Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə2/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   2   3   4   5   6   7   8   9   ...   47


 
Salam  göndər  o  pak  qadına!  Fatimə  sənin  Rəsulunun  qızı,  ciyərparası,  qəlbinin  məlhəmidir.  O, 
Peyğəmbərə sənin tərəfindən seçilmiş və öz əhdinə vəfa etdiyi  bir töhfədir». 
Peyğəmbər(s)-in  Xədicə(s.ə)-dən  belə  kənar  gəzməyi  dünya  qadınlarının  sərvəri  həzrəti-
Fatimə(s.ə)-nin məqamının doğma, əziz və böyük olmasına bir nümunədir ki, bu fəziləti dil belə 
təsvir etməkdə acizdir. 
Allahın Elçisi(s) üçün behişt meyvələrindən – üzüm və xurmanın gətirilməsi bu meyvələrin daha 
çox  bərəkətli  və  xeyirli  olmalsından  irəli  gəlir.  Çünki  ağacların  arasında  heç  bir  ağac  xurma  və 
üzüm ağacı kimi bərəkətli, xeyirli olmamışdır. Eləcə də bu iki ağac Adəm(ə)-in xəmirindən artıq 
qalmış  gildən  yaradılmışdır. Çox  ehtimal  ki,  belə seçim  bu  pak  və  mübarək  nəslin  övladlarının 
çoxlu olmasına və müqəddəsliyinə bir işarədir. 
O zaman həzrəti-Mühəmməd(s) vacib namazını qılmışdı. Onun iftardan sonra qılacağı namaz isə 
müstəhəb  və  nafilə  namazları  idi  ki,  bunların  da  Cəbrayıl  qılınacağı  təqdirdə  haram  olduğunu 
söyləmişdi. 
Həzrəti-Zəhra(s.ə.)-nın viladəti. 
Şeyx Səduq «Əmali» kitabında Müfəzzəl ibn Ömərdən belə nəql edir:  
Ömər deyir ki, bir gün imam Sadiq(ə.s)-dən soruşdum:  
 
–Fatimə(s.ə) dünyaya necə gəlmişdi?  
İmam(ə.s) buyurdu: 
–Xədicə(s.ə)  Peyğəmbər(s)  ilə  evlənəndən  sonra  Məkkə  qadınları  İslama  qarşı  olan 
düşmənçilikləri üzündən Xədicə(s.ə)-dən uzaqlaşdılar, belə ki nə Xədicə(s.ə)-nin evinə gedir, nə 
də yolda onu görəndə salam verir, hətta başqa qadınların belə onunla görüşməsinə mane olurdular 
ki,  bütün  bunlardan  Xədicə  (s.ə)  çox  kədərlənir  və  bu  çirkin  əməllərin  həzrəti-Mühəmməd(s)-ə 
zərər yetirəcəyindən çəkinib qorxurdu. Amma Xədicə(s.ə) bunu da Peyğəmbər(s)-dıən gizlədirdi.  
Bir gün Allahın Rəsulu(s) evə daxil olduqda Xədicə(s.ə)-nin kiminləsə söhbət etdiyini eşidir və 
bu barədə Xədicə(s.ə)-dən soruşduqda, o pak qadın belə cavab verir: «Bətnimdəki uşaq mənimlə 
söhbət edir. O, mənim munisimdir». 
Peyğəmbər(s)  buyurmuşdur:  «Cəbrayıl  mənə  xəbər  verib  ki,  bu  uşaq  qız  uşağıdır  və  bizim 
mübarək,  pak  nəslimiz  də  odur.  Allah-təala  mənə  olunan  vəhy  kəsildikdən  sonra  onları  yer 
üzündə mənim canişin və xəlifələrim qərar verəcəkdir». 
Bu  minvalla  həzrəti-Xədicə(s.ə)  hamiləlik  dövrünü  keçirirdi.  O,    Fatimə(s.ə.)-nin    təvəllüdü 
yetişdikdə  Qüreyş  və  Bəni-Haşim  qadınlarına  ona  hamiləlikdən  azad  olmaqda    kömək 
göstərmələri üçün xəbər göndərdi, lakin Qureyş və Bəni-Haşim qadınları bildirdilər ki,  sən bizi 
saymayıb, sözümüzü yerə saldın və Əbu Talibin yoxsul yetimi olan Mühəmməd(s)-ə ərə getdin, 
buna  görə  də  sənin  yanına  gəlməyəcəyik,  sənə  heç  bir  kömək  də  etməyəcəyik.  Besətin  ilk 
illərində  müşriklər  müsəlmanları  bacardıqları  qədər  sıxışdırırdılar.  (Həzrəti-Mühəmməd(s)-in 



 
tərəfdarları özlərini cəmiyyətdən təcrid olunmuş, təklənmiş, qərib  hiss edirdilər.) Xədicə(s.ə) bu 
xəbərdən çox kədərləndi, 
lakin Allah-təala onu tək qoymadı. Qəflətən Bəni-Haşim qadınlarına bənzər dörd nəfər buğdayı, 
hündür  qamətli  qadın  evə  daxil  oldu.  Xədicə(s.ə)  onları    görcək  qorxdu.  Qadınlardan  biri  dedi: 
«Ey  Xədicə,  kədərlənmə!  Biz    Allah  tərəfindən  gəlmişik.  Sənin  bacılarınıq.  Mən  Sarayam 
(İbrahim  Xəlil(ə.s)-in  yoldaşı),  bu,  Məzahimin  qızı  Asiyadır.  O,  sənin  behiştdəki  rəfiqəndir.  O 
birisi İmranın qızı Məryəm, digəri isə Musanın bacısı Gülsümdür. Allah-təala bizi sənin yanına 
sənə hamiləlikdən azad olmaqda kömək  etmək üçün göndərmişdir». 
Bu vaxt onlardan biri Xədicə(s.ə)-nin sağ tərəfində, o birisi sol, üçüncüsü üzbəüz, dördüncüsü isə 
arxa  tərəfində  əyləşdi. Fatimə(s.ə) pak-pakizə bir halda dünyaya  gəldi.  Dünyaya gəldiyi zaman 
ondan  saçan  nur  bütün  Məkkə  evlərini  işıqlandırdı,  şərq  və  qərbdə  nur  saçılmayan  bir  yer 
qalmadı.  On  nəfər  behişt  hurilərindən,  əllərində  cənnətdən  gətirdikləri  teşt  və  kövsər  suyundan 
doldurulmuş  kuzə  ilə  evə  daxil  oldular.  Xədicə(s.ə)-nin  qarşısında  duran  qadın    Fatimə(s.ə)-ni 
götürüb kövsər suyu ilə yudu, ağappaq, ətirli iki  parçadan  biri  ilə  Fatimə(s.ə)-ni  bələyib, digəri 
ilə  isə  başını  bağladı,  sonra  Fatimə(s.ə)-ni  dindirdi.  Fatimə(s.ə)  dil  açıb  Allahın  birliyinə, 
Mühəmməd(s)-in isə  onun rəsulu olmasına şəhadət verərək belə dedi: 
 «Şəhadət    verirəm  ki,  yeganə    Allahdan  başqa  Allah  yoxdur.  Atam  Allahın  rəsulu, 
peyğəmbərlərin    başçısıdır.  Ərim  övliyaların  sərvəri    və  iki    övladım  isə  behişt  cavanlarının 
ağasıdır». 
Sonra O, qadınlara ayrı-ayrılıqda salam  verərək  onların  hər birini  öz adı ilə səsləyib dindirdi. 
Qadınlar  böyük  sevinc və şadlıqla Fatimə(s.ə)-nin mövludu münasibətilə təbrik  söyləyib  müjdə 
verirdilər. Hurilər səmada ilk dəfə olaraq elə bir nur gördülər ki, hələ ondan qabaq belə bir nuru 
heç  bir  vaxt  sezməmişdilər.  O  zaman  xanımlar Xədicə(s.ə)-yə  dedilər:  «Pak-pakizə  və  bərəkətli 
nəslə  sahib  olacaq    mübarək  övladını  qucağına  al!»  Xədicə(s.ə)  döşlərini  qızının  mübarək 
dodaqlarına tutdu. Süd cari oldu. Fatimə(s.ə) ondan sonra hər gün bir  aylıq uşaq təki, hər ay isə 
bir illik uşaq kimi  böyüyüb gündən-günə boy atırdı. 
 
Fatimə(s.ə)-nin adları. 
Yunis ibn Zəyban İmam Sadiq(ə.s)-in belə söylədiyini nəql edir: 
 «Fatimə(s.ə)-nin  Allah  dərgahında  doqquz  adı  vardır–Fatimə,  Siddiqə,  Mubarəkə,  Tahirə, 
Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra. Fatimə adının mənası hər cür pislikdən ayrılmış 
(və  ya  seçilmiş),  təmizlənmiş  deməkdir.  Əgər  Fatimə  olmasaydı,  möminlər  ağası  Əli(ə.s)  üçün 
Adəmdən tutmuş ta qiyamətə kimi yer üzündə həyat yoldaşı tapılmazdı .» 
Bəzi rəvayətlərdə belə gəlmişdir ki, onun Fatimə adlandırılması buna görədir ki, Xanımın yerinə 
yetirəcəyi işləri  cəhənnəm atəşindən çox-çox uzaq,  elm və kamalın  vasitəsilə başqalarından qat-
qat  fərqlənir.  Qadınlara  məxsus  hər  ay  baş  verən  adətdən  pakdır.  İnsanlar  onu  tanımaqda 
acizdirlər. Allah-təala  onu və onun mömin, Tanrının birliyinə səmimi-qəlbdən inanan övladlarını, 
dostlarını cəhənnəm atəşindən uzaqlaşdırar. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə