Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə4/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   2   3   4   5   6   7   8   9   ...   189

BABURNAMƏ 

 

9



yem anbarları, asayişi və  təhlükəsizliyi təmin etmək məqsədilə indiki mə-

nada polis məntəqələri yaratmış, məsafələri göstərməklə yol işarələri qoy-

durmuşdur. Onun əmri ilə Kabildən Aqraya qədər olan məsafə dəqiq ölçül-

müşdür. Baburun sayəsində Hindistanda memarlıqda və incəsənətdə ortaq 

hind-türk (Orta Asiya) üslubu yaranmış, qarşılıqlı mədəni mübadilə baş ver-

mişdir. 


Babur şah yaşıllığa da xüsusi diqqət yetirmişdir. Gördüyü ekzotik bit-

kilərin və güllərin əkildiyi parkların və bağların planlaşdırılması zamanı Or-

ta Asiyadakı çarbağ sistemini tətbiq etmış, gözəl hovuzlar və fəvvarələr dü-

zəltdirmişdir. Məsələn, İbrahim Lodinin üzərində qələbə şərəfinə Kabil-bəxt 

adlanan nəhəng bir park saldırmışdır. Onun Zərəfşan, Baği-vəfa, Baği-səfa, 

Həşt-behişt adı verdiyi bağlar da öz qeyri-adi gülləri və  ağacları ilə seçil-

mişdir. Bunların əksəriyyəti əsrlərlə qorunaraq bugünə qədər gəlib çatmışdır. 

Baburun əmri ilə Orta Asiyadakı bəzi meyvələr, özəlliklə ən yaxşı qovun və 

üzüm növləri Hindistanda da becərilməyə başlanmışdır. Bu ölkədə indi də 

ənquri-səmərqəndi adlı üzüm növü çox məşhurdur.  

Böyük siyasi xadim və alim Cəvahirləl Nehru Baburun bu fəaliyyətinə 

yüksək qiymət verərək yazmışdır: «Baburun Hindistana gəlməsi ilə böyük 

tərəqqi yarandı, yeni stimullar həyata, incəsənətə və memarlığa nəfəs verdi, 

mədəniyyətin digər sahələri isə qarşılıqlı  təmasa keçdi. Babur valehedici 

şəxsiyyət idi, İntibah dövrünün tipik hökmdarı, cəsur, bacarıqlı insan idi, o, 

incəsənəti,  ədəbiyyatı sevirdi, həyatdan zövq almağı xoşlayırdı». Bu fikri 

elə  həmin dövrlərdə Orta Asiyada və Hindistanda qələmə alınmış «Tarixi-

Rəşidi», «Hümayunnamə», «Tarixi-Hümayun şah», «Əkbərnamə», «Təbə-

qəti-Əkbəri», «Tarixi-Fəriştə», «Cahangirnamə» kimi tarixi qaynaqlarda 

göstərilən faktlar da təsdiq edir.            

Zəhirəddin Məhəmməd Babur cəmiyyətin bütün təbəqələri ilə daim 

əlaqədə olmuşdur. Xüsusilə alimlərlə, şairlərlə, din adamları ilə tez-tez gö-

rüşmüşdür. O, Əlişir Nəvai və digər  şairlər haqqında xoş sözlər söyləmiş, 

bir çox sevdiyi şairin və müasirinin müəmmalarını və beytlərini öz divanına 

daxil etmişdir. Babur eyni zamanda alimlərlə yaxınlıq etmiş, böyük astro-

nom Uluğ bəyin rəsədxanasına getmiş, orada aparılan tədqiqatlarla yaxından 

tanış olmuşdur. O həmçinin Nəsirəddin Tusinin elmi yaradıcılığı, Marağa 

rəsədxanası, eləcə də hind və yunan astronomları barədə çox dərin məlumat 

sahibi olduğunu göstərmişdir. Ömrünün son dövründə sufiliklə ciddi maraq-

lanmış, bu sahəyə aid ədəbi-bədii əsərləri mütaliə etmişdir.   

Baburun bədii yaradıcılığı onun şəxsiyyətinin, humanizminin və xa-

rakterinin başqa bir tərəfidir. Bu barədə irəlidə geniş söhbət açılacaq. Təbii 

ki, o, şair və hökmdar olaraq içki və əyləncə məclisləri də qurmuşdur. Bu-

nun üçün kifayət qədər çox səbəb olmuşdur: hərbi zəfərlərin qeyd edilməsi, 

ova getmək, ovdan qayıtmaq, müxtəlif idman yarışları keçirilməsi, yüksək 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



10

rütbəli qonaqların, səfirlərin gəlişi, bayramlar, seyranlar, dövlət  ərkanı ilə 

məsləhətləşmələr, yəni divan toplantıları, dostlarla görüşmək ehtiyacı, nəha-

yət, həyatdan zövq almaq arzusu. İncə ruhlu Babur musiqi alətlərində çal-

mağı bacarmış, musiqi bəstələmiş, hətta oxumuşdur. Bu cür məclislər içki-

siz ötüşə bilməzdi. Babur arada içkiyə meyl etmiş, hətta mübtəla olmuşdur. 

28 yaşından etibarən getdikcə artan dozada içki içmiş, intensiv olmamaqla 

birlikdə tiryəkdən də istifadə etmişdir. Yalnız 1528-ci ildə, ölümündən iki il 

əvvəl tövbə edərək bu iki pis alışqanlığından vaz keçmişdir. 

Baburun  şəxsiyyətindən danışarkən onun bəxtini və  şansını da qeyd 

etmək lazımdır. O, ilk gənclik illərində dəfələrlə hər şeyini itirmiş, köməksiz 

və arxasız qalmışdır. Hər dəfə bir möcüzə sayəsində yenidən dirçəlmiş, əv-

vəlkindən də qüvvətli olmuşdur. Bu işdə bəxtinin yavər getməsi ilə yanaşı 

dərin zəkası və mahir diplomat olması onu xilas etmişdir. O, döyüş meydan-

larında dəfələrlə ölümlə üzləşsə də, hətta ağır şəkildə yaralansa da, müxtəlif 

xəstəliklər keçirsə də, həyatda qalmış, nəhayət, bəxti və bacarığı sayəsində 

dünyanın ən möhtəşəm imperiyalarından birini qura bilmişdir. Yaşadığı tam 

olmayan qırx səkkiz il ərzində neçə uzun ömrə sığmayacaq qədər böyük iş-

lər görmüşdür. Az yaşamasına gəlincə, «Allah sevdiyi qullarını öz yanına 

tez aparır» deyə bir ifadə vardır. Bəlkə bu fani dünyanı erkən tərk etmək özü 

də bir şansdır. 

* * * 


Babur özünün bəzi həmkarları – Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, 

Cahan  Şah Həqiqi,  Şeybani xan, Hüseyn Bayqara, Sultan Səlim, Qanuni 

Sultan Süleyman və başqaları kimi həm hökmdar, həm də  şairdir,  əlavə 

olaraq, parlaq istedadlı nasir və mahir tərcüməçi, poetikaya, islam hüququna 

(fiqhə), musiqiyə və hərb sənətinə dair dərin məzmunlu risalələr müəllifidir. 

O, «xətti-baburi» adı verdiyi xüsusi bir əlifba da kəşf etmişdir.   

Babur çağatay ədəbiyyatının Əlişir Nəvaidən sonra poeziyada ən uca 

zirvəsidir. O, poeziyanın bütün janrlarında qələmini sınamış, qəzəllər, məs-

nəvilər, rübailər, tüyuğlar, mətlələr, müəmmalar, qitələr yazmışdır.  

Babur iki divan müəllifidir. Bunlardan birincisi 1519-ci ildə  tərtib 

edilmiş «Kabil divanı», ikincisi 1528-29-cu ildə Aqrada tərtib olunmuş 

«Hind divanı»dır. Hazırda müxtəlif yerlərdə bu iki divanın bir sıra əlyazma-

ları qorunur. Bir-birindən həcm və ehtiva etdiyi əsərlərin sayı etibarilə fərq-

lənən əlyazmaların ən mükəmməli İstanbul Universitetinin (kataloq nömrəsi 

3743) kitabxanasındaki nüsxədir. «Divani-Babur şahi-çağatayi» adlı bu nüs-

xə 105 vərəqdir. 119 qəzəli, başqa janrlarda yazılmış əsərləri və Xoca Übey-

dullah Əhrarın «Risaleyi-validiyyə»sini əhatə edir.  

İkinci  əlyazma Parisdə Milli Kitabxananın türkcə  əlyazmalar kollek-

siyasında (kataloq nömrəsi 1230) saxlanır. Cəmisi 50 vərəqdir, haşiyələrdə 

türkcə və farsca xeyli qeydlər var. Buradakı şeirlərin sayı universitet əlyaz-




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə