Microsoft Word bank ishi-son interaktiv vasait doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix11.04.2018
ölçüsü0,86 Mb.
#37889
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

 

53 


 

MÖVZU 10.  BANKALARIN VAS TƏÇ L K ƏMƏL YYATLARI 

Kommersiya  banklarının  aktiv  və  passiv  əməliyyatları  içərisində    maliyyə 

xidmətləri xüsusi yer tutur. Bu xidmətlərə daxildir: lizinq, faktorinq, forfeytinq, trasf. 

Belə maliyyə xidmətləri xalis bank əməliyyatı hesab edilmir. Bu əməliyyatları kredit 

təşkilatı  olmayan  ixtisaslaşmiş  təşkilatlarda  yerinə  yetirə  bilərlər  və  yetirirlər.    Bank 

üçün bu  əməliyyatlar  vasitəçilik-kamission  əməliyyat  kimi  çıxış  edir.  Çünki  bank bu 

əməliyyatlardan  gəliri  faiz  formasında  deyil  komission  mükafatı  kimi  əldə  edir. 

Müstəsna hal kimi lizinq əməliyyatlarında bank gəliri lizinq ödənişi kimi əldə edir.  

Lizinq əməliyyatı ənənəvi maliyyə xidmətidir. Bu xidmət həm geniş, həm də dar 

mənada  nəzərdən  keçirilə  bilər.  Lizinq  geniş  mənada  avadanlığın  icarəyə  verilməsi 

mənasını daşıyır. Müddət baxımından lizinq: qısa müddətliyə (bir gündən bir ilədək) –

reytinq,  orta  müddətliyə    (bir  ildən  üç  ilədək)  –  xeyrinq  və  uzun  müddətli  icarə  (üç 

ildən iyirmi ilədək)  - xüsusilizinqə  bölünür.  

Dar  mənada  lizinq  icarəyə  verənin  icarəyə  götürən  üçün  satın  aldığı    maşın  və 

avadanlığın  uzun  müddətə  icarəyə  verilməsi  deməkdir.  Bu  zaman  bütün  müqavilə 

müddətində  icarəyə  verilmiş  əmlaka  icarəyəverənin  sahiblik  hüququ  saxlanılır.  Bu 

əməliyyat nəticəsində icarəyəverən icarə haqqı alır, icarəyə götürən isə avadanlıq əldə 

edir.  


Lizinq  obyekti  kimi  müəssisələr,  binalar,  qurqular,  avadanlıqlar,  nəqliyyat 

vasitələri digər daşınan və daşınmaz əmlak çıxış edə bilər:  

Lizinq əməliyyatlarının aparılmasında üç iqtisadi  obyekt iştirak edir. 

1.

 



Lizinq verən – bank və ya lizinq kompaniyaları, eləcə də lizinq fəaliyyəti 

ilə məşğul olan fərdi sahibkarlar. 

2.

 

Lizinq alan- istənilən hüquqi şəxs lizinq müqaviləsi əsasında istifadə üçün 



icarəyə əmlak ala bilər. 

3.

 



Satıcı lizinq əşyasını satan. 

Lizinq sövdələşməsinin sxemi olduqca sadədir. Adətən lizinq alanın özü müvafiq 

avadanlığı istehsal edən satıcını müəyyənləşdirir. Həmin avadanlıqları almaq imkanına 

malik olmayan  lizinq  alan  həmin  avadanlığın  satın alınması üçün banka  və  ya  lizinq 

kompaniyalarına  müraciət  edir.  Bank  həmin  xahişi  yerinə  yetirərək  əldə  etdiyi 

avadanlığı müvəqqəti istifadə üçün lizinq alan verir.  

 

 

 




 

54 


 

 

 



 

Bu  proses  müqavilə  ilə  rəsmiləşdirilir.  Lizinqə  götürülmüş  əmlakın  təsadüfən 

məhvi və ya xarab olmasına görə risk əmlakın icarəyə verildiyi gündən lizinq alanın 

üzərinə düşür.  carəyə götürülmüş əmlakın orta və cari təmiri, texniki xidməti, lizinq 

alan tərəfindən onun hesabına aparılır. Əsaslı təmir isə lizinq verən tərəfindən həyata 

keçirilir. 

Lizinqin  maliyyə  və  əməli  lizinq  formaları  mövcuddur.  Maliyyə  lizinq  zamanı  

lizinq verən lizinq alan tərəfindən nəzərdə tutulmuş avadanlığı əldə edərək onu lizinq 

alana  müəyyən    muzdla,  şərt  və  müddətə  müvəqqəti  istifadəyə  verilməsi  öhdəliyini 

qəbul  edir.  Bu  zaman  lizinqin  müddəti  lizinq  predmentinin  tam  amartizasiyası 

müddətinə müvafiq və ya ondan yüksək olmalıdır. Müqavilə müddəti başa çatdıqdan 

sonra icarəyə götürülən obyekt lizinq alanın mülkiyyətinə keçir.  

Əməli lizinq zamanı lizinq verən öz hesabına əmlakı satın alaraq onu  müəyyən 

müddətə müəyyən haqla və şərtlə lizinq alana verir.   qtisadi məzmununa görə lizinq 

birbaşa investisiyaya aid edilir. Sövdələşmənin icrası zamanı lizinq alan lizinq verənə 

maddi və pul formasında həyata keçirilən investisiya xərclərini ödəməklə yanaşı əlavə 

muzd da verməlidir.   

 

 



 

 

 



stehsalçı 

 

av



ad

an



Lizinq verən 

 

Lizinq alan 



 

L

iz



in

öd



ən



av

ad

an






 

55 


 

Maliyyə lizinqinin əməli lizinqdən fərqləri 

Müqayisə aspektləri 

Maliyyə lizinqi 

Əməli lizinq 

1.  Lizinq  verən  tərəfindən  

lizinq  predmentinin  əldə 

edilməsi təşəbbüsü 

Lizinq alanın göstəricisi ilə  Sərbəst öz riski ilə  

2. Müqavilə müddəti 

Tam  amortizasiya  müddəti 

ilə ondan yuxarı 

Lizinq 


əşyasının 

tam 


amortizasiya  müddətindən  

əhəmiyyətli dərəcədə aşağı  

3.Müqavilənin 

başa 


çatması 

Lizinq 


predmeti 

lizinq 


alanın mülkiyyətinə keçir 

Lizinq  predmenti  lizinq 

verənə 

qaytarılır. 



Mülkiyyət  yalnız  alqı-satqı 

yolu ilə keçə bilər 

4.  Lizinq  müqaviləsi  üzrə 

hüququn 


lizinq 

alan 


tərəfindən  üçüncü  şəxsə 

keçməsi 


Mümkündür  

Mümkün deyil 

5.  lizinq  müqaviləsi  üzrə 

öhdəçiliyin  üçüncü  şəxsə 

verilməsi  

Mümkün deyil 

Mümkündür 

 

 



Lizinq  əməliyyatı  mahiyyətcə  kredit  əməliyyatına  uyğun  gəlir  və  kommersiya 

krediti  xarakterinə  uyğundur.  Lakin  lizinq  kreditə  nisbətən  müəyyən  üstünlüklərə 

malikdir.  

-lizinq 100% kreditləşmədirsə, kreditləşmədə avadanlığın bir hissəsi kreditləşir.  

-lizinq  zamanı  ödəniş  vaxtı  uzadıla  bilər  və  müəssisə  ödənişi  mənfəət  əldə 

etdikdən sonra edə bilərsə kredit zamanı ödənişlər hər ay aparılır.  

-lizinqdə  vergi  güzəştləri  nəzərdə    tutulur,  belə  ki,  lizinq  üzrə  ödənişlər  kreditə 

görə  faizdən  fərqli  olaraq  mənfəətin  vergiyə  cəlb  edilən  hissəsini  azaldır.  Lizinq 

kreditdən bahadır, maliyyə lizinqi zamanı köhnəlmiş avadanlığa görə də müqavilənin 

sonunadək ödəmək lazım gəlir.  




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə