8
aparılır. Bundan sonra feyxoa Gürcüstanın Qara dəniz sahili rayonlarında, lap
sonralar isə (30-cu illərdə) Azərbaycanda becərilməyə başlayır. [7, 14, 16, 32]
Hal-hazırda feyxoa yer kürəsinin bir sıra subtropik rayonlarında
becərilməkdədir.
Feyxoa ilk dəfə 1928-ci ildə F.A.Quliyevin göstərişi ilə Azərbaycanın
Xəzəryanı subtropik sahələrinə gətirilmişdir. Bu dövrdən başlayaraq keçmiş
Lənkəran Subtropik bitkilərinin təcrübə stansiyasında feyxoa meyvəsinin
becərilməsi təşkil edilmişdir. lk elmi tədqiqatın nəticələri göstərmişdir ki,
Azərbaycanda Lənkaran – Astara zonası yüksək məhsuldarlıq əldə edilməsi üçün
ə
n əlverişli sahədir. [2, 4, 19]
Yeni plantasiyalar Lerik və Masallı rayonlarında salınmışdır.
Azərbaycanda feyxoanın becərilməsi ilə əsasən Lənkaran – Astara zonasında
məşğul olunur. Respublikamız ərazisində bitkinin nisbətən gec əmələ gəlməsinə
baxmayaraq, hazırda bu bitkinin sahəsinə görə respublikamız birinci yerdə gedir.
Feyxoa mirtasiya (Murtaceae) fəsiləsinə feyxoa (Feija Berg) cinsinə aiddir.
Feyxoanın ilk dəfə təsvirini verən Akka Berq (Acca Berg, 1854-cü il) onu
qabaqca ortoteman (Orthotemaa) adlandırmış, lakin sonralar bu ad altında ayrı
bitki olduğundan, Berq onu Braziliyada təbiət muzeyinin direktoru Conni de Silva
Feyxoanın (Zoani de SilvaFeijo) şərəfinə Feijoa adlandırılmışdır. Feyxoa cinsi üç
növü birləşdirir:
F.Sellowiana Berg, F.Obalata, F.Schenkiana.
Bunlardan mədəni halda becərilən yalnız F.Sellowiana (2n-22) növdür.
Feyxoanın geniş yayılmış bir sıra sortları və formaları mövcüddur.
Feyxoanın yeni sortlarının və formalarının və yaradılması sahəsində Yaltada
yerləşən Nikita Botakini bağının və formalarının rolu böyükdür. Burada xaricdən
gəlmə sortların sərbəst tozlanmasından alınan bir sıra sort və formalar
yaradılmışdır. [2, 4, 5, 8, 18, 37]
Nikitskiy – meyvələri iri (37 q), uzunsov oval formalıdır. Qabığı parlaq,
tüksüz, tünd – yaşıl rəngli, tünd qırmızı yarpaqlıdır. Yetişdikcə açıq – yaşıl rəngə
çevrilir. Meyvə ləti turşa – şirin tamlı, çiyələk ətri verir.
9
Pervenets – meyvələri orta böyüklükdə (17 q), uzunsov – oval və ya yumru
formalıdır. Bəzi meyvələri çox iri (56 q) olur. Meyvə qabığı ilk vaxtlar tünd – yaşıl
rəngli bir qədər sonra isə açıq – sarı, sarımtıl rəng alır. Meyvə ləti turşa – şirin
tamlı, sərinləşdirici xoş – çiyələk dadı verir. Məhsuldar sortdur. Noyabr – dekabrda
yetişir. Uzun müddət saxlana bilir.
Svetlıy – meyvələri orta irilikdə (28 q), yumru – oval və ya uzunsov – oval
formalıdır. Meyvə qabığı ilk vaxtlar tünd – yaşıl, sonralar açıq – yaşıl rəngdə olur.
Meyvə qabığı kələ kötürdür. Ləti turşa – şirin, xoş tamlı, çiyələk ətirlidir. Orta
məhsuldardır. Oktryabrın ortalarında yetişir.
Buqristıy – meyvələri iri (37 q) uzunsov – oval və ya yumru formalıdır.
Meyvə qabığı yaşıl rəngli, kələ - kötürdür. Dadı xoşa gələn və ətirlidir. Noyabrda
yetişir.
Krupnoplodnıy – meyvələri iri (26-43 q), düz uzunsov – oval formalıdır.
Qabığı tünd – yaşıl rəngli ağ tüklüdür. Üzəri kələkötürdür. Məhsuldar
sortdur. Oktyabrda yetişir.
Ranniy aromatnıy – meyvələri xırda (13 q), oval formalıdır. Meyvə qabığı
yaşıl rəngli ağ tüklü, kələkötürdür. Meyvələr yetişənərəfədə uc tərəfi sarımtıl rəng
alır. Meyvə ləti turş, lakin çox ətirlidir. Məhsuldar sortdur.
Azərbaycanda yetişdirilən feyxoa meyvəsinin kimyəvi tərkibi Klinik tibb
institutu tərəfindən öyrənilmişdir. [17, 23, 24, 25]
Aparılan kliniki təcrübələr nəticəsində müəyyən edilmişdir ki, feyxoa
meyvələri və onlardan alınan təzə şirə ateroskleroz, tireotoksikoz və sinqa
xəstəliklərinin müalicəsi üçün son dərəcə əhəmiyyətli vasitədir. Bunu nəzərə alaraq
son illərdə feyxoanın konservləşdirilmiş şirəsində geniş istifadə olunur.
Bundan başqa feyxoa meyvələrinin tərkibində üzvi birləşmə şəklində yod da
müəyyən edilmişdir. Buna görə də feyxoa meyvələrinin zob və tireotoksikoz
xəstəliklərinin müalicəsində mühüm əhəmiyyəti vardır [6, 10, 27, 30].
Beləliklə bu cür qiymətli keyfiyyətə malik olan feyxoadan bir sıra xəstəliklər
zamanı, məsələn: qalxanabənzər vəzləri, ürək-damar, larenqit, angina və s.
xəstəliklər zamanı müalicə məqsədilə tətbiq edilə bilər.
10
Təzə turş təhər feyxoa meyvələri diabet və hipertoniya xəstəlikləri zamanı
istifadə oluna bilər.
Feyxoa meyvəsinin şirəsinin biokimyəvi tərkibinin öyrənilməsi göstərmişdir
ki, onun tərkibində C vitamini 33,32-40,6 mq%, quru maddələr 17,26 – 18,32%,
suda həll olan maddələr 9,68-10,01%, aşılayıcı maddələr 1,88-2,44%, şəkər 4,44-
8,48 % təşkil edir. Bitkinin ayrı-ayrı hissələrindəki yodun miqdarı böyük maraq
doğurur. Belə ki, yarpağında 162,75 mq%, budağında 122,9 mq% və kökünda
89.94 mq% yod vardır [5, 8, 42].
Cədvəl 1.1.
Azə
rbaycanda becə
rilə
n feyxoa meyvə
sinin kimyə
vi
analizlə
rinin nə
ticə
lə
ri (quru qalığ
a görə
, %) [13, 16, 25, 41]
Maddələrin adları
Tə
zə
meyvə
Konservləş
dirilmiş
ş
irə
Quru yem
1
2
3
4
Yod
72,3 mq %
56,8 mq %
-
Vitamin C
184 mq %
110,5 mq %
73,75 mq %
Limon turşusu
2,01
2,1
4,58
Flavonidlər
0,83
-
-
Qlikozid
0,074
0,098
10,08
Alkaloidlər
zi
0,02
0,07
Şə
kər
-
5,0
-
Keto şəkərlər
3,7
8,4
5,58
Aldehid şəkərlər
1,5
0,84
0,70
Pektin maddələr
1,38
-
-
Efir yağları
zi
-
0,01
Aşılayıcı maddələr
3,8
7,78
8,9
Yağlı maddələr
3,8
-
2,7
Qatranlı maddələr
2,4
-
3,4
Kül
8,2
-
6,0
Nəmlilik
84,0
-
12,0