Bu səmavi kitablara nəzər salın, burada irs aparmaq  barədə  açıq-aşkar, 
eləcə də əsaslı dəlillər görərsiniz. 
«Allah  sizə  övladlarınız  barədə  tövsiyə  edir».  («Nisa»,  11)  mənası  bütün  insanların  yaxınlarına 
şamil olan bir əmrdir». 


105 
 
Bu  söhbəti  insanlar  o  alicənab  Xanımdan  eşitdikdə  ürəkləri  yumşaldı.  Az  qaldı  ki,  qəlblərində 
olan kin və ədavət əriyib getsin. 
Onlara  buyurdu:  «Ey  camaat!  Bizim  barəmizdə  düşündükcə  Allahı  nəzərinizdən  qaçırmayın. 
Bizimlə dostluq edin. Çünki biz Allah bağının yetişmiş meyvələriyik. 
Bilin  və  agah  olun  ki,  biz  sizin  aranızda  Allah  dininin  şüarıyıq.  Bizim  ehtiramımızı  qoruyub 
saxlayın. 
Biz qeyb aləminin xəzinəsindən olan feyz və kəramət sahibiyik. Hidayət olanlar haqq yolunu bu 
məxəzdən öyrənirlər. 
Necə olur ki, azad edilmiş qul mənə çatan irsi saxta hədislər əsasında əlimdən alır? 
Necə  ola  bilər  ki,  bizim  Mövlamız  (Atamız)  bizim  üçün  heç  bir  şey  qoymayıb,  lakin  bizdən 
olmayan Təym tayfasına vəsiyyət edibdir? 
Sizcə,  bəlkə  biz  hidayətə  layiq  deyilik,  ancaq  Bəni-Təym  hidayət  olunubdur?  Və  yaxud  sizin 
fikrinizcə,  Peyğəmbər(s) bizi  başlı-başına  və  sərgərdan  buraxmışdır  ki,  siz  də  elmli  və  xəbərdar 
olandan sonra onun səhvini düzəldəsiniz. 
Ey  camaat!  Bizə  insaf  gözü  ilə  baxıb  Rəsuli-əkrəm(s)-in  hörmətini  qanmayıb  haqqına  riayət 
etməyən bu iki nəfərin zülmündən dadımıza yetişin». 
Faıtimə(s.ə) sözünü qurtaranda Əbu Bəkr cavab vermək üçün ayağa  qalxaraq həmd və sənadan 
sonra belə dedi: 
__ Ey Peyğəmbər qızı! Atan Rəsulillah(s) möminlərə qarşı mehriban, kafirlərə qarşı isə qəzəbli 
və acıqlı idi. Rəsuli-əkrəm(s) əsil-nəsəb cəhətindən sənin atan idi, başqa qadınların yox. O, sənin 
ərinin qardaşı idi, başqalarının yox. Peyğəmbər(s) yalnız onu (Əlini) hər bir mühüm və böyük iş 
üçün seçərdi. O, həzrəti-Mühəmməd(s)-in ən yaxşı yavəridir. Sizi xoşbəxt adamlardan başqa heç 
kim  sevmir.  Bədbəxtlərdən  başqa  heç  kim  sizinlə  düşmənçilik  etmir.  Siz  Peyğəmbər(s)-in  pak 
itrəti  olub,  Allahın  seçilmiş  bəndələrisiniz.  Siz  bizi  səadətə  aparan  bələdçimiz,  behiştə  sarı 
yönəldən  rəhbərimizsiniz.  Sən,  ey  xanımlar  xanımı,  Peyğəmbərin  ən  yaxşı  qızı!  Öz  sözlərində 
doğru,  əql  və  mərifətdə  isə  hamıdan  üstünsən.  Heç  kim  sənin  haqqını  əlindən  almayıb,  sənin 
sədaqətinə heç bir söz ola bilməz. Allaha and olsun, Rəsuli-əkrəm(s)-in buyuruğundan çıxmamış, 
o  Həzrətdən  iznsiz  bir  hərəkət  etməmişəm.  Əlbəttə,  bir  tayfa  tərəfindən  seçilən  şəxs  camaata 
yalan  söyləməz.  Allah  şahiddir  ki,  mən  Rəsuli-əkrəm(s)-dən  eşitmişəm:  «Biz  Peyğəmbərlər 
özümüzdən  sonra  qızıl,  gümüş,  malikanə  və  var-dövlət  irs  qoymuruq.  Bizim  mirasımız  elm, 
hikmət,  kitab  və  nübüvvətdir.  Bizdən  miras  qalan  dünya  malı  isə  bizim  vəfatımızdan  sonra 
ümmətin  rəhbəri  olan  şəxsin  ixtiyarındadır.  O  necə  məsləhət  bilsə,  eləcə  də  ondan  istifadə  edə 
bilər». 
Mən isə sən (Ey Fatimə!) tələb etdiyinin gəlirini (Fədəyin) hərbi sursatlar, silahların hazırlanması 
üçün  xərcləyirəm.  Müsəlmanların  fikri  belədir.  Biz  heç  vaxt  istəmirik  ki,  hansısa  bir  mətləbi 
səndən  gizlədək  və  ya  sənin  haqqını  əlindən  alaq.  Mənim  ixtiyarımda  olan  sənin  ixtiyarındadır. 
Öz  var-dövlətimi  heç  vaxt  səndən  əsirgəmərəm.  Sən  alicənab  atanın  ümmətinin  seyyidəsi  və 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə