Microsoft Word bank ishi-son interaktiv vasait doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix11.04.2018
ölçüsü0,86 Mb.
#37889
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

 

23 


 

Nağd  pul  dövriyyəsinin  təşkili  Mərkəzi  Bankın  ərazi  idarələri  və  kommersiya 

bankları  vasitəsi  ilə  aparılır.  Mütərilərə  kassa  xidməti  göstərilməsi  dedikdə  bankın  nağd  

pul ödənişləri ilə olan əməliyyatları başa  düşülür. 

Nağd pulların banka daxil olmasını təmin etmək və kassa intizamına riayət edilməsi 

üçün  banklar  təsərrüfat  təkilatları  ilə  birlikdə  onlar  üçün  kassa  qalığı  limitini  müəyyən 

edir.  Hər  bir  bankda  limitdən  artıq  kassa  qalığı  müvafiq  banka    verilir    və  bank  onu 

müəssisənin cari hesabına daxil edilir. 

 

  

 



 

 

 



 

Nağd  pul  və  digər  qiymətlilərlə  işləyən  işçilərlə  tam  maddi  məsuliyyət  haqqında 

müqavilə bağlanmalıdır. 

Nağd  pul və digər qiymətlilərin qorunması üçün məsul olan və qiymətlilərlə işləyən  

şəxslər  müvafiq möhürlər, plombirlər və adlı ştamplarla təchiz olunurlar. 

ş yerini  müvəqqəti tərk edərkən kassirlərin nağd pulu və digər qiymətliləri, açarları, 

möhürləri,  plombirləri,  ştampları  açıqda,  seyfləri  və  metal    şkafları  isə  açıq  şəkildə  

qoyması qəti qadağandır. 

 

 

 



 

 

 



 

 

 



 

 

Nağd pulun qəbulu və verilməsi üçün təşkil edilə bilən kassalar

 

Mədaxil  (gündüz 

və axşam)

 

Yenidən sayma  



Məxaric 

 

Mədaxil-məxaric

 

Bankomatlar 

Kassa qovşağı

 

Pul 



saxlanılan 

yer

 

Kassaların 



yerləşdiyi sahə   

Anbar 

qabağı 

sahə

 

Pulun 



sayılması 

üçün sahə 


 

24 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Pul  saxlanan  yer  üç  açarla  əməliyyat  gününün  əvvəlində  açılmalıdır  və  əməliyyat 



gününün  sonunda  bağlanmalıdır. Bu açarlar aşğdakı  şəxslərdə olmalıdır: 

birinci açar - kassa müdirində 

ikinci açar - kredit təşkilatının rəhbərində 

üçüncü açar - kredit təşkilatının  baş mühasibində 

Pul  saxlanan  yer  əməliyyat  gününün  sonunda  bağlanıb  açarları  olan  şəxslərin  

möhürləri ilə möhürlənib mühafizə işçisinə təhvil verilməlidir. 

Nağd pulu mədaxil etmək  üçün  banklarda  gündüz  mədaxil kassası  yaradılır. 

Nağd  pulun  qəbulu  "nağd  pulun  mədaxili  üçün  elan"a  əsasən  həyata  keçirilir.  Elan 

nağd  pul  ilə  birlikdə  bankın  kassirinə  təqdim  edilir.    Kassir    elanın  bütün  rekvizitlərini 

yoxladıqdan  sonra  elanda  göstərilən  məbləğ  faktiki  verilmiş    məbləğlə  tutuşdurulur    və 

uyğunluq  olduqda    kassir  elanı  imzalayıb  möhürlədikdən  sonra  onun  qəbz  hissəsini 

müştəriyə  qaytarır.  Elanı  kassir  özündə  saxlayır,  elanın  order  hissəsini  isə  vəsaiti 

müştərinin hesabına  daxil edilməsi üçün əməliyyat şöbəsinə göndərilir. 

Əməliyyat  günü  qurtardıqdan  sonra  müştərilərdən  nağd  pulun  qəbulu  axşam  mədaxil 

kassaları tərəfindən aparılır. Axşam mədaxil kassasının müvafiq işçiləri üzərində "Axşam  

mədaxil  kassası"  sözləri  yazılmış  möhür  və  kassa  açarları  ilə  təchiz  edilirlər.  Axşam  

mədaxil  kassasına  nağd    pul  gündüz  mədaxil  kassasına  nağd  pulun  qəbulu  və 

rəsmiləşdirilməsi  prosesinə  uyğun surətdə  aparılır.  Axşam  mədaxil  kassasına  qəbul  

edilən nağd pul, müvafiq sənədlər və möhür mühafizə üçün  pul saxlanan yerə (seyf anbar) 

qoyulur. Pul saxlanan yer mühafizəçinin iştirakı ilə kasssir və nəzarətçiyə  məxsus olan iki 

açarla bağlanır, həmin şəxslərin möhürü ilə möhürlənir və xüsusi jurnalda imza etdirməklə 

nəzarətçiyə təhvil verilir. Axşam mədaxil  kassasının  işçiləri növbəti iş günü pul saxlanan 

yeri  mühafizəçidən qəbul edib, pulu və sənədləri kassa rəhbərinə təhvil verirlər. 

Oda  davamlı 

dəmir 

seyflərlə 

təchizat

 

Tavanı  təcrid 



olunmalı

 

Yanğın 



və 

təhlükəsizlik 

tələblərə 

cavab

 

24 



saat 

ə

rzində 



silahlı 

mühafizə

 

Yanğın 



və 

siqnalizasiya 

qurğuları  ilə 

təchizat

 

Hündürlüyü 



şəmədə

tavana  qədə

2,7m olmalı

 

Pul saxlanılan yerin texniki tələbləri

 

Divarın 

qalınlığı  40  sm, 

şəmənin 

qalınlığı  60  sm 

olmalı 



 

25 


 

Bankın kassasından nağd pulun  verilməsi bankın məxaric kassası tərəfindən həyata 

keçirilir.  Nağd  pulların  məxarici  "pul  çekləri"nə  və  kassa  məxaric  orderlərinə  əsasən 

həyata keçirilir. Pul çeki pul alan  tərəfindən doldurularaq əməliyyatın aparılmasına məsul 

olan  şəxsə  təqdim  edilir.  Əməliyyat  işçisi  çekdəki  bütün  rekvizitləri  yoxlamaqla 

müştərinin  hesabına  çekdə  göstərilən  məbləği  olub  olmamasını  yoxlayır.  Uyğunsuzluq 

olduqda "pul çeki" yeni sənədin tərtib edilməsi üçün müştəriyə qaytarılır. 

Uyğunsuzluq  olmadıqda  əməliyyatı    aparan  şəxs  kassa  jurnalında  müvafiq  qeydlər  

aparır  və  imzalayaraq  pul  çekinin  nəzarət  hissəsini  müştəriyə  qaytarır.  Pul  çekinin  əsas 

hissəsi  isə  nəzarətçiyə  təqdim  edilir,  nəzarətçiyə  isə  pul  çekində  uyğunsuzluq  aşkar   

etmədikdə pul çekini kassaya təqdim edir. Kassir tərəfindən müvafiq rekvizitlər yoxlanılır, 

uyğunsuzluq  aşkar  edilməsində  kassir  müştəridən  pul  çekinin  nəzarət  hissəsini  və  onun 

şəxsiyyətini  təsdiq  edən  sənədini  alır  və  pul  çekində  olan  məlumatlarla    tutuşdurur    və 

nağd pulu müştəriyə verir və "pul  çekini" imzalayır. Müştəri kassadan aldığı nağd pulu 

kredit təşkilatı nəzarətvinin iştirakı ilə xüsusi ayrılmış otaqda vərəq-vərəq sayır. 

Nağd pulların banka qəbulunun kanalıda inkassasiyasdır. Qiymətlilərin inkassasiyası 

kredit təşkilatlarının 

inkassasiya xidmətində yaradılan inkassator biriqadası tərəfindən 

həyata  keçirilir.  nkassator  və  sürücü  inkassatorlar  fiziki  cəhətdən    sağlam  olmalı, 

silahlardan  istifadə  etmək  bacarığına  malik  olmalıdır.  nkassasiya    marşurutu  və 

inkassasiya  ediləsi  müəssisə  əvvəlcədən  müəyyən  edilir.  nkassatorlar  marşurut  üzrə 

hərəkət  edərək  baş  inkassator  sumkasını  verib  dolusunu  qəbul  edir.  nkassasiya  başa  

çatdıqdan sonra pul yığılmış inkassator sumkaları  bankın kassasına təhvil verilir. 

Əməliyyat  günü  qurtardıqdan  sonra  mədaxil  kassasının  kassiri  qəbul  olunmuş 

mədaxil sənədləri əsasında "kassaya daxil olunmuş nağd pulun məbləği və sənədlərin sayı 

haqqında  arayış  tərtib  edilir  və  arayışdakı  yekun  məbləği  faktiki  mədaxil  edilmiş  nağd 

pulu və digər qiymətliləri tutuşdurulub  arayışa imza edir. 

Əməliyyat  günü  ərzində  mədaxil  olunmuş  nağd  pul  və  digər  qiymətlilər  müvafiq 

qaydada formalaşdırılır. 

Kassa müdiri kassirlərdən qəbul olunmuş arayışçıları icmalaşdırıb kassa dövriyyələri 

haqqında ümumi arayış tərtib edib, baş mühasiblə qarşı1ıqlı  imzalayı1ar. 

Məxaric  əməliyyat  gününün  sonunda  məxaric  kassasının  kassiri  qəbul 

olunmuşməxaric  sənədləri  əsasında  "Məxaric  edilmiş  və  təhvil  hesab  olunmuş  pulun  

məbləği  haqqında"  arayışı  tərtib  edilir  və  arayışdakı  yekun  məbləği  faktiki  məxaric 

olunmuş  nağd  pulu  və  digər  qiymətliləri  tutuşdurub  arayışa    imza  edir.    Kassa  müdiri 

kassirlərdən    qəbul  olunmuş  arayışları  icmalaşdırıb,  kassa  dövriyyələri  haqqında  ümumi 

arayış tərtib edib baş mühasib ilə qarşılıqlı imzalayır. 

 

 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə